Bünövrəsi qanunsuz işlə qoyulmuş şəxsdə, günaha və qanunsuz hərəkətlərə meyl daha çoxdur.
İmam Sadiq (ə) buyurdu:
Haramdan doğulmuş uşağın bir neçə əlaməti var:
1. Peyğəmbərin (s) nəsli olan biz Əhli-beytə düşmənçilik edər.
2. Yad qadınlarla kəbinsiz əlaqədə olmağa (zinaya) meyilli olar.
3. Dini yüngül sayar.
4. Camaatla pis rəftar edər.
Deməli, bünövrəsi qanunsuz işlə qoyulmuş şəxsdə, günaha və qanunsuz hərəkətlərə meyl daha çoxdur.
Bu bəhsdən belə nəticəyə gəlirik ki, «irsiyyət qanunu» islam dinində və müasir elmdə isbata ehtiyacı olmayan bir məsələdir. Yəni insanın qanunsuz yolla dünyaya gəlməsi onda günaha meylli olmağa və günah işlər görməyə zəmin yaradır.