Azəri
Saturday 21st of December 2024
0
نفر 0

ÖLÜM ANLAYIŞI

ÖLÜM ANLAYIŞI

Bəşəriyyəti həmişə narahat edən fikirlərdən biri, ölüm düşüncəsi və həyatın sona çatması məsələsidir. Insan özündən «Dünyaya nə üçün gəlmişəm və nə üçün gedirəm?», «Bu tikib sökməkdən məqsəd nədir?», «Bu iş bihudə və boş bir iş deyilmi?» suallarını soruşur.

Xəyyama mənsub olan bir şe`rin məzmunu belədir:

Məst adam hazır qədəhin sınmasını rəva bilməz; bəs onda bu qədər nazlı qamət və baş-gözü Allah nə üçün yaradıb və nə üçün sındırır?

Insan bir qədəhdir ki, Allah məhəbbətdən ona yüz dənə busə vurur; zamanın bu kuzəgəri belə zərif qədəh düzəldir və sonra onu yerə çırpır.

Ölüm qorxusu fəlsəfi bədbinliyin yaranma səbəb-lərin-dəndir. Bədbin filosoflar, həyat və varlığı hədəfsiz, bihudə və hər bir hikmətdən boş təsəvvür edirlər. Bu təsəvvür onları sərgərdan edib və bə`zən onlarda intihar hislərini aşılayıb və aşılayır. Onlar öz-özlərində fikirləşirlər ki, əgər getməli və ölməliyiksə, gərək gəlməyəydik, amma indi ki, ixtiyarsız gəlmişik, bizim əlimizdən heç olmasa da bu bihudəçiliyin davam etməsinə yol verməmək və son qoymaq gəlir və bu puçluğa son qoymağın özü ağıllı bir işdir.

Xəyyama mənsub olan digər bir şe`rin məzmunu belədir:

Әgər bu dünyaya gəlməyim öz əlimdə olsaydı gəlməzdim; Әgər getmək mənlik olsaydı nə vaxt gedərdim?! Әn yaxşısı isə bu olardı ki, bu xarabaya nə gələydim, nə olaydım və nə də gedəydim.

Insanın bu şoranlıqdakı qazancı qəm-qüssə yeməkdən başqa bir şey deyil; xoşbəxt o adamdır ki, bu dünyadan tez gedib və rahat o adamdır ki, ümumiyyətlə bu dünyaya gəlməyib.

ÖLÜM QORXUSU

Ölüm məsələsi və bu baxımdan dünyanın quruluşuna tutulan iradları araşdırmazdan əvvəl, bu məsələyə də diqqət yetirmək lazımdır ki, ölüm qorxusu və ondan nigaran olmaq insana məxsusdur. Heyvanlar ölüm barəsində fikirləşmirlər. Heyvanlarda olan yeganə şey təhlükədən qaçmaq instinkti və mövcud həyatı qorumaq meylidir. Әlbəttə mövcud yaşayışın qorunması mə`nasında olan qalmaq meyli, həyatın zəruri tələblərindəndir. Amma insanda bundan əlavə gələcəyə baxış və gələcəkdə qalmaq da vardır. Başqa sözlə desək, insanda əbədi qalmaq arzusu vardır və bu arzu insana məxsusdur. Arzu, gələcəyi təsəvvür etməyə, əbədi qalmaq arzusu isə əbədiliyi təsəvvür etmək və düşünməyə əsaslanır və bu düşüncə və təsəvvür insanın xüsusiyyətlərindəndir. Buna görə də həmişə insanın fikrini özündə toplamış ölüm qorxusu hər bir heyvanda ani şərti refleks formasında olan təhlükədən qaçmaq instinktindən ayrı bir şeydir. Insanın uşağı da, onda əbədilik arzusu, düşüncə kimi inkişaf etməmişdən əvvəl təhlükədən qaçmaq instinktinin hökmü ilə təhlükələrdən uzaqlaşır.

