Azəri
Saturday 21st of December 2024
0
نفر 0

Təthir ayəsinin, ayənin ortasında qərarlaşması, xüsusiylə aid olmasını demək olarmı? Əhli beyt kimlərdir?

Təthir ayəsinin, ayənin ortasında qərarlaşması, xüsusiylə aid olmasını demək olarmı? Əhli beyt kimlərdir?

Qısa cavab

Sualın birinci hissəsinin cavabında demək olar:

Təthir ayəsinin bir ayənin içində yerləşməsi bunu tələb edir ki, özündən qabaqkı və özündən sonrakı cümlələrə uyğun olsun. Əgər Peyğəmbər (ə)- in həyat yoldaşlarına məxsus olmasa da, heç olmasa ümumi formada onlara da şamil olsun. Amma diqqət etmək lazımdır ki,

Bir: Belə bir məsələnin qəbuluna fərz etsək, yalnız bir zahiri uyğunluq var, və zahiri uyğunluq, qəti dəlillər qarşısında dayana bilməz. Ona görə də, çoxlu dəlillərə görə bu zahiri uyğunluğu kənara qoymalıyıq.

İki: Ayələrin zahiri uyğunluqu, təthir ayəsinin peyğəmbərin həyat yoldaşlarına da şamil olmasını tələb etmir.

Birinci qeyd: Danışıq və yazıda mötərizə cümləsi gətirmək, baxmayaraq ki, vahid uyğunluqda da olsa, o danışıq və yazıya nöqsan gətirir. Amma əgər dəlillə birgə olsa, fəsahət və bəlağətlə müxalifəti yoxdur, hətta kəlamın zəlilliyinə də səbəb olar. Ona görə də , təthir ayəsinin peyğəmbər (s)- in həyat yoldaşlarına xitab edən ayələrin ortasında gəldiyinə görə, peyğəmbərin həyat yoldaşlarına da şamil olmasını demək zəruri deyil. Çünki ola bilər, "əshabi kisa" şəxslərinə mötərizə cümlə kimi ya onları xatırlama formasında işarə etsin və yalnız onlara aid olsun. Çoxlu sübutlar bu iddianı təsdiqləyirlər; məsələn:

  1. Bir sıra rəvayətlərə əsasən, təthir ayəsi ayrıca nazil olub. Peyğəmbər (s) əhli beyt (ə)- ın peyğəmbər (s)- in həyat yoldaşlarından ayrı olması şəkkini aradan qaldırmaq üçün, həmin ayənin bu yerdə yerləşməsi əmrini verdilər, ta heç bir kəs belə düşünməsin ki, əhli- beyt (ə)- in də peyğəmbər (ə)- in həyat yoldaşları kimi, dünyanın dəyərsiz həyatını, Peyğəmbər (s)- dən üstün tutmaları mümkündür.
  2. Bu ayədə Allahın danışıq tərzi dəyişilir. Peyğəmbər (s)- in həyat yoldaşlarına xitab olan, çoxlu qadınlara aid cəmlik əvəzlikdən sonra, kişi cinsinə aid olan "kum" əvəzliyindən istifadə edir.
  3. Lüğət alimlərinin dediyinə görə, "əhl" kəlməsi ərəb dilində həyat yoldaşında işlənmir, əgər işlənsə də məcazi formada işlənib. Ona görə də Ümumi Sələmə təthir ayəsi nazil olandan sonra, peyğəmbər (s)- dən onu da əhli beytdən təyin etməsini istədi. Bu iddiaya sübut budur ki, Zeyd ibni ərqəm deyir: Əhli beyt kəlməsi qadınlara şamil olmur.
  4. Peyğəmbərin həyat yoldaşlarının heç biri, ayənin onlar barəsində nazil olmasını iddia etməyibdir. Baxmayaraq ki, Ayişə cəməl döyüşündə özünə haq qazandırmaq üçün, belə bir dəlillərə ehtiyaclı idi.
  5. Əhzab surəsinin 29- cu ayəsindəki "təridnə" kəlməsi bunu çatdırır ki, Allahın peyğəmbərin həyat yoldaşları barəsində, fövqəladə iradəsiyoxdur. Amma əhli beyt barəsində, onları çirkinlikdən uzaq etmək üçün, bir təkvini dəyişilməz iradəsi varıdır.
  6. "Əhli beyt" kəlməsindəki "əlif və lam", xarici əhd üçündür və məşhur əshabı kisa hadisəsinə işarə edir. Ona görə də əhli beyt kəlməsi, ali əba, əshabı kisa və yəvmiddar kəlmələri kimi, işarə edən kəlmədir.

