NAZ YA E`TIRAZ?
Şərlər məsələsi və bə`zi vaxtlar onlara qarşı e`tiraz bəhsi bizim ədəbiyyatımızın nisbətən mühüm bir hissəsini təşkil edir. Şairlər bə`zən ciddi və bə`zən də əyləncəli şəkildə bu mövzuya çox toxunublar. Bu barədə deyilənləri ciddilik, yə`ni yaradılışın tənqidi, yaxud ona e`tiraz kimi qiymətləndirmək olmaz. Həmin şe`rlərin əksəriyyəti zarafat və əyləncə xarakteri daşıyır və necə deyərlər, şe`r sujetləridir. Onların bə`zilərini «dəllal arif» kimi qiymətləndirmək olar. Xəyyama mənsub rübailərdə bu qism şe`rlər çoxdur. Әvvəldə qeyd etdiyim kimi, həmin şe`rlərin filosof Xəyyamdan olması mə`lum deyil. Şair Xəyyamın şe`rlərində sual və ya e`tiraz kimi səslənən məsələlər filosof Xəyyam üçün həll edilmiş məsələlərdir. Buna görə də, həmin şe`rlər ya filosof Xəyyamdan deyil, ya üzdəniraq dindarlarla baş qatmaq xarakterlidir, yaxud da «dəllal arif» növündəndir. Hər halda Xəyyama mənsub olan rübailərdə belə deyilir:
Әcram ke sakinane in eyvanənd
Әsbabe tərəddod xerədməndanənd
Han ta sərreşteye xerəd qom nə kuni
Kanan ke modəbberənd sərgərdanənd
Әflak ke coz ğəm nəfəzayənd degər
Nə nəhənd be ca ta nəröbayənd degər
Naamədeqan əgər be danənd ke ma
Әz dəhr çe mi kəşim nayənd degər.
Mə`nası: Bu eyvanın sakinləri olan cansız cisimlər ağıllıların keçididir; sayıq ol ki, ağıl kələfinin ucunu itirməyəsən, işlərin axırını fikirləşənlər sərgərdandırlar.
Çun hasele adəmi dər in şuristan
Coz xurdəne ğosse nist ta kəndəne can
Xorrəme del an ke zin cəhan zud berəft
Və asude kəsi xod nəyaməd be cəhan
Mə`nası: Fələyin qəm verməkdən başqa bir işi yoxdur və insanı öldürməyənə kimi ondan əl çəkmir; əgər dünyaya gəlməyənlər, bizim fələyin əlindən nə çəkdiyimizi bilsələr, buraya gəlməzlər.
Ey çərxi fələk xərabi əz kineye tust
Bidadgəri şiveye dirineye tust
Ey xak əgər sineye to beşkafənd
Bəs qohəre qiyməti ke dər sineye tust
Mə`nası: Ey çərxi-fələk! bütün xarabalıqlar səndəndir; haqsızlıq sənin keçmiş peşəndir; ey torpaq! əgər sənin sinəni açsalar, orada çoxlu qiymətli cəvahirlər olduğunu görərlər.
Çərxi-fələyə göndərilən bu e`tiraz və söyüşlər, əslində yuxarı məqama aiddir, çünki çərxi-fələk heç nədir və o, naçar şəkildə kəc və tərs rəftarlarda günahlandırılır. Bəlkə buna görədir ki, bir hədisdə belə deyilir: «Zəmanəni söyməyin, zəmanə Allahdır.» (Hədisin düzgün izahı belədir ki, zəmanəni tənqid etmək bütün varlıq aləmini tənqid edib Allaha qarşı e`tiraz səsi yüksəltməkdir. Amma bə`zi alimlər iddia edirlər ki, bu hədis zəmanənin doğrudan da Allah olmasına inam bəsləyən zərvaniyyə firqəsinin uydurmalarındandır.)
