Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

PEYĞƏMBƏR ¡ SÜNNƏSINDƏ HƏCC MÜT`ƏSI

PEYĞƏMBƏR ¡ SÜNNƏSINDƏ HƏCC MÜT`ƏSI

Ümrənin həcc aylarında yerinə yetirilməsi cahil qüreyş‌li‌lərin nəzərində ən böyük günahlardan sayıldığına görə Peyğəmbəri Əkrəm ¡ təməttö ümrəsinin hökmünü bəyan edərkən tədrici olaraq bunu açıqladı.

«Səhihi Buxari», «Sünəni Əbi Davud», «Sünəni ibni Ma‌cə», «Sünəni Beyhəqi» kitablarında Ömər ibni Xəttabdan rəva‌yət edirlər ki, o demişdir: Vadi-əqiqdə Peyğəmbərdən eşit‌dim ki, belə buyururdu:

اَتَانِي آتٍ مِنْ رَبِّي فَقَالَ:صَلِّ فيِ هَذَا الْوَادِي الْمُبَارَكِ وَقُلْ عُمْرَةٌ فيِ حجَّهٍ وَفِي رِوَايِةٍ اُخْرَى : وَقُلْ عُمْرَةٌ وَحِجَّةٌ

 "Pərvərdigarım tərəfindən bir mə`mur mənə gəlib dedi: "Bu mü‌ba‌rək vadidə namaz qıl və de: Bir ümrə bir həccə daxildir."[1]

Digər bir rəvayətdə belə deyilmişdir: De: "Bir ümrə bir həcc ilə yanaşıdır."

«Sünəni Beyhəqi»nin ibarələrində Peyğəmbər ¡-in be‌lə buyurduğu bəyan olunur: "Cəbrail mənim yanıma gəldi... Onun axırında isə deyilir: Belə isə, Qiyamətə qədər ümrə həccə daxildir.[2]"

Peyğəmbəri Əkrəm ¡ Öməri ümrə ilə həccin bir yer‌də yerinə yetirilməsi ilə əlaqədar bu vəhydən agah etdi. Bu xas təbliğdə bir hikmət gizlənmişdi ki, onun (Ömərin) döv‌rün‌də ümrə ilə əlaqədar baş verən hadisələrdən başa düşü‌rük.

Bəli, Peyğəmbəri Əkrəm ¡ Əqiq vadisində Öməri və Əs‌fan vadisində Süraqə ibni Maliki bu barədəki vəhydən agah etdi. Əbu Davud rəvayət edərək deyir: Peyğəmbəri Əkrəm ¡ Əsfanda olan zaman Süraqə o həzrətə dedi: «Ya Rəsu‌ləl‌lah! Hökmləri və məsələləri bizim üçün elə şəkildə bəyan edin ki, sanki təzə dünyaya gəlmiş qövm ilə danışırsınız.» Pey‌ğəmbər ¡ buyurdu:

اِنَّ اللّهَ تَعَالىَ قَدْ اَدْخَلََ عَلَيْكُمْ فِي حَجَّكُمْ هَذَا عُمْرَةً، فَاِذَا قَدِمْتُمْ فَمَنْ تَطَوَّفَ بِالْبَيْتِ وَبَيْنَ الصَّفَا وَالْمَرْوَةِ فَقَدْ حَلَّ اِلاَّ مَنْ كَانَ مَعَهُ هَدْيٌ

"Mütəal Allah sizin bu həccinizdə bir ümrə daxil etmişdir. Ona varid olduğunuz vaxt hər kəs Beytin təvafını yerinə yetirib, Səfa və Mərva arasında sə`yi əncam versə, mühill olacaq və ehramdan çıxacaqdır. Qurbanlığı öz yanlarında gətirənlər bu hökmdən istisna olunur."[3]

