Azəri
Saturday 21st of December 2024
0
نفر 0

İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI (2)

İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI (2)

İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI (2)

İndi gəlin görək bu üç amildən hansı biri daha çox əhəmiyyət daşıyır?

Şübhəsiz, Kufə camaatının dəvətini qəbul etmək amilinin özünəməxsus əhəmiyyəti vardır. Çünki İmam Hüseyn (əleyhissəlam) Yezidin qanunsuz hakimiyyətinə etiraz edib İmamı rəhbər olmağa dəvət edən camaata öz hazırlığını bildirdi. Əgər şərait yaxşı olsaydı, şübhəsiz, İmam İslami hökumət quracaqdı. Lakin İmam Hüseyn əleyhissəlamın Yezidə beyət etməkdən imtina etməsi amili bundan daha çox əhəmiyyət daşıyır. Çünki İmam Hüseyn (əleyhissəlam) dəfələrlə elan etmişdi ki, nəyin bahasına olursa olsun, bütün təzyiqlərə dözüb Yezidə beyət etməyəcək. Bu, İmam Hüseyn əleyhissəlamın təzyiqə və zorakılığa qarşı dözüm və müqavimətini göstərir.

Bunlardan daha çox əhəmiyyəti isə üçüncü amil, yəni, əmr be-məruf və nəhy əz-münkər amili daşıyır. Çünki burada İmam Hüseyn əleyhissəlamın hərəkəti nə hökumətə qarşı bir reaksiya, nə müdafiə, nə də köməklik və dəvətə qarşı cavab idi. İmamın hərəkəti yalnız hökumətə qarşı etiraz və hücum idi.

Əgər Kufə camaatının də’vəti əsas səbəb olsaydı, kufəlilərin vəfasızlıq xəbəri o Həzrətə yetişərkən öz məqsədindən dönüb mövqeyini dəyişərək İraq səmtinə hərəkətini saxlayardı. Ancaq görürük ki, İmam Hüseyn əleyhissəlamın ən əsas xütbələri, ən həyəcanlı və təhrikedici çıxışları məhz Həzrət Müslimin şəhadətindən sonra olmuşdur. Buradan İmam Hüseyn əleyhissəlamın əmr be-mə’ruf və nəhy əz-münkər amilinə nə qədər üstünlük verməsi və Yezidin azğın hökumətinə nə qədər kəskin e’tiraz edib hücuma keçməsi mə’lum olur.

Bura qədər verdiyimiz şərhlərdən sonra bu bölmənin əvvəlindəki birinci və ikinci sualın cavabı aydın oldu. Mə’lum oldu ki, əgər Yezid İmam Hüseyn əleyhissəlamdan bey’ət almaq üçün onu təzyiqlərə mə’ruz qoymasaydı da, İmam Hüseyn (əleyhissəlam) yenə Yezidin hakimiyyətinə qarşı müxalifətçilik edəcəkdi. Həmçinin, əgər kufəlilər İmam Hüseyn əleyhissəlamı də’vət etməsəydilər belə, yenə bu inqilab həyata keçəcəkdi.

İndi isə üçüncü sualın cavabının aydın olması üçün bu inqilabda İmam Hüseyn əleyhissəlamın əmr be-mə’ruf və nəhy əz-münkər amilinə nə dərəcədə diqqət yetirməsini göstərən bir neçə canlı sənədi nəzərinizə çatdırırıq.

1) İmam Hüseyn əleyhissəlamın əqidəvi-siyasi vəsiyyətnaməsi

İmam Hüseyn (əleyhissəlam) Mədinədən hərəkət etməzdən əvvəl qardaşı Məhəmməd Hənəfiyyəyə bir vəsiyyətnamə yazdı. Vəsiyyətnamədə İmam öz inqilabının səbəbini İslam ümmətinin islah edilməsi, əmr be-mə’ruf və nəhy əz-münkər və cəddi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm), atası Əli əleyhissəlamın sünnəsinin dirçəldilməsi olduğunu bildirmişdir. İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə özünün tövhid, nübüvvət və məada olan əqidəsini bildirdikdən sonra belə yazmışdır:

«...Mən Mədinədən nə özümü qorumağa, nə azğınlığa, nə həvayi-nəfsə tabe olmağa, nə də fəsad və zülm törətməyə görə çıxmıram. Mənim bu hərəkətdən məqsədim cəddimin ümmətinin fəsadını islah, əmr be-mə’ruf və nəhy əz-münkəri icra etməkdir. Mən cəddimin və atamın sünnəsi ilə hərəkət etmək istəyirəm. Kim haqqın hörmətini qorumaq xatirinə bu yolda mənə qoşularsa, mən öz yolumla hərəkət edəcəyəm. Qoy Allah mənimlə bu qövm arasında hakim olsun. Həqiqətən O, hakimlərin ən yaxşısıdır.»

