Azəri
Thursday 10th of October 2024
0
نفر 0

Düz danışmaq (düzgünlük)

Düz danışmaq (düzgünlük)
Allahın rəsulu (s): Ey camaat! Yolu tanıyan rəhbər özünkülərə və öz əhlinə yalan danışmaz. Mən əgər yalançı da olsaydım ən azı sizə yalan söyləməzdim. And olsun tək olan Allaha mən xüsusilə sizin tərəfinizə və ümumilə bütün xalqın tərəfinə Allah tərəfindən haqqla göndərilmişəm. And olsun Allaha, yatdığınız kimi öləcəksiniz və durduğunuz (oyandığınız) kimi qaldırılacaqsınız, əməllərinizə müvafiq və uyğun hesablar olacaqdır. Yaxşılıq müqabilində yaxşı mükafat alacaqsınız, pislik bərabərində çətin əzablar dadacaqsınız. Qarşıda əbədi cənnət və sonsuz cəhənnəm var.  
Əttəbəqətül- kübra, elə ki, "Və ən yaxın qohumlarını qorxut!"  ayəsi nazil oldu, Allahın Peyğəmbərləri (s) Səfa dağına qalxdı və səslədi: "Ey Qüreyşlilər!"
Qüreyşlilər dedilər: Bu Məhəmməddir ki, Səfanın üstündən fəryad çəkir.
Hamı toplaşdı və dedilər: Nə olub ey Məhəmməd?
Buyurdu: Əgər mən sizə desəm, bu dağın arxasında bir qurup atlı düşmən müharibə etmək üçün var, mənim sözümü təsdiq edərsinizmi?
Dedilər: Bəli, sən bizim içimizdə yalanla və pis adla ittiham olmamısan, heç vaxt səndən yalan eşitməmişik.
Buyurdu: İndi, mən sizə çətin və şiddətli əzabdan xəbərdarlıq edirəm. Ey Əbdülmüttəlib övladları! Ey Əbdi Mənaf övladları! Ey Zöhrə övladları! (Bu tərtiblə Qüreyşin bütün qəbilə və qövmlərinin adını çəkdi) Allah mənə fərman (göstəriş) verib və əmr edibdir ki, öz yaxınlarıma (qohum, əqrabama) xəbərdarlıq edəm. Əgər "La ilahə illəllah" deməsiniz və iman gətirməsəniz mən sizin üçün dünyada heç bir mənfəət və axirətdə heç bir bəhrə verməyi boynuma götürə bilmərəm.
Bu zaman Əbu Ləhəb dedi: Öləsən səni! Buna görə bizi buraya yığıbsan?
Bu an Allah- Təbarəkə və Taala "Təbbət yəda əbiləhəbin vətəb..."
Surəsini bütövlüklə nazil etdi.  
Əttəbəqətül- kübra, (Ayişədən): Allahın rəsulu (s) yanında yalançılıqdan pis və mənfur xislət yox idi. Hər vaxt eşidirdi ki, onun səhabələrindən biri yalan danışıbdır, ona qarşı etinasız olardı və nəhayət o, başa düşüb tövbə edərdi.  
Sünəni ibni Macə: (Əbdüllah ibni Salamdan): Peyğəmbər Mədinəyə gələn zaman camaat onu görmək üçün tələsirdilər. Bir nəfər dedi: Allahın Peyğəmbəri (s) varid oldu.
Mən də onu görmək üçün getdim. Elə ki, Allahın rəsulunun üzünü gördüm, başa düşdüm ki, onun üzü yalançı adamın üzü deyil. Peyğəmbərdən (s) eşitdiyim birinci söz (cümlə) bu oldu ki, buyurdu: "Ey camaat! Bir- birinizə salam verin, camaatı yedirdin (maddi) kömək göstərin, silə rəhm edin (qohumlarla əlaqə yaradın) və gecə camaat yatarkən namaz qılın ki, cənnət nəsibiniz olsun.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM HÜSEYN (Ə)
BU GÜN HƏZRƏT ƏLI ƏKBƏRIN (Ə) TƏVƏLLÜD GÜNÜDÜR
İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI (2)
Məhərrəm ayının 20 -ci günü
“Əyyami Fatimiyyə”nin başlanması ilə əlaqədar İmam Hüseyni hərəmi ...
Yalnız günahları paklanandan sonra!
İmam Əli əleyhis-salamın, Abdullah ibn Abbas onun tərəfindən Bəsrənin hakimi ...
Həyatı
Quranda şərabın haram edilməsi
Dar menuy aval bashe.

 
user comment