İkinci qeyd:Bu ayələrdə peyğəmbərə xitab olunur ki, həyat yoldaşlarına belə desin. ""یا ایها النبى قل لازواجک..."" ardında da Allah xitabı risalət və nübüvvət evinə yönəldir, ta bunu başa salsın ki, peyğəmbərin (s) həyat yoldaşlarına olan bu qədər əmr və nəhylərin səbəbi budur ki, bu cəhətdən də əhli beytə çirkinlik varid olmasın. Çünki, Allah çirkinliyi əhli beytdən uzaq etməyi iradə edibdir. Deməli ayələrin ümumi yerləşməsi də, təthir ayəsinin yalnız əshabı kisaya aid olmasına zidd deyil.

Sualın ikinci hissəsinin cavabı: Əvvəlki izahlarla, bəlkə də daha yeni cavaba ehtiyac olmadı. Yalnız bu məsələyə təkid etmək lazımdır ki, mütəvatir rəvayətlərdə izah verilib ki, əhli beytdən məqsəd, peyğəmbərlər (s), imam Əli (ə), həzrət Fatimə (s), imam Həsən (ə) və imam Hüseyn (ə)- dırlar. O biri imamlar da, təthir ayəsini təhvil etmək və hökmə uyğun olaraq, ona şamil olurlar.

Ətreaflı cavab

Sualda ona istinad olunan şey, bəzi alimlərin sözlərində işarə olunandır ki, onlar deyirlər ki, təthir ayəsi peyğəmbərin (s) həyat yoldaşlarına aid olan ayələrin arasında gəldiyinə görə, peyğəmbərin həyat yoldaşlarına məxsus da olmasa, heç olmasa ümumi formada onlara şamil olur. Amma bu dəlilsiz bir idddiadır. Bundan əlavə, çoxlu dəlillər onun əksinə mövcuddur. Aşağıdakı məsələlərə diqqət etmək, bizi həqiqətə yetişməkdə kömək edir:

  1. Baxmayaraq ki, Quranın peyğəmbər (s)- in zamanında nəzm və siralanması və o həzrətin vasitəsilə baş verməsinə etiqadlıyıq. Amma diqqət etmək lazımdır ki, bir sıra rəvayətlərin məzmununa əsasən, təthir ayəsi ayrıca nazil olubdur. Hətta, bu ayənin peyğəmbərin həyat yoldaşlarına aid auələrin arasında nazil olması, bir rəvayətdə də gəlməyibdir. Bunun sübutu budur ki, əgər bu ayə burdan götürülsə, ayələrin uyğunluğu və bir- birinə bağlılığında nöqsan yaranmır.[1]

Həmin hissədə yerləşməsinin səbəbi budur ki, Quran peyğəmbər (s) – in ailəsinin bütün üzvlərinə işarə etsin və onları iki dəstə etsin. Onların bir dəstəsi peyğəmbər (s)- in qadınları, digər dəstəsi isə peyğəmbər (s)- in əhli beytidir. Hamıya anlatsın ki, peyğəmbər (s)- in bütün qohum və yaxınları eyni mənbələdən deyillər, əksinə onların arasında xüsusi bir dəstə var ki, ilahi kömək onlara şamildir və onlar çirkinliklərdən paklanıbdırlar.