O Həzrət Məkkədən altı mil, yaxud daha artıq məsafədə yer‌ləşən Sərif adlı bir yerdə də həmin məsələni səhabələrə çat‌dıraraq buyurdu: "Hər kəs öz ehramını ümrə ehramı qərar vermək is‌tə‌yirsə, eybi yoxdur." Ayişə də onu rəvayət edərək deyir: «Pey‌ğəmbərlə həcc aylarında, həcc gecələrində və həcc ehramında hərəkət etdik, nəhayət Sərif adlı bir yerdə düşdü. O həzrət öz səhabələrinə doğru gedib buyurdu: "Hər kəs qurbanlığı özü ilə gə‌tir‌məmişsə və öz ehramını ümrə ehramı qərar vermək istəyirsə, eybi yox‌dur. Hər kəs qurbanlığı özü ilə gətirmişsə, belə etməsin." O deyir: Bu‌nu yerinə yetirənlər və tərk edənlər hamılıqla o həzrətin səha‌bələrindən idi.[4]

Qeyd olunanlardan aydın olur ki, onu tərk edən Qüreyş müha‌cirləri – cahiliyyət dövründə ümrəni ən böyük günah‌lardan hesab edənlər idilər. Peyğəmbəri Əkrəm ¡ Mək‌kənin Bətha adlı yerinə çatan zaman da bu təbliği təkrar etdi. Ibni Abbas deyir: Peyğəmbər Zil-həccənin 4-cü günü Bət‌hada bizimlə namaz qılaraq buyurdu: "Hər kəs (istəsə) öz ehra‌mını ümrə ehramı qərar verə bilər."[5]

Beləliklə, Peyğəmbəri Əkrəm ¡ bu hökmü tədrici şə‌kildə təbliğ edirdi. Təvafı, Səfa və Mərvə arasında sə`y əmə‌lini tamam etdikləri zaman onun barəsində son və yekun hökm nazil oldu və hamını bunu yerinə yetirməyə fərman ver‌di. Beyhəqi yazır: «...Peyğəmbər Səfa və Mərvə arasında olan zaman ona son və qəti hökm nazil oldu. Həzrət fərman verdi ki, səhabələrdən hər kəs həcc ehramı bağlamış və qur‌banı özü ilə gətirməyibsə, onu ümrə qərar versin.» Sonra bu‌yurdu: «Əgər yolun əvvəlində olsaydım, bu qurbanlığı özüm‌lə gətirməzdim. Amma başımı bağlayıb qurbanlığı özümlə ya‌na‌şı gətirdiyimə görə ehramdan çıxmaq haqqım yoxdur. Yal‌nız qurbanlıq yerində ehramdan çıxa bilərəm.» Sü‌ra‌qə ibni Malik ayağa qalxıb dedi: «Ya Rəsuləllah! Hökm‌lə‌ri bizim üçün elə bəyan et ki, sanki təzə dünyaya gəlmiş adamla danışırsan! Bizim bu ümrəmiz bu ilimiz üçündür, yoxsa həmişəlik?» Peyğəmbər ¡ buyurdu: "Xeyr! Həmişəlikdir və ümrə Qiyamət gününə qədər həccin tərkibinə daxildir..."[6]

Yuxarıdakı hədislərdə qeyd olunur ki, Peyğəmbəri Əkrəm ¡ Ömərə buyurdu: «Pərvərdigarım mənə fərman ver‌mişdir ki, belə deyəm: "Bir ümrə bir həccə daxildir." Yaxud "bir ümrə bir həclə yanaşıdır." (Yə`ni mən bu səfərdə niyyət etməliyəm ki, həcc və ümrəni birlikdə yerinə yetirəm.) Süraqənin Əs‌fan‌da verdiyi sualın cavabında isə buyurdu: "Allah-taala sizin bu həccinizdə ümrəni həccin daxilində qərar vermişdir." Onun təb‌liğ olunması da bu həccə həsr olunmur. Sonra Sərif mən‌təqə‌sində və Bəthada bütün hacılara e`lan etdi ki, «hər kəs onu ümrə qərar vermək istəyirsə, eybi yoxdur.» Bunu «hər kəs is‌tə‌yirsə» - ibarəsi ilə qeyd etmişdir. Ümrə ehramını yerinə yetir‌dikdən sonra ondan çıxmaq vaxtı gəlib çatan zaman ha‌mıya e`lan edərək dedi: "Ümrə həmişəlik olaraq həccin daxilin‌də‌dir." Süraqənin iki həssas yerdə dediyi «Ya Rəsuləllah, hökm‌ləri bizə elə bəyan et ki, sanki təzə dünyaya gələn adam üçün bəyan edirsən!» - sözündən məqsədi bu idi ki, bizim keçmişdə, Qüreyş cahillərinin yerinə yetirdikləri bir əməllərlə heç bir işimiz yoxdur.

