Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?

Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul edilir?

Həzrət Xızır (Əleyhis- səlam) və həzrət Musa (əleyhis- səlam) arasında olan söhbət (ki, Kəhf surəsinin 72- ci ayəsində bəyan edilmişdir) Atifə baxımından, uşağın həzrəti Xızır (ə) tərəfindən öldürülməsi necə qəbul olunur? Bunu təsadüf olan bir hadisə kimi bilib, Allahın izniylə baş verdiyini qəbul etməliyik?
Qısa cavab

Bu sualın cavabında belə demək olar:

1.      bir çox ayə rəvayətlərdən nəticə alırıq ki, cavanın ölməsi, təsadüf olan bir hadisə deyil və yaxud qəzəbdən və nəfsin istəyi ilə olan bir iş deyil.

2.      Qurani- kərim, həzrəti Xızır (ə)- mı Allahın rəhmətini qazanmış bəndələrdən biri olaraq adını açıqlayır.

3.      O, cavanın həzrəti Xızır (ə)- ın vasitəsilə ölməsi, Allah Taalanın əmri ilə idi.

4.      Həzrəti Xızır (ə)- la o cavanın arasında heç bir mübahisə olmadan, həzrəti Xızır (ə) bilərəkdən onu öldürdü və təsadüf olan bir iş deyildir.

5.      Ölən cavanın ata- anası, mömin bəndələrdən idilər ki, Allah onlara nəzər salıb, onların bu övladın vasitəsilə üsyan edib yollarını azmasını həzrəri Xızır (ə)- ın əliylə qarşısını aldı. Çünki bu övladın olması, gələcəkdə bir çox küfr, fəsad və ziyanlara yol açacaq idi.

6.      Bu məsələyə aid olan ayə və rəvayətlər ki, məsum imamlardan bizə çatmışdır, bu nəticə əldə olur ki, Allah- Taala iradə edib bu cavanın yerinə, onlara bir qız övladı verdi, və bu qızdan olan nəsillər də Peyğəmbərlik dərəcəsini qərar verdi.

Bu rəvayətlərdən istifadə olunur, yetmiş Peyğəmbər yalnız bu bir qızın nəslindən dünyaya gəldi, amma o oğlanın olması, Allahın bu bərəkətinin nazil olmasının qarşısını almışdı.

7.      Bu cavan, kafir idi və Allahın hidayət nurunun onda təsir qoymasına da heç bir ümid yolu da yox idi. Onun qəlbinə inkar və imanı qəbul etmənək möhrü vurulmuşdu, baxmayaraq ki, zahirdə təmiz bir insan idi.[i]

8.      Cavanın ölümünün bir çox xeyri oldu ki, onlar aşağıdakılardan ibarətdir:

Onun ata- anasının imanlarının qorunması; cavanın ata- anasının ailə atifəsi və məhəbbəti ki, övladları üçün nigaran idilər qarşısı alındı. Allahın qəza və qədər imtahanında üzü ağ çıxmaları;cavanın ölümündən sonra (qız uşağının) dünyaya gəlməsi xəbəri; həzrəti Musanın qeyb elminə və təqdirdə olan həqiqətlərin sirrini öyrəndi; həzrəti Xızır (ə)- ın vasitəsilə Allahın hökmü icra olundu; cavanın, gələcəkdə tutduğu pis işlərin nəticəsində, onun qara əməl dəftərinin ağırlaşmasının qarşısı alındı. Beləliklə: ata- anasını haqq yoldan döndərmək və onlara zərər vermək və sair.[ii]


[i] - Müraciət edin: Məfhume xətm və təbe İlahi bər qulube təbəhkaran, sual 865

[ii] - Müraciət edin: Koşte şodəne cəvane be dəste həzrəti Xızır (ə) sual 139

Ətreaflı cavab

Suala cavab verməmişdən əvvəl bu nöqtəyə diqqət yetirmək lazımdır ki, Allahın kamal sifətlərindən olan, hikmət (həkim) sifətidir və bu sifət həyatda və şəriətdə özünü göstərir, baxmayaraq ki, bütün insanlar bundan xəbərsizdirlər və az insanlardır ki, bu sirrin az bir hissəsindən xəbərləri vardır. Həzrəti Xızır (ə), Allahın bu xüsusi inayətinə, rəhmət və Allahın lədunna təlimlərinə sahib olan şəxslərdən dir ki, ilahi elmi, rəhməti və bu sirlərin bir miqdarını həzrət Musaya çatdırmaq üçün Allah hökmünün icrasında məmur olmuşdur. Xüsusi ilədə cavanın həzrəti Xızır (ə)- ın əliylə ölməsi, bəzi hikmət, ayə və rəvayətlərə diqqət yetirdikdə bu nəticəyə gəlirik ki, bir neçə mətləb əldə edirik. Aşağıdakı mətləblərə nəzər saldıqda, qısa cavab olaraq bir neçə sualı cavablandırırıq:

Baxmayaraq (qulam) kəlməsi bir neçə müxtəlif məna daşıyır. Məsələn: Nökər, cavan, uşaq, kamil bir kişi, təzə həddi buluğa çatan və sairə deyilir. Lakin (Kəhf surəsinin 74 və 80- cı ayələrindən) istifadə edərək, təzə həddi buluğaçatmış cavan mənası nəzərdə tutulur. Və bir çox ayədən bunu başa düşmək olar.[1]

Bunun üçündə demək olar: Həzrəti Xızır (ə)- ın əliylə ölən şəxs, uşaq deyil təzə həddi buluğa çatan bir cavan idi!

İndi isə bu nöqtəyə diqqət edərək bu hadisənin hikmətini araşdırırıq:

Cavanın ölməsi, mübahisə, söz- söhbət, qəzəb, əsəb və nəfsin istəyi ilə olan bir iş deyildi; bəlkə də bilərəkdən və elm üzündən idi və həzrəti Xızır (ə) bu işi görməkdə heç bir qorxusu yox idi və Allahın elmi əsasında və özü bu işi yerinə yetirdi.[2]

Nəticə alırıq ki, bu hadisə təsadüf üzündən olan bir hadisə deyil. Quran maarifi, məsum imamların nurani kəlamları və fəlsəfə baxımından, aləmdə təsadüf olan bir şey yoxdur. Bu ölüm Allahın pak bəndələrindən olan bir şəxsin əli ilə baş tutmuşdur ki, Allahın elmi və rəhməti ona şamil olmuşdur. Odur ki, Allah Taala buyurur: "Fə vəcədə əbdən minibadina rəhmətən min indina və əlləmnahu min lədunna elmın". Bizim bəndələrimizdən olan bir bəndəni gördülər ki, bizim tərəfimizdən ona rəhmət əta olundu və öz elmimizdən ona öyrətmişdik.[3]

Bunun üçün də həzrəti Xızır (ə) ya Allahın əmri və hökmü ilə, bu işi görmüşdür,[4] və yaxud da təbii və təkvini səbəblər əsasında Allahın iradəsiylə bu işi görmüşdür. Buna görə də cavanın ata- anası, Allahın lütf və inayət etdiyi xüsusi bəndələrdən idilər, və Allah öz elmiylə onların gələcəkdə küfr, fitnə və yollarını azmağından agah idi ki. Buna görə də həzrəti Xızır (ə)- a o cavanı öldürməsini əmr etdi, və bu mərhəmətiylə onları, axirətdə öz kəramət məqamına qovuşdurdu.[5]

Bir çox rəvayətlərdən belə nəticə alırıq ki, Allah- Taala valideyinlərin iman və səbrlərinin qarşısında iradə edib, onlara bir qız uşağı bağışladı ki, onun nəslindən yetmiş Peyğəmbər, Peyğəmbərlik məqamına çatdılar. Bu bir rəhmət və hədiyyədir gözəl və daha çox.[6]

Bu cavan, kafir və yaxud (fitri mürtəd) bir cavan idi, Allahın hidayət nurunun onda təsir qoymasına heç bir ümid yox idi. Onun zülmətdə yaşaması və daha çox fəsadlar yaratması deyil, bəlkə başqalarına zərər verib xüsusiylə də ata- anasını yoldan çıxarmağa çalışırdı. Bəs onun öldürülməsi kafir və ya mürtəd olduğu üçün idi, və Allaha iman gətirib küfrdən uzaqlaşmağın nişanələri də onda müşahidə olunurdu.[7] Həzrəti Xızır (ə) öz lədunni elmiylə ondan xəbərdar idi. Baxmayaraq ki, həzrət Musa (ə) bu elmdən bəhrələnməmişdi. (amma mürtəd olması, bir nəzər olaraq açıqlanmışdır).

Başqa sözlə desək, cavanın ölməsinin bir çox xeyri oldu ki, hikmət üzündən olmasını xəbər verir. Bu yaradılış və varlığın nizam üzərində necə də gözəl qurulmağını, Allahın hikmət və qüdrət nişanəsi olaraq göstərir və dünyanın gizli qalan sirlərin açıqlayır. Bu sirlərdən və xeyirlərdən bir neçəsini aşağıda qeyd edirik. O cavanın ata- anası, inhiraf olmaqdan və mümkün idi övladlarına qarşı olan məhəbbət nəticəsində yollarını azmaqdan amanda qaldılar.

Onlar aləmlərin rəbbi olan Allahın qəza və qədəri qarşısında səbr edib, imtahandan müvəffəqiyyətlə çıxdılar. Allah Taala öz iradəsiylə, bərəkət mənşəyi olan qız uşağını əta edib, kafir cavanın həyatını isə həzrəti Xızır (ə)- ın vasitəsilə sona çatdırdı.

Bu hadisənin baş verməsi, həzrəti Musa (ə)- ın Allah bəndələrindən olan bir bəndəsiylə tanış olması, onun üzünə ilahi elmlərdən və sirlərdənbir qapısı onun üzünə açıldı və o həzrət, Allahın verdiyi içazə qədər elm və kəmala sahib oldu.[8] Quranı- kərim bu barədə buyurur: "Musa ona dedi: Olar ki, məndə səninlə gəlim və o şeylər ki, sənə öyrətmişdirlər. mənə də onlardan öyrədəsən?".[9]

Allahın əmrinin icra olması, cavanınölməsi, və onun qara əməl dəftərinin sona çatması və beləliklə onun gələcəkdə pis işlərə qovuşmasının qarşısı alındı və bir sözlə, bütün o şəxslər ki, bu hadisəylə irtibatı var idi, cavanın ölməsindən xeyir tapdılar. Ölən cavan üçün bir tərəfdən, ata- anası üçün bir tərəfdən həzrət Xızır (ə) və həzrət Musa (ə) üçündə başqa bir tərəfdən xeyir idi.


[1] - Möcəme məqayesul- lüğət əı- əfsah, cild 1, səh 11, əı- əyn, cild 4, səh 442, Fərhənge- bozorge camee- novin, cild 3, səh 1127, Müfrədate rağib, əqrəbul- məvarid, Fuladvənd, Məhəmməd- Məhdi, Tərcümeye Qurane- kərim, ayate 74- 80

[2] - Təfsire Safi, cild 2, zeyle aye, Biharul- ənvar, cild 13, səh 284

[3] - Kəhf, ayə 65, tərcüme, Məhəmməd Mehdi Fuladvənd

[4] - Təfsiri nurus- sələqeyn, cild 3, səh 284, Biharul- ənvar, cild 13, səh 288

[5] - Kəhf, ayə 80, Əllamə Məclisi, Biharul- ənvar, cild 13. səh 288

[6] - Təfsire nurus- sələqeyn, cild 3, səh 286, hədis 170- dən- 173- ə Biharul- ənvar, cild 13, səh 311, üsulu kafi, cild 2, səh 83

[7] - Təfsire nurus- sələqeyn, cild 3, səh 286, təfsireSafi cild, 3, səh 255, Təfsire məcməül- bəyan və Təfsire əyyaşi, həzrət Xızır (ə) və həzrət Musa (ə) cərəyanına aid olan ayələrin bəyanı. İləlüş- şəraye

[8] - Bax: Həzrəti Musanın (ə) həzrət Xızırdan təlim almasına sual 151

[9] - Kəhf,- ayə, 66

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Üç şеydә hеç kimdәn üzr qәbul оlunmаz
İSLAMDA TƏBABƏT (3)
İGIRMI BIR YAŞLI CAVAN MƏKKƏNIN BAŞÇISI
İsveçdə Xanım Fatiməi Zəhranın milad bayramı möhtəşəm qeyd edildi –
ÖZÜNÜ VƏ AILƏSINI BƏLALARA QALXAN ETMƏK
İSLAMDA TƏBABƏT (6)
Xanım Fatiməi Zəhranın (s) miladı günündə nigeriyalı Şiələr Şeyx ...
Verdiyin sözü yerinə yetir!
MARAQLI OLAN BIR NEÇƏ SUALA CAVAB
Yəməndə vəbaya qarşı kampaniya - Foto

 
user comment