Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Qüdsə səfər edən Mikayıl Cabbarov işğalçı sionist rejimilə işbirliyi qurur

Qeyd edək ki, işğalçı yəhudi ünsürləri tərəfindən Qəzzə Zolağında 80 fələstinlinin qətliam edilən bir vaxtda, mayın 15-i Qüdsdə, Azərbaycan və qondarma İsrail rejimi arasında iqtisadi əməkdaşlığın inkişafı üzrə rejimlərarası komissiyanın ilk iclası keçirilib.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, sionist israil rejimi tərəfindən Qüdsün işğal edilməsi dönəmində rəsmi Bakının işğal edilmiş Fələstin ərazilərinə "işgüzar" səfər edən Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov Azərbaycan-İsrail hökumətlərarası komissiyanın ilk iclasında belə açıqlama verib: "Azərbaycan İsraillə əməkdaşlıqda yeni səhifə açıb."

Bu barədə "Trend” “Smegi” telekanalına istinadən məlumat yayıb.

Məlumata görə, M.Cabbarov deyib: “İsrail və innovasiyalar bu gün sinonimlər olub. İnnovasiyalar hazırda təkcə kompüter texnikası sahəsində deyil, demək olar ki, insan fəaliyyətinin bütün sahələrində tətbiq olunur.

Ona görə də mən şadam ki, Azərbaycan İsraillə əməkdaşlıqda yeni səhifə açıb və ümid edirəm ki, bizi çox sayda birgə layihələr gözləyir”.

Qeyd edək ki, işğalçı yəhudi ünsürləri tərəfindən Qəzzə Zolağında 80 fələstinlinin qətliam edilən bir vaxtda, mayın 15-i Qüdsdə, Azərbaycan və qondarma İsrail rejimi arasında iqtisadi əməkdaşlığın inkişafı üzrə rejimlərarası komissiyanın ilk iclası keçirilib.

Qondarma rejim tərəfdən komissiyanın həmsədri, ətraf mühitin mühafizəsi naziri Zeev Elkin bildirib:

“Biz İsrailin baş naziri və Azərbaycan Prezidentinin birgə qərarı ilə yaradılan bu komissiyaya böyük əhəmiyyət veririk. Azərbaycan nümayəndə heyətinin tərkibinə bir çox nazirliklərin nümayəndələrinin daxil olması faktı İsrail ilə münasibətlərin inkişafının Azərbaycan üçün də böyük əhəmiyyətə malik olduğunu göstərir.

Komissiyanın yaradılması çoxillik etibarlı əlaqələr ilə seçilən ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxaracaq və əməkdaşlığın yeni sahələrinin açılması üçün platforma olacaq”.

Bundan əlavə tərəflər tibb sahəsində birgə elmi tədqiqatların aparılmasının mümkünlüyünü və İsrailin yüksək texnologiyalar şirkətlərinə Azərbaycan investisiyalarının perspektivlərini müzakirə ediblər.

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment