Azəri
Wednesday 8th of January 2025
0
نفر 0

İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?

İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?

  Mötəbər rəvayətlərdə bildirilir ki, həzrət Peyğəmbər (s) və imam Əli (ə) imam Hüseynin (ə) şəhadətini əvvəlcədən xəbər vermişlər
Şiə mənbələrindəki rəvayətlərə görə İmam (ə) qeybi biliklərdən xəbərdar idi. Qurani-kərimdə bildirilir ki, Allah Peyğəmbərdən (s) başqa heç kəsə öz qeybini əyan etməz. (“Cinn”, 26, 27.) Demək, Allahın izni ilə məsum imamlar həzrət Peyğəmbərdən (s) həmin bilikləri əxz edə bilərlər. Əllamə Təbatəbai bu barədə yazır: “İmam Hüseyn (ə) imamiyyə şiələrinin əqidəsinə görə Peyğəmbərin (s) üçüncü canişini və küllən vilayət sahibidir. İmamın elmi nəqli və əqli dəlillərə əsasən iki qisimdir:
1. İmam (ə) bütün şəraitlərdə Allahın izni ilə varlıq aləminin hissi və fövqəlhissi həqiqətlərindən agahdır. Səmada olanlar, keçmişin və gələcəyin hadisələri ona məlumdur.
2. Adi elmlər. Peyğəmbər (s) və imam da bu sahədə başqaları kimi daha layiq bildiklərinə ixtiyari olaraq əməl edirlər.”
Mötəbər rəvayətlərdə bildirilir ki, həzrət Peyğəmbər (s) və imam Əli (ə) imam Hüseynin (ə) şəhadətini əvvəlcədən xəbər vermişlər. İmama yaxın adamlar Peyğəmbərin (s) buyuruğundan xəbərdar olduqlarından və Bəni-üməyyənin İslam dünyasına zülmlərini gördüklərindən məyus idilər. Kufə əhlinin həzrət Əli və imam Hüseynə qarşı xəyanətkar mövqeyi bir daha sübut edirdi ki, İmam ölümə doğru gedir.
  Dəfələrlə öz ölümü haqqında danışan imam Hüseyn (ə) bir dəfə də olsun Yezid hökumətinin süquta uğrayacağını bildirmirdi. İmam (ə) xalqı Yezidə itaətsizliyə çağırır, eyni zamanda, şəhadətə yetiriləcəyini bildirirdi. İmam (ə) onu bu səfərdən saxlamaq istəyənlərə buyururdu: “Mən yuxuda Allahın Rəsulunu gördüm və elə bir işə məmur oldum ki, o işi görməyim daha yaxşıdır. İmam Səccad (ə) nəql edir ki, hansı mənzilə çatırdıqsa, atam Yəhya ibn Zəkəriyyanın şəhadətindən danışırdı.
Bütün bunlardan aydın olur ki, İmam (ə) hərbi qələbəyə çatmayacağını və şəhadətə yetiriləcəyini qabaqcadan bilirdi. O, öz şəhadəti ilə Bəni-üməyyə xanədanının əsil simasını açdı və düşüncələrdə əbədi inqilab toxumu səpdi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Quranın dünya görüşü
İnsanlar nə üçün intihar edir?
Orucluq
AŞURA QIYAMININ HƏDƏFLƏRI (1)
RəSULULLAH Və SADəLİK
Bununla (bu Quran vasitəsilə) özlərinin Rəbbinə tərəf toplanacaqlarından qorxan ...
Tərbiyəvi hədislər
Qiyamətin şahidlik evi
QƏLBİN SAĞLAMLIĞI VƏ XƏSTƏLİYİ
Bu gün bəzi rəvayətə görə Xanım Zəhranın (s) Şəhadət günüdür - (Qısa ...

 
user comment