Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

İSLAMDA TƏBABƏT (6)

İSLAMDA TƏBABƏT (6)

İSLAMDA TƏBABƏT (6)

Nar ağacının kökünün qabığı və ya meyvəsinin qabığı qaynadılıb balla şırinləşdirilir, bağırsaq parazitlərini məhv etmək üçün səhərlər acqarına içilir, meyvəsini yemək və çubuqlarını qaynadıb suyunu içmək isə ishala qarşı çox faydalıdır. Meşədə bitən cır nar bu baxımdan daha təsirlidir. Onu qaynatdıqdan sonra suyunu süzərək içirlər. Bu İlahi nemətin meyvəsindən şirə, kompot, bəhməz hazırlanır ki, onlar da hərəsi öz-özlüyündə müxtəlif xüsusiyyətlərə malikdir.

Qusma və ürəkbulanmasına qarşı saxlanmış narın özü və ya bəhməzi çox kömək edir.

Nar gülü və ya nar qabığının qaynadılmasından alınan məhlul diş dibi ətini möhkəmləndirir. Saxlanmış narın şirəsini balla qarışdırıb ağızı qarqara etdikdə ağıziçi yaraları (stomotit) sağaldır, mədə iltihabında isə köhnə narın alınmış bəhməzi səhərlər acqarına içirlər. Həzrət Məhəmmədin (s) pak əhli-beytinin üzvlərindən olan altıncı imamımız imam Sadiq (ə) buyurur: "narı pərdəsi ilə birlikdə yeyin, ona görə ki, mədəni aşılayır və insanın zehnini qüvvətləndirir!.

Ümumiyyətlə, nar əsəblər üçün də çox faydalıdır. Məsumların tövsiyələrində buyurulur ki, həzm prosesini gücləndirmək üçün yeməkdən sonra bir az nar qəbul etmək məsləhətdir. Mədəni qüvvətləndirmək üçün isə narı içindəki ağ pərdələrlə birlikdə yemək yaxşıdır.

İmam Sadiq (ə) buyurur: "şirin nar yeməyi tövsiyə edirəm, çünki mədəyə daxil olan hər bir nar bir xəstəliyi bədəndən çıxarır".

Buradaca qeyd etmək yerinə düşər ki, şirin nar yemək cinsi fəaliyyəti gücləndirir. Saxlanılmış narı yemək isə susuzluğu aradan qaldırmağın, hərarəti aşağı salmağın ən yaxşı vasitələrindəndir.

Nar şirəsi içmək ürək döyüntüsü olanlar üçün çox faydalıdır. Nar bəhməzi yaralara, iltihablı nahiyələrə çəkilərsə, sağalma prosesini sürətləndirər.

Məsum imamlarımız buyururlar: "nar cənnət meyvələrindəndir, o mədəni qüvvətləndirər, vücuddakı zərərli maddələri çıxarır, bir çox xəstəliklərdən şəfa tapmağa yardım edər. Onun dənələrindən biri cənnət meyvəsidir. Odur ki, narı elə yemək lazımdır ki, dənələrindən biri də yerə düşüb itməsin".

Başqa bir tövsiyədə isə buyurulur: "yediyiniz hər bir şeyi çalışın başqası ilə bölüşəsiniz, bircə nardan başqa. Narı hər kəsin özü yesə yaxşıdır ki, cənnət dənəsindən məhrum olmasın".

Həzrət Əli (ə) nar yeyən zaman altına süfrə salardı, səbəbini soruşduqda isə buyurardı ki, "narın içərisində behişt dənəsi mövcuddur, gərək itirməyəsən".

Imam Cəfər Sadiq (ə) buyurur: "hər kim bir nar yesə, onunla şeytanı 40 gün xəstə edər".

əlbəttə nara verilən bu qədər qiymət, onun insana verə biləcəyi faydalara görədir.

Hamiləlikdən bir az əvvəl və hamiləlik dövründə nar yeyən qadınların uşaqları sağlam və gözəl olur.

Məsum imamlardan tövsiyə var: "hər kim nar yeyərsə ürəyi işıqlanar, ürəyi işıqlı olandan isə şeytan uzaqlaşar. Yatmaq vaxtı nar yeyən adam isə səhərə qədər xəstəliklərdən və şərdən amanda olar".

