Azəri
Saturday 21st of December 2024
0
نفر 0

Nə üçün Peyğəmbər (s) nəslinin silsiləsin arayıb axtarmağı qadağan etmişdir? (Ulu babası Ədnandan həzrət İbrahimə və həzrət İbrahimdən Adəm Peyğəmbərə kimi)

Peyğəmbərdən (s) belə bir hədisimiz vardır ki, "mənim ulu babalarımın adını həzrət Ədnandan sonra saymayın." Bu hədisi necə başa düşək? Bu hədisi sübut etmək üçün hansı dəlillərə istinad edə bilərik?
Qısa cavab

Peyğəmbərimizin həzrət Ədnandan öncə olan babalarının (yəni İbrahim Peyğəmbərə və ondan da Adəm Peyğəmbərə kimi) adlarının sayılmasını qadağan etməsi barəsində müxtəlif kitablarda hədislər vardır. Bununda əsas səbəbi, Ədnandan öncə olan babalarının adlarının dəqiq olmamasıdır. Peyğəmbərimiz bu işlə tarixçilər arasında olan ixtilafı həll etmiş olur.

 

Ətreaflı cavab

Bəzi hədis kitablarında, o cümlədən biharul- ənvar,[1] kəşkul ummə fi mərifətul- əimmə,[2] Əlmənaqibiu ali Əbi Talib[3] və sair. Peyğəmbərdən (s) belə hədis nəql olmuşdur ki, "mənim nəsil və əcdadımı Ədnana kimi tanıtdırmağınız kifayət edər. (Ondan sonrakıları saymayın)"

 

Ayrı bir hədisdə isə o həzrətə (s) belə buyurmuşdur: "Hər kəs mənim ulu babalarımız adını Məəd ibni Ədnandan İbrahimə (ə) kimi saysa yalan demişdir".[4]

 

Bu məsələnin sirri dəqiqliyi ilə məlum deyildir. Amma bizə çatan dəlil budur ki, bu barədə tarixçilərin nəzərləri müxtəlif olduğu üçün Peyğəmbər (s) bu işdən insanları çəkindirmişdir. Peyğəmbər (s) bu barədə buyurmuşdur: "Hər kəs mənim əcdadımı sayaraq Ədnana çatdı dayansın. Sonra bu ayəni oxumuşdur: Biz adı da, səmudu da, Rəss əhlini də (Şüeyb Peyğəmbərin nəsli) həmçinin onların arasında olan bir çox nəsilləri də əməllərinin cəzası olaraq yerlə yeksan etdik."[5] Bunun arasında isə belə buyurmuşdur: "Allahdan savayı bunların hikmətini bilən yoxdur."[6]

 

Yuxarıda qeyd etdiyimiz hədis və ayələrdən də məlum olur ki, Ədnandan qabaqkı, əcdadların adlarında və kimliyində tarixçilərin nəzərləri fərqlidir.


 

[1] - Biharul- ənvar cild 15, səh 105.

«إِذَا بَلَغَ نَسَبِی إِلَى عَدْنَانَ فَأَمْسِکُوا»

[2] - Kəşful- umma fil mərifətil əimmə, cild 1, səh 65.

[3] - Əl- mənaqibul ali Əbu Talib cild 1, səh 15.

[4] - Əl- umdə səh 24.

[5] - Furqan surəsi, ayə 38.

[6] - Qəsəsul Ənbiya, Rəvəndi, səh 316.

«روی عنه (ص): إذا بلغ نسبی إلى عدنان فأمسکوا ثم قرأ: «وَ عاداً وَ ثَمُودَ وَ أَصْحابَ الرَّسِّ

 

وَ قُرُوناً بَیْنَ ذلِکَ کَثِیراً»، لا یعلمهم إلا الله تعالى جل ذکره

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ORUCLUQ AYƏSİNİN NƏSXİ
AŞURA QIYAMININ TƏHRIFEDILMƏZLIYI VƏ MÜQƏDDƏSLIYI
ƏHLİ-BEYT RƏVAYƏTLƏRİ
QUR᾽ANDA YARADILIŞIN SİRLƏRİ
Kim öldürür? (Qısa məlumat)
Hicab: Ülvi və saf yol
14 Məsum (ə) Qədir-Xum barədə
IMAM HӘSӘN ӘSKӘRI ӘLEYHISSALAMIN ŞӘXSIYYӘTI
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Daş üzərində çiçək?

 
user comment