Azəri
Thursday 23rd of May 2024
0
نفر 0

QEYBƏÇƏKİLMƏNİN BƏZİ HİKMƏTLƏRİ

QEYBƏÇƏKİLMƏNİN BƏZİ HİKMƏTLƏRİ

 QEYBƏÇƏKİLMƏNİN BƏZİ HİKMƏTLƏRİ

İmam Məhdinin (əc.) qeyb pərdəsi arxasında saxlanılması Allahın hikmətamiz iradəsi ilə bağlı olub, varlıq aləminin mürəkkəb sirlərindən sayılır[1]. Lakin, bununla yanaşı, bəzi hədislərdə onun bir sıra hikmət və səbəblərinə toxunulmuşdur. Bu hədislər qeybəçəkilmədə təsirli olan bəzi amilləri göstərməklə, Allah bəndələrinə ibrət dərsi verib, onları çıxış yolları barədə daha artıq düşünməyə vadar edir:

1. İlahi qanun

İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbərlərin qeybində həyata keçən bütün qanun və sünnələr, biz Əhli-beytin qiyam edəninin (Qaimin) qeybində çox ali formada həyata keçəcəkdir"[2].

2. İmamın canının qorunması

Onun fiziki cəhətdən məhv edilməsi, həm də ideyalarının aradan götürülməsi, İslam və Quranı hakim etmək missiyasının nəticəsiz qalması demək idi.

İmam Sadiq (ə) qeyb haqqında verilən sualın cavabında belə buyurmuşdur: "O, özünün öldürülməsindən qorxur"[3].

3. İslam hakimiyyətinin qəbul olunmasına və istismarçı zalımların məhv edilməsinə ümumdünya hazırlığı

Həzrət Məhdi (əc.) buyurmuşdur: "Mən zühur və qiyam etdiyim zaman boynumda heç bir tağutun və zalım hökmdarın beyəti olmayacaqdır"[4].

4. İnsanların imtahan olunması

Peyğəmbər (s) buyurmuşdur:

"Məhdinin (əc.) qeybi dövründə, ürəkləri Allah imanı ilə saflaşdırılmış şəxslərdən savayı heç kim onun imamlığına əqidə bəsləməkdə sabit qalmayacaqdır"[5].

5. İnsanların günaha aludə olması və zühura hazır olmaması

Həzrət Məhdi (əc.) özünü buludlar arxasındakı günəşə bənzətmişdir[6]. Və əgər o, həyati əhəmiyyətə malik olan işıqlı bir günəşdirsə, onun üzünü örtən buludlar insanların günahı və nankorluğundan başqa nə ola bilər?


[1] İmam Sadiq (ə) buyurmuşdur: "Allah-təalanın hikmətli olduğunu bildikdə, onun bütün söz və işlərinin hikmət olduğunu təsdiq etməliyik; əsl həqiqəti bizə məlum olmasa belə": Kəmalüddin, c.2, səh: 482.

[2] Yenə orada, səh: 345.

[3] Yenə orada, səh: 481.

[4] Müntəxəbül-əsər, səh: 267.

[5] Yenə orada, səh: 101.

[6] Ehticac, səh: 263; Biharul-ənvar, c.52, səh: 92.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrət Məhdinin (ə) zühurunun Quran və Hədislərdə 10 xüsusiyyəti
İmam Mehdi (ə) nə vaxt zühur edəcək?
Onun Hakimiyyəti
Quranda kainat barədə nə deyilir?
Həzrət Məhdi (əleyhissəlam) ilə görüş
Neye gore Allahin ismini cekende ayaga galxmiriq, amma Imam zamanın (a.s.) adini cekende ...
İmam Məhdinin (əc) imaməti
Digər səmavi kitablarda "rəcət"
Həzrət Məhdi (ə) zühur edən zaman insanların bəzisi imanını əldən verər və ...
Onun intizarını çəkməliyik!

 
user comment