Azəri
Thursday 26th of December 2024
0
نفر 0

ŞӘR NISBIDIR

ŞӘR NISBIDIR

Әşyaların vəsf edildiyi sifətlər iki qismdir. Onların bə`ziləri həqiqi, bə`ziləri isə nisbidirlər. Hər hansı bir sifət, əşyalar üçün bütün hallarda sabit olaraq heç bir şəraitdə ondan ayrılmayanda biz onu «həqiqi» sifət adlandırırıq. Həqiqi sifət odur ki, bir zatın həmin sifətlə vəsf edilməsi üçün həmin sifətin özünün fərz edilməsi kifayət etmiş olsun. Nisbi sifət isə odur ki, tə`yin olunan ismin həmin sifətlə vəsf edilməsi üçün, nisbət və müqayisə tərəfi kimi üçüncü bir tərəfin fərz edilməsinə də ehtiyac olsun və təkcə sifətlə tə`yin olunan ismin fərz edilməsi kifayət etməsin. Buna görə də hər hansı bir sifətin bir şeyə nisbət verilməsi, üçüncü bir şeydən və bunun onunla müqayisəsindən asılı olanda, biz həmin sifəti nisbi sifət adlandırırıq.

Məsələn, həyat bir həqiqətdir. Hər hansı bir varlıq digər bir şeylə müqayisə edilməsindən asılı olmayaraq ya canlı, ya da cansız və ölüdür. Həmçinin əgər rənglərin gerçək məsələlər olmasını fərz etsək, ağlıq və qaralıq da həqiqi sifətlərdir. Məsələn, rəngi ağ olan əşyalar başqa şeylə müqayisəsi nəzərə alınmadan ağdır. Qara şey də belədir və onun qaralığının düz olması üçün onun başqa bir şeylə müqayisə edilməsi lazım deyildir. Bir çox sifətlər, o cümlədən kəmiyyət və miqdar da həmin cürdür.

Lakin, kiçiklik və böyüklük nisbi sifətlərdir. Biz hər hansı bir şeyə kiçik deyəndə, onu nə ilə müqayisə və nəyə nisbətdə kiçik adlandırdığımıza baxmalıyıq. Hər bir şey həm böyük və həm də kiçik ola bilər. Onun kiçik və ya böyük adlandırılması bizim onu nə ilə müqayisə edərək ölçməyimizdən asılıdır.

Məsələn, biz bir alma və ya armudu kiçik, digər bir alma və ya armudu isə böyük adlandırırıq. Burada ölçü və me`yar kimi digər alma və armudların həcmləri nəzərdə tutulur, yə`ni nəzərdə tutulan alma bizim gördüyümüz digər almalara nisbətdə ya böyük ya da kiçik olur. Biz hansısa bir qarpızı da kiçik adlandırırıq. Bu da onu digər qarpızlarla müqayisə nəticəsində olur. Bizim çox kiçik adlandırdığımız həmin qarpız çox böyük adlandırdığımız almadan qat-qat böyükdür. Amma həmin qarpızı almalarla deyil, qarpızlarla müqayisə etdiyimiz üçün ona kiçik deyirik.

Böyüklüyü sizi heyrətləndirən və təəccübünüzdən barmağınızı dişləməyə vadar edən çox böyük bir qarışqanın və kiçikliyi sizdə böyük heyrət hissi yaradan çox balaca bir dəvənin həcmini nəzərə alanda, həmin çox kiçik olan dəvənin həmin çox böyük qarışqanın milyonlarla bərabəri olduğunu görəcəksiniz. Çox kiçik adlandırdığımız şeyin çox böyük adlandırdığımız şeydən böyük olması necə olur? Görəsən burada hansı ziddiyyət var? Xeyr, burada heç bir ziddiyyət yoxdur. Çox kiçik dediyimiz şey dəvələrin ən balacasıdır və onun kiçikliyi, bizim zehnimizin, əvvəlcədən dəvədən düzəltdiyi şəkil və me`yarla müqayisə edilir. O çox böyük adlandırdığımız şey də, qarışqaların ən böyüyüdür və o, zehnimizin əvvəldən qarışqalar barəsində formalaşmış ölçü və me`yarı ilə müqayisədədir. Bizim, «böyüklük və kiçiklik nisbi məfhumlardır» cümləmizin mə`nası da budur. Amma kəmiyyət və ədədlər həqiqi sifətlərdir. Məsələn, əgər bizim yüz dənə almamız varsa, onların saylarının yüz olması nisbi deyil, həqiqi bir sifətdir. Həmçinin əgər onların həcmləri, məsələn yarım kub metrdirsə, bu həcm də həqiqi bir sifətdir.

