BAĞIŞLANMA ŞӘFAӘTI
Şəfaətin ikinci növü günahların bağışlanmasında vasitəçilik etməkdir. Tənqidçilərin kəskin hücumlarına mə`ruz qalan şəfaət, vasitəçiliyin bu növüdür. Amma Allahın köməyi ilə, bu kitabda verəcəyimiz izahlarla həmin növ şəfaətə heç bir iradın varid olmaması və onun Islamın ali və dəyərli məsələlərindən olaraq, müəyyən əsaslarla Islam maarifinin dərinliklərini göstərməsi aydınlaşacaq.
RӘHMӘTIN CAZIBӘSI
Ilk növbədə bu məsələyə diqqət yetirmək lazımdır ki, xoşbəxtliyə çatmaq üçün dünyada görülən bir çox tə`sirli əməllərdən əlavə, başqa bir hərəkət də vardır və o, Allah-taalanın hər şeydən yüksək olan rəhmətidir. Dini mətnlərdə «Ey rəhməti qəzəbini qabaqlayan...! «anlayışı kimi ifadələr vardır.
Hafizin bu məzmunda məşhur bir qəzəli vardır. O, həmin qəzəldə bu məfhumu «sabiqə» kəlməsi ilə ifadə etmişdir. «Sabiqə» burada, «ilahi rəhmətin» hər şeydən qabaqda olmasıdır. Әlbəttə onun həmin kəlmədən məqsədi başqa şey də ola bilər ki, Qur`anda buna işarə edilib.
PAKLIQ PRINSIPI
Varlıq aləmində, ilahi rəhmətin cilvələrindən biri paklıq və saflanma nümunəsidir. Yaradılış sistemi yumaq və paklaşdırmaq xüsusiyyətinə malikdir. Dəniz və bitgilərin karbon qazını udaraq havanı təmizləmələri paklıq və saflaşdırmanın nümunələrindəndir. Әgər canlı varlıqların tənəffüsü və yanacaq maddələrinin tüstüsü ilə çirklənən hava, bitgi və dəniz kimi saflaşdırma «dəzgahları» vasitəsi ilə təmizlənməsəydi, yer kürəsi çox qısa bir müddətdə yaşamaq üçün yararlı olmaq xüsusiyyətini əldən verərdi. Çünki, onda nəfəs almaq qeyri-mümkün olardı. Ölü heyvan cəsədlərinin parçalanması və həmçinin canlı varlıqlardan ayrılan maddələrin dağılması yaradılışın paklaşdırma və saflaşdırma xüsusiyyətinin digər bir nümunəsidir. Maddiyyat və təbii qanunlarda olduğu kimi, mə`nəvi məsələlərdə də paklaşdırma və saflaşdırma nümunələri vardır. Bağışlama və günahın pis nəticələrinin aradan qaldırılması da bu qəbildəndir. Әfv və bağışlanma məsələsi də qəlb və ruhların, yuyulma imkanları qədər yuyulması və günahın pis nəticələrindən təmizlənməsi deməkdir.
Әlbəttə, bə`zi ürəklər təmizlənmək qabiliyyətini elə əldən verirlər ki, heç bir şeylə təmizlənmək imkanına malik olmurlar. Onlar sanki murdarlanmış əşyaya deyil, murdar şeyin özünə çevrilirlər. Allaha qarşı olan şirk və ya küfr, qəlbə yol tapıb orada yuva salanda ürəyin pak olaraq təmizlənmək qabiliyyətini aradan aparır. Küfrün ürəkdə qalması Qur`ani-kərimin dilində ürəyin, ilahi təbiətin və fitrətin möhürlənməsi adlandırılıb.
SAĞLAMLIQ PRINSIPI
Varlıq aləmində rəhmətin qəzəbi qabaqlamasının nümunələrindən biri, dünyada həmişə sağlamlığın əsas, xəstəliyin isə istisnai və təsadüfi olmasıdır. Hər bir canlı varlığın bədənində onun sağlamlığına xidmət edərək həmin istiqamətdə çalışan və onun varlığını qoruyan bir qüvvə yerləşdirilib. Qanda çox maraqlı müdafiə qüvvəsinə malik olan ağ hemoqlobinlərin mövcudluğu, bizim bu müddəamıza bir dəlildir. Canlı varlıqların bədənlərində olan bərpaçılıq və yenidənqurma xüsusiyyəti, həmin müddəaya digər bir dəlildir. Sümük sınıqları, yaralar və qida maddələrinin çatışmazlıqları, həmin varlığın öz daxili fəaliyyətləri ilə bərpa edilir.
Dini fitrət baxımından da hər bir körpə pak fitrətlə doğulur: «Körpə pak fitrətlə doğulur. Onu yəhudi və xristian edən, öz ata-anasıdır».
Әsl yolundan çıxmış hər bir varlığın təbiətində, onu birinci vəziyyətinə qaytaran cazibə qüvvəsi olur. Filosofların dili ilə desək, məcburiyyətə düçar olmuş hər bir təbiətdə, öz təbii vəziyyətinə qayıtmaq meyli yaranır, yə`ni dünyada həmişə əyrilik və azğınlıqdan qaçma və sağlamlığa yönəlmə qüvvəsi hakimdir. Bunlar rəhmətin qəzəbi qabaqlamasına misal olaraq gətirilən dəlillər idilər. Bağışlanmanın olması da həmin əsasdan yaranır.
ÜMUMI RӘHMӘT
Bağışlama prinsipi istisnai bir hadisə deyil, varlıq aləmində rəhmətin qəzəbə qalib gəlməsindən yaranan ümumi bir formuldur. Buradan ilahi bağışlamanın ümumi olması və onun bütün varlıqları, onların hər birinin öz qabiliyyəti çərçivəsində əhatə etməsi mə`lum olur. Bu prinsip əzabdan xoşbəxtlik və qurtuluşa nail olanların hamısına aiddir. Buna görə də Qur`ani-kərim belə buyurur:
مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ وَذَلِكَ الْفَوْزُ الْمُبِينُ
«O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir...» (Әn`am-16).
Yə`ni əgər rəhmət olmasa, heç kəsdən əzab götürülməz.
Әziz Islam Peyğəmbəri (s) mübarək ömrünün son günlərində müsəlmanlar üçün oxuduğu xütbədə bu məsələni xatırladıb ki, qurtuluş və səadətə çatmaq üçün iki mühüm amil vardır. Onlardan biri əməl, digəri isə rəhmətdir.
Həmin xütbənin bir hissəsi belədir:
«Ey camaat! Allahın Heç kəslə qohumluq əlaqəsi yoxdur və həmçinin əməldən başqa, mənfəəti cəlb edərək ziyanı uzaqlaşdıracaq heç bir əlaqə də mövcud deyildir. Diqqətli olun! Heç kəs bihudə iddialar etməsin və və heç kəs xam xəyalla yaşamasın. Məni haqq olaraq göndərən Allaha and olsun ki, Allahın rəhməti ilə birgə olan əməldən başqa heç bir şey insanın nicat tapmasına səbəb olmur. Әgər mən özüm də günah etsəydim, süqut edərdim.»
O həzrət sonra belə buyurub: «Ilahi, mən çatdırdım?»
Әziz Islam Peyğəmbəri (s), digər peyğəmbərlər və imamların bağışlanma istəmələrinin sirri də ilahi rəhmətin ümumi olmasıdır. Daha doğrusu belə demək olar ki, kim Allaha daha yaxındırsa, bu əsasdan daha çox bəhrələnir. Ümumiyyətlə, kim daha yaxındırsa Allahın gözəl adından və Onun kamillik sifətlərindən başqalarına nisbətdə daha çox istifadə edir.
Әziz Islam Peyğəmbəri (s) belə buyurub:
«Qəlbimdə küdurət nişanələri görünür və mən Allahdan gündə yetmiş dəfə bağışlanmaq istəyirəm.»