Başqa sözlə, əgər təthir ayəsindən qabaqkı və sonrakı ayələrdə, peyğəmbər (s)- in həyat yoldaşlarına xitab olmasını qəbul da etsək, digər iki əhli beytdən məqsədin yalnız kisa əhli olmasını isbat edə bilərik. Yəni peyğəmbər (s) Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə)- dərlar.

a). İltifat: İltifat danışığın üslublarından biridir. Və danışıq və yazının gözəl olmasına səbəb olur. məsələn, Fatihətul- kitabda necə ki gəlibdir. Orda qalib xitan olan (əlhəmdu lillah)- dan hazır xitab olan "iyyakə nəbudu" ya çevrilibdir. Təthir ayəsindəki iltifat da bunu anlatmaq istəyir ki, çirkinliyi əhli beytdən uzaq etmək, o qədər əhəmiyyətlidir ki, hətta peyğəmbər (s)- in həyat yoldaşlarına belə əmr və nəhy olub, ta onlar tərəfdən, əhli- beytə eyib və nöqsan yetişməsin.[2]

b). Etiraz: Bəlağət və fəsahət alimlərinin arasında mötərizə cümlədən istifadə olunur. Onlar mövzunun yaddaşlarda daha yaxşı qalması bu işi görürlər. Bu Quranda dəfələrlə təkrar olmuşdur.[3] Qeyd etdiyimiz ayədə, pak və məsum əhli- beytin peyğəmbər (s)- in həyat yoldaşlarıyla bərabər olmasını düşünmək üçün, belə bir mötərizə cümlə gəlibdir. Yəni peyğəmbər (s)- in həyat yoldaşları üçün günah və bəyənilməyən işlərin mümkünlüyündən danışdığı yerdə, belə bir ehtimalın pak və məsum əhli- beyt barəsində də mümkünlüyü olmalıdır, halbuki onlar belə əməllərdən uzaqdırlar. Ona görə də mötərizə cümlədə qeyd olubdur. "İnnəma yuridullah liyuzhi və "[4]

  1. Bu ayələrdə 20 qadınlara aid cəmlik əvəzliyindən sonra, Allahın danışıq ləhni dəyişilir və onun əvəzinə kişilərə aid əvəzlik gətirir. Bu özü ən böyük əlamətdir ki, iddia edilmiş zahiri uyğunluqdan əl götürmək lazımdır və təthir ayəsini peyğəmbər (s)- in həyat yoldaşlarına xitab bilmək olmaz.
  2. Lüğət alimləri bu fikirdədirlər ki, "əhl" kəlməsi həyat yoldaşında işlənmir, əgər işlənsə də məcazən[5] işlənmişdir. Hud surəsinin 73- cü ayəsində "əhli- beyt" baxmayaraq ki, həyat yoldaşında da işlənibdir, amma demək lazımdır ki, bu işlənmə həqiqi mənadan ümumi bir mənada işlənibdir. Fərz edək ki, əlamət var, məcazi mənanı iradə etmək üçün heç bir mane yoxdur. Yuxarıda qeyd etdiyimiz ayədə belə bir işlənməyəsübut var, amma təthir ayəsində, bu məcazi olmağa sübutun olmamasından əlavə, əksinə onun əksini də sübut var. Ona görə də, təthir ayəsi nazil olandan sonra, Ümmü Sələmə peyğəmbər (s)- dən onun da əhli- beytdən olması barədə soruşur, ya peyğəmbər (s)- dən onu əhli- beytdən hesab olmasını istəyir,[6] halbuki, əgər "əhl" kəlməsi peyğəmbərin həyat yoldaşlarına şamil olsaydı, Ümmü Sələmənin sual ya istəyi yersiz olardı.

Ona görə də Zeyd ibni ərqəmən deyir: Əhli- beyt kəlməsi qadınlara şamil olmur.[7]

  1. Əhli- sünnədən nəql olunan rəvayətlərə əsasən, Ayişə və Ümmü Sələmə açıqca bildiriblər ki, təthir ayəsi onların barəsində nazil olmayıbdır.[8] Əllamə Əmini (rh)- nin buyurduğuna əsasən, bu ayə peyğəmbər (s)- in həyat yoldaşlarına aid olsaydı, Ayişə cəməl döyüşündə onu dəvəsinin alnına yazardı, amma onun belə dəlillərə ehtiyaclı olduğu zaman, bu işi etmədi.[9]

