Azəri
Monday 14th of October 2024
0
نفر 0

Qeybətin gətirdiyi dünya və axirət bəlaları

Qeybətin gətirdiyi dünya və axirət bəlaları

Bəzi çirkin əməllərimiz insanlarla rabitəmizə mənfi təsir qoyar. Bu çirkin əməllərdən biri də qeybətdir. Qeybət elə bir şeydir ki, əgər həmin insan bu xəbəri eşitsə, xoş qarşılamaz. Yəni, sən kiminsə nöqsanını başqalarının yanında deyirsən. Bu nöqsan ola bilsin ki, əxlaq, rəftar və bədən eybləri olsun. Qeybət sırf dillə edilən bir əməl deyildir. Yazmaq və ya işarə etmək də qeybətə şamil edilir.
Həzrət Peyğəmbər (s) soruşur: “Bilirsinizmi ki, qeybət nədir?”. Deyirlər: “Xeyr”. Buyurur: “Qardaşını elə yada salmaqdır ki, əgər başa düşsə, narahat olar”. Soruşurlar: “Əgər o şeyi ki, deyirlər, qardaşımızda olsa belə?”. Buyurur: “Əgər o şeyi ki, deyirsən, onda olarsa, qeybət etmişsən, əgər onda olmazsa, böhtan atmısan”.
İslamın tövsiyə etdiyi ən gözəl əxlaqi fəzilətlərindən biri budur ki, başqasının eybini gizlədək.
Qeybətin gətirdiyi bəlaları iki dəstəyə bölmək olar: dünya və axirət bəlalarına.

Qeybətin mənəvi və axirət bəlası
1. Yaxşı əməlləri məhv edər. Qeybət nəticəsində insanın gördüyü yaxşı əməllər məhv olar. İmam Sadiq (ə) buyurur: “Qeybət etmək hər bir müsəlmana haramdır. Necə ki, atəş odunu yeyər, qeybət də yaxşı əməlləri yeyər və aradan aparar”.
İnsan qeybət edərək əməl dəftərində olan yaxşı əməllərini məhv edər və onu qeybət etdiyi insanın əməl dəftərinə ötürmüş olar.
Həzrət Peyğəmbər (s) nəql edir: “Qiyamət günü sizlərdən birini məhşər səhrasına əməllərinə baxmaq üçün hazır edərlər. Əməl dəftərini əlinə verərlər. Ona baxan zaman yaxşı əməllərindən heç bir şeyi orada görməz. Deyər: “Pərvərdigara! Bu, mənim əməl dəftərim deyildir. Çünki dünyada yerinə yetirdiyim əməl və ibadətdən orada bir şey görmürəm”. Ona deyilər ki, sənin Allahın xəta etməz. Bu əməl dəftəri - sənindir. Qeybət etdiyin üçün gördüyün yaxşı əməllər qeybət etdiyin insanın əməl dəftərinə yazılmışdır. Sonra başqa birini hesab üçün gətirərlər. Əməl dəftərini ona verərlər. Dəftərə nəzər salar, ancaq gözlədiyinin əksinə olaraq orada çox sayda ibadət və yaxşı əməl görər. Təəccüblənib deyər: “Allahım, bu, mənim əməl dəftərim deyildir. Mən burada yazılan yaxşı əməlləri görməmişəm”. Ona deyilər: “Çünki filankəs sənin haqqında pis danışmışdır və ona görə də onun yaxşı əməlləri sənin əməl dəftərinə yazılmışdır””.

2. Allah vilayətindən xaric olar.
İmam Sadiq (ə) buyurur: “Hər kəs möminin abırını aparmaq və eybini tutmaq üçün onun əleyhinə danışarsa, Allah bu cür insanı öz vilayətindən xaric edər. Şeytanın vilayətinə tərəf göndərər, ancaq şeytan onu qəbul etməz”.

3. İnsanın inancı fasid olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Qeybətin müsəlmana təsiri, cüzamın bədənə təsirindən daha tezdir”.

4. İbadətin dəyəri azalar.
O kəs ki, qeybət edir, ibadətinin dəyəri azalmış olar. Həzrət Peyğəmbər (s) buyurur: “Məsciddə əyləşmək və namazın vaxtının çatmasını gözləmək ibadətdir o zamana qədər ki, insan həds etməsin”. Soruşdular ki, həds nədir? Buyurdu: “Qeybət etmək”.

5. Əməlləri qəbul olmaz.

6. Behiştdən məhrum olar.
Həzrət Peyğəmbər (s) buyurur: “Behişt üç nəfərə haramdır: söz gəzdirənə, qeybət edənə, daima şərab içənə”.

7. Mükafatı təxirə düşər.
Allah Musaya (ə) vəhy edir ki, qeybət edən əgər tövbə edərsə, behiştə daxil olan sonuncu kəsdir. Əgər tövbə etməzsə, cəhənnəmə daxil olan ilk insan olar.

8. Qiyamət günü çirkin şəkildə təcəssüm olar.

Qeybətin dünya bəlaları
1. Abrı aparar.
İmam Sadiq (ə) buyurur: “Qeybət etmə ki, qeybət olunarsan. Qardaşın üçün quyu qazma ki, özün ora düşərsən”.

2. Düşmənçilik yaradar.
İmam Əli (ə) buyurur: “Qeybətdən çəkin, çünki Allahın və insanların qəzəbinə və düşmənçiliyinə səbəb olar və savabı məhv olar”.

3. Çirkinlikləri təbliğ edər.
İmam Sadiq (ə) buyurur: “Həqiqətən o kəslər ki, imana malik olan insanların arasında çirkinlikləri yaymağı xoşlayır, onlar üçün ağrılı əzab vardır”.

Allah Təala bizləri günahdan qorunanlardan qərar versin.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ISLAM FӘLSӘFӘSI
Quran təfsirinin qayda-qanunları
Əhli-sünnə alimlərinin kütləvi surətdə qırılmasına qərar
Peyğəmbər (s) və onu xatırladan hər şeyin təbərrük olması
BRAHMAN AYİNİ (2)
DÜNYANIN QURULUŞU ONUN ZATIDIRMI?
Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
ÖLÜM ANLAYIŞI
İMAMƏT
Sədaqət, bəsirət, aram qəlb, İlahi diqqət – zakirlərin xüsusiyyətləri

 
user comment