Bu həftə etirazlarda iştirak edənlərin sayı təqribən səkkiz min nəfər elan edilibdir ki, bu da ötən iki həftədə keçirilən etirazlarla müqayisədə aşağı rəqəmdən xəbər verir.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Belçika polisi bu ölkənin iqlim siyasətlərinə qarşı etirazların dalbadal üçüncü həftəsində sarı jiletlilərdən 70 nəfəri həbs edib.
Belçika polisinin bildirdiyinə görə, bu həbslər polisin sarı gödəkçəlilərin etirazlarını dayandırmağa səy göstərməsinin ardınca həyata keçirilib. Bundan sonra isə, sarı jiletlilər hərəkatın etirazçıları küçələrdə şüşələri sındırıb və polisə hücum ediblər.
Məlumata görə bu həftə etirazlarda iştirak edənlərin sayı təqribən səkkiz min nəfər elan edilibdir ki, bu da ötən iki həftədə keçirilən etirazlarla müqayisədə aşağı rəqəmdən xəbər verir.
Qeyd edək ki, Brüsseldə sarı jiletlilərin etirazları da Fransada olduğu kimi öncə hökumətin yanacaq xərcini artırmaq üzrə siyasəti nəticəsində başlanıb.