İmam Cəfər Sadiq (ə) buyurur: "öz uşaqlarınıza nar yedirin, bu onların yaxşı və tez inkişaf etməsinə səbəb olar".

Nar şərbətini bənövşə gülü ilə qarışdırıb 10 gün, gündə üç dəfə 100 qram içmək plevrit xəstəliyinə qaşı gözəl nəticə verir.

Babasil xəstəliyi zamanı iki dəstə yarpızı suda qaynadıb süzür, sonra ona yarım stəkan nar şirəsi əlavə edərək ilıq halda həftə ərzində hər gün, gündə iki dəfə babasili yumaq məsləhətdir.

Bu İlahi nemətin şirin və ya turş növdən olması da onun müalicəvi xüsusiyyətlərindən xəbər berir. Yəni turş narın şərbəti öd şiddətini yatırır, mədəni qüvvətləndirir, ishala qarşı yaxşı təsir göstərir. Şərbət hazırlamaq üçün narın şirəsini vam odda qaynadır və ona 13 qədər şəkər, ya da bal qatırlar. Bu yolla hazırlanmış şərbət ishala, sətəlcəmə və sinə ağrılarına qarşı çox faydalıdır.

Şirin nar və onun şərbəti ağ ciyər, sinə, mədə və qara ciyər üçün faydalıdır. Nar şərbətinə şəkər və nişasta qataraq ondan sinə tutulması və öskürək əleyhinə istifadə edirlər. Bu, həm də dalaq müalicəsində müsbət təsir göstərir.

Bu İlahi nemətin tumları yeyilərsə, o zaman bağırsaqlarn iç divarları təmizlənər.

Mədə və bağırsaq qurdlarını məhv etmək üçün 60 qram nar kökünün qabığını 750 millilitr suda 6 saat isladır, sonra onu 500 millilitr su qalana qədər qaynadırlar, yəni məhlulun 13 –i buxarlanana qədər, sonra süzüb 3 hissəyə bölür, 2 saat fasilə ilə üç dəfəyə içirlər. Bir qədər keçdikdən sonra mədəyumşaldıcı vasitə qəbul edirlər.

Mədə-bağırsaq pozulmasında isə nar meyvəsinin quru qabığını qaynadıb içmək məsləhətdir.

Nar şirəsi böyrək və mədə ağrısı zamanı da faydalıdır. Turş narın şirəsi isə şəkər xəstəliyində işlədilən gözəl vasitədir.

Nar qabığının qaynanmış suyundan yaraları sağaltmaq üçün, mədə-bağırsaq qurdlarına, anginaya qarşı işlədilir. Nar şirəsi qan damarlarının gözlərini təmizləyir və açır, bağırsaqları yumşaldır, böyrəkləri təmizləyir, sidik ifrazını artırır, qara ciyəri möhkəmləndirir, sarılıq xəstəliyinin müalicəsinə kömək edir, ürək döyüntüsündə, dalaq xəstəliyində də faydalıdır.

Bu İlahi nemət səsi təmizləyir, insanı kökəldir, qidanın mədədən bağırsağa keçməsini tənzimləyir, üzün rəngini açır.

Maraqlıdır ki, nar ağacının ətrafına heç vaxt zəhərli həşərat və sürünənlər yaxınlaşmır. Bu xüsusiyyətlərini nəzərə alaraq anbarlara, zirzəmilərə böcəklər yaxınlaşmasın deyə nar ağacının qabığını qoyurlar.

Kiçik bir nar meyvəsində bu qədər faydaların olmasına qərar vermiş Allah-Taalaya şükürlər olsun! Amin!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

10 HƏDIS (15)
МҮАСИР ГӘРБ МӘДӘНИЈЈӘТИНИН ГИЈМ&
ON SƏKKIZ YAŞLI CAVAN RUMLULARLA OLAN MÜHARIBƏNIN SƏRKƏRDƏSI
ALDATMAQDAN UZAQ OLMAQ
Atifə nəzərindən, uşağın həzrət Xızır (ə) tərəfindən öldürülməsi necə ...
Yəmən – Səud sülaləsinin qırıcı təyyarələrinin Təəzzdəki yaşayış ...
İmanlı qadının həyası
QURAN VƏ “NƏHC ƏL-BƏLAĞƏ”
SciencesPo Paris universiteti "Hicab Günü" aksiyası keçirib
Üç şеydә hеç kimdәn üzr qәbul оlunmаz

 
user comment