Ölüm qorxusu əbədilik meylinin məhsuludur. Təbiət aləmində heç bir puç və bihudə meyl olmadığı üçün, bu meyli insanın ölümdən sonra əbədi olacağının dəlili hesab etmək olar. Bizim yox olmaq fikrindən narahat olmağımız, bizim yox olmayacağımızın dəlilidir. Әgər biz gül və bitgilər kimi məhdud və müvəqqəti bir yaşayışa malik olsaydıq, bizdə əsaslı və köklü şəkildə əbədilik meyli yaranmazdı. Susuzluğun olması suyun olmasına bir dəlildir. Digər başqa əsaslı meyl və iste`dadların olması da meyl və iste`dadın üz tutduğu kamilliyin mövcudluğunun dəlilidir. Sanki, hər bir iste`dad, tərəfinə doğru gedilməli olan kamilliyin zehni xatirəsidir. Insanı həmişə özünə məşğul etmiş əbədilik arzusu və ölüm nigarançılığı, onun yox olmayacaq gerçəkliyinin təzahür və cilvəsidir. Bu arzu və nigarançılıq eynilə insanın oyaq haldakı xüsusiyyət və müşahidələrinin cilvəsi olan yuxu kimidir. Yuxu aləmində aşkara çıxan şey, oyaqlıqda bizim ruhumuza daxil olmuş və bə`zən orada kök salmış şeyin cilvəsidir. Oyaq vəziyyətdə əbədilik arzusu kimi, bizim ruhumuzda cilvələnən və bu dünyanın müvəqqəti həyatı ilə heç cür uyuşmayan şey, bizim istər-istəməz «Isgəndərin vəhşət zindanından» qurtulacaq və yükünü bağlayaraq «Süleyman mülkünə gedəcək» əbədi həqiqətimizin təzahür və cilvəsidir.

Mövləvi bu həqiqəti çox maraqlı formada bəyan edib.

Məzmunu: Fil arxası üstündə yatan kimi yuxuda Hindistanı görür; uzunqulaq isə yuxusunda heç vaxt Hindistanı görmür, çünki o, (Hindistan) qəribi deyil; fil Hindistanı o qədər yadına salar ki, həmin xatirələr gecə yuxusunda canlanar.

Bu cür təsəvvürlər, düşüncələr və arzular arif və filosofların insanın bu maddi dünyadakı «qürbət» və ya «uyuşmazlığı» adlandırdıqları həqiqətdir.

ÖLÜM NISBIDIR

Ölümlə bağlı irad, onun, yox olmaq güman edilməsindən yaranıb. Halbuki o, insan üçün yoxluq deyil, dəyişiklik, bir tərəfdən bataraq digər tərəfdən çıxmaq deməkdir. Başqa sözlə desək, ölüm yoxluqdur, amma mütləq deyil nisbidir, yə`ni bir tərəfdə yox olaraq digər tərəfdə var olmaqdır.

Insanın mütləq ölümü yoxdur. Ölüm bir halı əldən verərək başqa bir halı ələ gətirməkdir və hər bir dəyişiklik kimi, fanilik də nisbidir. Torpaq bitgiyə çevriləndə ölür, amma bu mütləq ölüm deyil. Torpaq özünün əvvəlki vəziyyət və xüsusiyyətlərini əldən verir və artıq, cansız formada olduğu şəkildə olmur. Amma əgər bir hal və vəziyyətdə ölübsə, başqa bir vəziyyətdə həyat əldə edib.

Şe`rin məzmunu belədir: Cansızlıqdan ölüb canlı oldum və canlılıqdan ölüb heyvanlıqdan baş qaldırdım; heyvanlıqdan da ölüb adam oldum, bəs nə üçün ölüb azalacağımdan qorxuram?

DÜNYA RUH ÜÇÜN ANA BӘTNI KIMIDIR

Bu dünyadan başqa bir dünyaya köçmək, uşağın ana bətnindən doğulmasına bənzəyir. Bu bənzətmə bir cəhətdən yetərli, digər cəhətdən isə yetərsizdir. Bənzətmənin yetərsizliyi dünya ilə axirətin fərqinin ana bətni ilə ondan xarici aləmin fərqlərindən daha dərin və əsaslı olmasındadır. Ana bətni ilə xarici aləmin hər ikisi təbiət aləmi və dünya həyatının bir hissələridir. Amma dünya həyatı ilə axirət aləmi, bir-birindən əsaslı fərqlənən iki həyatdır. Lakin bu bənzətmə digər cəhətdən, yə`ni şəraitlər arasındakı fərqləri göstərməsi baxımından yetərlidir. Uşaq ana bətnində olanda cift və göbək yolu vasitəsi ilə qidalanır, amma bu dünyaya ayaq basdıqdan sonra həmin yol bağlanır və o, ağız və həzm boruları vasitəsi ilə qidalanır. Onun ağ ciyəri ana bətnində olanda yaradılır, amma işləmir. Uşaq ana bətnindən xaric olan kimi onlardan istifadə olunmağa başlanılır.

