Azəri
Friday 3rd of May 2024
0
نفر 0

Müsəlmanların elmi nailiyyətləri

Müsəlmanların elmi nailiyyətləri

Müsəlmanların elmi nailiyyətləri

Müsəlman alimləri bir çox ixtira və kəşfləri ilə avropalıları əsrlərlə qabaqlamışlarə Avropada cəhalətlə öyünüldüyü, elmlə düşmənçilik edildiyi, elm adamlarının öldürülüb yandırıldığı inkvizisiya dövrlərində müsəlman alimləri tərəfindən həyata keçirilmiş bəzi elmi axtarış və kəşflər barədə bu məqaləmizdə elmin müxtəlif sahələrinə aid olan axtarışlar, tapıntılar və ilkin nəticələr barədə oxucularımıza məlumatlar çatdırmağa çalışacağıq. Buradaca qeyd etmək yerinə düşərdi ki, elmi əsərləri, kitabları nəşr etdirmək üçün lazım olan kağızı istehsal edən ilk fabrik 794-cü ildə Bağdadda Harun Ər-Rəşidin vəzirinin oğlu Əbn Fəzl tərəfindən qurulmuşdu. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlusda (İspaniyanın cənubu) inşa edildi. Avropada isə yalnız uzun illərdən sonra belə fabrik açıldı. 1100-cü ildə Bizansda 1102-ci ildə Siciliyada, 1228-ci ildə Almanıyada, 1309-cu ildə isə İngiltərədə ilk kağız fabrikləri quruldu. Məlim olduğu kimi, kağız kitab üçün xammaldır. İslam dünyasında kağız fabriklərinin tikilməsi burada elmin sürətlə yayılmasını göstərir. Aşağıda elmin müxtəlif sahələrində müsəlman alimlərinin qazandəqları nailiyyətləri diqqətininzə çatdırırıq.

Coğrafiya

Coğrafiyanın bir elm kimi ortaya çıxmasına təkan verənlər də müsəlmanlardır. Dünyanı qarış-qarış dolaşmış Öliya Çələbi (1611-1682), 29 il ərzində ölkələri, qitələri gəzmiş İbn ,Bətutənin (1304-1369) səyahətnamələri misilsiz tarix və coğrafiya xəzinələridir.

Biruni indiki Amerika barəsində əslər öncə xəbər vermişdir. Piri-Rəis (14665-1554) də öz "Kitabi-Bəhriyyə"sində Amerikanın varlığından bəhs etmişdir.

Vasko da Qamaya (1450-1554) dünya səyahətində İnb Məcid (xv əsr) adlı bir dənizçi yol göstərmişdir.

İdrisi (1100-1166) 850 il bundan əvvəl müasir dünya xəritələrinə bənzər bir xəritə çəkmişdir. Piri-Rəisin Amerika xəritəsi mükəmməl bir vəsaitdir. Piri-Rəisdən 52 il əvvəl Mürsiyəli İbrahim tərəfindən çəkilmiş Aralıq dənizi xəritəsi müasir ölçülərə tamamilə uyğundur.

Botonika və zologiya

Orta əsrlərin ən böyük botaniki və əczaçısı olmuş İbn Baytar (1190-1248) öz kitabında 1400-ə yaxın bitki və dərman növünün təsvirini vermiş,həmin əsər xv1 əsrə qədər bu sahədə əsas elm mənbəyi olmuşdur.

Dəmiri (1349-1405) adlı alim heyvanlar aləminin incəlikləri barədə yazdığı "Həyatül-həyəvan"əsəri ilə zoologiya elminə zənginlik gətirmişdir. İbn Əvvamın (x11 əsr) kənd təsərrüfatına aid kitabları da orta əsrlərdə məşhur olmuşdur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

151-ci xütbə
İMAM CAVADIN (Ə) ŞƏHADƏTI
İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü
Peyğəmbərdən 72 suala cavab
PEYĞƏMBƏRIN (S) RUM PADŞAHINA YAZDIĞI MƏKTUBU
Məbəs bayramı
MÜHARIBƏDƏN QAÇMAQ
İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI (1)
Həzrət Peyğəmbərin Milad bayramın təbrik edir
Ülul əzm Peyğəmbərlər və onların kitabları hansılardır? Nə üçün ulul əzm ...

 
user comment