Azəri
Friday 19th of April 2024
0
نفر 0

ÖNSÖZ

ÖNSÖZ

 Allahın adı ilə
ÖNSÖZ

Bağışlayan və mehriban Allahın adı ilə

Bütün əsrlərdə məxsusən hazırki əsrdə mühüm və əhəmiyyətli mövzulardan biri cavan və gənc nəslin məsələsidir.

Bu məsələnin həyatı əhəmiyyəti o dərəcədədir ki müxtəlif təbəqələrin və tayfaların düşüncələrini hətta elmi mərkəzlərin diqqətini belə, özünə cəlb etmişdir. Digər tərəfdən ata-anaları nigaran etmişdir. Başqa nəzər nöqtəsindən isə xeyrxahları, univeristet müəllimləri və ictimaiyyət tərbiyəçilərini özünə məşğul etmişdir. Müxtəlif ölkələrdə hökumətləri belə problemlə üzbəüz etmişdir. Çünki ümumi əmn-amanlığı aradan qaldırır və ictimaiyyətin özünü nigaran və narahat edir.

Bu həqiqət hazırki vaxtda tamamilə aydındır. Cavanların məsələsi problemli bir mövzu kimi zərif və problemli bir hala çevirilib. Azlı çoxlu bütün cəmiyyətlərdə bu problemlə üzləşirlər. Hətta İslam ölkələri bu nigarançılıqdan amanda deyil. Hamı cavanların işlərinin necə olacağını fikirləşir. Cəmiyyət çox çətin iztirab içində yaşayır. Bilmirlər necə bu cür ayağa qalxmış və tüğyan etmiş yeni gəncləri kontrol etməliyik. Nəhayət hazırki gənc

nəslin fikri və əməli hadisələri haraya gətirib çıxaracaq.

Əlbəttə məzhəb və dinə inanan təbəqələr arasında spesifik olaraq Şiə məzhəbində təbiyələnərək, inkşaf edən şəxslərdə bu növ nigarançılıq, təşviş və iztirab daha çox müşahidə olunur. Çünki onlar dini məsuliyyət də daşıyırlar və uca Allah ilk növbədə cavan və gənclərin islah və düzəlməsini onlara tapşırıb və onlardan ciddi şəkildə istəyib ki övladlarının inkşafı, islahı və səadəti yolunda çalışsınlar.

Bu barədə Qurani kərim buyurur:

«$pkš‰r'¯»tƒ tûïÏ%©!$# (#qãZtB#uä (#þqè% ö/ä3|¡àÿRr& ö/ä3‹Î=÷dr&ur #Y�$tR $ydߊqè%ur â¨$¨Z9$# äou�$yfÏtø:$#ur $pköŽn=tæ îps3Í´¯»n=tB ÔâŸxÏî ׊#y‰Ï© žw tbqÝÁ÷ètƒ ©!$# !$tB öNèdttBr& tbqè=yèøÿtƒur $tB tbrâsD÷s・ [1]

Yəni “Ey iman gətirənlər! Özünüzü və əhli əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçilər isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli və çox sərt təbiətli mələklərdir”.

İndi ki bu məsuliyyət iman əhlinin öhdəsinədir, təbiidir ki hər inanclı mömin, bu növ məsuliyyət yükünün, əmanət qorunmasının və bu vəzifənin yerinə yetirilməsindən nigaran olur. Elə bir yol arxasıncadır ki, cavan və gəncləri istənilən məqsədə sövq etsin.

Biz bu əqidəyəyik ki, intensiv və müvəffəqiyyətli ehtimallardan biri pəhrizkar və iffətli cavan qız və oğlanları nümunə göstərək. Məxsusən əgər bu nümunələr vəhy və Quran dilindən olarsa daha çox təsirə malik olacaq.

Bunlar həqiqətdə yeni nəslin qarşısında olan gözəl və incə təsvirlərdir. Bunlar daxili dəyişiklik və ruhda təsir qoyan sürətli amillərdir.

Əgər biz paklığa yönəlmiş cavanları tanıtdırıb, onların yaxşı və ləyaqətli nöqtələrini gənc nəslə çatdırarıqsa, eyni zamanda bu növ ruhi əxlaqın və yüksəkliyin nəticələrini araşdırdqda ümidvar ola bilərik ki, gənc nəsil məxsusən qız və oğlanlar təsir altına düşərək qəbuledici ruhla düzgün seçim edərək yaxşılıqlara tərəf yönələcəklər.

Bu kitabda bizim əsas məqsədimiz bu mövzunu araşdırmaqdır. Bizim bəhsimizin özəyi Quranda nümunə göstərilən pak oğlan və pak qızlardır.

Tanrı bizim niyyətimizə lütf və ehsan gözü ilə baxsın və müsəlman qız və oğlanları kəramətli, fəzilətli və əziz etsin.


[1] - Təhrim surəsi, ayə 6

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment