2-Osmanın dövründə:
Ibni Əsir öz «Tarix» kitabında yazır: Osman Afrikanın fəth olunduğu dövrdəki ilk ilin xümsünü Əbdüllah ibni Əbi Sərəhə bağışladı, ikinci fəthin xümsünü isə (bu, bütün Afrikanın fəth olunması ilə nəticələndi) Mərvana hədiyyə etdi.[1]
Ibni Əbil Hədid yazır: «Osman Afrikanın fəthində qərbdəki Trablosdan Təmcəyə qədər Allahın Islama nəsib etdiyi qənimətlərin hamısını Əbdüllah ibni Əbi Sərəhə bağışladı, müsəlmanlardan bir kəsi belə, onda şərik etmədi!»[2]
Təbəri yazır: Osman Əbdüllah ibni Sə`d ibni Əbi Sərəhi Afrikaya göndərdiyi zaman onun Cər-cir adlı bir məntəqədə onlarla razılaşma məbləği bir milyon beş yüz iyirmi min dinar qızıl pula çatırdı. O deyir: Əbdüllah ibni Sə`din müsalihə etdiyi məbləğ üç yüz qintar qızıl idi ki, Osman onu Həkəm övladlarına, yaxud Mərvana bağışladı.»[3]
Ibni Əbdül-həkəm «Fütuhu Afrika» kitabında yazır: Müaviyə ibni Xüveyc afrikalılarla üç dəfə müharibə etdi ki, birinci müharibə 34-cü hicri ilində, Osmanın öldürülməsindən öncə baş vermişdi. Osman bu müharibənin xümsünü Mərvana bağışladı. Bu bir qəzvə idi ki, camaatın əksəriyyəti ondan xəbərsiz qalmışdılar.[4]
Bilazəri Osmanın sirəsində inkar olunan halları zikr edərkən, Süyuti də «Tarixi xüləfa» kitabında deyir: «O, Afrika qənimətlərinin xümsünü Mərvana bağışladı.»[5]
Əbdüllah ibni Zübeyrdən belə nəql olunmuşdur: «Osman 27-ci hicri ilində bizi Afrika müharibəsinə göndərdi və Əbdüllah ibni Əbi Sərəh çoxlu qənimət əldə etdi, Osman onun xümsünü Mərvana bağışladı.»[6]
Rəvayət olunmuşdur ki, Mərvan Mədinədə özünə bir ev tikdikdən sonra camaatı yeməyə çağırdı və onlara dedi: «Allaha and olsun ki, bu evin tikilişində müsəlmanların malından bir dirhəm, yaxud ondan artığını xərcləməmişəm.» Də`vət olunanlardan biri – Misvər dedi: «Əgər sən öz yeməyini yeyib sakit qalsaydın, sənin üçün daha yaxşı olardı. Çünki sən həmin şəxssən ki, bizimlə Afrikada vuruşurdun, sənin mal-dövlətin, qulamların və köməkçilərin bizdən az idi. Nəhayət Ibni Əffan (Osman) Afrikanın xümsünü sənə bağışladı, sədəqələrin və maliyyatların işçisi oldun və müsəlmanların mal-dövlətini mənimsədin.»[7]
Əsləm ibni Ovs Saidi Osmanın Bəqidə dəfn olunmasına mane oldu. O, bu barədə belə deyir:
اُقْسِمُ بِاللّهِ رَبِّ الْعِبَا دِ مَا تَرَكَ اللّهُ خَلْقًا سدَى
دَعَوْتَ اللَّعِينَ فَاَدْنَيْتَهُ خِلاَفًا لِسُنَّةِ مَنْ قَدْ مَضَى
وَاَعْطَيْتَ مَرْوَانَ خُمُسَ الْعِبَادِ ظُلْمًا لَهُمْ وَحَمِيتَ الْحمَى
"Bəndələrin Pərvərdigarı olan Allaha and içirəm:
Allah heç bir bəndəni boş buraxmamışdır.
Sən (Osman) o məl`unu (Həkəmi) çağırıb özünə yaxınlaşdırdın.
Və bu rehlət edən şəxsin (Peyğəmbərin) sünnəsinin əksinə idin.
Bəndələrin xümsünü Mərvana bağışladın.[8]
Onlara zülm etdin, Həmçinin, qorunan bir məntəqəni öz malın etdin."[9]
«Əğani» kitabında deyilir: Mərvan o xümsü beş yüz minə müamilə etdi və Osman həmin məbləği də ona bağışladı. Bu, həmin hallardandır ki, ona irad tuturdular. Əbdür-Rəhman ibni Həmdan da onun barəsində belə şe`r qoşmuşdur...[10]
Bunlar üçüncü xəlifə Osmanın xüms barəsindəki şəxsi ictihadları idi. Amma onun Peyğəmbərin mirası barəsindəki ictihadlarına gəldikdə isə, Əbül-fida və Ibni Əbdi Rəbbih belə demişlər: «Osman Peyğəmbərin sədəqəsi olan və Fatimənin Əbu Bəkrdən tələb etdiyi Fədəki Mərvanın ixtiyarına verdi».[11]
Ibni Əbil Hədid yazır: «Osman Fədəki Mərvanın ixtiyarına verdi, halbuki, Fatimə ∞ Peyğəmbərin vəfatından sonra onu bir dəfə miras ünvanı ilə, bir dəfə də Peyğəmbərin hədiyyəsi ünvanı ilə Əbu Bəkrdən tələb etmiş və onun istəyinə cavab verilməmişdi.»[12]
Əbu Davud və Beyhəqi öz «Sünən» kitablarında Ömər ibni Əbdül-Əzizdən rəvayət edirlər ki, o, Fədəkin barəsində belə demişdir: «Ömər hakimiyyətə çatan zaman onunla keçmişdəkilər kimi rəftar etdi və vəfat edən zaman Osman onu Mərvanın ixtiyarına qoydu.»[13]
Beyhəqi bu rəvayətin hamısını qeyd etdikdən sonra deyir: Fədək Osman ibni Əffanın dövründə bəlkə də ona görə Mərvanın ixtiyarında olmuşdur ki, Osman Peyğəmbərə mənsub edilən rəvayətdə tə`vil və ictihad etmişdi. O rəvayətdə belə deyilir: «Hər vaxt Allah ruzidən hər hansı bir payı Peyğəmbərə nəsib etsə, o pay onun canişini üçün olacaqdır. Və o (Osman) öz sərvəti ilə ondan ehtiyacsız olduğu zaman onu öz qohum-əqrəbasının ixtiyarına verdi və onunla sileyi-rəhim haqqını ödədi.»
Ibni Əbdü Rəbbih və Ibni Əbil Hədid yazırlar: Peyğəmbəri Əkrəm ¡ Mədinə bazarındakı «Məhruz» adlı yeri müsəlmanlara vəqf etdi. Osman isə onu Mərvanın qardaşı Haris ibni Həkəmin ixtiyarına verdi.[14]
Bunlar xəlifə Osmanın xüms və Peyğəmbərin mirası barəsindəki ictihadları idi ki, bizim əlimizə gəlib çatmışdır. Amma camaatın onunla düşmənçiliyinin səbəbinə gəldikdə isə, aşağıdakı iki mövzudan ibarətdir:
Birincisi budur ki, ondan əvvəlki iki xəlifə bu əmvalı ümumxalq istifadəsinə verirdilər. Osman isə onu öz qohum-əqrəbalarına məxsus etdi.
Ikincisi, onun qohum-əqrəbasının Islam və müsəlmanlar qarşısında tutduğu aşağıdakı mövqelərdir:
[1] «Tarixi ibni Əsir», Avropa çapı, 3-cü cild, səh.71, Misrin 1-ci çapı, 3-cü cild, səh.35.
[2] «Nəhcül-bəlağənin şərhi», Ibni Əbil Hədid, 1-ci cild, səh.67.
[3] «Tarixi Təbəri», Avropa çapı, 1-ci cild, səh.2818; «Tarixi ibni Əsir», Misrin 1-ci çapı, 3-cü cild, səh.35.
[4] «Fütuhi Afrika», səh.58-60.
[5] «Ənsabul-əşraf», 5-ci cild, səh.25; «Tarixi xüləfa», səh.256.
[6] Yenə orada, 5-ci cild, səh.27.
[7] Yenə orada, 5-ci cild, səh.28.
[8] Şair burada xumsu «bəndələrin xumsu» adlandırır. Çünki Əbu Bəkrin və Ömərin dövründə adət üzrə xumsu bəndələrin xumsu hesab edir və ona Allaha, Peyğəmbərə və Peyğəmbərin yaxın adamlarına vermirdilər.
[9] «Ənsabul-əşraf», 5-ci cild, səh.38.
[10] «Əğani», 6-cı cild, səh.57; «Tarixi Əbil-fida», 1-ci cild, səh.233; «Məarif», Ibni Qüteybə, səh.84; «Əqdül-fərid», 2-ci cild, səh.283.
[11] «Tarixu Əbil-fida», 11-ci cild, səh.232; «Əqdül-fərid», 4-cü cild, səh.273, bu tarixçilər Əbu Bəkrin rəvayətinə istinad edərək Fədəki «Peyğəmbərin sədəqəsi» hesab etmişlər.
[12] «Nəhcül-bəlağənin şərhi», 1-ci cild, səh.67.
[13] «Sünəni Əbi Davud», 2-ci cild, səh.49-50. «Xərac» kitabından «Səfaya Rəsulillah» bölməsindən; «Sünəni Beyhəqi», 6-cı cild, səh.310.
[14] «Əqdül-fərid», 4-cü cild, səh.283; «Nəhcül-bəlağənin şərhi», 1-ci cild, səh.67, orada «Bəhruz» ibarəti təhrif olunmuşdur. Eləcə də «Mühazirati Rağib», 2-ci cild, səh.211; «Məarif», Ibni Qüteybə, səh.84; Mavərdi və Əbu Yə`la da Peyğəmbərin hərəkətini bəyan edərkən yazırlar: Osmaq Məhruzu Mərvanın ixtiyarında qoydu.