6-XƏLIFƏ ÖMƏRIN HƏCC MÜT`ƏSI VƏ QADINLAR MÜT`ƏSI BARƏSINDƏ ICTIHADI
Ömər həcc müt`əsini və qadınlar müt`əsini (müvəqətti izdivacı) haram etdi və bunu özünün ictihadi məsələlərindən saydı.
Ibni Əbil Hədid «Nəhcül-bəlağə»nin şərhində və Əhməd ibni Hənbəl öz «Müsnəd» kitabında Cabir ibni Əbdüllah Ənsarinin belə dediyini rəvayət edir: «Biz Peyğəmbərin dövründə həcc müt`əsini və qadınlar müt`əsini yerinə yetirirdik. Ömər bizi qadağan etdiyi zaman ondan əl çəkdik.»[1]
«Təfsiri Süyuti» və «Kənzül-ümmal» kitablarında Səid ibni Müsəyyibin belə dediyi qeyd olunmuşdur: «Ömər həcc müt`əsini və qadınlar müt`əsini qadağan etdi.»[2]
«Bidayətül-müctehid», «Zadul-məad», «Nəhcül-bəlağənin şərhi», Ibni Qudamənin «Əl-muğni» və Ibni Həzmin «Əl-mühəlla» kitiblarında Ömərin dilindən rəvayət edirlər ki, o, belə demişdir: «Peyğəmbərin dövründə iki müt`ə yerinə yetirilirdi, mən ikisini də qadağan edirəm, hər kəs onu yerinə yetirsə, cəzalandıracağam: Həcc müt`əsi və qadınların müt`əsi (müvəqqəti izdivac).»[3]
Cəssasın və Ibni Həzmin rəvayətlərində Ömərin belə dediyi nəql olunmuşdur: «Iki müt`ə Peyğəmbərin dövründə yerinə yetirilirdi, mən onları qadağan edirəm və onu yerinə yetirənlərə şallaq vuracağam: Qadınların müt`əsi və həcc müt`əsi.»[4]
Yuxarıdakı rəvayətlər icmal şəkildə bunu göstərir ki, xəlifə Ömər iki Islam hökmü barəsində-həcc müt`əsi və qadınların müt`əsi barəsində iki ictihad etmiş və öz şəxsi nəzərini vermişdir. Indi onu ətraflı şəkildə izah edirik:
Həcc müt`əsi təməttö həcci əsnasında yerinə yetirilir, onun bəyanı bundan ibarətdir ki, həcc üç qismdir: Təməttö həcci, ifrad həcci, qiran həcci.
1-Təməttö həcci:
O, Məscidül-həramın hüdudlarında olmayan kəslərə vacibdir. Onun yerinə yetirilmə qaydası belədir ki, həccə gedən şəxs həcc aylarında-Şəvval, Zil-qə`də və Zil-həccə aylarında miqatdan ümrə həccinə getmək üçün ehram bağlayır və təlbiyə deyir, Məkkəyə gəlib yeddi dəfə Allah evinin təvafını yerinə yetirir, iki rükət təvaf namazını qılır, Səfa və Mərva arasında yeddi dəfə sə`y əməlini yerinə yetirir, sonra «təqsir» əməlini əncam verir və ehramdan çıxır. Bu zaman bu ehramda haram edilən şeylərin hamısı ona halal olur və Məkkədə tərviyə (Zil-həccənin 8-ci) gününə qədər iqamət seçir, həmin gün yenidən həcc üçün ehram bağlayıb, Ərəfata gedir, sonra 9-cu gün məğrib zamanı Məş`ərə doğru hərəkət edir, oradan Minaya gedir, qurbanlıq edir, başını qırxmaqla, yaxud təqsir etməklə (qısaltmaqla) ehramdan xaric olur, həccin digər əməllərini də yerinə yetirir. Bu həccə təməttö həcci, onun ümrəsinə isə təməttö ümrəsi deyilir. Çünki mütəal Allah Qur`ani Kərimdə buyurumuşdur:
فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ
"Hər kəs təməttö ümrəsini sona yetirsə, həcci başlasın."[5]
Hacılar bu iki ehram – ümrə və həcc ehramı arasında mühill olduqlarına və onlara haram olan şeylərdən bəhrələndiklərinə görə bu iki ehram arasındakı fasilə eynilə həcc müt`əsidir ki, xəlifə Ömər və onun ardıcılları haram etmişlər. Lakin müsəlmanların əksəriyyəti bu dövrdə onu yerinə yetirirlər.
