Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

MARAQLI OLAN BIR NEÇƏ SUALA CAVAB

MARAQLI OLAN BIR NEÇƏ SUALA CAVAB

 MARAQLI OLAN BIR NEÇƏ SUALA CAVAB

Sual:- Ələm haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, bizlərdəki kimi, küçələrdə gəzdirib onu pul qazanmaq vasitəsinə çüvirmək doğrudurmu?

Cavab:- Ələm-bayraq deməkdir, hər bir ölkənin, xalqın, təlimin dinin, özünəməxsus gerb, bayraq, himn kimi atributları olduğu kimi, İslamın ilk təşəkkül dövrlərindən tutmuş üzü bu yana müsəlmanlar da bu kimi simvol və atributlara malik olublar.

Peyğəmbərimiz (s) ilk cihad meydanlarında, bayrağa xüsusi əhəmiyyət vermiş, onun, qoşunun önündə dalğalanmasına xüsusi əhəmiyyət vermişdir. Ən əhəmiyyətli hərbi əməliyyatlarda bayrağı, qorxmaz, şücaətli, cəsur döyüşçülərə tapşırardı, biri şəhid edilsə digəri onu götürüb ön cərgədə rəşadətlə düşmənə tərəf addımlayardı.

İmam Əlinin (ə) və sonrakı imamların həyatını mütaliə edəndə də görürük ki, islam ümmətinin müqəddəs simvolları içərisində bayrağın xüsusi yeri var.

Kərbəla vaqiəsində bayraqdar (ələmdarı) Əbülfəzlil-Abbas (ə) idi. Onu, bu şərəfə İmam Hüseyn (ə) layiq görmüşdü. Atası Əli (ə) kimi şücaəti dillər əzbəri idi. Hər bir qorxu və çətinliyə sinə gərib qardaşı İmam Hüseyn (ə)-dan son nəfəsinə qədər ayrılmadı və o cənabın (ə) mübarək qolları arasında pak ruhunu öz xaliqinə tapşırdı.

Belə bir ehtiram və əzəmətə malik olan islam ələmini (bayrağını) sualda deyildiyi kimi istifadə etmək, onu gülünc şəkildə küçə-küçə dolandırıb, güya işlətmək, birbaşa din və etiqadımıza hörmətsizlikdir.

Ümumiyyətlə ələm məscid və hüseyniyyələrdə saxlanmalıdır. Oradan bayıra çıxarılsa da, gərək yuxarıda deyildiyi kimi deyil, əzadarlıq heyrəti və dəstəsinin önündə aparılmalıdır. Hər kimin nəziri varsa özü gətirib bağlayar ələmin üstünə. Ələmə yığılan nəzir və hədiyyələr isə səlahiyyəti olan adamların əli ilə məscid və hüseyniyyələrə və s. məsləhət bilinən yerlərə məsrəf olunmalıdır.

İmam Hüseyn (ə), həzrət Abbas (ə) və s. adlarına verilən nəzirlər, gərək elə onların yolunda xərclənsin.

Möhtərəm imam Hüseyn (ə) aşiqləri! Müqəddəs bayrağımıza biz sayğı göstərməsək başqaları da ona hörmət etməzlər. Digər tərəfdən həm Allahı həm də müqəddəs peyğəmbər (s) və imamlarımızın (ə) qəzəb və narazılığına səbəb olarıq.

Sual:-Məhərrəm ayının hər fəslə düşməsi nəylə əlaqədardır?

Cavab:-Məlumat üçün diqqətinizə çatdıraq ki, xilafətin ilk illəri idi. Ümmətin rəhbərləri İslam təqvimini yaratmaq üçün toplaşmışdılar. Səhabələrdən bu barədə müxtəlif təkliflər irəli sürdülər. Bəziləri, həzrət Məhəmmədin (s) dünyaya gəldiyi ili (miladi 570-ci il), bəziləri isə peyğəmbərliyə seçildiyi ili ( 610-cu il) islam təqviminin başlanğıc ili kimi götürməyi məsləhət gördülər. Yekun nəticəyə gələ bilməyəcəklərini gördükdə, toplantıya həzrət Əlini (ə) dəvət etdilər. O cənab (ə) hamını dinlədikdən sonra, peyğəmbərimiz (s) Məkkədən Mədinəyə köçdüyü (hicrət, miladi 622-ci il) ili əsas götürməyi daha məqsədəuyğun hesab etdi, çünki İslam dininin geniş və sürətli fətlərlə dolu tarixi bu hadisədən sonra başlandı. İmam Əlinin (ə) bu təklifi hamı tərəfindən yekdilliklə qəbul oldundu. Bu tarix İslam təqviminin başlanğıc ili elan edildi. Sualın özünə qayıdaq. Bildiyimiz kimi İslam təqvimi olan hicri-qəməri təqvimi, ayın yer kürəsi ətrafında tam bir dəfə fırlanması ilə hesablanır. Ayın yer ətrafında 1 dövrə vurması 27 tam 13 sutka ərzində baş verir. Lakin ay həm də öz oxu ətrafında fırlandığı üçün qəməri ayın uzunluğu təqribən 29 tam 1yəni 355-354 gündən ibarət olur. Yer isə günəş ətrafında 365 gün 5 saat 48 dəqiqə 42 saniyədə bir dövr edir.

Bu iki təqvimi yanaşı qoyduqda 10 gün fərq əmələ gəlir. Bu 10 rəqəmi səbəb olur ki, qəməri təqvimi hər il 10 gün bir növ "arxaya" gedir, və bütün fəsilləri gəzir.

2004-cü il fevral ayının 22-də hicri-qəməri daxil olur və bu təqvimin ayları aşağıdakı tərtiblədir: Məhərrəm, Səfər, Rəbiül-əvvəl, Rəbiüs-sani, Cəmadiul-əvvəl, Cəmadius-sani, Rəcəb, şəban, Ramazan, Şəvval, Zil-qədə, Zil-hiccə.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

10 HƏDIS (15)
МҮАСИР ГӘРБ МӘДӘНИЈЈӘТИНИН ГИЈМ&
ON SƏKKIZ YAŞLI CAVAN RUMLULARLA OLAN MÜHARIBƏNIN SƏRKƏRDƏSI
ALDATMAQDAN UZAQ OLMAQ
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə ...
Yəmən – Səud sülaləsinin qırıcı təyyarələrinin Təəzzdəki yaşayış ...
İmanlı qadının həyası
QURAN VƏ “NƏHC ƏL-BƏLAĞƏ”
SciencesPo Paris universiteti "Hicab Günü" aksiyası keçirib
Üç şеydә hеç kimdәn üzr qәbul оlunmаz

 
user comment