Uşağın ana bətnində olduğu müddətdə nəfəs boruları və ciyərindən kiçicik bir istifadə etməməsi çox maraqlıdır. Hətta bəlkə uşağın həmin orqanı, ana bətnində bir an işə düşsə, uşağın ölümünə səbəb olar. Bu vəziyyət, o, ana bətnində olduğu son ana kimi davam edir. Amma ana bətnindən xaric olan kimi tənəffüs orqanları işə düşməyə başlayır və bundan sonra onun fəaliyyəti bir an dayansa, onu ölüm təhlükəsi gözləyir.

Doğuşdan əvvəlki həyat tərzi beləcə ondan sonrakı həyat tərzinə çevrilir. Uşaq doğulmamışdan qabaq bir həyat tərzində, ondan sonra isə digər bir həyat tərzində yaşayır.

Ümumiyyətlə, tənəffüs orqanı uşaq ana bətnində olanda yaradılmasına baxmayaraq, ora üçün yaradılmır. Onun yaradılması ana bətnindən sonrakı həyat üçün əvvəlcədən olan hazırlıqdır. Görmə, eşitmə, dadma və qoxulama orqanlarının da heç biri bütün genişlik və mürəkkəbliyi ilə həmin yaşayış üçün deyil, ondan sonrakı mərhələ üçündür.

Bu dünya digər dünyaya nisbətdə, insanın ruhi orqan və sistemləri yaradılaraq onu başqa bir yaşayışa hazırlayan ana bətni kimidir. Insanın ruhi iste`dadları, bəsitlik və abstraktlığı, onun «mən»inin parçalanmazlığı və nisbi sabitliyi, sonsuz arzuları, geniş və sonsuz düşüncələrinin uzun, geniş və hətta əbədi həyat üçün lazım olan vasitələridir. Insanı bu maddi və fani dünyada qərib və onunla «uyuşmaz» edən də bu şeylərdir. Insanın bu dünyada «qamışlıqdan kəsilmiş, ah-naləsindən yer-göy ağlayan və həmişə vüsal dərdini demək üçün çox-çox geniş bir sinə axtaran «ney» halında olmasının səbəbi də budur. (Insanın neyə bənzədilməsi Mövləvinin bir şe`rindəki təmsilə işarədir). Insanın özünü «başda oturan şah» bilməsi və dünyanı özünə nisbətdə «mehnətlər küncü» adlandırmasının və ya «özünü müqəddəs gülüstanın quşu», dünyanı isə «hadisələr tələsi» kimi görməsinin səbəbi də həmin şeydir.

Qur`ani-kərim buyurur:

أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ

«Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?» (Mu`minun-115).

Insanın bütün bu təchizat və vəsaitlə Allaha, onun üçün geniş və münasib meydan olan dünyaya qayıtmaması, ana bətnindən sonra heç bir dünyanın olmamasına və bütün döllərin ana bətni dövrü qurtardıqdan sonra fani olmalarına bənzəyir. Belə çıxır ki, ana bətnində heç bir rol oynamayan və həmin bitgi mərhələsi üçün artıq bir şey olan bu görmə və eşitmə orqanları, beyin və sinir sistemi, ciyər, mə`də və sairə boş yerə yaradılıb və onlar istifadə edilməmiş yoxluq diyarına göndərilirlər.

Bəli, ölüm insan həyatının bir mərhələsinin sonu, digər bir mərhələsinin isə başlanğıcıdır.

Yeni körpənin doğulması doğulduğu dünyaya nisbətdə doğulmaq, bundan əvvəlki dünyaya nisbətdə isə ölüm olduğu kimi, insanın ölümü də dünyaya nisbətdə ölüm, dünyadan sonrakı aləmə nisbətdə isə doğulmaqdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Böyük günahlar
BUDDİZM (5)
KONFUSİON AYİNİ (2)
İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR
Xalis tövbə
Aclığın dəyəri nədir?!
Fəlsəfə Avropada
İslam dini və elm
Ən az geyimlə kifayətlənmə
DUALIZM

 
user comment