"Buruc" kəlməsi gələn ayələrin zahiri mənası budur ki, Allah buyurur: "Biz səmada (hansı ki, yerin yuxarı tərəfindən ibarətdir) günəş və ayın mənzilləri olan bürc və qəsrlər qərar verdik və ona baxanlar üçün zinətlə bəzədik və zinət ulduzlardır.
Bu kəlmə həm hasarlı və möhkəm bürc və qalalar olan qədimi mənasında işlədilir ki, Quranda istifadə olubdur, həm də hazırda dünyanın hər yerində olan göydələn bürclərdə də istifadə olunur.
"Bürc" kəlməsinin cəmi olan "bürc" kəlməsi, qalaların dörd küncündə olan uca binalar mənasındadır ki, orda düşmənlə mübarizə aparıb və onu vurmaq üçün onun bünövrəsini möhkəm edirlər. Bu kəlmənin əsl mənası zühur və "ət- təbəruc biz- zinə" yəni zinəti zahir etməkdir.[1] Həmçinin aşkar və görünən hər şeyə də deyilir. Gözəl saraylar üçün daha çox işlədilməsinin səbəbi budur ki, saraylar baxanların nəzərində zahir və gözə çarpandır.[2] Bu məna ayədə qəsd olunub. Çünki buyurur:
«وَ لَقَدْ جَعَلْنا فِی السَّماءِ بُرُوجاً وَ زَیَّنَّاها لِلنَّاظِرِینَ ...»[3]
" وَ السَّماءِ ذاتِ الْبُرُوج" ayəsində, bürclər (günəş və ay)[4] vasitəsi ilə qorunan səmalara and içilbdir.[5]
Buna əsasən, burc kəlməsi olan ayələrin zahiri mənası belə olur: "iz səmada (hansı ki, yerin yuxarı tərəfindən ibarətdir) günəş və ayın mənzilləri olan bürc və qsrlər qərar verdik və onu buraxanlar üçün zinətlə bəzədik və o zinət ulduzlardır.[6]
Əlbəttə bəzi təfsirlər "buruc" kəlməsi astronomiya elminin on iki bürcü mənasında təfsir ediblər.[7]
" أَیْنَما تَکُونُوا یُدْرِکْکُمُ الْمَوْتُ وَ لَوْ کُنْتُمْ فی بُرُوجٍ مُشَیَّدَة"[8] ayəsi əslində təmsildir. Quran insanlar özünü təhlükələrdən qorumaq üçün istifadə etdikləri ilə misal gətirmək istəyir. Mənası budur ki, ölüm elə bir şeydir ki, heç kəs ondan amanda deyil, hətta ondan qaçmaq üçün, ən möhkəm sığınacaqlara sığınsa belə.[9] Heç nə hətta möhkəm bürclər də, ölümün qarşısını ala bilməz. Səbəbi də aydındır. Çünki, ölüm təsəvvür edilənin əksinə olaraq, insanın vücudundan xaric nüfuz etmir, əksinə adətən insanın daxilindən qaynaqlanır. Çünki bədənin müxtəlif dəstgahlarının bacardıqları istər- istəməz məhdud və bir gün sona çatacaq. Əlbəttə qeyri təbii ölümlər xaricdən insanın yanına gəlirlər. Amma təbii ölüm daxildən, ona görə də, möhkəm bürc və qalalar da, ona heç bir təsir edə bilmirlər. Düzdür, möhkəm qalalar bəzən qeyri- təbii ölümlərin qarşısını alsa da, amma neçə gün sonra təbii ölüm insanı yaxalayacaq.[10]
Xülasə budur ki, bu kəlmə həm hasarlı və möhkəm bürc və qalalar olan qədimi mənasında işlədilir ki, Quranda istifadə olubdur ki, həm də hazırda dünyanın hər yerində olan göydələn bürclərdə də, istifadə olunur.
[1] - Təbatəbai- seyid Məhəmməd Hüseyn, Əl- mizan, fi təfsiril- Quran, Tərcümə, Musəvi, eyid Məhəmməd Baqir, cild 5, səh 6, İslami nəşrlər dəftəri, Qum, 1374 hicri şəmsi.
[2] - Həmin, cild 20, səh 413.
[3] - Hücr surəsi, ayə 16.
[4] - Tərihi, Fəxrəddin, Məcməul- bəhreyn, Araşdıran və təshihçi, Hüseyni, seyid Əhməd, cild 2, səh 276. Mürtəzəvi, kitab mağazası nəşriyyatı, Tehran, çap üçüncü, 1416 hicri qəməri.
[5] - Əl- mizan fi təfsiril Quranın tərcüməsi, cild 20, səh 413.
[6] - Həmin, cild 12, səh 202, Məcməul- Bəhreyn, cild 2, səh 276.
[7] - Alusi, seyid Mahmud, Ruhul- məani fi təfsiril Quranil- əzim, Araşdırma, Ətiyyə, Əli Əbdül- bari, cild 15, səh 294, Darul- kutubul- elmiyyə, Beyrut, çap birinci, 1415 hicri qəməri.
[8] - Nisa surəsi, ayə 78, "Harada olursunuz olun, hətta uca və möhkəm qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq".
[9] - Əl- miza fi təfsiril- Quranın tərcüməsi cild 5, səh 6.
[10] - Məkarim Şirazi, Nasir, Təfsiri- nümunə, cild 4, səh 19, Darul- kutubul- İslamiyyə, Tehran, çap birinci, 1374 hicri şəmsi.