Bununla belə, iki dəstə iddia edirlər ki, təthir ayəsi peyğəmbər (s)- in həyat yoldaşları barəsində nazil olubdur. Birinci dəstə, ravilərin bəzisidir, əksinə, məqatil ibni Süleyman və Ürvə ibni Zübeyr kimilər ki, bir növ özlərinin şəxsi nəzəriyyələrini açıqlayıblar və ibn Abbasdan rəvayət nəql etdikləri yerdə də yalan danışmaqla ittihamlıdırlar.[10]

İkinci dəstə, Əhli- sünnənin bəzi təfsirçiləridir ki, vahid uyğunluğa istinad edərək, belə bir məsələni iddia ediblər. Amma vahid uyğunluq (fərz edək qəbul olunur), qeyd olunan möhkəm dəlillər qarşısında dayana bilməz.

  1. Əhzab surəsinin 29- cu ayəsində, "təridnə" kəlməsi, bunu açıqlayır ki, Allah peyğəmbər (s)- in həyat yoldaşları barəsində möhkəm iradəsi yoxudur. Yəni onları ixtiyarlı edib və xatırladıb ki, əgər peyğəmbər (s)- in həyat yoldaşı olmaq fəxri onlara qismət olmaq üçün, salehlərin yolu ilə getmlidirlər.

Amma təthir ayəsində "innəma yuridullah" hissəsi Allahın əzəli istək və təkvini iradəsini[11] göstərir ki, bir ailə mövcud olsun ki, bütün çirkinliklərdən pak olsunlar.

İzahı budur ki, təthir ayəsində bir tərəfdən "innəma" kəlməsi gəlib ki, çirkinliyin getməsi və paklanmada iradənin məxsusluğunu açıqlayır. Digər tərəfdən isə, "ən kum" kəlməsi "əhləl- beyt" kəlməsindən qabaq gəlib, və "əhl" kəlməsi də məxsusluq cəhətindən gətirilib və bunların ikisi əhli beytdən və "ən kum" da xitab olunan şəxslərdən çirkinliyin getməsinin və paklanmanın məxsusluğuna dəlalət edirlər. Yəni, Allah təkcə və yalnız siz əhli- beytdən çirkinliyi aparmağı iradə edibdir.

Deməli buna əsasən, əhli- beyt məxsusi xüsusiyyətlərdən faydalanır. "Yuridu" kəlməsi Allah tərəfindən olan iradəyə dəlalət edir ki, bu ailədən çirkinliyin uzaq olmasına məxsus olubdur. Bu kömək hamıya şamil olmur, bu xüsusi köməkdən o şəxslər fayddalanırlar ki, öz ixtiyar və istəklərilə, onun üçün şərait yaratmış olsunlar.

Bu iradə, icra olunmalıdır və peyğəmbər (s)- in həyat yoldaşlarına aid ola bilməz, çünki təthir ayəsindən qabaqkı ayələrdə, açıqca bildirilib ki, siz qadınların dünyanın dəyərsiz yaşayışına meyl etməniz mümkündür və belə olduqda peyğəmbərin həyat yoldaşı olmaq fəxrini əldən verəcəksiniz.[12]

  1. Əhli– beyt kəlməsindəki əlif və lam əhd üçündür və baş vermiş hadisəyə işarə edir. Yəni əhli- beyt kəlməsi yəvmuddar kəlməsi kimi, müəyyən bir addır, o gün üçünki, peyğəmbər (s) bir dəstəni Əbu Talibin evində yığıb və peyğəmbərliyini elan etdi. Bu ad işarə edir[13], o şəxslərə ki, müəyyən evdə, (rəvayətlərə əsasən bu ev, Ümmü Sələmənin evi olub) müəyyən bir gündə peyğəmbərin (s)- in əbası altında idilər.

Onlar bunlar idilər: Peyğəmbər (s), Əli (ə), Fatimə (s) Həsən (ə) və Hüseyn (ə)[14], yəni əhli- beyt adının, ali əba və əshabı kisa adıyla heç bir fərqi yoxdur.

