Məlumata əsasən, kontr-admiral Con Rinq öz vəzifəsini aprelin 27-də tərk edib.
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı terrorçuluqda ittiham edilən məhkumların yerləşdiyi Quantanamo hərbi bazasının komandanı kontr-admiral Con Rinqi baza rəhbərliyindən azad edib.
Onun, bu vəzifəni icra etmək etibarını itirdiyi üçün vəzifəsindən azad edildiyi bildirlir.
Məlumata əsasən, kontr-admiral Con Rinq öz vəzifəsini aprelin 27-də tərk edib. Kubada yerləşən Quantanamo hərbi bazasının işdən azad edilməsi ilə bağlı ətraflı məlumatın verilmədiyi qeyd edilir.
Xatırladaq ki, ABŞ-ın Quantanamo hərbi bazası 11 sentyabr 2001-ci il terror aktlarından sonra yaradılıb. Adı çəkilən həbsxanada terrorçuluqda ittiham edilən şəxslərə qarşı işgəncələrin verilib. Hazırda həbsxanada 40 məhkumun saxlanır.