Azəri
Saturday 21st of December 2024
0
نفر 0

MÜXALIFLƏRIN AXTARIŞINDA

MÜXALIFLƏRIN AXTARIŞINDA

MÜXALIFLƏRIN AXTARIŞINDA

İslamın ilk əsrlərində tarixçilərin bir çoxu əməvi və abbasi hökümətlərinə bağlı olmuşlar. Bu səbəbdən tarix kitablarında Səqifə hadisəsi belə göstərilmişdir ki, sanki camaatdan bir neçə nəfəri çıxmaqla qalanları Əbu Bəkrin hakimiyyətinə razı, Əlinin başçılığınasa müxalif olmuşlar. Halbuki əldə olan dəlillər heç də bu nəzəri təsdiqləmirlər. Bəzi dəlillər bunlardır:

1.Bir neçə ay müddətində Əli ibn Əbi Talib (ə), bəni Haşim ailəsinin bütün üzvləri və tanınmış səhabələrin (Əbu Zərr Ğəffari, Salman Farsi, Əmmar Yasir, Miqdad, Ədullah ibn Məs`ud, Zübeyr, Əbu Əyyub Ənsari, Qeys ibn Sə`d, Osman ibn Huneyf, Xuzeymət ibn Sabit, Səhl ibn Huneyf, Huzeyfət ibn Yəman, Zeyd ibn Əraəm və Bureydət Əsləmi) beyət etməməsi;[1]

2. İbn Əbil Hədid və başqalarının dediyi kimi, camaatın ixtiyarlı, yaxud zor gücünə beyət etməsi;[2]

3.Mürtədlər qiyamı ilə məşhur olan Əbu Bəkrə qarşı müxalifət.

Sə`d Əbu Bəkr və Ömərlə beyət etməyib, heç zaman yığıncaqlarda iştirak etmədi. O, həmişə adam yığıb hökumətin əleyhinə qiyam etmək fikirində idi. Heç vaxt onların məhkəmələrinin çıxardığı hökümlərə e`tina etmədi. Bu iş Əbu Bəkr dünyadan gedənə qədər davam etdi...

Bir vaxt Ömərə üz tutub dedi: “And olsun Allaha, ən çox acığım gəldiyi şey səninlə bir şəhərdə yaşamaqdır!” Ömər cavabında dedi: “Hər kəs bir nəfərlə qonşu olmaq istəmədikdə başqa yerə köçür.” Sə`d cavabında dedi: “İnanıram ki,sən və sənin əshabından daha çox sevdiyim adamların qonşuluğuna gedəcəyəm.” Çox keçmədi ki, Şama tərəf hərəkət etdi.[3].

Ömər həmişə onu ya beyətə məcbur etmək, ya da öldürmək fikrindəydi. Sə`d Səqifədə Əbu Bəkrə rəy vermədikdə Ömər onun başı üstünə gəlib dedi: “İstəyirəm səni ayağımın altına alıb biləklərini sındırım.” Bir nəfər Ömərin saqqalını tutub dedi: And olsun Allaha, əgər onun başından bir tük belə az olsa sənin ağzında bir dənə də olsun diş qalmayacaqdır!” Əbu Bəkr onların dava-dalaşını görüb irəli gələrək Ömərə dedi: “Sakit ol! İndi yumşaq olma vaxtıdır!”[4]

Amma Ömər Sə`ddən bu sadəliklə əl çəkən adam deyildi. Təkcə Sə`d idi ki, camaat arasında olan nisbi sakitliyi pozur, müharibə yaratmaq üçün öz müxalif hərəkətinə təkid edirdi. O, xilafət iddiası edir, hökumətin gələcəyi üçün ciddi təhlükə hesab olunurdu. Bir neçə gün sonra onun ardınca adam göndərib Əbu Bəkrlə beyət etməsini ondan istədikdə dedi:

“Yox! Allaha and olsun, sizinlə beyət edən deyiləm! Sonuncu oxuma qədər sizə tərəf atacaq, nizəmi qanınızla boyuyacağam. Əllərim qılınc tutana qədər sizi özümdən uzaqlaşdıracaq, ailəm və ardıcıllarımla sizinlə döyüşəcəyəm. Bütün insanlar və cinlər belə sizinlə bir olsa, Allahımla görüşənə qədər sizinlə beyət etməyəcəyəm!”[5]