1-ƏHLI-BEYT ¢ FIQHINDƏ
Ifrad həcci belə yerinə yetirilir ki, hacı miqatdan, yaxud öz mənzilindən-əgər miqatdan yaxın olarsa,-ehram bağlayır, Ərəfata gedir, 9-cu günü orada keçirir və ondan sonra həccin yerdə qalan əməllərini tamamilə yerinə yetirib ehramdan xaric olur. Onun üzərində yalnız bir müfrədə ümrə qalır ki, onu da il boyunda ən yaxın hill məkanlarından (Hərəmdən xaricdə olan məhəldən), yaxud miqatların birindən başlayır və sona çatdırır. Hacı onların hər birini ayrı-ayrılıqda yerinə yetirdiyinə görə onlara «ifrad» həcci və «müfrədə» ümrəsi deyilir.
Qiran həccində həccin bütün əməlləri ifrad həccində olduğu kimidir, onların arasında olan fərq bundan ibarətdir ki, hacı qiran həccində qurbanlığı ehram halında özü ilə yanaşı aparır və özü ilə birlikdə qurbangaha çatdırır. Halbuki, ifrad həccində ümumiyyətlə qurbanlıq vacib deyildir və bu iki həcdən biri Məkkə əhalisinə vacibi-təxyiridir.[6]
a) Qiran həcci xüləfa məktəbinin fiqhində bundan ibarətdir ki, «qarin» olan hacı ümrə və həcci yanaşı yerinə yetirir. Yə`ni o ikisini vahid bir niyyət və vahid bir təlbiyə ilə yerinə yetirir və deyir: «Ləbbeyk». Başqa sözlə, bir ümrə və bir həcc üçün «ləbbeyk» deyir. Yaxud həcc aylarında ümrə ehramı bağlayıb «təlbiyə» deyir və ondan xaric olmayaraq həccə birləşdirir. Qarin hacı əgər Məkkə əhlindən olmazsa, mütəmətte kimi qurbanlıq etməlidir.[7] Ifrad həcci o ikisindən ayrıdır və hacı yalnız həcc təlbiyəsi deyir. Deyilmişdir ki, həcci təklikdə yerinə yetirsin.[8] Bə`zi rəvayətlərdə belə deyilir: «Təkcə həcci yerinə yetirər.»[9]
Bunlar müsəlmanların nəzərində həccin növləri idi. Amma cahiliyyət dövrünün müşriklərinin həcc əməllərinə gəldikdə isə, «Səhihi Müslüm», «Səhihi Buxari», «Müsnədi Əhməd», «Sünəni Beyhəqi» və sair kimi kitablarda Ibni Abbasın belə dediyi nəql olunur: «Onlar ümrə əməlinin həcc aylarında yerinə yetirilməsini yer üzündə ən pis günah; Məhərrəm ayını da Səfər ayı hesab edərək deyirdilər: Hər vaxt dəvələrin kürəyi sağalsa və səfər əzab-əziyyəti sona çatsa, Həmçinin, onun əsərləri aradan gedib, Səfər ayı axıra çatarsa, ümrəni yerinə yetirmək ümrəçi üçün halal olur.»[10]
Nüvəvi «Səhihi Müslüm» kitabına yazdığı şərhində deyir: Alimlər bu rəvayətin şərhində demişlər: «Onlar Məhərrəm ayını Səfər ayı hesab edirdilər» sözü «nəsiə» işarədir və o, yerinə yetirdikləri tə`xirdən ibarətdir ki, Məhərrəmül-həramı Səfər adlandırır və onu halal edirdilər. Məhərrəmin haram olmasını Səfərdən sonraya qədər tə`xirə salırdılar ki, bir-birinin ardınca olan üç aylıq ehramla qarşılaşmasınlar, qarətçilik üçün əlləri bağlanmasın.»
