Azəri
Wednesday 15th of January 2025
0
نفر 0

İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”

İmam Xamenei: “ABŞ-ın düşmənçiliyi cavabsız qalmayacaq”

İmam Xamenei: "Onlar sadəcə İslam Respublikası ilə düşmən olduqlarını və İran xalqına qarşı olmadığını deyirlər. Amma reallıq budur ki, İslam Respublikasına düşmənçilik İran xalqına düşmənçilik deməkdir, çünki bu rejim xalq tərəfindən dəstəkləndiyi üçün ayaqda dayanır və İran xalqının dəstəyi olmadan İslam Respublikası da olmayacaq”.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, işçi və əməkçi həftəsi münasibətilə İran İslam Respublikasının hər yerindən gələn işçilər bu gün (24 aprel) Tehrandakı İmam Xomeyni Hüseyniyyəsində Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə görüşüblər.

Ümümdünya Müsəlmanlarının Ali Rəhbəri Ayətullahul-üzma Seyid Əli Xamenei görüşdə çıxış edərək, ABŞ-ın İrana qarşı neft sanksiyalarından 8 ölkəyə verdiyi güzəştin müddətini uzatmamaq barədə qərarına toxunub və belə danışıb: “Birincisi, onların səyləri heç bir nəticə verməyəcək. İstədiyimiz və ehtiyacımız olduğu qədər neft ixrac edəcəyik. Onlar (neft ixracı məsələsində) bütün yolları bağladıqlarını güman edirlər. Ancaq fəal olan İran xalqı və tədbirli rəsmiləri bütün maneələri aşacaq.

İkinçisi, bu düşmənlik reaksiyasız qalmayacaq və düşmənə lazım olan cavab veriləcək. İran xalqı düşmənçiliyin qarşısında səssiz qalan bir millət deyil. Üçüncüsü, neft satışından nə qədər az asılı olsaq, o qədər də qiymətini biləcəyik. Bu bizim üçün daha yaxşı olar”.

Düşmənin dünya miqyasında ədaləti hayqıran İrana qarşı müxtəlif sui-qəsdlər təşkil etdiyini və dəfələrlə müvəffəqiyyətsiz olduğunu xatırladan Ali Dini Rəhbər, belə davam edib: “Onlar indi də müxtəlif iqtisadi məsələlərlə məşğul olur və İran xalqını diz çökdürmək istədiyini bildirirlər”.

ABŞ rəsmilərinə müraciət edən Ali Dini Rəhbər, İran xalqının onların qarşısında diz çökməyəcəyini vurğulayıb.

Amerika ilə sionistlərin iddiarına toxunan Ali Rəhbər, belə deyib: “Onlar sadəcə İslam Respublikası ilə düşmən olduqlarını və İran xalqına qarşı olmadığını deyirlər. Amma reallıq budur ki, İslam Respublikasına düşmənçilik İran xalqına düşmənçilik deməkdir, çünki bu rejim xalq tərəfindən dəstəkləndiyi üçün ayaqda dayanır və İran xalqının dəstəyi olmadan İslam Respublikası da olmayacaq”.

Ali Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei çıxışında milli hörmətin əhəmiyyətinə toxunaraq, bunları deyib: “Heç bir millət düşmənlərinin müəyyən etdiyi qərarların təsiri altında qalmağı qəbul etməz”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Türk naziri: "Biz erməniləri bağrımıza basarıq...”
Müqəddəs məkan: Məscid
Ayətullah Xamənei İslam dünyasının vəhdət simvoludur
Amerikanın Maryland əyalətində Peyğəmbərin (s) Mövludu qeyd edildi
Əli Kərimian: İslami KİV-lərin vəzifəsi informasiya müharibəsində ...
Saqino şəhərində İmam Hüseyn əzadarlığı
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Rusiyada "2013-cü il və İslam Dünyası" toplantısı keçiriləcək
Şəms Təbrizinin həyatı ilə bağlı kitab Türkiyədə iki dildə çap olunub
II Qaregin Ermənistan prezidentindən Şəhid Seyyid Mübariz İbrahimovun meyitinin ...

 
user comment