Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

Sədaqət, bəsirət, aram qəlb, İlahi diqqət – zakirlərin xüsusiyyətləri

Sədaqət, bəsirət, aram qəlb, İlahi diqqət – zakirlərin xüsusiyyətləri

Əgər Allahın zikri və yada salınması insanın ruh və canı ilə qarışarsa, ardınca misilsiz təsirlər qoyar. Zakir insanlar bu dünya həyatından daha çox bəhrə apararlar. Bu faydalarla biz də tanış olaq:

1. İlahi əmrlərə sadiqdirlər. Zakir insanın bu həyatdakı ilk bəhrəsi odur ki, halal və harama riyaət edər və İlahi əmrlərə qarşı həmişə mütidir. Zikr insanın imanını gücləndirdiyi üçün İlahi əhkama hamıdan daha çox riayət edər. Qurani-Kərim buyurur: “Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. (“Ənfal” 2).

2. Bəsirətli olmaq. İlahi zikrin ikinci təsiri – bəsirətdir. Qurani-Kərim buyurur: “Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 201).

3. Nifaqdan amanda olar. Qurani-Kərim buyurur: “Həqiqətən münafiqlər Allaha qarşı hiyləgərlik edirlər, halbuki, Allah onları aldadır (onların hiylələrinin cəzasını özlərinə qaytarır). Onlar namaza durarkən (yerlərindən) süst qalxır, camaatla (ünsiyyətdə olarkən) riyakarlıq edir və Allahı çox az yada salırlar”. (“Nisa” 142).

4. Namaz halındadırlar. Həzrət Peyğəmbər (s) buyurur: “Madam ki, Allahı yada salırsan, ayaq üstə və əyləşən halda, bazarda və ya harada olursansa-ol, davamlı olaraq namaz və qunut halındasan”.

5. Allah zakir insana diqqət edər. “Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükür edin və küfr etməyin və nemətlərimə nankorluq etməyin”. (“Bəqərə” 152).

6. Zikr qəlbləri aram edər. “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).

Mömin insan o kəsdir ki, zahirdə və batində, xəlvətdə və aşkarda və həyatının hər bir məhrələsində daima Allahı yada salar və Onu zikr edər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Hicr surəsinin 85- 87- ci ayələrindən məqsəd nədir?
10 HƏDIS (15)
МҮАСИР ГӘРБ МӘДӘНИЈЈӘТИНИН ГИЈМ&
ON SƏKKIZ YAŞLI CAVAN RUMLULARLA OLAN MÜHARIBƏNIN SƏRKƏRDƏSI
ALDATMAQDAN UZAQ OLMAQ
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə ...
Yəmən – Səud sülaləsinin qırıcı təyyarələrinin Təəzzdəki yaşayış ...
İmanlı qadının həyası
QURAN VƏ “NƏHC ƏL-BƏLAĞƏ”
SciencesPo Paris universiteti "Hicab Günü" aksiyası keçirib

 
user comment