Azəri
Tuesday 10th of December 2024
0
نفر 0

Kasıblara infaqın fəlsəfəsi nədir?

Müxtəlif ayələrdə o cümlədən Bəqərə surəsinin 254- cü ayəsində insanları infaqa dəvət edir və malından infaq etməyən insanların cəzasını cəhənnəm odu qərar veribdir. Mən başqalarına kömək etməyin bəyənilən bir əməl olmasını inkar etmirəm. Amma Allah ona niyə mal və pul vermədi ki, mənə möhtac olmasın və Allah ona vermədiyi şeyi mən niyə əvəzini verməliyəm. Yəni mən Allahdan daha çox mehriban olmalıyam, əks halda yerim cəhənnəm odu olacaq?
Qısa cavab

Bəzən belə deyilir: Filan şəxs kasıbdırsa, deməli nəsə edib ki, Allah kasıb olmasını istəyir. Biz varlıyıqsa deməli nəsə etmişik ki, Allah bizə bunu lütf edibdir. Buna əsasən, nə onların kasıblığı və nə də bizim varlı olmağımız hikmətsiz deyil.

Halbu ki, İlahinin infaq etmək üçün olan əmrinin müxtəlif hikmət və fəlsəfələri var, o cümlədən:

  1. Varlı insanları imtahan etmək.
  2. İnsanın qəlbini dünyaya çox məhəbbət bəsləməkdən azad etmək.
  3. İnsanda qəlb yumşaqlığı yaratmaq.
  4. İlahi nemətlərə şükr etmək.
  5. Nemətin çoxalması.
  6. Ruhi rahatlıq.
  7. Bəla və pis ölümü aradan aparmaq...

Əlbəttə bu təsirlərin hamısı o zaman baş verir ki, infaq halal və şərii maldan olsun. Allah ondan qeyrisini qəbul etməz və bərəkət verməz.

Ətreaflı cavab

Quran işarə olunan ayədə buyurur: "Ey iman gətirənlər! Alış- verişin, dostluğun və şəfaətin mümkün olmayacağı gün (qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər isə (özlərinə və digərlərinə) zülm edənlərdir!"[1] Bu ayə müsəlmanlara xitab edir və cəmiyyətin vəhdətinə, hökumətin və müdafiə və döyüş əsaslarının güclənməsinə səbəb olan vəzifələrdən birinə işarə edir.

Sonra bu işin axirət nəticələrinə işarə edir ki, qiyamətdə insanın nicatına səbəb olacaq. Əksinə infaqı tərk etmək, mal yığmaq və simiclik etmək, o gün çətinlik və problemlərə səbəb olacaq.[2]

Verdiyimiz sual barəsində deməliyik ki, bu sualı Quran kafirlərin dilindən nəql edərək onların inadkarlığının mühüm yerlərindən birinə işarə edir və buyurur: "Onlara: "Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!"- deyildiyi zaman, kafdirlər möminlərə: "Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirəcəyik?!- deyərlər. Siz (bu etiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq- aşkar azmısınız."[3]

Simic insanların avam və dar düşüncəli məntiqi budur ki, daha çox mal toplamaq və sevincliklərini yozmaq üçün öz düşüncələrinə əsasən deyirlər: Filan şəxs kasıbdırsa deməli nəsə edib ki, Allah kasıb olmasını istəyir. Biz varlıyıqsa deməli nəsə etmişik ki, Allahın lütfünə şamil olmuşuq. Buna əsasən, nə onların kasıbçılığı və nə də bizim varlı olmağımızın heç biri hikmətsiz deyil.

Əgər ruzi verən Allahdırsa, onda siz niyə bizdən kasıb insanlara ruzi verməyimizi istəyirsiniz? Əgər Allah onların məhrum qalmalarını istəyirsə, onda biz niyə Allahın məhrum etdiyi insanı nemətlərdən faydalandırmalıyıq?