Göründüyü kimi İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə aşağıdakı dörd şeyi öz inqilabının səbəbi kimi qeyd etmişdir:

1)Ümməti islah etmək;

2) Əmr be-mə’ruf;

3)Nəhy əz-münkər;

4)Babası Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm), atası Əli əleyhissəlamın sünnəsinə itaət etmək və onların sünnəsini cəmiyyətdə dirçəltmək.

2) Bağışlanılmaz sükut

İmam Hüseyn (əleyhissəlam) İraqa gedərkən yolda Beyzə adlı bir məntəqədə Hürrün qoşunu ilə üz-üzə gəldi. İmam Hüseyn (əleyhissəlam) üzünü Hürrün qoşununa tərəf tutub bir xütbə söylədi və xütbədə öz inqilabının səbəbini belə açıqladı:

«Camaat! Allahın peyğəmbəri buyurmuşdur: “Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) qanun və sünnəsinə müxalif olub Allahın bəndələri arasında günah, fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə və bu cür bir hökmdara qarşı əməli, hərəkəti və ya sözü ilə e’tiraz etməsə, Allah (sükut edən) həmən şəxsi o hökmdarın düçar olacağı əzaba (Cəhənnəm əzabına) düçar edər.

Camaat! Agah olun, bunlar (Bəni–Üməyyə) Allahın itaətindən çıxmış və Şeytana itaət etməyi özlərinə vacib bilmişlər. Bunlar fəsadı yaymış, Allahın qanunlarının icra olunmasının qarşısını almışlar. Peyğəmbər ailəsinə məxsus olan payı özlərinə götürmüşlər. Mən müsəlman cəmiyyətini hidayət edib onlara rəhbərlik etməkdə, cəddimin dinini min cür fəsadlarla dəyişmiş bir hökumətə qarşı inqilab etməkdə hamıdan layiqliyəm...»

3) Sünnənin məhv olması, bid’ətlərin yayılması

İmam Hüseyn (əleyhissəlam) Məkkəyə gəldikdən sonra Bəsrə şəhərindəki qəbilələrin başçılarına məktub yazdı. O, məktubda keçmiş xəlifələrin dövründə İslamın həqiqi rəhbərlərinin siyasət səhnəsindən uzaqlaşdırıldığını, onların ixtilaf və təfriqənin qarşısını almaq və İslamın ali məsləhətləri naminə bu vəziyyətə dözmələrini vurğuladıqdan sonra belə yazır:

«...Mən öz qasidimi bu məktubla sizə tərəf göndərirəm. Sizi Allahın kitabı və peyğəmbərin sünnəsinə də’vət edirəm. İndi elə bir vəziyyətdəyik ki, peyğəmbərin sünnəsi tamamilə itib batmış, aradan getmiş və onun yerini bid’ətlər tutmuşdur. Əgər mənim sözümə qulaq assanız, sizi düz yola hidayət edərəm. Allahın salamı, rəhməti və bərəkəti sizə olsun!»

4) Artıq haqqa əməl olunmur

Hüseyn ibn Əli (əleyhissəlam) İraq yolunda Zi-Husum adlı bir yerdə ayağa qalxıb öz səhabələrinə aşağıdakı xütbəni buyurdu:

«Vəziyyəti artıq özünüz görürsünüz. Zəmanə doğrudan da, dəyişmişdir. Pisliklər meydana çıxmış, yaxşılıqlar və fəzilətlər isə aradan getmişdir. Fəzilətlərdən isə ancaq su qabının dibində bir-iki damcı su qaldığı kimi qalmışdır. Camaat zillət və alçaqlıq içində ömür sürür. Həyat səhnəsi daş-kəsəkli, az otlu bir otlağa, çətin və əziyyətli bir yerə çevrilmişdir. Görmürsünüz ki, daha haqqa əməl olunmur və batilin qarşısı alınmır? Belə bir vaxtda imanlı bir şəxsin (canından keçib) Allaha qovuşmağa haqqı var. Belə bir çirkin və alçaq həyatda mən ölməyi səadət, zalımlarla bir yerdə yaşamağı isə zillət və alçaqlıq hesab edirəm. Bu camaat dünyanın qullarıdır. Din onların dilində lağlağaya çevrilib. Nə qədər ki, asayiş və rifahdadırlar, dinə kömək edirlər, elə ki, imtahana çəkilirlər, sayları azalır.» Düşünülmüş və hazırlıqlı qiyam