Elmi sözlə desək, bu xarici bir teoremdir nə həqiqi. Xarici teoremlər bəzən belədirlər ki, ad teoremin mövzusuna işarə edir. Məsələn əgər bu iki alimə hörmət edilməsi deyilsə, yəni xaricdə olan bu iki şəxs. Bu aydındır ki, xarici teoremlərdə hökm qeyri mövzuya aid olmur. Amma sübutlar:

a). Əvvəlki və sonrakı ayələrdə, "beyt" kəlməsi cəm formada qadınlara əlavələnib ki, qadınların otağı mənasınadır. Deməli "əl- beyt" də xüsusi bir otaq olmalıdır.

b). Rəvayətlərə əsasən ayə peyğəmbər (s)- ə də şamil olur. Peyğəmbərə də şamil olmaq üçün, belə bir təfsir etməkdən başqa bir yol qalırmı?

c). Hud surəsinin 73- cü ayəsində, "əhləl- beyt" kəlməsi, əlif və lamla gəlibdir və orda məqsəd "ev əhli" – dir. Yəni, həzrət İbrahim (ə) və Sara. O yəqinliklə deyə bilər ki, qəblə əhli, İbrahimin həyat yoldaşları ya İbrahimin qohumları kimi olan ehtimallar, orada inkar olunur. Bu təthir ayəsindəki əhləl- beyt kəlməsini anlamaqla bizə kömək edə bilər.[15]

  1. Bu ayələr və təthir ayəsinə diqqət etməklə iddia etmək olar ki, ayənin ümumi uyğunluğu nəinki, təkcə təthir ayəsinin peyğəmbər (s)- in həyat yoldaşlarına şamil olmasına dəlalət etmir, (fərqi yoxdur ki, ya xüsusi formada yalnız peyğəmbər (s)- in həyat yoldaşlarına aid olsun. Və ya da ümumi formada olsunki, həm qadınlara və həm də qeyri qadınlara şamil olsun). Hətta ayənin kisa əshabı barəsində nazil olması fikrilə uyğundur.

Bu ayələrdə, peyğəmbər (s)- ə xitab olunubdur: "Ya əyyuhəl- nəbiy qul li əzvacikə." Yəni Allah öz peyğəmbərlərinə əmr verib ki, öz həyat yoldaşlarını Allah və peyğəmbərlə dünya yaşayışı arasında seçimdə ixtiyarlı etsin. Bundan əlavə buyurub: "یا ایها النبى قل لازواجک..."

Qadınlara olan bu xitab, Allahın peyğəmbərinə olan əmrinin davamındadır ki, bu əmrləri öz qadınlarına çatdırmalıdır və ya iltifat sayılır ki, Allah bir- başa peyğəmbər (s)- in həyat yoldaşlarına xitab edir. Bu ayədəki iltifatın fəlsəfəsi budur ki, peyğəmbər (s)- in qadınlara peyğəmbərə nisbət verilir. Nübüvvət və risalət evinin hörmətini qorumaq üçün, Allah onlara xitab edib və buyurur: Sizlərdən aşkarda pis iş görən, iki qat əzab görəcək. Ardında Allah peyğəmbərlik və risalət evinə xitab edib ta bunu anlatsın ki, peyğəmbər (s)- in qadınlarına iltifatın səbəbi və həmçinin bu əmr və nəhylərin verilməsinin səbəbi, hər cür çirkinliyi aradan aparmaq və bu evi pak etməkdir. "انما یرید الله لیذهب عنکم الرجس...", Yəni Allah peyğəmbər (s)- in qadınlarından təşrii iradəsiylə bu işləri görmələrini istəyib. Ona görə ki, siz əhli- beytdən çirkinliyi uzaq etsin, bizim sübutumuz budur ki, ayə buyurdu: "liyuzhibə ənkumur- rics". "əl- izhabər- rics" buyurmadı. Tam səbəb üçündür. Deməli Allah peyğəmbərini qadınlarına müəyyən vəzifələr verməyi iradə edibdir. Bu iradənin səbəbi, əhli- beytdən çirkinliyi uzaqlaşdırmaqdır, ta bu cəhətdən də peyğəmbər əhli- beytinə çirkinlik və nöqsan gəlməsin.

