Azəri
Wednesday 8th of May 2024
0
نفر 0

DÜŞMƏNIN PLANINI POZAN FƏRMAN

DÜŞMƏNIN PLANINI POZAN FƏRMAN
Quşəm ibni Abbas Əmirəl-möminin Əli (əleyhissalam)-ın əmisi oğlu və Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin yaxın əshablarından hesab olunurdu və o Həzrətə oxşayırdı. İmam Əli (əleyhissalam) ölkənin idarə işlərini əlinə aldıqdan sonra onu Məkkə şəhərinin hakimi təyin etdi. O, Əli (əleyhissalam) şəhadətə çatana kimi Məkkənin hakimi oldu. Əli (əleyhissalam)-ın birinci dərəcəli düşməni Müaviyə gizlincə xəyanət planı hazırladı. Həmin plan həcc mövsümündə bir qrup adamın Şamdan Məkkəyə getməsi və orada şayiə yaymaq və yalan deməklə xalqı Əli (əleyhissalam)-ın əleyhinə qaldırmaq həmçinin xalq arasında Əli (əleyhissalam)-ı Osmanın qatili yaxud ondan himayə etməyən bir kəs kimi tanıtmaq, digər tərəfdən isə Müaviyənin sün”i işıqlarını yaymaqdan ibarət idi. Əli (əleyhissalam)-ın Şamda gizli olan xəbər çatdıranları əhvalatı ona xəbər verdilər. İmam Əli (əleyhissalam) dayanmadan Quşəmə bir məktub yazıb onu baş verəcək hadisədən agah etdi. Həmin məktubda belə gəlib:
Mənim xəbər çatdıranlarım Şam camaatın-dan kor qəlbli və cildini dəyişib tanınmaz olan bir qurpun Məkkəyə tərəf göndərilməsini məlumat vermişdirlər.
Onların məqsədi həcc mövsümündə camaatın zehnini qaraltmaq və batili haqq kimi qələmə verməkdən ibarətdir.
Onlar dini dünyaya satanlar və axirət cəzalarından xəbərsiz olduqlarına görə olan yarışda olan imkanlardan aqilanə istifadə etməklə. (və Məkkənin ehtiramını nəzərə almaqla yanaşı) eyni zamanda ciddi və düşmən planını poza biləcək bir qiyam və hərəkət et.
Rifah və nemət vaxtı məğrur və xoşhal olan, narahatlıq və çətin vaxtda isə süst və zəlil olanlardan olma hökmən işə ciddi başla, vəssəlam.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslam yaxınlığın zaman və məkanı üçün xüsusi şəraiti təyin edibdirmi?
Qadın öz pulu ilə həccə getmək istəyir, amma əri icazə vermir və getməyə ...
CAHANIN ƏN ŞƏRƏFLI QONAĞI
Kumeyl duasının şərhi
Quranın hikmətləri bir daha təsdiqləndi
GÜNAHKARIN TÖVBƏSİ QƏBULDUR
ƏL-QƏSƏS ‏ SURƏSI
Bu gün bəzi rəvayətə görə Xanım Zəhranın (s) Şəhadətidir
İ.Əliyevə göndərilən məktubda İslamçı jurnalistlərin də adı var
İNSANIN FORMALAŞMA MƏRHƏLƏLƏRI-3

 
user comment