Onlar bilmirlər ki, Allahın infaq etməyə olan əmri, müxtəlif hikmət və fəlsəfələrə görədir, o cümlədən:

  1. Varlı insanların imtahanı: Dünya imtahan yeridir. Allah birini kasıbçılıqla imtahan edir, o birini pul və sərvətlə. Bəzən bir insanı iki vaxtda bunların ikisi ilə imtahan edir ki, kasıbçılıq zamanı əmanət, daxili şəxsiyyət və şükr yerinə yetirirmi? Yoxsa hamını ayaq altına salır? Varlı olan zaman əlində olanlardan onun yolunda infaq edirmi?
  2. İnsanın qəlbini dünyaya çox məhəbbət bəsləməkdən azad etmək: İmamlardan olan hədislərdə dünyaya məhəbbət bəsləmək bütün günah və xətaların əsası və kökü sayılıbdır.[4] İnfaq bu pislənmiş məhəbbətin aradan getməsinə səbəb olur.
  3. İnsanda qəlb yumşaqlığı yaratmaq: Qəlb yumşaqlığı, qəlbin qəsavətlənməsi (daşlaşması) qarşısındadır. Qəlbin daşlaşması, insanı insanlıqdan xaric edir. Çox vaxt bu vəziyyətdə günah və cinayət etmək onun üçün asan olur. Amma əgər insan imkansız və kasıb insanların ehtiyaclarını aradan qaldırmağa çalışsa və onların yaşayış vəziyyətində özünü məsuliyyətli saysa, mehriban və yumşaq qəlbə sahib olacaqdır.
  4. İnfaq İlahi nemətlərin şükrüdür. Allahın nemətlərinin şükrü müxtəlif yollarla baş verir. Ən yaxşı şükr, əməldə olan şükrdür.
  5. Nemətin çoxalması: Allah mömin və təqvalı insanların infaqını, neçə bərabər və bəzən bəzən minlərcə bərabər (ən azı on bərabər) maddi və mənəvi bəxşişləri ilə infaqının yerini doldurmağa zəmanət veribdir.[5] Beləliklə, infaq edən şəxs, bu əqidə və ruhiyyə ilə iş görəndə, qəlbi və əli daha da açıq olacaq. O heç vaxt çatışmamazlıq hissi keçirməyəcək və zehninə kasıblıq fikri yol tapmayacaq.

Əksinə, onu belə mənfəətli ticarətdə müvəffəq etdiyinə görə, Allaha şükr edəcək.

Mömin insanın malının azalmasından, kasıblığa düçar olma və onun kimilərdən qorxusu olmamaqdan əlavə, hətta bu işin faydalı alış- verişə bənzəyərək əsas mal qorunmaqla yanaşı, onun çoxalmasına da səbəb olmasına yəqin edir.

  1. İnfaq imanda doğru olmağın əlamətidir. İmanın dəyəri onun doğru olmasındadır. Əks halda, söz mərhələsində olub və əməl məshələsində görsənməyən imanın dəyəri yoxdur. Quran bu barədə buyurur: "(Həqiqi) möminlər yalnız Allaha və onun Rəsuluna iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk- şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə çalışandır. Məhz belələri doğruçulardır".[6]
  2. Ruhi və psixoloji rahatlıq: Yaxşı əməllərin ümumilikdə və infaqın xüsusiylə təsirlərindən biri, insana bəşx edən ruhi və psixoloji rahatlıqdır. İnfaqın rahatlıq və aramlıq yatarmasındakı rolu barəsində bu ayəyə istinad etmək olar: "Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm- qüssə görməzlər."[7]
  3. Bəla və pis ölümün aradan getməsi: Bəlanın çəkilməsi, pis ölümün uzaq olması və... rəvayətlərdə də ona işarə olunan infaqın təsirlərindəndir. İmam Baqir (ə) buyurur: "Sədəqə 70 bəlanı və pis ölümü insandan uzaqlaşdırır. Sədəqə verən şəxs heç vaxt pis ölümlə dünyadan getməz."[8]

