Diktatura və sosial problemlərdən əziyyət çəkdiklərini şüarlarında nümayiş etdirən mitinq iştirakçıları Avroaziya 2012 fəsad müsabiqəsi ərəfəsində günahsız yerə həbs edilənlərin, Nardaran Faciəsində həbs olunmuş günahsız insanların, Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov, Sərdar Həsənli, Abgül Süleymanov və sair siyasi məhbusların azad edilmələrini də tələb ediblər.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Milli Şura ilə Musavat partiyası birgə mitinq keçiriblər. Mitinq iştirakçıları "Diktaturaya Yox!", "Millət Dərdə Hökümət Kefdə!", "Vətəndaşa Söz Verir Erməniyə Qaz Verir!", "Növbədənkənar Diktatura!" və s. Şüarlar səsləndiriblər.
Eyni zamanda diktatura və sosial problemlərdən əziyyət çəkdiklərini şüarlarında nümayiş etdirən mitinq iştirakçıları Avroaziya 2012 fəsad müsabiqəsi ərəfəsində günahsız yerə həbs edilənlərin, Nardaran Faciəsində həbs olunmuş günahsız insanların, Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov, Sərdar Həsənli, Abgül Süleymanov və sair siyasi məhbusların azad edilmələrini də tələb ediblər.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçmiş “Məhsul” stadionunda keçirilib.