Bir sözlə, Peyğəmbəri Əkrəm ¡-in gördüyü tədbirlər və ümrənin həccin bir hissəsi olmasını, ümrə ehramından çıx‌mağı və ondan sonra təməttö etməyin şəriət sahibi tərə‌fin‌dən bir fərman olduğunu göstərən hədislər təvatür həd‌dindədir. Aşağıda onları qeyd edirik:

«Müsnədi Əhməd» və «Əl-müntəqi» kitablarında Ənəs belə de‌yir: Həcc şüarı ilə hərəkət etdik, lakin Məkkəyə çat‌dığı‌mız zaman Peyğəmbər ¡ fərman verdi ki, onu ümrəyə çe‌vi‌rək; və buyurdu: "Əgər yolun əvvəlində olsaydım, onu ümrə qərar verər‌dim, lakin mən qurbanlığı özümlə gətirmişəm, həcc və ümrəni bir-birilə yanaşı qərar vermişəm."[7]

«Səhihi Buxari» və «Səhihi Müslüm» kitablarında Əbu Səid Xidrinin belə dediyi qeyd olunur: Peyğəmbər ¡-lə hərəkət etdik və bütün varlığımızla həcc nidasını verdik, lakin Məkkəyə çatdığımız zaman Həzrət bizə fərman verdi ki, onu ümrə qərar verək. Yalnız qurbanlığı özləri ilə gətirənlər istisna olunurdu. Təlbiyə günü gəlib çatanda, Mina qəsdi etdiyimiz zaman həcc ehramı bağladıq.[8]

Ibni Qəyyimin «Zadul-məad» kitabında deyilir: «Səhihi Buxari» və «Səhihi Müslüm» kitablarında Ayişədən rəvayət olunmuşdur ki, o, belə deyirmiş: «Peyğəmbəri Əkrəm ¡-lə yola düşdük və həcdən başqa bir söz getmirdi. Lakin Məkkəyə çatdığımız zaman Peyğəmbər səhabələrinə buyurdu: «Onu ümrə qərar verin.» Camaat ehramdan çıxdı, yalnız qurbanlığı özləri ilə gətirənlər istisna olunurdu.»[9]

O deyir: «Səhihi Buxari» kitabında belə qeyd olunur: «Pey‌ğəm‌bərlə birlikdə yola düşdük və həcdən başqa bir məqsə‌di‌miz də yox idi. Lakin Məkkəyə çatıb Beytüllahil-həramın tə‌va‌fını qurtardıqdan sonra Peyğəmbər ¡ buyurdu: «Hər kəs özü ilə qurbanlıq gətirməyibsə, ehramdan çıxsın.» Qurban‌lıq gətirməyənlər ehramdan çıxdılar, o həzrətin qadınları da qurbanlıq gətirmədiklərinə görə ehramdan çıxdılar.[10]

O deyir: «Səhihi Müslüm» kitabında Ibni Ömərdən, o da Həf‌sədən – Peyğəmbərin zövcəsindən – rəvayət olunur ki, o belə demişdir: Peyğəmbər vida həccində öz arvadlarına buyurdu ki, ehramdan çıxsınlar. Mən ona dedim: «Bəs siz nə üçün ehramdan çıxmırsınız?» Buyurdu: «Mən öz başımı bağlamış və qurbanlığı özümlə gətirmişəm. Buna görə də bu qurbanlığı kəsməyincə ehramdan çıxa bilmərəm.»[11]

O deyir: «Səhihi Buxari» kitabında Ibni Abbasın belə dediyi nəql olunur: Mühacir, ənsar və Peyğəmbərin qadınları «Həccətül-vida»da ehram bağladılar, biz də ehram bağladıq. Məkkəyə çatdığımız zaman Peyğəmbər əmr etdi ki, onu ümrə qərar verək. Peyğəmbər buyurdu: «Öz həccinizi ümrə qərar verin, yalnız qurbanlığı özləri ilə gətirənlərdən başqa.»[12]