Әdəd və miqdar kəmiyyət, kiçiklik və böyüklük isə izafə növündəndirlər. Bir, iki, üç və s. olmaq həqiqi, birinci, ikinci, üçüncü və s. olmaq isə nisbi işlərdir.

Hər hansı bir ictimai qanunun yaxşılığı, onun şəxs və kütlənin mənafelərini birlikdə nəzərə alması, ümumi mənafelərin şəxsi mənafelərdən üstün tutması, imkan daxilində şəxsi azadlıqları tə`min etməsinə görədir. Amma şəxslərin bütün azadlıqlarının yüz faiz tə`min edilməsi qeyri-mümkündür. Buna görə də hər hansı bir qanunun bu cəhətdən, yə`ni azadlıqların tə`min edilməsi baxımından yaxşı olması nisbidir. Çünki, onların yalnız bir hissəsi tə`min edilə bilər. Yaxşı qanun mümkün azadlıqların hamısını tə`min edən qanundur, hərçənd ki, bu bə`zi azadlıqların alınmasını tələb edir. Deməli, hər hansı bir qanunun azadlıqları tə`min etmək baxımından yaxşı olması, azadlıqların qorunması və tə`min edilməsində bu qanundan yetərsiz olan digər qanunlarla müqayisədədir.

Burada, bir nöqtədə olan səhvin aradan qalxması üçün bir məsələni xatırlatmaq lazımdır. «Şər nisbidir» cümləsindən məqsədimiz, həqiqilik müqabilində olan, yə`ni bir şeylə müqayisədə olan nisbilikdir. Nisbilik bə`zən mütləqlik müqabilində işlədilir. Onda onun mə`nası bu olur ki, bir şeyin gerçəkliyi bir sıra şərtlərlə bağlıdır. Mütləqliyin mə`nası isə, əşyaların bir sıra şərtlərə bağlı olmamasıdır. Biz əgər nisbiliyi bu mə`nada götürsək, təbii və maddi işlərin hamısı bir sıra məhdud zaman və məkan şərtlərinə bağlı olmaları və yalnız həmin şəraitdə öz gerçəkliklərinə bağlılıqları baxımından nisbidirlər. Yalnız abstrakt şeylər mütləq vücuda malikdirlər və həqiqi mütləq hər bir şərt, səbəb və bağlılıqdan azad gerçəklik olan Haqqın müqəddəs zatıdır. Buna görə də Onun zatının zəruriliyi məcazi deyil, əzəli zərurətdir. Bütün bunları deməkdən məqsədim budur ki, zati şərlər, yə`ni yoxluqların yarandıqları varlıqların şər olmalarının nisbiliyindən məqsəd, mütləq müqabilində işlədilən nisbilik deyil, həqiqilik müqabilində dayanan nisbilikdir. Xeyirlərin də çoxu bu mə`nada nisbidirlər.

Indi isə pislərin pis olmalarının həqiqi və ya nisbi sifət olmasını araşdıracağıq. Bundan əvvəl qeyd etdik ki, pislər iki qismdir. Onların bir qismi yoxluq olan pislər, digər qismi isə var olan pislərdirlər ki, bunların pis olmalarının səbəbi onların bir sıra yoxluqların mənşəyi olmalarıdır. Nadanlıq, acizlik və yoxsulluq kimi yoxluq olan şərlər, həqiqi (qeyri-nisbi), amma yoxluq olan sifətlərdirlər. Lakin sel, zəlzələ, yırtıcı və vəhşi heyvan, mikrob və xəstəlik kimi var olan və pisliklərinin səbəbi onların bir sıra yoxluqların mənşəyi olmaları olan şərlər isə şübhəsiz ki, nisbidirlər. Bu qism işlərin pis olmaları müəyyən şey və ya əşyalara nisbətdədir. Ilanın zəhəri onun özü üçün pis deyil, ondan zərər görən insan və heyvanlar üçün pisdir. Qoyun yeyərək məhv etdiyi bitgi üçün pis, amma özü, ya insan və ya canavar üçün pis olmadığı kimi, canavar da qoyun üçün pisdir, lakin özü və bitgilər üçün pis deyil.

