QEYBƏTİN HARAM OLMASI DƏLİLLƏRİ
Mö`minin qeybəti dörd dəlilə əsasən haramdır: Qur`an dəlili, rəvayət dəlili, icma dəlili və ağıl dəlili.
Birinci dəlil: Qur`ani-məcidin altı ayəsi qeybətin haram olduğunu təsdiqləyir:
1. “Hucurat” surəsinin 11-ci ayəsində Allah-tәala üç şeyi qadağan edir: istehza və məsхərə, qeybət və pisliyə danışmaq, mö`mini çirkin və pis ləqəblə çağırmaq. Ayədə buyurulur: “Ey iman gətirənlər, bir qövm digәr bir qövmü məsхərəyə qoymamalıdır. Ola bilər ki, həmin qövm onlardan üstün ola. Qadınları məsхərəyə qoymasınlar.

Ola bilər ki, məsхərəyə qoyulanlar onlardan üstündür. Mö`minlər sizin özünüz kimidir, onlara eyb tutmayın. Kimsəni pis ləqəblə çağırmayın. Mö`mini kafirin çağırıldığı ləqəblə çağırmaq pisdir. (Məsələn, iman gətirənə “ey yəhudi” deyə müraciət oluna.) Bu günaha yol verən tövbə etməsə sitəmkarlar cərgəsində dayanar və onlardan sayılar.”
Sünnə əhlindən rəvayət olunur ki, yəhudi Hәyy ibn Хәtəbin qızı Səfiyyə hәzrәt Peyğəmbərin (s) zövcəsi idi. Bir gün bu xanım ağlar halda Peyğəmbərin yanına gəldi və belə ərz etdi: “Ayişə mənə deyir ki, ey iki yəhudinin qızı yəhudi.” Peyğəmbər (s) buyurdu: “Nə üçün demədin ki, atam Harun, əmim Musa və әrim Məhəmməddir?” Ötən ayədə məsxərəyə qoymaq qadağan edildi. Növbəti ayədə buyurulur: “Kafir olanlar üçün bir neçə günlük dünya həyatı cilvələndi, onlar iman gətirənləri məsxərəyə qoyurlar. O kəsləri ki, təqva əhlidirlər, Qiyamət günü onlardan üstündürlər. Allah istədiyinə hesabsız ruzi verir.”
2. “Hucurat” surəsinin 12-ci ayəsində Allah-tәala üç şeyi qadağan edir: mö`minlərə münasibətdə bədgümanlıq, mö`minlərin işində təftiş, mö`minlərin arxasınca qeybət və pis danışıq. Ayədə buyurulur: “Ey iman gətirənlər, uzaq olun bir çox gümanlardan. Çünki bə`zi gümanlar günah və din qardaşına münasibətdə bədgümanlıqdır.”
Rəvayətdə nəql olunur ki, hәzrәt Peyğəmbər (s) “mö`min qardaşınıza münasibətdə xoşgüman olun” buyurmuşdur. İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə bildirilir ki, mö`min qardaşın işində pisliyə əmin olmayınca ona qarşı bədgüman olma. Ayənin davamında buyurulur: “Mö`min qardaşının eyblərini araşdırma, işlərini təftiş etmə.” İmam Sadiq (ә) buyurur: “Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Mö`minlərin büdrəmələrini araşdırmayın. Kim mö`min qardaşında eyb axtarsa, Allah onda eyb axtaracaq. Allahın eyb axtardığı kəs isə rüsvay olacaq.”
Ayənin tərcüməsinin davamı: “Biriniz o birinizin qeybətini etməyin və arxasınca danışmayın. Gizli eybi faş etməyin. (Bu iş ölmüş qardaşın ətini yemək kimidir.) Sizlərdən biri ölmüş qardaşının ətini yeməyi xoşlayırmı? Şübhəsiz, bu işdən ikrah duyursunuz və ağlınız bu işin pis iş olduğunu hökm edir. Beləsə, Allahdan qorxun, belə bir günaha yol verməyin. Belə bir iş gördükdə dərhal tövbə qılın. Allah sizin tövbənizi qəbul edər, mərhəmət buyurar.”