Bu əhli- beytdən pisliyi uzaqlaşdırmağı çatdırır. Bu əsl və əsasdır. Bu əslin o qədər əhəmiyyəti var ki, Allah hətta bu evə nisbət verilənlər tərəfindən də bu böyük şəxslərə ziyan dəyməsinə razı deyil. Ona görə də, təşrii əmr və nəhylə, peyğəmbərin (s) həyat yoldaşları üçün iki qat cəza və mükafat təyin etmişdir.[16]

Bu əhli- beytdən pisliyi uzaqlaşdırmağı çatdırır. Bu əsl və əsasdır. Bu əslin o qədər əhəmiyyəti var ki, Allah hətta bu evə nisbət verilənlər tərəfindən də bu böyük şəxslərə ziyan dəyməsinə razı deyil. Ona görə də, təşrii əmr və nəhylə, peyğəmbərin (s) həyat yoldaşları üçün iki qat cəza və mükafat təyin etmişdir.[17]

Nəticə budur ki:

  1. Təthir ayəsinin kisa əhlinə məxsus olması, ayələrin ümumi uyğunluğunun əksinə deyil. Zahiri uyğunluqla müxalifətçiliyi də olsa, iltifat ya mötərizə cümləsidir. Mövcud dəlilərə əsasən, ayənin kisa əhlinə məxsus olmasını demək lazımdır.
  2. Əhləl- beytdən məqsəd, peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseyn (ə)- dırlar. Bu ona görədir ki, bu termin ya Quranda xüsusi bir termindir[18], ya da əhləl- beyt işarə olunmuş addır[19].

Sonda bu sualın cavabını vermək lazımdır ki, əgər belədirsə, onda pak imamlar (ə) əhli- beyt kəlməsini özlərinə niyə tətbiq ediblər?[20]

Bu sualın cavabında demək lazımdır: Bu təfsirə əsasən, ki, ayədəki xitab, peyğəmbərlik və risalət evinə aiddir, bu evin genişlik və məhdudluğu, dəlillər və rəvayətlər yolu ilə müəyyənləşməlidir. Mövcud dəlillər təthir ayəsinin, müsəlmanların rəhbərlik istəyini əhli- beytin öhdəsinə qoymasını göstərir.

Dəlillər:

a). Həzrət Əli (ə) mühacir və ənsarın cəm olduğu yerdə, özünün müsəlmanlara rəhbərliyə daha layiq olduğunu isbat etmək üçün, əhli- beytdən olmasına istinad edir.[21]

b). Əli (ə) Ömərin altı nəfərlik şurasında, özünün layiqli olmasını isbat etmək üçün, təthir ayəsindən kömək alır.[22]

c). İmam Həsən (ə) də xilafətə yetişən zaman, islam ümmətinə rəhbərlik etmək üçün özünün layiqli olmasını isbat etmək üçün, təthir ayəsinə istinad edibdir.[23]

d). İmam Hüseyn (ə) də özünün layiqli olmasını isbat etmək üçün, bu məsələdən kömək alıbdır.[24]

e). Peyğəmbər (s) altı ay ya ondan çox müddətdə, namaz qılmaq üçün məscidə gedəndə, Fatimə (s) və Əli (ə)- nin evinin qapısı ağzında dayanıb və buyurardı: "innəma yuridullah liyuzhivə"[25]

Peyğəmbər (sa)- nin ondan sonra başqalarının evinə getməməyi camaata elan etməkdən başqa bir hədəfi var idimi?

Ona görə də bu ad imamlara da şamil olur, çünki onlar islam ümmətinin həqiqi rəhbərləridirlər.