Bu bölmədəki hədislərin ən kamili Cabir ibni Əbdüllah Ənsarinin hədisidir ki, Peyğəmbər ¡-in həccinin necə olduğunu bəyan edir. «Səhih» müəllifləri onu rəvayət etmişlər ki, biz onun xülasəsini «Səhihi Müslüm» kitabından nəql edirik:

Peyğəmbər ¡ 9 il (həcci) tə`xirə saldı və həccə getmədi. Onuncu ildə nida olundu ki, Allahın Rəsulu həccə gedir. Mədinə əhalisindən çoxu gəldi və o həzrətlə yoldaş oldular, Peyğəmbərə iqtida etdilər və öz əməllərini onun kimi yerinə yetirdilər. Biz də o həzrətlə birlikdə yola düşdük, nəhayət Zül-hüleyfəyə çatdıq. Peyğəmbəri Əkrəm ¡ məsciddə namaz qıldı, sonra özünün Qusva adlı dəvəsinə mindi və dəvə onu Beydaya çatdırdı. Mən nə qədər baxırdımsa, o həzrətin sağın-solun və ön tərəfində süvari və piyadaları görürdüm. Bəli, Peyğəmbər ¡ bizim içimizdə idi. Ona Qur`an nazil olur, o isə onun tə`vilini bilirdi. Buna görə də hər nə yerinə yetirirdisə, biz də təkrarən yerinə yetirirdik. Hamı tovhid nidası verirdi!!! Biz həcdən başqa bir niyyət etməmişdik və ümrəni tanımırdıq, nəhayət o, bizimlə Beytüllahil-hərama çatdı. Rüknün müqabilində is‌ti‌lam etdi... Cabir Peyğəmbəri Əkrəm ¡-in əməllə‌ri‌ni vəsf edib nəhayət deyir: Mərvədə təvafın axırına çatdığı za‌man buyurdu: "Mən əgər yolun əvvəlində olsaydım, özümlə qurbanlıq gə‌tirməz və onu ümrə qərar verərdim. Sizlərdən hər kəs qurbanlığı özü ilə gətirməyibsə, ehramdan çıxsın və onu ümrə qərar versin."

Cabir deyir: Bu zaman Süraqə ibni Malik ayağa qalxıb dedi: «Ya Rəsuləllah! Bu hökm bizim bu ilimiz üçündür, yoxsa hə‌mi‌şəlikdir?» Peyğəmbər ¡ barmaqlarını bir-birinə ke‌çi‌rərək ikinci dəfə buyurdu: "Ümrə (bu cür) həccin da‌xi‌lin‌də‌dir." Sonra buyurdu: "Xeyr, əksinə, həmişəlik və əbədiyyətə qədər."[13] «Sə‌hihi Buxari» kitabında isə belə deyilir: Süraqə dedi: «Bu hökm bizə məxsusdurmu?» Peyğəmbər ¡ buyurdu: «Xeyr! Hə‌mişəlik üçündür».[14]



[1] «Mö`cəmül-büldan» kitabında deyilir: Əqiq həmin yerdir ki, onun barəsində "innəkə bivadin mübarək»- ayəsi qeyd olunmuşdur. Və o da «Zul-hüleyfə» vadisinin ara‌sın‌dadır. Həmin yer ki, deyilmişdir: Iraq əhalisinin ehram yeri və miqatı Zati-irq‌dən‌dir. Ibni Həcər bu hədisin şərhində «Fəthul-bari» kitabında deyir: Oradan Mə‌dinəyə qədər dörd mil məsafədir.

[2] «Səhihi Buxari», 1-ci cild, səh.186, 4-cü cild, səh.177; «Sünəni Əbi Davud», 2-ci cild, səh.159; «Sünəni Əbi Macə», səh.991, hədis:2976; «Sünəni Beyhəqi», 5-ci cild, səh. 13-14; «Fəthül-bari», 4-cü cild, səh.135; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.17, 128, 136.