3. “Allah kimsənin haqqında pis söz deyilməsini dost tutmur. Yalnız pisliyə danışan, zalımdan şikayətlənən məzlum istisnadır. Allah sizin pis sözlərinizi eşidir və cəzanızın qədərini bilir.”
Rəvayətdə nəql olunur ki, bir şəxs Peyğəmbərin (s) hüzurunda Əbu Bəkrə pis sözlər dedi. Birinci və ikinci dəfə səbr edən Əbu Bəkr nəhayət cavab verdi. Hәzrәt Peyğəmbər (s) ayağa qalxıb məclisi tərk etdi. Peyğəmbərdən (s) gedişi haqqında soruşduqda buyurdu: “Nə qədər ki, Əbu Bəkr cavab vermirdi, onun əvəzinə mələk danışırdı. Əbu Bəkr cavab verən kimi mələk getdi və şeytan gəldi. Şeytan olan yerdə qalmaq istəmədim.”
4. “Vay olsun iman əhlinin qeybətini edən, müsəlmanlar arasında söz gəzdirənin halına.”
Bə`zi alimlər qeyd edirlər ki, “huməzə” dedikdə başqalarının başında, əlində və gözündə olan eybə işarə edənlər nəzərdə tutulur. Başqalarının eyblərini dilə gətirənlər isə “luməzə” adlanır. Başqalarında eyb axtarmaqda, onları məzəmmət etməkdə məqsəd çox vaxt qürur olur. Bə`ziləri var-dövləti ilə fəxr edib, özünü yüksәk tutur.
Ayənin təfsirində qeyd olunur ki, huməzə başqalarına tə`nə etmək, luməzə mö`minlərin arxasınca pis sözlər danışmaqdır.
5. “Ey peyğəmbər, haqq və ya batil üçün and içənlərlə razılaşma. Onlar öz yalanları ilə xalq arasında rüsvaydırlar. Qeybət edənlərlə, tez-tez xalq haqqında pis söz danışanlarla, söz gəzdirənlərlə, paxıl, zalım və günahkarlarla razılaşma.”
Ayədən mə`lum olur ki, qeybət edən şəxslə bir araya gəlmək olmaz. Onun pis sözlərini dinləmək qadağandır. İnsan, haqqında danışılan şəxsi müdafiə edib deməlidir: “Siz səhv edə bilərsiniz, həmin şəxsin başqa məqsədi ola bilər.” Belə ki, mö`min qardaşınızı gücünüz həddində müdafiə etməlisiniz.
Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Bir şəxsə müsəlman haqqında qeybət olunsa həmin şəxs haqqında danışılana yardım göstərə bilər. Yə`ni onu müdafiə edib, haqqında deyilən pis sözləri inkar edər. Alla-taala belə bir insana dünya və axirətdə yardım göstərər. Əgər qeybəti edilənə yardımı tərk etsə, Allah da onu dünya və axirətdə öz yardımından məhrum edər.” [88] Demək, mö`min mö`minin daimi yardımçısı olmalıdır. Digər bir rəvayətdə nəql olunur: “Mö`min mö`minin qardaşıdır və ona yardımı tərk etmir.
6. “Həqiqətən, mö`minlər haqqında pis söz yaymaq istəyənləri dünya və axirətdə ağrılı əzab gözləyir. (Onlar dünyada rüsvay olar, axirətdə odda yanar.) Allah bəndələrinin aşkar və gizli işlərindən tam xəbərdardır. Siz isə bilmirsiniz.” Ayənin təfsiri ilə bağlı mərhum Şeyx Məhəmməd Nəhavəndi iki rəvayət nəql edir:
Birinci rəvayət: Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Elələrini tanıyıram ki, sinələrinə vurulanda bu səsi cəhənnəm əhli eşidər. Onlar müsəlmanlarda eyb axtarıb pərdə götürənlərdir. Onlar insanların yol vermədiyi günahları hamıya yayırlar.”
İkinci rəvayət: “Elə bir bəndə yoxdur ki, mö`minin eybini aça, amma Allah-tәala qiyamətdə onun eybini örtə.”
İkinci dəlil: Qeybətin haram olması ilə bağlı Əhli-beytdən (ə) rəvayətlər nəql olunmuşdur. Bu rəvayətlərdən iyirmi dördünü qeyd edirik.
1. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “İnsan Qiyamət səhnəsinə gəldiyi vaxt əməl naməsində yaxşı əməllərini görməz. Soruşar ki, dünyada gördüyüm yaxşı işlər haradadır? Ona deyilər: “İnsanların qeybətini etdiyin, оnların yaxşılıqlarını qeybətə çevirdiyin üçün yaxşı əməllərin məhv olub.”
2. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Qiyamət günü bir şəxs səhnəyə gətirilər və Allah-tәalanın hüzurunda əməl naməsi ona verilər. Həmin şəxs əməl naməsində yaxşı əməllərini görməyib deyər: “Pərvərdigara! Bu mənim əməl naməm deyil. Ona deyilər: “Allah-tәala sənin zərrəcə yaxşı əməlini unutmaz. Əməllərinin məhv olmasının səbəbi insanların qeybətini etməyindir.” Başqa birini gətirərlər. Həmin şəxs əməl naməsində gözləmədiyi həddə ibadətlər görüb deyər: “Pərvərdigara! Bu mənim əməl naməm deyil. Mən belə ibadət etməmişəm. Ona deyilər: “Doğrudan da filankəs sənin qeybətini etdiyindən yaxşılıqları sənə verilib.”
3. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Həqiqətən, pisliyə danışmaq zinadan ağır günahdır. Zinaya yol verən peşman olub tövbə qılır. Allah da onun tövbəsini qəbul edir. Qeybət edən isə qeybətini etdiyi şəxsdən razılıq alanadək bağışlanmır.”
4. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Mö`minlərin arxasınca danışmaqdan çəkinin. Çünki qeybət və pisliyə danışmaq zinadan ağır günahdır. Zinaya yol verən peşman olub tövbə qılır, Allah da onun tövbəsini qəbul edir. Amma qeybət edən şəxs qeybətini etdiyi adamdan halallıq alanadək bağışlanmır.”
5. Hәzrәt Pеyğәmbәrdәn (s) nəql olunmuşdur ki, bir gün həzrət öz xütbəsində sələmi yada saldı. Peyğəmbər (s) sələmin ağırlığından danışıb buyurdu: “Həqiqətən, ribadan gələn bir dirhəm otuz altı zinadan ağırdır. Ribadan da ağırı bir şəxsi hörmətdən salmaqdır.”
6. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Müsəlman kişi və ya qadının qeybətini edən şəxsin qırx gün namaz və orucu qəbul deyil. Yalnız qeybəti olunan şəxs bağışladıqdan sonra ibadət qəbuldur.”
7. Həzrət Peyğəmbər (s) buyurur: “Bir şəxs mö`min qardaşında olan eybi arxasınca dilə gətirərsə, Allah-tәala bu iki şəxsi behiştdə bir araya gətirməz. Əgər mö`mində olmayan bir səciyyəni dilə gətirərsə, onlar arasındakı iffət qət olar, qeybət edən şəxs daim cəhənnəm odunda qalar.”
8. Hәzrәt Peyğəmbər (s) buyurur: “Pisliyə danışmaqla insanların ətini yeyən bir şəxs halalzadə olduğunu düşünürsə, yanılır. Xalqın arxasınca pis sözlər danışmaqdan çəkinin. Qeybət və pis danışıq cəhənnəm itlərinin yeridir.”
9. Həzrət Peyğəmbər (s) buyurur: “Mö`min qardaşının pisliyinə, onun eyblərini açmağa doğru hərəkət edən kəs atdığı ilk addımda cəhənnəmdədir. Yə`ni ilk addımdan Allah-tәalaya qarşı çıxmışdır.”
10. Hәzrәt Peyğəmbər (s) buyurur: “Həqiqətən insanların arxasınca pisliyə danışmaq hər bir müsəlmana haramdır. Həqiqətən, od çırpını yediyi tək pis danışıq yaxşılıqları yeyir.”
Mərhum Şeyx Mürtəza Ənsari “Məkasib” kitabının qeybət fəslində “yaxşılıqların yeyilməsi” ifadəsi ilə bağlı buyurur: “Yaxşılıqların yeyilməsi dedikdə, onların aradan qaldırılması nəzərdə tutulur.”
11. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Küfrün ilk mərtəbəsi odur ki, bir şəxs mö`min qardaşı haqqında eşitdiyini onun zərərinə istifadə etmək üçün yadda saxlaya. Belələri üçün axirət payı yoxdur.”
12. İmam Sadiq (ə) buyurur: “Ata-babalarım nəql edir ki, Əmirəl-mö`minin (ə) buyurmuşdur: “Həqiqətən, Allah mö`mini kiçildən bir şeyi iki gözü ilə görüb, iki qulağı ilə eşidib danışan şəxs haqqında buyurmuşdur: “İman gətirənlərin pisliklərini ifşa edib yayanlar üçün ağrılı əzab var.”
13. “Allah-tәala həzrət Musaya vəhy etdi ki, mö`minin arxasınca pis sözlər danışan kəs tövbə etsə behiştə sonuncu daxil olar. Mö`minin pisliyinə danışan halda dünyadan gedən isə cəhənnəmə birinci daxil olar.”
14. Qeybəti olunanın günahları bağışlanar.
15. Həzrət Əli (ə) buyurmuşdur: “Bir-birinizə həsəd aparmayın, qəzəblənməyin, pisliyə danışıb qeybət etməyin. Siz Allah bəndələri bir-birinizə qardaş olun.”
16. Nəql olunur ki, bir şəxsin əməl naməsi əlinə veriləndə namədə gördüyü yaxşılıqları yada sala bilməz. Nə qədər düşünərsə anlamaz ki, bu işləri nə vaxt görüb. Ona deyilər ki, bu yaxşılıqların səbəbi insanların sənin qeybətini etməsidir.
17. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Bir şəxs ramazan ayında bir müsəlmanın qeybətini etsə, tutduğu oruca əvəz verilməz.”
18. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Qeybət və pisliyə danışıq məclisi abad yox, xarab edər. Qulaqlarınızı qeybətdən qoruyun. Həqiqətən, qeybət edən və onu dinləyən şərikdir.”
19. Əmirəl-mö`minin (ə) buyurur: “Həqiqətən, üç şey qəbr əzabına səbəb olar: söz gəzdirmək, qeybət etmək, yalan danışmaq.”
20. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Həqiqətən hifz edən mələk əməli yuxarı qaldırdığı vaxt bu əməl müqabilindә günəş nuru kimi bir nur qərar verilər. Nəhayət bu nur səmaya çatar və mələk onu artırıb xalisləşdirər. Əməl keçməli olduğu qapıya çatdıqda gözətçi deyər: bu əməli sahibinin üzünə çırpın. Mən qeybəti olunan şəxsəm, Rəbbim mənə əmr edib ki, qeybət edənin əməlini səmaya buraxmayım. Yə`ni, qeybət edənin əməli məndən ötüb Allaha tərəf ucalmasın.”
21. Ənəs deyir: Hәzrәt Peyğəmbər (s) buyurdu: “Me`raca aparıldığım vaxt dırnaqları ilə üzünü cıran bir qövm gördüm. Cəbrəildən soruşdum ki, onlar kimdir? Dedi: “Onlar başqalarının qeybətini edənlər, xalqın abır-həyasını aparanlardır.”
22. Bərra deyir: Peyğəmbər (s) buyurdu: “Еy dildə iman gətirib, qəlbən iman gətirməyənlər, müsəlmanların pisliyinə danışmayın, mö`minlərin eybini araşdırmayın. Müsəlman qardaşında eyib axtaran kəsdə Allah-tәala eyib axtarır. Allahın eyb axtardığı kəs evində gizlənsə belə hörmətdən düşər.”
23. Ənəs deyir: Süleyman ibn Cabir deyirdi: Hәzrәt Peyğəmbərin (s) yanına gedib ərz etdim: Mənə elə bir yaxşı şey öyrət ki, Allah-tәala tərəfindən mənfəət götürüm. Peyğəmbər (s) buyurdu: “Əvvəla, yaxşı işləri kiçik sayma (çünki Allahın razılığı yaxşı işlərdədir), hətta həmin yaxşı iş su istəyənin qabına su tökməkdən ibarət olsa belə! İkincisi, iman qardaşlarınla xoşrəftar ol. Üçüncüsü, səndən uzaqlaşan yoldaşın haqqında pis söz danışıb onun qeybətini etmə.”