Bu məsələ hətta "əlif və lam"- ın xarici əhd üçün olması və əhli- beyt adının işarə edən olması təfsirinə əsasən də süzgündür. Çünki bu nəzəriyyəyə əsasən də, əhli- beyt kəlməsi iki baxışdan araşdırılır:

  1. Bu kəlmə nazil olma cəhətdən araşdırılır.
  2. Bu ad, ona şamil olan hökm cəhətdən, yəni çirkinliyi aparmaq və təharəti isbat etmək, araşdırılr. Birinci araşdırmaya əsasən, əhli- beyt təkcə ali kisadırlar. Yəni müəyyən gündə əba altında olan beş şəxs idilər.

Amma ikinci araşdırmaya əsasən, digər imamlar (ə) təthir ayəsinin mənasında beş ali- əba ilə şərik və bərabər olduqlarına görə, bu ad onlara da şamil olur. Bəlkə ona görədir ki, peyğəmbər (s) buyurdu: Səlman biz əhli- beytdəndir.[26]

İmam Sadiq (ə) İbn kəsirin cavabında buyurdu: Əhləl- beyt həmin beş nəfərdirlər. Amma digər imamlar, Quranın digər ayələrindən istifadə etməklə, yəni "ulul- ərhami bəzuhum əvla bibəzin fi kitabillah" bu xüsusi köməyə şamil olublar.[27] Yəni ayənin təvili, digər rəhbərləri də bu kömək və inlardan çirkinliyi aparmaq yerində qərar vermişdir. Təthir ayəsinin təvili, ulu- ərhan ayəsidir ki, təthir ayəsinin pak imamlara şamil olmasını isbat edir. Ləfz yolu ilə deyil, əksinə izah və təvil yolu ilə.

 

[1] - Təbatəyi, əl- mizan, cild 16, səh 311- 312

[2] - Kərəki, Nəfahətul- lahut, səh 85, Mezəffər, Məhəmməd Həsən, Dəlailus- sidq, Seyid Cəfər Mürtəza Amuli, Əhli- beyt təthir ayəsində, səh 58- 61

[3] - Ytusif surəsi, ayə 28- 29, Nəml surəsi, ayə 34- 35, Bəqərə surəsi, ayə 73- 75, Vaqiə surəsi, ayə 76 Loğman surəsi, ayə 13- 16

[4] - Müraciət edin: Əhli- beyt təthir ayəsində, səh 60- 62, İşraqi, Şəhabud- din və Fazil Lənkərani, əhli- beyt, səh 53- 81

[5] - Lüğət alimləri onun "kişi əhli" və "ev əhli" arasında fərq aoyublar. Əhli- beytin qadınlarda işlənməsini məcazi mənada bilirlər. Müraciət edin: Tacul- ərus, cild 1, səh 317, Lisanul- ərəb, cild 1, səh 38, Müfrədate Rağib, səh 29, ona görə də bəzi rəvayətlərin mənasına əsasən, peyğəmbər (s) baxmayaraq ki, Ümmü Sələməni öz əhl və qadınlarından bilir, amma onun əhli- beytindən olmasını qəbul etmədi. Müraciət edin: Suyuti, əd- dürrül- mənsur, cild 5, səh 198, Müşkilul asari, Təhavi, cild 1, səh 334, Məhəmməd ibn Cərir, Təbəri, Camiulbəyan, cild 22, səh 7, Nəfəhatul- lahut, səh 84, Müstəfa ibn İsmayıl, Dəməşqi, Mirqatul- vusul, səh 106, Biharul- ənvar, cild 35, səh 217- 228

[6] - Müraciət edin: İbn Kəsirin təfsiri, cild 3, səh 484- 485, Bəhrani, Seyid Haşim, Qayətul- məram.