Buna əsasən, yaranış sistemi Allahın yeri bütün nemətləri ilə bəşərin ixtiyarını verilməsini lazım tutub öz əməllərində təkamül yolunu getmək üçün azad qoyub və onu hər biri bir tərəfə çəkən qüvvələr onda yaratsa da, amma Allah qanun qoyma sistemində, nəfsi saflaşdırmaq, daxili istək və gücləri idarə etmə və insanları tərbiyə etmək üçün, infaq, güzəşt, fədakarlıq və isar yolu ilə qanunlar qoyub ki, İlahi xəlifəlik məqamına yetişmək istedadı olan insanı, bu yol ilə o uca məqama yetirsin. Zəkat yolu ilə nəfsini paklasın, infaq yolu ilə simicliyi qəlblərdən aparsın və insanların həyatında minlərlə fəsadın mənşəyi olan təbəqələnmə fasiləsini aradan qaldırsın və... Başqa sözlə, Allah insana dünya işlərini düzəltməkdə rol vermək istəyir ki, bu yolla həm dünya təkamülə çatsın və həm də insan. Çox mühüm məsələ budur ki, bu təsirlərin hamısı o zaman baş verir ki, infaq halal və şərii maldan olsun.

Allah ondan qeyrisini qəbul etməz və bərəkət verməz.

 


[1] - Bəqərə surəsi, ayə 254.

«يَأَيُّهَا الَّذِينَ ءَامَنُواْ أَنفِقُواْ مِمَّا رَزَقْنَاكُم مِّن قَبْلِ أَن يَأْتىِ َ يَوْمٌ لَّا بَيْعٌ فِيهِ وَ لَا خُلَّةٌ وَ لَا شَفَاعَةٌ  وَ الْكَافِرُونَ هُمُ الظَّالِمُونَ»

[2] - Təfsiri- nümunə, cild 2, səh 258.

[3] -

«وَ إِذا قِيلَ لَهُمْ أَنْفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَ نُطْعِمُ مَنْ لَوْ يَشاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلالٍ مُبِينٍ»

[4] - Kuleyni, Məhəmməd bin Yəqub, Əl- kafi, cild 2, səh 131. "، "... َحُبُّ الدُّنْيَا رَأْسُ كُلِّ خَطِيئَةٍ ..." Darul- kutubul- İslamiyyə, 1365 hicri şəmsi, Tehran, 8 cildli.

[5] - Hədid surəsi, ayə 18

«إِنَّ الْمُصَّدِّقِينَ وَ الْمُصَّدِّقَاتِ وَ أَقْرَضُواْ اللَّهَ قَرْضًا حَسَنًا يُضَاعَفُ لَهُمْ وَ لَهُمْ أَجْرٌ كَرِيم»

[6] - Hücurat surəsi, ayə 15

«إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ ءَامَنُواْ بِاللَّهِ وَ رَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُواْ وَ جَاهَدُواْ بِأَمْوَالِهِمْ وَ أَنفُسِهِمْ فىِ سَبِيلِ اللَّهِ  أُوْلَئكَ هُمُ الصَّدِقُونَ»

[7] - Bəqərə surəsi, ayə 274

«الَّذينَ يُنْفِقُونَ أَمْوالَهُمْ بِاللَّيْلِ وَ النَّهارِ سِرًّا وَ عَلانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَ لا خَوْفٌ عَلَيْهِمْ وَ لا هُمْ يَحْزَنُونَ»

[8] - Əl- kafi, cild 4, səh 3- 7.

«عَلِيُّ بْنُ إِبْرَاهِيمَ عَنْ أَبِيهِ عَنِ ابْنِ أَبِي عُمَيْرٍ عَنْ عَبْدِ اللَّهِ بْنِ سِنَانٍ قَالَ سَمِعْتُ أَبَا عَبْدِ اللَّهِ ع يَقُولُ الصَّدَقَةُ بِالْيَدِ تَقِي مِيتَةَ السَّوْءِ وَ تَدْفَعُ سَبْعِينَ نَوْعاً مِنْ أَنْوَاعِ الْبَلَاءِ وَ ...»

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Quran baхımından Allahı tanımaq yоlu
İmam Səccadın (ə) şəhadəti
Mühitin insan ruhuna təsiri
NƏSX EDƏN VƏ NƏSX OLUNMUŞ AYƏLƏRİN ARAŞDIRILMASI
İnsanı namazdan saxlayan amillər
165-ci xütbə
QEYBƏTİN TƏHLÜKƏLƏRİ
Namazı təxirə salmamaq üçün bir qızıl söz
Rəsulallahın (s) həyat yoldaşı Xədicə (s)
Bitkilər və onların faydaları

 
user comment