Ibni Həcər onların bu tədbirlərinin səbəbini izah edərək deyir: Ümrənin yerinə yetirilməsinin Səfər ayının axırlarına qədər tə`xirə salınması ona görə idi ki, ümrə onların nəzərində həcc aylarından başqa vaxt yerinə yetirilməli idi və Səfər də həcc aylarından deyildi, belə ki, Məhərrəm də həcc aylarından sayılmırdı. Onlar Məhərrəmi Səfər hesab edirdilər. Çünki onun axırında hələ dəvələrin belləri səfər məşəqqətinə görə sağalmamışdı. Buna görə də onu «tabeçilik yolu» ilə həcc aylarına birləşdirirdilər. Ümrənin birinci ayını Məhərrəm olmaqla tə`xirə salınmış hesab edirdilər ki, əslində Səfər ayı idi, çünki onların nəzərində ümrə həcc aylarından başqa aylarda yerinə yetirilməlidir.»[11]
Bunlar Qureyşin sünnə və adətləri idi ki, Peyğəmbər ¡ sonradan qeyd olunacağı kimi, bu barədə onlarla müxalifət etdi:
ÜMRƏNIN YERINƏ YETIRILMƏSINDƏ PEYĞƏMBƏR ¡-IN SÜNNƏSI
Ibni Qəyyim deyir: «Peyğəmbər hicrətdən sonra dörd ümrə yerinə yetirdi ki, onların hamısı da Zil-qə`də ayında idi.» Öz sözünü əsaslandırmaq üçün Ənəsdən, Ibni Abbasdan və Ayişədən bə`zi rəvayətləri qeyd edir ki, axırıncı iki nəfər demişlər: «Peyğəmbər Zil-qə`də ayından başqa aylarda ümrə yerinə yetirməmişdir.»[12]
Ibni Qəyyim deyir: Məqsəd budur ki, o həzrətin ümrələri həcc aylarında və müşriklərin adətlərinə müxalif olmuşdur, çünki onlar ümrənin həcc aylarında yerinə yetirilməsini qəbul etməyərək deyirdilər: «Bu, ən pis günahlardandır.» Bu da göstərir ki, ümrənin həcc aylarında yerinə yetirilməsi şübhəsiz, Rəcəb ayından daha fəzilətlidir.
O deyir: Şübhəsizdir ki, Allah-taala Öz Peyğəmbərinin ümrə əməlini yerinə yetirməsi üçün ən yaxşı və ən üstün zamanlardan başqa bir şeyi tə`yin etməmişdir. Ümrənin həcc aylarında yerinə yetirilməsi eynilə həccin həmin aylarda baş verməsi kimidir. Bu aylar Allah-taalanın ibadət yerinə yetirilməsi üçün tə`yin etdiyi aylardır. Ümrə də kiçik həcdən ibarətdir, onun yerinə yetirilməsinin ən yaxşı vaxtı həcc aylarıdır, Zil-qə`də ayı da onlardan biridir. Bu da Allah tərəfindən tə`yin olunan bir seçimdir. Belə ki, hər kəsin elmdən bəhrəsi olsa, onu seçməlidir.