Bu günkü zamanda materialistlərin qiyam üçün verdiyi təfsirə görə qiyam cəmiyyətdə buxar qazanının havasının çıxmağa yeri olmadığı zaman partlaması kimidir. Bu vəziyyətdə insan istəsə də, istəməsə də, buxarın çoxalıb sıxlaşması nəticəsində partlayış olacaq. Cəmiyyətdəki təbəqələr arasında çətinliklər və ziddiyyətlər artdıqda, camaat daha zülmə dözə bilmir, təbii ki, belə bir vəziyyətdə də qiyam baş verməlidir. Başqa sözlə desək, qiyam - kiçik miqyasda qəzəblənmiş və kinli bir şəxsin səbr kasası dolduqda ürəyində olanları bayıra çıxarmasıdır. Hətta ola bilər sonradan buna peşiman da olsun.

İmam Hüseyn əleyhissəlamın tarixi məktub və çıxışlarından (qeyd etdiyimiz çıxışlardan) gözəl mə’lum olur ki, bu böyük şəxsiyyətin qiyamı bu cür ictimai partlayış olmamışdır. Onun qiyamı agahlıq əsasında, məs’uliyyət hiss etmək nəticəsində və bütün təhlükələri nəzərə almaqla baş vermişdir. İmam Hüseyn (əleyhissəlam) təkcə özü agah halda şəhadətə tərəf getmədi, hətta səhabələrə də şəhadəti könüllü olaraq seçməyi aşıladı. Bu səbəbdən İmam Hüseyn (əleyhissəlam) Aşura gecəsi səhabələrini bir yerə yığıb onlara bildirdi ki, onların hamısı azaddır, kim istəsə, çıxıb gedə bilər. Sabah onunla qalanların hamısı şəhid olacaqdır. Səhabələr də bunların hamısını nəzərə alaraq qaldılar və şəhadətə qovuşdular.

Bundan əlavə, materialistlərin fikrincə qiyamda rəhbərin və qiyamçıların bir o qədər də rolu olmur. Sadəcə olaraq onlar uşaq doğulanda, uşaq tutan dayə rolunu oynayırlar. Onların qiyam qəhrəmanları bu cür inqilab həyata keçirmək iqtidarında olmadıqlarından inqilabları da heç bir əxlaqi dəyərlərə malik olmur. Lakin İmam Hüseyn əleyhissəlamın Kərbəla qiyamındakı rolu heç kəsə namə’lum qalmamışdır.

Əməvilərin iqtidar daxilində nüfuzu

İmam Hüseyn əleyhissəlamın inqilabında əmr be-mə’ruf və nəhy əz-münkərin rolu barədə dediklərimizdən mə’lum oldu ki, o Həzrətin qiyam etməsinin əsas səbəbi İslami hökumətin öz əsl xəttindən uzaqlaşması və bunun ardınca bid’ətlərin yayılması, Peyğəmbər sünnəsinin itib batması, fəsad, pozğunluq və İslama zidd olan hərəkətlərin artması olmuşdur.

İndi bu barədə bir az ətraflı danışaq.

Bir daha xatırladırıq ki, o vaxt İslam hakimiyyəti və müsəlmanların bütün işləri İslamla zidd olan cahil Bəni–Üməyyə dəstəsinin əlində idi. Bu dəstə İslam peyğəmbərinə qarşı illərlə mübarizə etdikdən sonra nəhayət Məkkənin fəthində zahirdə müsəlman oldular. Ancaq öz küfr və münafiqliyini gizlədib peyğəmbərin vəfatından sonra islamnüma şəkildə öz gizli fəaliyyətlərinə başlayaraq yavaş-yavaş hökumətdə nüfuz tapıb xilafətin əsas işlərini öz əllərinə keçirdilər. Axırda da Həzrət Əli əleyhissəlamın şəhadətindən sonra Müaviyənin başçılığı ilə hökumət başına gəldilər.

Düzdür, bu dəstənin əsas başda olanları və idarəedici qüvvələri öz çirkin məqsədlərini (daxildən İslama zərbə vurmaq planını və insanların «cahiliyyət» dövrünün adət-ən’ənələrinə qaytarmaq fikirlərini) üzə çıxarmadılar, ancaq onların gördükləri işləri mütaliə etmək bu mə’nanı açıq-aşkar bəyan edir. Eləcə də, onlar öz aralarında təşkil vermiş və söz-söhbətlərinin kənara çıxmamasını güman etdikləri məclislərdə öz məqsədlərini açıb söyləyirdilər. Misal üçün qeyd etmək olar ki, bu dəstənin başında duran Əbu Süfyan Osmanın (Bəni–Üməyyənin birinci xəlifəsi) xilafət başına gəldiyi birinci gün Bəni–Üməyyə Osmanın evinə yığışıb qapını bağladıqları vaxtda dedi: «Sizdən başqa burada kimsə var? » (Artıq o vaxt Əbu Süfyanın gözləri tutulmuşdu.) Dedilər: «Xeyr.» Əbu Süfyan dedi: «İndi ki,hökumət sizin əlinizə düşüb, onu bir top kimi bir-birinizə ötürün. Çalışın ki,hökumət Bəni–Üməyyədən qırağa çıxmasın. Mən and içirəm əqidə bəslədiyim şeyə, nə əzab var, nə hesab-kitab, nə Cənnət var,nə Cəhənnəm, nə də Qiyamət.»