[7] - İbn Teymiyyə, Minhacus- sünnə, cild 4, səh 21, Səhihi Müslim, cild 7, səh 123, Biharul- ənvar, cild 35, səh 230 və cild 23, səh 117, ibn Həcər Əsqəlani, əs- səvaiqul- mühriqə, səh 174, Bəhrani, Seyid Haşim, əl- burhan fi təfsiril- Quran, cild 3, səh 324, Bəyazi Amüli, əs- siratul- mustəqim, cild 1, səh 185, Şüştəri, Qazi Nurullah, İhqaqul- həq və ibtalul- batil, ayətullah Mərəşi Nəcəfinin əlavələri, cild 9, səh 323, əhli- beyt təthir ayəsində, səh 119

[8] - Bədran, Əbdül- Qadir, Təhzibi tarixi Dəməşq, cild 4, səh 908, Məcməül- bəyan, cild 8, səh 356, Qunduzi, Yənabiul- məvəddət, səh 249, ibn Həcər əsqəlani, Əs- səvaqiul- mühriqə, səh 141, və əhli- beyt təthir ayəsində, səh 20- 28, Təbatəbayi, Əl- mizan, cild 16, səh 324

[9] - Əhli- beyt təthir ayəsində kitabından nəqlə əsasən, səh 78

[10] - Müraciət edin: Əhli- beyt təthir ayəsində, səh 22, İşraqi və Fazil Lənkərani, əhli- beyt, səh 5- 53, Musəvi, Əllamə Şərəfuddin, Əl- kəlimətul- ğərra fi təfziliz-Zəhra, Qumusur- rical, Şərhi hali örvə, Dəlayilus- sidq, cild 2, səh 95, Şuştəri, Qazi Nurullah, İhqaqul- həq və ibtahul- batil, cild 2, səh 502

[11] - Təkvini iradə, o iradədir ki, iradə edənin öz işinə yəni onun icadına aiddir. Bu iradə həm Allah üçün və həm də bəşər üçündür. Amma bəşərin təkvini iradəsi həmişə baş vermir və əzəli iradənin məfhumudur. Amma təşrii iradə o iradədir ki, digərinin işinə aid olur, bu şərtlə ki, onu özü ixtiyarı ilə yerinə yetirsin. ,Bu Allahın əmr və nəhyləridir ki, bəndə üçün həm onu yerinə yetirmək mümkündür və həm də yerinə yetirməmək.

[12] - Müraciət edin: İşraqi və Fazil Lənkərani, əhli- beyt, səh 81- 92

[13] - Yəni ad ki xaricə işarə edir. Bəndədən istənilən xaricdir nə ad.

[14] - Ərusi Hoveyzi, Əbd li ibn Cümə, Təfsiri Nurus- səqəleyn, cild 4, səh 276

[15] - Müraciət edin: İşraqi və Fazil Lənkərani, əjli- beyt, səh 113- 142, və 277

[16] - Müraciət edin: əhli beyt təthir ayəsində, səh 38- 51

[17] - Müraciət edin: Təbatəbayi, əl- mizan, cild 16, səh 312

[18] - Müraciət edin: Əhli- beyt, səh 112

[19] - Təfsiri Nurus- səqəleyn, cild 4, səh 275, ehtiyac rəvayəti və səh 273, Usulu kafi, rəvayəti

[20] - İbn Əbil- Hədid, Nəhcül- bəlağənin şərhi, cild 6, səh 11- 12

[21] - Bəhrani, seyid Haşim, Qayətul- məram, səh 265, ehticaci Təbərisi

[22] - Qamusur- rical, cild 6, səh 20

[23] - İbn Tavus, Luhuf, səh 53

[24] - İbn Kəsirin Təfsiri, cild 3, səh 483, Müsnədi Əhməd cild 3, səh 259, Əl- kəlimətul- qərra fi təfziliz- Zəhra

[25] - Qamusur- rical, cild 4, səh 423

[26] - Ərusi Hoveyzi, Əbd Əli ibn Cümə, Nurus- səqəleyn təfsiri, Əbdürrəhman ibn kəsirin rəvayəti, cild 4, səh 273

[27] - İşraqi və Fazil Lənkərani, Əhli- beyt, səh 112- 143 və 5- 53

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QАDININ CӘMİYYӘTDӘ İŞTİRАKI
Xoşbəxtlik axtaran kişilərə tövsiyələr
BİRİNCİ HİSSƏ
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
Fatimeyi Zəhranın (s.ə) adları
Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri ...
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR
XÜSUSİYYƏTLƏR
Ələddin məlikov
QARĞIŞ QƏLBƏ QARANLIQ GƏTİRİR

 
user comment