Bu söz Ömər və Əbu Bəkrin qulağına çatdıqda, Ömər Əbu Bəkrdən nə yolla olursa-olsun, ondan beyət almasını istədi. Lakin Bəşir ibn Sə`d Öməri bu işə israr etməsindən qorxudub çəkindirərək dedi: “Sə`d beyət etməyəcəyində israrlıdır. O, öləcək, ancaq beyət etməyəcək. O, ölməzdən qabaqsa ailəsi uşaqları və qəbiləsindən bir dəstəsi öləcəkdir. Onu öz başına buraxın, çünki onun tutduğu iş sizə heç bir zərər verməyəcəkdir.[6]

Nəhayət, Ömərin onun üçün yaratdığı çətinliklər dözülməz həddə yetişdi. O, Əbu Bəkrin ölümündən sonra Mədinədən çıxdı. O, Ömər ibn Xəttabdan əsla qorxmurdu. Lakin onun tərəfindən asudəlikdə də deyildi. Şəhərdə qalıb öz rəislərinə vəfadar olmayan qəbilənin içində yaşamaq da onun üçün şirin deyildi. Şama köçməsindən o qədər də keçməmişdi ki, ölüm xəbəri Mədinəyə çatdı. Bir neçə gün bu səda camaat arasında yayıldı:

قد قتلنا سيد الخزرج سعد بن عبادة رميناه بسهمين لم يخطأ فؤاده

“Biz xəzrəcin böyüyü Sə`d ibn Ubadəni öldütrdük. Qəlbini heç biri yan keçmyən iki oxla nişan aldıq”

Sonra belə bir söz yayıldı ki, cinlər Sə`di öldürmüşdür və bu da onların şe`ridir. Bir gecə səs gələn tərəfə getdikdə Sə`din şişmiş cəsədini quyudan tapdılar.

Həqiqətdə isə Sə`di Mədinədən göndərilmiş məmurlar öldürmüşdü. Ömər bir neçə nəfəri Şama göndərərək dedi: “Sə`ddən beyət etməsini istəyin. Boyun qaçırdıqda öldürün.” Məmurlar Şamın “Hərran”məntəqəsində Sə`d beyətdən boyun qaçırdıqdan sonra öldürdülər.[7] Başqa bir rəvayətə görə onun qatili Xalid ibn Vəlid olmuşdur.[8]
MÜHACIRLƏRIN QALIB GƏLMƏSININ SƏBƏBLƏRI

Mühacirlərin Səqifədə qalib gəlməsinin bəzi əsas səbəbləri bunlardır:

1. Ovs və Xəzrəc qəbilələri arasında əsaslı ixtilaf olması. Səqifə yığıncağında təkcə qorxu mühacirlərin rəhbərliyə gəlməsi məsələsi idi. Bu amil iki tayfa arasında zahiri birlik yaratmışdı. Buna qədər isə nə o gün, nə də ondan qabaq bir-birləri ilə heç bir birlikləri olmamışdı. Elə o gündə də Sə`d ibn Ubadənin rəhbərliyini irəli sürən təkcə xəzrəclilər olmuşdu.

Təbəri və İbn Əsir yazırlar: Bu iki qəbilənin bir-biri kənarında yaşadıqları zamanda da, onlardan biri müəyyən bir iş görmək istədikdə, o biri tayfa onunla rəqabət apararaq eyni işi görüb deyirdi: Heç vaxt bu işdə bizdən üstün olmayacaqsız!”[9]