Nasir Xosrov doğrudan da həkim adlandırılmağa layiq şairdir. Bu şair bir tərəfdən dərin və incə mə`nalı söz ustası, bir tərəfdən bu cür e`tirazlardan üstün fikir sahibi, digər tərəfdən isə güclü dini əqidəyə malik bir şəxsiyyət olub. O, həmin dini e`tiqadlarına əsasən bu barədə ağız açmamalı idi. Amma bütün bunlara baxmayaraq, onun divanında da bu məsələ ilə bağlı şe`rlər vardır ki, onları bir növ əyləncə və zarafat və yaxud da «dəllal arif» hesab etmək lazımdır. O, bir şe`rində belə deyir:
Bar xodaya əgər ze ruye xodayi
Tinəte insan həme cəmil sereşti
Çehreye rumi və surəte həbəşira
Mayeye xubi çe bovəd və elləti zeşti?
Təl`əte hindu və ruye tork çera şod?
Həm ço del duzəxi və ruye beheşti?
Әz çe səid oftad və əz çe şəqi şod
Zahede mehrabiyo keşişe kənəşti?
Çist xelaf əndər afərineşe aləm
Çun həmera dayevo məşşate to gəşti?
Girəm donya, ze bi məhəlliye donya
Bər gerehi xərbəto xəsise beheşti
Ne`məte mon`em çera əst dərya-dərya?
Mohnəte mofles çera əst kəşti-kəşti?
Mə`nası: Ilahi, əgər hamını gözəl yaratsaydın nə olardı? Mən başa düşə bilmirəm ki, nə üçün rumlular gözəl, həbəşilər isə çirkindirlər? Nə üçün Hindlini cəhənnəm kimi qara, türkü isə behişt kimi ağ yaratmısan? Nə üçün zahid xoşbəxt, keşiş isə bədbəxtdir? Hamını Sən yaratmısan, bəs bu fərqlər nə üçündür?
Nasir Xosrovun uzun və məşhur bir qəsidəsi var. O belə başlayır:
Ilahi tulo ərze aləmətra
Təvani dər dele muri keşidən.
Mə`nası: Ilahi sənin elə bir qüdrətin var ki, sən bütün dünyanı bir qarışqanın qarnında yerləşdirə bilərsən.
O, həmin qəsidədə belə deyir:
Kəz an ahəm həmi bayəd keşidən
Gene bulğariyanra niz həm nist
Bequyəm gər to betvani şenidən
Xodaya rast quyəm fetnə əz tust
Vəli əz tərs nətvanəm çeğidən
Ləbo dəndane torkan xətara
Nə bayesti çenin xub afəridən
Ke əz dəste ləbo dəndani işan
Be dəndane dəsto ləb bayəd gəzidən
Be ahu miykoni ğovğa ke be qoriz
Be tazi mizəni hey bər dovidən.
Mə`nası: Mənim bütün bədbəxtliklərim gözəllərin əlindəndir; mən onlardan ötrü ah çəkməliyəm; əgər eşidə bilərsənsə deyim ki, onlarda da günah yoxdur; ilahi, bütün bədbəxtliklər Səndəndir, amma qorxudan bir şey deyə bilmirəm; gözəllərin dil-dodaqlarını gərək belə gözəl yaratmayaydın; mən gərək onların gözəlliyinin tə`sirindən əl-ayağımı dişləyəm; sən dovşana qaç, tazıya tut deyirsən.
Әdəbiyyatşünasların bə`ziləri iddia edirlər ki, bu qəsidə Nasir Xosrovun deyildir.
Təqribən qırx il bundan əvvəl şirazlı şairlərdən biri, bu barədə bir qəsidə yazmışdı və onun cavabı mərhum Әxgər tərəfindən «Әxgər» jurnalında müsabiqəyə qoyuldu və elm əhlindən bu barədə öz nəzərlərini bildirmələri istənildi. Ölkənin müxtəlif yerlərindən ruhani, qeyri-ruhani, kişi və qadınlığından asılı olmayaraq, bir çoxları həmin tədbirdə iştirak etdilər. Onların bə`ziləri nəsr, bə`ziləri isə nəzmlə ona cavab verdilər və hətta bə`ziləri həmin şairin nəzərini təsdiqlədilər. Onların hamısı mərhum Әxgər tərəfindən «Yaradılışın sirləri» adlı kitabda çap edildi. Mən həmin cavabların nə olmasına toxunmaq və bu barədə fikir bildirmək istəmirəm. Әlbəttə alimlərdən bə`ziləri öz açıqlamalarında maraqlı nöqtələrə toxunublar.