Azəri
Thursday 9th of January 2025
0
نفر 0

Zühurdan öncə qətlə yetiriləcək “Nəfsi-Zəkiyyə”

Zühurdan öncə qətlə yetiriləcək “Nəfsi-Zəkiyyə”

Hədislərdə İmam Mehdinin (ə.f) “Nəfsi-Zəkiyyə”nin qətlindən sonra zühur edəcəyi bildirilir. Belə ki İmam Sadiq (ə) buyurur: “Qaimin qiyamı Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi arasında fasilə 15 gecədən çox deyil.”

Şeyx Müfid deyir: “Zühur əlamətlərindən biri də Nəfsi-Zəkiyyənin 70 salehlə birlikdə Kufə yaxınlığında qətlə yetirilməsidir.”
Bəzi hədislərdə qeyd edilir ki, Nəfsi-Zəkiyyə İmam Mehdi (ə.f) tərəfindən təbliğ əmri аlаn şəxsdir və bu şəxs rükn və məqam arasında şəhadətə çatacaq.”

Bəziləri güman edir ki, Nəfsi-Zəkiyyə Abbasi xəlifələrindən olan Mənsurun dövründə qiyam qaldırmış Məhəmməd ibn Abdullah ibn Həsən ibn Əli ibn Əbutalibdir. Amma bu ehtimalın ziddinə bir sıra dəlillər var:

1. Hədislərdə Nəfsi-Zəkiyyənin rükn və məqam arasında öldürüləcəyi bildirilir. Məhəmməd ibn Abdullah ibn Həsən isə başqa yerdə şəhadətə çatmışdır.

2. Bəzi rəvayətlərə əsasən, İmam Mehdinin (ə.f) zühuru ilə Nəfsi-Zəkiyyənin qətlə yetirilməsi arasında zaman 15 gecə  var.

3. Məhəmməd ibn Abdullah ibn Həsən İmam Mehdinin (ə.f) mövludundan öncə qətlə yetirilmişdir.

4. Məhəmməd ibn Abdullahın niyyəti xalis olmamış, “Məqatilüt-Talibin” kitabında bildirildiyinə görə isə bu şəxs "Mehdilik" iddiasında olmuşdur. Atası onu Bəni-Üməyyənin süqutundan və Bəni-Abbas dövləti təsis olunmamış Mehdi (ə.f) kimi tanıtdırırdı.

5. İmam Sadiq (ə) buyurur: “Nəfsi-Zəkiyyə” qətlə yetirildikdən sonra İmam Mehdi zühur edəcək.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QEYB DÖVRÜNÜN XÜSUSİYYƏTLƏRİ
Rozenberg: Müsəlmanların Mehdiyə inamının qorxusunu dərk edən prezident seçin
ZÜHURUN ZƏMİNƏLƏRİ
Ədalət onun mübarək əllərindədir
Zühur zamanı Həzrət İmam Məhdinin (ə.f) edəcəyi ilk işlər
İmam Məhdi cənabları (Allah onun şərafətli zühurunu tezləşdirsin) evlidirmi? ...
İmam Zaman (əleyhis-salam)-ın yaşayış yeri haradadır?
İMAMIN XÜSUSİYYƏTLƏRİ
ANASININ KƏRAMƏTİ
QONDARMA "SƏRDABƏ DASTANI"

 
user comment