Sonuncu dəfə aralarında müharibə hicrətdən altı il qabaq baş vermişdi. Deyilənlərə görə, xəzrəclilər məkkəlilərdən kömək almaq üçün ora gəlmiş, elə həmin səfərdə Allahın Rəsulu ilə tanış olaraq hidayət tapmışdılar. Aralarında olan ixtilaf bu iki dəstəni nə qədər rəqabətə və zəifliyə çəkmişdisə, bir o qədər də qarşı tərəfi gücləndirmiş və ixtilafdan lazımınca faydalanmaq fürsəti yaratmışdı. Bu qarışıqlıqda hər dəstə qüdrəti öz əlinə almaq haqqında fikirləşir, Əli ibn Əbi Talib (ə) kimi şəxsiyyətlər haqqında söz deməyə heç kəsin haqqı yox idi. Belə bir yerdə hər hansı tərəf Əlidən söz açsaydı həqiqətdə öz qalib gəlmə fürsətini əldən verməklə qarşı tərəfə fürsətdən daha səmərəli istifadə etmək imkanı yaratmış olacaqdı.

2. Əbu Bəkrin Peyğəmbərin hədisindən istifadə etməsi. O, Peyğəmbərin buyurduğu:الائمة من قريش [10]

“Ümmətin başçıları Qureyşdəndır.”

3. Ənsar qarşısında siyasi üstünlük. Mühacirlər, məxsusən onların islamda qabaqcıl olanları ənsarla müqayisədə on il düşmənə qarşı mübarizə və siyasi keçmişə malik idi. Bundan əlavə, onların Məkkədə işləri daha çox ticarət səfəri olduğundan ictimai və siyasi məlumatları daha çox idi. Əksinə olaraq, daha çox əkinçiliklə məşğul olan ənsarın siyasi təcrübəsi, heç bir əsası olmayan müharibələr olmuşdu. Bu da öz növbəsində düşmənçik və cəhaləti dərinləşdirməkdən savayı heç bir şey onlara verməmişdi. Onların səhv düşüncələrindən biri bu idi ki, Əli ibn Əbi Talibin (ə) hakim olması ilə başqa bir nəfərin rəhbərliyi arasında heç bir fərq görmürdülər. Münafiqdən savayı hər kəs olursa-olsun, isalamın qorunması və genişlənməsi üçün çalışacaqdır. Onların ilk siyasi təcrübəsi olduğundan, insanlar arasında azca əqidə və ya səliqə ixtilafının hökuməti tamamilə başqa bir tərəfə apara biləcəyini bilmirdilər.

4. İctimai və dini üstünlük. Ərəblər arasında üstün cəhəti kimi, Peyğəmbərlə qohumluq amilinə istinad etmə ənsarı sakit etsə də, həqiqətdə avam aldatma üçün bir seçim idi. Çünki Peyğəmbərlə daha yaxın ünsiyyətdə və daha yaxın qohum olanlar xilafətdən məhrum oldular. Necə ki Əli ibn Əbi Talib bu haqda Səqifə yaradıcılarına xatırladaraq onları danlamışdı.

5. Əbu Bəkrin üstünlükləri. Əbu Bəkrin Səqifədə digər xilafət iddiası edənlərdən daha çox etimad qazanaraq bir dəstənin onunla beyəti qəbul etməsinə üstünlük verən cəhətlər, onun islamı ilk qəbul edənlərdən olması, Peyğəmbərin xanımının (Ayişənin) atası olması, mağarada Peyğəmbərlə yanaşı olması,[11] qocalığı, ticarətdə olan təcrübəsi, öz hədəflərinə çatmaq üçün camaatı yaxşı tanıması və səbirli olması idi. Bütün bunlardan əlavə, Məkkədə Qüreyş qəbilələri Bəni-Məxzum, Bəni-Üməyyə və Bəni-Haşimi cana yığmış qüdrət və siyasi çarpışmalarda iştirakı olmayıb bitərəf kimi tanınan Bəni Təmim qəbiləsindən sayılırdı.