Mövlana deyir:

 

Zəhre mar an marra başəd həyat

Leyk an mər adəmirra şod məmat

Pəs bəde mutləq nə başəd dər cəhan

Bəd be nisbət başəd inra həm be dan

 

`nası: Ilanın zəhəri ilanın özü üçün həyatdır, amma həmin zəhər insan üçün ölümdür. Deməli dünyada mütləq və tam bir pis yoxdur, bil ki, pislik nisbidir.

(Mövlana bu şe`rində iki məsələni bir-biri ilə qarışdırıb. Onlardan biri budur ki, pislik (əlbəttə ikinci növ pislik) əşyaların nisbi və müqayisəli vücudundadır, yə`ni hər bir şey özü üçün yaxşıdır. Әgər nəsə pisdirsə, o başqa birisi üçün pisdir. Məsələn, ilanın zəhəri ilanın özü üçün yaxşı, başqaları üçün isə pisdir. Burada demək lazımdır ki, ilanın zəhəri öz-özlüyündə pis deyil, başqaları üçün pisdir. Digər bir məsələ isə budur ki, vücudu hər şeyə nisbətdə yaxşı olan vacibul-vücud kimi şeyə, mütləq xeyir deyirlər. Hər bir şeyə nisbətdə pis olması fərz edilən şeyi isə, mütləq pis adlandırırlar. Mütləq xeyir və şərin müqabilində işlədilən nisbi xeyir və şərdən məqsəd, bir şeyin bütün şeylərə nisbətdə deyil, bə`zi şeylərə nisbətdə xeyir və şər olmasıdır. Dünyada olan şeylərin əksəriyyəti belədir. Mövlananın bu beytdə gətirdiyi mətləb bu iki məsələnin qarışığıdır. Onun birinci beyti birinci məsələni, ikinci beyti isə ikinci məsələni xatırladır.

Digər tərəfdən, hər bir şeyin yaradılma və xəlq etmənin aid olduğu və gerçək vücudu olan həqiqi vücudu başqası üçün deyil, onun özü üçündür. Hər bir şeyin başqa bir şey və ya şeylər üçün olması, həqiqi olmayan şərti vücududur və yaratma ona aid olmur.

Başqa sözlə desək, hər bir şeyin bir özü, bir də başqası üçün olan vücudu vardır. Daha dəqiq desək, hər bir şeyin vücudu iki cür – bir dəfə özü üçün və öz-özlüyündə, bir dəfə isə başqası üçün nəzərdə tutulur. Şeylər özlərinin özləri üçün olmaları baxımından, bir həqiqətdirlər və bu baxımdan pis deyildirlər. Hər bir şey özü üçün yaxşıdır. Әgr bir şey pisdirsə, o başqası üçün pisdir. Məsələn, əqrəbin özü üçün pis olmasını demək olarmı? Yaxud canavarın özü üçün pis olmasını demək mümkündürmü? Xeyir! Әqrəb və canavarın vücudunun onların özləri üçün yaxşı olmasında heç bir şəkk-şübhə yoxdur. Onlar özləri üçün biz özümüzə qarşı olduğumuz kimidirlər. Deməli, hər hansı bir şeyin pis olması onun öz varlığında deyil, başqasına nisbət verilməsindədir. Digər tərəfdən, həqiqət və gerçəkliyin hər bir şeyin öz-özlüyündə olan vücudu olması və başqalarına nisbət verilərək nəzərdə tutulan vücudların isə nisbi və şərti olmasında və buna görə həqiqi olmamalarında heç bir şübhə yoxdur. Belə ki, onlar, yəni şeyin başqaları ilə nisbətdə nəzərdə tutulan vücudları, varlıq aləmində yerləşməyiblər və həqiqi vücuda malik olmadıqları üçün onlara nə üçün nisbi vücud verilməsi barəsində də danışmaq olmaz. Başqa sözlə desək, hər bir şey iki dəfə yaranmayıb və ona iki vücud, məsələn bir öz-özlüyündə olan vücud və bir dəfə də başqalarına nisbətdə olan vücud verilməyib.

