Azəri
Monday 6th of January 2025
0
نفر 0

Riyakar və saxtakar insanın üç əlaməti

Riyakar və saxtakar insanın üç əlaməti

Qurani-Kərimdə riya sözü beş ayədə keçir. Bu ayələrdən ikisi Allah yolunda malını verənlərin özlərini nümayiş etdirdiyini bildirir və müsəlmanlara xəbərdarlıq edir. Digər ikisində isə namazlarını, başqa sözlə, ibadətlərini insanlara göstərməyi vər‌dişə çevirənlərdən bəhs edilir və nümayiş məqsədi daşıyan bu xüsusiyyət pislənir. Sonuncu ayədə isə din adından hərəkət edənlərin azğın və riyakar davranışlarından xəbər verilir, ardınca da əmr və tövsiyələr bildirilir.

Məhəmməd peyğəmbər (s) riya haqda buyurub: “Sizə görə ən çox qorxduğum şey kiçik şirkdir”. Səhabələr soruşdular: “Ya Rəsulullah, kiçik şirk nədir?” Peyğəmbərimiz buyurdu: Riyadır, yəni başqaları görsün deyə ibadət etməkdir.

Allah-Təala qiyamət günü hər kəsin əməlinin qarşılığını verəndə ibadətlərini insanlara göstərmək üçün edənlərə belə deyəcək: “Gedin dünyada ibadətlərinizi göstərdiyiniz, özünüzü bəyəndirməyə çalışdığınız adamların yanına, görək sizə vermək üçün bir şeyləri varmı?”

əl-Vafi əsərində İmam Əlidən (ə) riyakarların əlamətləri haqda olan hədis belədir:

“Riya edənin 3 əlaməti var: 1-Camaatı görəndə aktiv olur. 2-Tək olanda tənbəlləşir və süst olur, 3- Bütün işlərdə təriflənməyini sevir”.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NƏFSİN SAFLAŞDİRİLMASİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
KİŞİNİN QADIN ÜZƏRİNDƏ OLAN HÜQUQLARI-5
KİŞİNİN QADIN ÜZƏRİNDƏ OLAN HÜQUQLARI-7
İncitmək
Нәјә ҝөрә Гуранда чох мәсәләләр ҹүзиликләри илә ...
Səfura; Şüeyb (ə)ın qızı
ALLAH ÖVLİYALARININ QORXUSU
ƏLİ (Ə) ÖLÜMÜNÜN SON SAATLARINDA
Riyakar və saxtakar insanın üç əlaməti
MƏ᾽NƏVİ KAMALLAR

 
user comment