24. Hәzrәt Peyğəmbər (s) buyurmuşdur: “Namazı düzgün olan, ailəsi böyük, var-dövləti az şəxs müsəlmanların qeybətini etməsə yanaşı barmaqlar kimi behiştdə mənimlə olar. Müsəlmanın öz eybindən xəbərsiz qalıb din qardaşında eyib axtarması, onun nöqsanlarını xalqa açıqlaması necə də pisdir. Nə üçün öz gözündə tir görməyən iman qardaşının gözündə çöp axtarır?!”
İnsanlar öz eyiblərindən qəflətdə qalıb başqalarının eyiblərinə o qədər məşğul olurlar ki, hətta namaz qılmayan, saqqalını qırxıb, qızıl üzük taxan şəxs də ətrafdakıları dinsizlikdə suçlayır.
“Durərus-sünniyyə” kitabında İbrahim ibn Ədhəmdən belə nəql olunur: İbrahim ibn Ədhəm deyir: “Bir gün zahirən övliya olduğu hiss edilən bir neçə qonağım gəldi. Mən vaxtı qənimət bilib onlara dedim ki, sizin kimi Allahdan qorxmağım üçün mənə tövsiyə verin. Dedilər: “Sənə bir neçə nəsihət veririk:
1. Çox danışan insan qəlbindən yumşaqlıq gözləməsin. (Yə`ni az danış.)
2. Çox yatan insan gecələr ibadət umacağında olmasın. (Yə`ni az yat.)
3. Xalqla çox ünsiyyətdə olan şəxs ibadətdən şirinlik gözləməsin. (Yə`ni az ünsiyyətdə ol.)
4. Zalımlarla rabitədə olan şəxs möhkəm əqidə umacağında olmasın. (Yə`ni zаlımla dostluq etmə.)
5. Xalqın qeybətini edib, pisliyinə danışan, yalana adət verən insan dünyadan imanla gedəcəyini gözləməsin. (Yə`ni qeybət etmə, yalan danışma.)
6. Xalqın razılığını qazanmaq istəyən Allahın razılığından ümidini üzsün. (Yə`ni Allahın razılığına önəm ver.)
İbrahim ibn Ədhəm deyir: “Qonaqların nəsihəti haqqında düşündüm və bu nəsihətlərdə əvvəlin və sonun elmini gördüm.”
Bu altı tövsiyəyə əməl edən şəxs Allahdan qorxar və bir daha günaha üz tutmaz: az danışmaq, az yatmaq, günahkarla az ünsiyyətdə olmaq, zalımdan uzaq qalmaq, qeybət etməmək və yalan danışmamaq, Allahın razılğını xalqın razılığından üstün tutmaq.
Üçüncü dəlil: Qeybətin haram olmasının üçüncü dəlili alimlərin yekdil rə`yidir. İslam alimlərindən heç biri qeybəti və pis danışığı caiz saymamışdır. Yalnız bir neçə məqam istisnadır. Bu məqamlar dördüncü fəsildə zikr olunmuşdur.
Dördüncü dəlil: Qeybət ağılın hökmü ilə də haramdır:
1.Özünə münasibətdə qeybətə razı deyilsənsə, başqasının da qeybətini etmə.
2.Təfriqə və ayrılığa səbəb olan işə yol verilməməlidir.
3.Faydası olmayan zərərli işə yol vermə, qeybət insanları hörmətdən salır, mö`minlərin qəlbində bir-birinə qarşı məhəbbəti puça çıxarır, nifaq yaradır.
Demək, ağıl hökm edir ki, bu ləzzətsiz günahdan uzaq olsun və bu yolla əbədi əzabdan qurtulsun.
Sarımsaq üz tutub bir gün soğana
Dedi dözmək olmur sənin qoxuna.
Soğan dedi: Zəhər yağır sözündən,
Ay yazıq, xəbərin yoxdur özündən.
Qızıl gül bilirsən özünü, yoxsa,
Bəlkə ətir duyur kim sənə baxsa?
Gəl öymə özünü qohumsan bizə
Məndən də betərsən qalarsa düzə.

Yazının hazıranmasında tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.