Digər bir iddia Peyğəmbərin göstərişi ilə namaz qılması məsələsi idi. Bu işə ilk dəfə işarə edən şəxs Ömər, rəvayət edən isə möminlər anası Ayişədir. Ömərin etiqadına əsasən, Peyğəmbərin Əbu Bəkrə, məsciddə namaz qılmasına göstəriş verməsi həqiqətdə onun rəhbərliyini təsdiqləməsi deməkdir. Halbuki əsl məsələnin baş verməsi şübhəli olmasından əlavə, Ayişənin bu haqda etdiyi bu rəvayətlər onlarla yerdə bir-biriylə ziddiyyət təşkil edir.[12]

Əbu Bəkrin digər xüsusiyyətləri – fürsətdən istifadə etmə bacarığını, hazır olanların diqqətini cəlb etmə məharətini, yerində təsirli sözlərdən yararlana bilməsini qeyd etmək olar. O, atəşin sözlərdən istifadə edib ənsarın ixtiyarını əlindən alaraq onları öz dediklərini təsdiq etməyə məcbur etdi.

6. Ömər ibn Xəttabın mühüm rolu. İbn Əbil-Hədidin dediyinə görə, Ömər və onun sə`yləri olmasaydı, Əbu Bəkr xilafətə çata bilməzdi. Hadisələrin gedişi Əbu Bəkrin xilafətə yetişməsi Ömərin ondan daha........

7.İmam Əli ibn Əbi Talibin orada olmaması. Allahın Rəsulunun (s) dəfn mərasimini keçirmək və o həzrətin qəm qüssəsi onu şurada iştirak etməkdən saxladı. Amma bunu da inkar etmək olmaz ki, Səqifədə olanların bir çoxu Əli ibn Əbi Talibin xilafətə meyli olmamasını və onu tərk etdiyini düşünmüşdü.


[1] “Əli ibn Əbi Talibin siyasi möqrsi” səh. 60-78.

[2] “Nəhcül-bəlağənin şərhi”, 1-ci cild, səh. 219-221, İbn Əbil-Hədid.

[3] . “Nəhcül-bəlağənin şərhi”, 6-cı cild, səh. 10, İbn Əbil-Hədid.

[4] “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 244.

[5] “Əl-kamilu fi-tarix” 2-ci cild, səh. 231.

[6] “Tarixül-üməmi vəl-müluk”, 2-ci cild, səh. 244.

[7] “Əl-иqdul fərid” 4-cü cild, səh. 260 Onun ölümü hicrətin 15-ci ilində Ömərin xilafətə yetişməsindən iki il yarım keçəndən sonra baş vermişdir. (“Əl-istiyab” cəh. 2).

[8] “Əl-imamu Əli ibn Əbi Talib” səhş273, “Nəhcül-bəlağənin şərhi”, 17-ci cild, səh. 223, İbn Əbil-Hədid.

[9] “Tarixül-üməmi vəl-müluk”, 3-cü cild, səh7 , ”Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-Hədid, 17-ci cild, səh. 223.

[10] Bu haqda “Peyğəmbər (s) və онун canişini” bəhsində danışacağıq.

[11] Şiə rəvayətlərinə görə və eləcə də bəzi sünnü mühəqqiqlərinin fikrincə Əbu Bəkr əvvəlcədən Peyğəmbərlə (s) olmamış və yolda O həzrətə qoşulmuşdu (“Əl-Durrul mənsur”, Siyuti 4-cü cild, səh. 196).

[12] Bu ziddiyyətlər haqqında “Əl-təbəqatul kübra” 2-ci cild, səh. 223, “Əl-kamilu fit-tarix” 2-ci cild, səh. 322.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Hüseyndir Xaliqi əzəm fədası..
Hz. Muhəmmədin (s) peyğənbərliyin təsdiq edən qədim İncil tapıldı
Həzrət Əli ələyhis-salam, beytül-mala xəyanət edənlə necə rəftar edirdi?
ABNA, İslam Peyğəmbəri (s) və 6-cı İmamın (ə) mövludu münasibəti ilə təbrik ...
Kərbəlada Hz. Abbasın (ə) hərəminin "Qızıl Eyvanı"na yazılan Quran ...
Bu gün Xanım Zəhranın (s) Şəhadətidir
ABNA olaraq həzrəti Fatimeyi Zəhranın (s) mövlud bayramı münasibətilə təbrik ...
Həzrət Əli (ə)- Haqq aynası
ABŞ-ın Denver şəhərində Xanım Fatiməi Zəhranın (s) əzadarlıq mərasimi qeyd ...
Həzrət Zeynəb (ə.s)

 
user comment