Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

İŞİD-in qorxunc Türkiyə planı

İŞİD-in qorxunc Türkiyə planı

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyənin "Vatan" qəzetinin yazarı Hüseyn Yayman İŞİD terror qruplaşmasının Türkiyəyə hücum planı hazırladığını yazıb.

Yazar terror qruplaşmasının Suriyanın Kobani şəhərindəki məğlubiyyətində əsas günahkar olaraq Türkiyəni gördüyünü bildirib.

Yazar qeyd edir ki, Kobaninin İŞİD-dən azad olunmasından sonra yeni bir strateji tənlik ortaya çıxıb: "Suriyadakı vətəndaş müharibəsində kövrək bir zaman yaşanır. Hər an yeni proseslər baş verə bilər. Yeni strateji tənliyin bir neçə istiqaməti var. Hər şeydən əvvəl Türkiyəyə qarşı təxribatlara yol aça biləcək bütün ehtimallar müzakirə olunmaldır. Görünən odur ki, Suriyadakı vətəndaş müharibəsi dərinləşərək davam edəcək".

Yazar hesab edir ki, Kobanidən çıxarılması İŞİD-də ruh düşkünlüyünə səbəb olub, kürdlərdə isə özünə inam yüksəlib. O, kürd-ərəb əlaqələrində yeni böhran toxumlarının atıldığını düşünür: "Suriyadakı döyüşlərin gələcəyi baxımından yeni bir mərhələyə keçilib. PYD (PKK terror təşkilatının Suriya qolu - red.) və Azad Suriya Ordusunun yaxınlaşması Suriya lideri Bəşər Əsəd və İŞİD-in gözlənilən sonunu sürətləndirə bilər.

"Peşmərgə qüvvələrinin İŞİD-ə qarşı döyüşmək üçün Türkiyədən keçməsi isə İŞİD-in Türkiyəyə qarşı qəzəbini daha da artırıb. Yerli mənbələr qeyd edir ki, İŞİD-də Kobani məğlubiyyətinin Türkiyə ilə bağlı olduğunu düşünənlər kifayət qədərdir. Bu baxımdan İŞİD Türkiyəyə gözlənilməyən, ya da gözlənilən hücumlar edə bilər. Türkiyə-Suriya sərhədinin uzunluğu 900 kilometr və sərhədin heç bir yerində mərkəzi hökumətin qüvvələri yoxdur. Türkiyə-Suriya sərhədinə Azad Suriya Ordusu, İŞİD və PYD gücləri nəzarət edir. Ankara fərziyyələrə qulaq asmadan yeni bir hərəkət planı hazırlamalıdır", - "Vatan" nəşrinin yazarı bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsgər analarına dəstək" İctimai Birliyi “Ərbəin - İkinci Aşura” adlı ...
İraqın Hit adası İŞİD'dən təmizləndi
ATA VƏ ANAMIZ ADƏM VƏ HƏVVA
Özlərini “İslam Əskəri” kimi qələmə verәn sələfilərin növbəti cinayəti
İraq Hizbullahının Əl Ənbar əmıliyyatı, ABŞ “Ləbbeyk Ya Hüseyn” ...
Yeni Naliyyət: Ordumuz “Odundağ” yüksəkliyini erməni işğalçılarından geri ...
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
İŞİD-in qorxunc Türkiyə planı
PEYĞƏMBƏR ¡ SÜNNƏSINDƏ HƏCC MÜT`ƏSI
M. Mursi edama məhkum olduğu halda Misir diktatorunun oğlu azadlığa buraxıldı

 
user comment