Azəri
Thursday 23rd of May 2024
0
نفر 0

NUR TƏVƏLLÜDÜ

NUR TƏVƏLLÜDÜ

 NUR TƏVƏLLÜDÜ

Samirə şəhərinə hakim kəsilən qorxunc mühitdə, zalım Abbasi hökuməti casuslarının gözlərindən uzaq, hicri 255-ci il şəban ayının 15-i (Miladi tarixi ilə 868-ci ildə) cümə gününün alatoranlığında İmam Həsən Əsgərinin (ə) kiçik evində vilayət səmasının sonuncu ulduzu doğdu[1].

O, viladətinin ilk anlarında Allahın birliyinə və Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verdi, yeddinci gündə isə, atasının qucağında ikən Qurani-kərimin bu ayəsini tilavət etdi:

و نريد ان نمن على الذين استضعفوا فى الارض و نجعلهم ائمة ونجعلهم الوارثين

"Biz istəyirik ki, yerdə zəif düşüb əzilənlərə mərhəmt göstərək, onları öndə gedənlər və varislər edək"[2].

Peyğəmbərin (s) vəsiyyətinə və müjdəli hədislərə müvafiq olaraq, onun adını Məhəmməd qoydular. Təkcə Peyğəmbərə (s) oxşayan gözəl çöhrəsilə yox, həm də adı və məramıyla Allahın böyük və sonuncu elçisini, öz əziz babasını xatırlatsın deyə, onu Məhəmməd adlandırdılar. Elə məhz ona görə də künyəsini Əbül-Qasim qoydular; baxmayaraq ki, sonralar Əbu Cəfər, Əbu Əbdillah və Əbu Saleh künyələri də buna əlavə olundu.

Məhdi, Qaim, Müntəzər, Sahibül-əsr, Sahibül-əmr, Sahibəz-zaman, Höccətul-lah, Mənsur, Xələfüs-saleh və Mov`ud, hədis, dua və tarix kitablarında İmam Məhdi (əc.) üçün göstərilən ən məşhur ləqəblərdir.


[1] Yenə orada, c. 51, səh: 3-4.

[2] Qəsəs/5.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrət Məhdinin (ə) zühurunun Quran və Hədislərdə 10 xüsusiyyəti
İmam Mehdi (ə) nə vaxt zühur edəcək?
Onun Hakimiyyəti
Quranda kainat barədə nə deyilir?
Həzrət Məhdi (əleyhissəlam) ilə görüş
Neye gore Allahin ismini cekende ayaga galxmiriq, amma Imam zamanın (a.s.) adini cekende ...
İmam Məhdinin (əc) imaməti
Digər səmavi kitablarda "rəcət"
Həzrət Məhdi (ə) zühur edən zaman insanların bəzisi imanını əldən verər və ...
Onun intizarını çəkməliyik!

 
user comment