[3] «Sünəni Əbi Davud», 1-ci cild, səh.159, hədis:1081; «Əl-müntəqi», Ibni Teymiyyə, hədis:2427. Süraqə ibni Malik Məkkənin yaxınlığında yerləşən Qədiddə sakin idi. O, hə‌min şəxsdir ki, Peyğəmbər ¡ Mədinəyə hicrət edən zaman o həzrəti tə`qib edir‌di ki, tutub Qüreyşə qaytarsın. Onun bu işi üçün yüz dəvə mükafat tə`yin olun‌muşdu ki, onun atı Peyğəmbəri tə`qib edərkən yerə batdı. Məkkə fəth olunan za‌man Islamı qəbul etdi və 24-cü hicri ilində dünyadan getdi. Müslüm öz «Səhih» kita‌bında ondan on doqquz hədis rəvayət etmişdir. Onun tərcümeyi-halı «Təqribut-təhzib», 1-ci cild, səh.248; «Cəvamius-sirə», səh.283; «Sireyi Ibni Hişam», 2-ci cild, səh.103, 250 və 309-da qeyd olunmuşdur. Əsfan da Cöhfə ilə Məkkə arasında yerləşir. Cöhfə Məkkənin dörd mənzilliyində yerləşən bir yerin adıdır.

[4] «Səhihi Buxari», 1-ci cild, səh.189; «Səhihi Müslüm», səh.875, hədis:121 və 123, ix‌ti‌sarla; «Sünəni Beyhəqi», 4-cü cild, səh.356; Ibni Əbi Şeybənin «Müsənnəf», 4-cü cild, səh.102.

[5] «Sünəni Beyhəqi», 5-ci cild, səh.4.

[6] Yenə orada, 5-ci cild, səh.6.

[7] «Müsnədi Əhməd», 3-cü cild, səh.266; «Əl-müntəqi», hədis:2393.

[8] «Səhihi Müslüm», hədis:211-212, Cabirin dilindən, səh.914; «Müsnədi Əhməd», 3-cü cild, səh.3, 5, 71, 75, 148, 266; «Əl-müntəqi», hədis:2418.

[9] «Zadul-məad», 1-ci cild, səh.246-247. Onun əsli «Səhihi Müslüm», səh.873-874, 120 nömrəli hədisdə, həmçinin «Sünəni ibni Macə»də 2981-ci hədisdə mövcuddur.

[10] «Səhihi Buxari», «həcc» kitabı, 1-ci cild, səh.189; «Səhihi Müslüm», səh.877, hədis:128; «Sünəni Əbi Davud», 2-ci cild, səh.161, hdis: 1806.

[11] «Səhihi Müslüm», səh.902, hədis:177, 179; «Sünənin Əbi Davud», 2-ci cild, səh.161, hədis:28, 106.

[12] «Səhihi Buxari», «həcc» kitabı, 1-ci cild, səh.191.

[13] «Səhihi Müslüm», səh.886-888, hədis:147; «Sünəni Əbi Davud», 3-cü cild, səh.182; «Sü‌nə‌ni ibni Macə», səh.1022; «Sünəni Darəmi», 2-ci cild, səh.44; «Müsnədi Əhməd», 3-cü cild, səh.32; «Sünəni Beyhəqi», 5-ci cild, səh.7, hədis:991; «Əl-mühəlla», 7-ci cild, səh.100.

[14] «Səhihi Buxari», 4-cü cild, səh.166.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsgər analarına dəstək" İctimai Birliyi “Ərbəin - İkinci Aşura” adlı ...
İraqın Hit adası İŞİD'dən təmizləndi
ATA VƏ ANAMIZ ADƏM VƏ HƏVVA
Özlərini “İslam Əskəri” kimi qələmə verәn sələfilərin növbəti cinayəti
İraq Hizbullahının Əl Ənbar əmıliyyatı, ABŞ “Ləbbeyk Ya Hüseyn” ...
Yeni Naliyyət: Ordumuz “Odundağ” yüksəkliyini erməni işğalçılarından geri ...
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
İŞİD-in qorxunc Türkiyə planı
PEYĞƏMBƏR ¡ SÜNNƏSINDƏ HƏCC MÜT`ƏSI
M. Mursi edama məhkum olduğu halda Misir diktatorunun oğlu azadlığa buraxıldı

 
user comment