Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İmanlı qadının həyası

İmanlı qadının həyası
İmam Səccad (ə) buyurur:
Bir şəxs ailəsi ilə birlikdə dəniz səfərində ikən gəmi qəzaya uğrayır və onun arvadından başqa bütün müsafirlər həlak olur. Qadın bir taxta parçasından yapışıb, yaxındakı adalardan birinə çıxa bilir.
 
Bu adada yaşayan günahkar bir quldur ölümdən xilas olmuş qadınla rastlaşır. “Sən insansan, yoxsa cin”, deyə qadından soruşur. Qadın cavab verir ki, «insanam». Zalım quldur qadınla bir söz danışmamış ona öz arvadı kimi yaxınlaşır. Qadın onun bu hərəkətindən həyəcanlanıb, titrəməyə başlayır. Quldur soruşur ki, «nə üçün narahatsan?» Qadın əli ilə yuxarıya işarə edib, “ondan qorxuram” deyir. Quldur sual verir: “Nə etmisən ki, Ondan qorxursan?” Qadın elə bir iş görmədiyinə and içir. Quldur deyir: “Sən elə bir iş görmədiyin halda Allahdan qorxursan, səni ki, bu işə mən məcbur edirəm. Ona görə də mən daha çox qorxmalıyam”. Quldur bu sözləri deyib, qadına toxunmadan ondan uzaqlaşır.
Bir gün bu şəxs yolda bir rahiblə yoldaş olur. Günəşin yandırıcı şüaları hər iki yolçunu taqətdən salır. Rahib öz yoldaşına deyir: “Dua et ki, Allah bir bulud yetirib, bizi günəşin istisindən qorusun”. Gənc cavab verir: “Mənim elə bir yaxşı əməlim yoxdur ki, Allahdan nə isə istəməyə cürət edim”. Rahib deyir: “Onda mən dua edim, sən “amin” de”. Rahib dua edir, gənc “amin” deyir. Tezliklə başlarının üzərində görünən bulud onların üstünə kölgə salır. Günün yarısını kölgədə gedən yolçular, nəhayət yol ayrıcına çatırlar. Bulud gəncin getdiyi yola yönəlir. Rahib gənci çağırıb deyir: “Sən məndən üstünsən. Duamız da sənə xatir qəbul oldu. Mənə bu üstünlüyün sirrini aç”. Gənc, qadınla adada olan görüşünü açıb söyləyir. Rahib deyir: “Sən Allahdan qorxduğun üçün günahların bağışlanıb. Bundan sonra gələcəyini düşün”
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Üç şеydә hеç kimdәn üzr qәbul оlunmаz
İSLAMDA TƏBABƏT (3)
İGIRMI BIR YAŞLI CAVAN MƏKKƏNIN BAŞÇISI
İsveçdə Xanım Fatiməi Zəhranın milad bayramı möhtəşəm qeyd edildi –
ÖZÜNÜ VƏ AILƏSINI BƏLALARA QALXAN ETMƏK
İSLAMDA TƏBABƏT (6)
Xanım Fatiməi Zəhranın (s) miladı günündə nigeriyalı Şiələr Şeyx ...
Verdiyin sözü yerinə yetir!
MARAQLI OLAN BIR NEÇƏ SUALA CAVAB
Yəməndə vəbaya qarşı kampaniya - Foto

 
user comment