İmam Sadiq əleyhissəlamın səhabələrindən biri olan Südeyr Seyrofi deyir ki İmam Sadiq əleyhissəlamın yanına gedib dedim: “Nə üçün (sakit) oturmusunuz?” İmam Sadiq (əleyhissəlam) buyurdu: “Südeyr məgər nə hadisə baş verib?!”
Dedim: “Dost şiə və tərəfdarlarının çoxluğu barədə deyirəm.”
- Səncə onlar neçə nəfər olar?
- Yüz min nəfər.
- Yüz min nəfər?
- Bəli bəlkə də iki yüz min.
- İki yüz min?
- Bəli bəlkə də dünyanın yarısı.”
Bu söhbətdən sonra İmam Sadiq (əleyhissəlam) Südeyrlə birlikdə Yənbə adlı bir yerə gələrək orada bir sürü keçi balası görüb buyurdu: “Südeyr, əgər bizim dost və tərəfdarlarımızın sayı bu keçi balaları qədər olsaydı biz sakit oturmazdıq.”
Bu hədisdən belə nəticəyə gəlirik ki İmam Sadiq əleyhissəlamın fikri qətiyyən belə olmuşdur ki təkcə hakimiyyətə gəlmək kifayət etmir nə qədər ki, hökumət camaatın müxtəlif kütlələri tərəfindən himayə olunmur köhnə rejimi aradan götürüb yeni - əsl İslami rejimi qurmaq qeyri-mümkündür.