Həmən bu Əbu Süfyan Osmanın xəlifəlik dövründə bir gün Ühüd qəbiristanlığının ətrafından keçirdi. O, təpiklə Həmzənin qəbrinə vurub dedi: «Dünən sizinlə üstündə qılıncla vuruşduğumuz şey bu gün bizim uşaqlarımızın əlindədir və onlar onunla oynayırlar.»

Müaviyənin İslama zidd olan hərəkətləri

Müaviyə ibn Əbu Süfyan öz xəlifəlik dövründə bir gecə (öz valilərindən biri olan) Müğeyrə ibn Şü’bə ilə oturub söhbət edərkən özünün İslamı aradan aparmaq arzusunu açıqlamışdır. Bu xəbər Müğeyrənin oğlu Mütərrif tərəfindən faş edildi. Mütərrif deyir: «Atam Müğeyrə ilə birlikdə Dəməşqdə Müaviyənin qonağı idik. Atam tez-tez Müaviyənin sarayına gedər və onunla söhbət edərdi. Qaldığımız yerə qayıtdıqda, onun ağıl-kamalından danışar, onu tə’rifləyərdi. Ancaq bir gecə Müaviyənin sarayından qayıdanda gördüm ki, atam bərk narahatdır. Başa düşdüm ki, onun narahatlığına səbəb olan bir hadisə baş vermişdir. Narahatlığının səbəbini soruşduqda, mənə dedi: «Oğlum, mən indi dünyanın ən çirkin adamının yanından gəlirəm.» Dedim: «Məgər nə olub?» Cavab verdi: «Müaviyə ilə tək oturmuşduq, ona dedim: “İndi ki öz arzuna çatıb hökuməti ələ keçirmisən, heç olmasa ömrünün axırlarında camaatla ədalət və yaxşılıqla davran, Bəni–Haşimlə bu qədər bədrəftar olma. Axı onlar necə olsa, yenə sənin qohumlarındırlar, bundan da əlavə, onlar indi elə bir vəziyyətdədirlər ki,daha onlardan sənə bir xətər yetişməz.» Müaviyə cavab verdi: «Əsla, əsla! Əbu Bəkr xəlifə oldu, ədalətlə davrandı,ölümündən sonra təkcə adı qaldı. Өmər də on il xəlifə oldu, zəhmətlər çəkdi, ancaq ölümündən sonra təkcə qalan adı oldu. Sonra şərafətdə heç kəs ona çata bilməyən bizim Osman qardaşımız xəlifə oldu. O ölən kimi adı da özü ilə dəfn olundu. Ancaq İslam aləmində hər gün bu Haşimi kişinin (peyğəmbərin) adını beş dəfə çəkərək «əşhədu ənnə Muhəmmədən rəsulullah» deyirlər. İndi (o üç nəfərin adının itib batdığı, lakin Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) adının yaşadığı) bu vəziyyətdə onun adını itirib batırmaqdan başqa hansı yol var?»

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Hüseyndir Xaliqi əzəm fədası..
Hz. Muhəmmədin (s) peyğənbərliyin təsdiq edən qədim İncil tapıldı
Həzrət Əli ələyhis-salam, beytül-mala xəyanət edənlə necə rəftar edirdi?
ABNA, İslam Peyğəmbəri (s) və 6-cı İmamın (ə) mövludu münasibəti ilə təbrik ...
Kərbəlada Hz. Abbasın (ə) hərəminin "Qızıl Eyvanı"na yazılan Quran ...
Bu gün Xanım Zəhranın (s) Şəhadətidir
ABNA olaraq həzrəti Fatimeyi Zəhranın (s) mövlud bayramı münasibətilə təbrik ...
Həzrət Əli (ə)- Haqq aynası
ABŞ-ın Denver şəhərində Xanım Fatiməi Zəhranın (s) əzadarlıq mərasimi qeyd ...
Həzrət Zeynəb (ə.s)

 
user comment