Həm müşriklərin, həm də Peyğəmbəri Əkrəm ¡-in ümrənin yerinə yetirmə qaydasından agah olduqdan sonra Kitab və sünnədə həcc müt`əsi barədə söhbət açır və xəlifələrin bu barədəki ictihadlarını qeyd edirik:
ALLAHIN KITABINDA HƏCC MÜT`ƏSI
Allah-taala belə bir qanun qoymuşdur ki, həcc aylarında müşriklərin adətlərinin əksinə olaraq ümrə ilə həcc və təməttö bir yerə yığılsın. Belə ki, «Bəqərə» surəsinin 196-cı ayəsində buyurulur:
فَإِذَا أَمِنتُمْ فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَمَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلاثَةِ أَيَّامٍ فِي الْحَجِّ وَسَبْعَةٍ إِذَا رَجَعْتُمْ تِلْكَ عَشَرَةٌ كَامِلَةٌ ذَلِكَ لِمَن لَّمْ يَكُنْ أَهْلُهُ حَاضِرِي الْمَسْجِدِ الْحَرَامِ وَاتَّقُواْ اللّهَ وَاعْلَمُواْ أَنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ
"Hər vaxt amanda olsanız, onda hər kəs ümrə və həcc ilə təməttö axtararsa, qurbanlıqdan müyəssər olduğu şeyi (qurbanlıq etsin) və hər kəs tapmasa, üç gün həcc günlərində və qayıtdıqdan sonra yeddi gün oruc tutsun ki, bu, on gün tamamdır. O, həmin kəslərdir ki, onların ailəsi Məscidül-həramda (Məkkə və hərəmin sakini) olmasın. Allah qarşısında təqvalı olun və bilin ki, Allah çox ağır cəza verəndir!"
Allah-taala bu şərif ayədə ümrə ilə həcci təməttö etməyi o kəslər üçün müqəddər etmişdir ki, onların əhli-əyalı Məkkədə və hərəmdə olmasın və özü də əmin-amanlıqda olsun. Sonrakı ayədə buyurulur:
"Əl-həccu əşhurun mə`lumat – Həcc mə`lum aylardadır."
Həcc ilə ümrənin bir yerdə yerinə yetirilməsi bunu tələb edir ki, o ikisi həcc aylarında baş versin və bu iki ayə tam aşkar şəkildə bu hökmə dəlalət edir. Səhabələrdən olan Imran ibni Həsin də «Səhihi Buxari» kitabındakı hədisə əsasən, həmin məsələyə işarə edərək deyir: «Müt`ə ayəsi Allahın Kitabında nazil oldu və biz Peyğəmbərlə birlikdə onu yerinə yetirdik. Qur`anda onun haramlığına dair heç bir şey nazil olmadı. Peyğəmbər də ömrünün axırına qədər onu nəhy etmədi.»[13]
Bu rəvayət «Səhihi Müslüm» kitabında belə qeyd olunur: «Müt`ə ayəsi – yə`ni həcc müt`əsinin ayəsi-Allahın Kitabında nazil oldu və Peyğəmbər bizə, onu yerinə yetirməyə dair fərman verdi. Sonra həcc müt`əsini nəsx edib qüvvədən salacaq heç bir ayə nazil olmadı və Peyğəmbər də ömrünün son vaxtlarına qədər onu qadağan etmədi.»[14]
Bu hökm barəsində bütün müfəssirlər və alimlər nəzər birliyinə malikdir və onların arasında heç bir ixtilaf yoxdur. Maraqlıdır ki, mütəal Allah bu ayəni "innəllahə şədidul-iqab – Allah-taala şiddətlə cəzalandırandır» - deyərək sona çatdırmışdır.
Bəli, mütəal Allah həcc müt`əsini tam aşkar şəkildə bu ayədə şəriət qanunu halına salmış və Peyğəmbər ¡ də vida həccində onu yerinə yetirmişdir. Onun mütəvatir hədisləri səhih hədis kitablarında nəşr olunub yayılmışdır.