Fərz edin ki, şagirdə bir mətləbi deyir, sonra isə onu dörd dəfə təkrar edirsiniz. Siz həmin dörd dəfənin hamısında bir mətləbi eynilə deyibsiniz. Başqa sözlə desək, sizin tərəfinizdən vücuda gəlmiş mətləb dörd dəfənin hamısında bir cür olub. Amma həmin dörd dəfənin hər birinin məxsus sifəti var. Onların biri birinci, biri ikinci, biri üçüncü, digəri isə dördüncüdür. Indi sual budur ki, siz hər dəfə iki iş görmüsünüz? Yəni, siz həm mətləbi təkrar etmisiniz və həm də onlara «birinci, ikinci, üçüncü...» sifətləri vermisiniz, yoxsa həmin sifətlər bir sıra nisbi və eyni halda şərti sifətlərdir ki, sizin, dörd dəfənin hamısında bir cür olan təkrarınızın bir-biri ilə müqayisəsindən yaranıb? Aydındır ki, sualın ikinci hissəsi düzdür. Şərti və intizai olan bu qism sifətlər, bunlarla yanaşı özlərinin həqiqi və gerçək olan işlərinin zəruri və ayrılmaz hissələrindəndir.

Buna görə də bu işlər barəsində ayrı və müstəqil söhbət etmək, «Yaradan və xaliq nə üçün bu nisbi varlıqları yaradıb?» sualını vermək olmaz. Çünki birincisi, onlar gerçək varlıqlar olmadıqları üçün onların yaradılışından söhbət gedə bilməz, ikincisi həmin şərti və intizai varlıqlar gerçək və həqiqi varlıqların ayrılmaz hissələridirlər və onlar müstəqil olaraq irəli sürülə bilməzlər. Onların qeyri-müstəqil formada irəli sürülməsi isə belə ola bilər ki, bunların, onun üçün şərti və intizai zərurətlər olduqları həqiqi varlıqlar nə üçün yaradılıblar? Biz gələn fəsldə bu məsələni araşdıraraq ona cavab verəcəyik.

Bu məsələni də xatırladaq ki, bizim «birinci, ikinci və sairə olmağımız şərti və intizai işlər olduğu üçün gerçək vücuda malik deyildirlər və buna görə də yaradılmırlar və onlar barəsində yaradılma fərz edilmir» deməyimiz başqa bir məsələ ilə, yə`ni «təqdim və tə`xir» və ya insan və ya azad və şüurlu amilin iki iş və ya şeydən birini digərindən qabağa salması məsələsi ilə qarışdırılmamalıdır. Bu başqa bir məsələdir ki, biz sonra onun barəsində də danışacağıq. Yuxarıdakı misala diqqət edilsə, həmin məsələ aydınlaşar.

Hər halda şərti işlərin səbəbə nisbət verilməsi məcazi mə`na daşıyır. Buna görə də filosoflar deyirlər ki, şərlər zati cəhətdən yaradanla bağlı olmayıb, nəticə və yaradılmış da deyildirlər. Onların məxluq və nəticə olmaları ərəzi və aksidensaldır. Әvvəldə dediyimiz kimi, bu, eynilə günəşin kölgənin yaranma səbəbi olması kimidir. Әlbəttə günəş olmasa kölgə də olmaz. Amma günəşin kölgənin yaranma səbəbi olması onun nurun yaranma səbəbi olmasından fərqlidir. Günəş, nuru həqiqi olaraq yaradır. Lakin kölgəni həqiqətən yaratmır. Kölgə yaradılmalı bir şey deyil. O, nurun məhdud olması səbəbindən yaranır və ümumiyyətlə eynilə nurun məhdudluğu deməkdir. Məsələ birinci və ikinci qism şərlər barəsində də belədir. Şərlər, şərti və yoxluq qismli işlərdirlər. Kor adamda korluq müstəqil bir gerçəklik olmadığı üçün, onu bir başlanğıcın, onun korluğunu isə digər bir yaradanın yaratmış olduğunu demək olmaz. Korluq və ya hər hansı bir şər, yoxluqdur və yoxluğun yaradan və başlanğıcı olmaz.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

DÜNYA INSANLIQ MӘKTӘBIDIR!
Qadının ailə qurması və atanın icazəsi
HÖKUMƏTIN DAVAM ETMƏ MÜDDƏTI
HӘQIQI REGIONAL ISLAM
İGIRMI BIR YAŞLI CAVAN MƏKKƏNIN BAŞÇISI
“HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ ...
Cəhənnəmdə əbədi qalacaq 8 dəstə
ŞӘRLӘR - ӘDALӘT PRINSIPI BAXIMINDAN
Savabını bilsəydilər onu yerinə yetirmək üçün püşk atardılar..."
SABEİ DİNİ

 
user comment