[1] «Nəhcül-bəlağənin şərhi», Ibni Əbil Hədid, 1-ci cild, səh.61, 3-cü cild, səh.167-168, Məhəmməd Əbül-fəzl Ibrahimin təhqiqi ilə olan çap, 1-ci cild, səh.182, 12-ci cild, səh.251-255; «Müsnədi Əhməd», 3-cü cild, səh.363, onun oxşarı səh.365, onun xülasəsi səh.325.
[2] «Təfsiri Süyuti», 2-ci cild, səh.141; «Kənzül-ümmal», 8-ci cild, səh.293; «Muşkilul-asar», Təhavi, səh.375.
[3] «Bidayətül-müctehid», 1-ci cild, səh.346; «Zadul-məad», 2-ci cild, səh.205; «Nəhcül-bəlağənin şərhi», 3-cü cild, səh.167; «Əl-muğni», 7-ci cild, səh.527; «Əl-mühəlla», 7-ci cild, səh.107; «Təfsiri Qurtubi», 2-ci cild, səh.167; «Təfsiri Razi», 3-cü cild, səh.201-202; «Kənzül-ümmal», 8-ci cild, səh.293-294; «Əl-bəyanu vət-təbyin», 2-ci cild, səh.223; «Şərhu məanil-asar», səh.374.
[4] «Əhkamül-Qur`an», Cəssas, 1-ci cild, səh.279; «Əl-mühəlla», 7-ci cild, səh.107. Bəlkə də ibarələrdə və kəlmələrdə təfavütün mənşəyi bu ola bilər ki, xəlifə bu sözü iki dəfə demişdir: Bir dəfə «onu yerinə yetirəni cəzalandıracağam», başqa bir dəfə isə «onu yerinə yetirənə şallaq vuracağam» - demişdir.
[5] «Bəqərə» surəsi, 196-cı ayə.
[6] «Dəlilul-mənasik», Ayətullah Həkim, Nəcəf çapı, 1377, səh.37-45.
[7] «Bidayətül-müctehid» kitabının nəql etdiyinə görə Malikin ardıcıllarından bə`ziləri bunun əksini demişlər.
[8] «Bidayətül-müctehid», 1-ci cild, səh.348; «Nihayətül-lüğət», «qiran» kəlməsi.
[9] «Sünəni Beyhəqi», 5-ci cild, səh.5; «ixtiyarul-ifrad» babı.
[10] «Fəthul-bari», 4-cü cild, səh.168-169; «Səhihi Müslüm», «cəvazul-ümrə» babı, hədis:198; «Müsnədi Əhməd», 1-ci cild, səh.249, 252, 332, 339; «Sünəni Əbi Davud», «mənasik» kitabı; «ümrə» babı: «Sünəni Nəsai», «həcc» kitabı, səh.77; «Sünəni Beyhəqi», 4-cü cild, səh.354; «Əl-müntəqi», hədis:2422; «Muşkilul-asar», 3-cü cild, səh.155; «Məanil-əxbar»ın şərhi, 1-ci cild, səh.381.
[11] Nüvəvinin «Səhihi Müslüm»ə olan şərhi; «Fəthül-bari», Ibni Həcərin «Səhihi Buxari»yə olan şərhi.
[12] «Zadul-məad», 1-ci cild, səh.209. Bu rəvayətin ətraflı izahı «Səhihi Buxari», 1-ci cild, səh.212; «Səhihi Müslüm», «həcc» kitabı, hədis:217-220, 916-917; «Sünəni Beyhəqi», 4-cü cild, səh.357, 5-ci cild, səh.10-12; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.209-da qeyd olunmuşdur.
[13] «Səhihi Buxari», 3-cü cild, səh.71; «Sünəni Beyhəqi», 5-ci cild, səh.19.
[14] «Səhihi Müslüm», «cəvazut-təməttö» babı, səh.900, hədis:172; «Təfsiri Qurtubi», 2-ci cild, səh.338; «Zadul-məad», 1-ci cild, səh.252; «Təbəqati ibni Sə`d», Avropa çapı, 4-cü cild, 2-ci hissə, səh.28.