Azəri
Monday 23rd of December 2024
0
نفر 0

XƏLIFƏLƏRIN TƏDBIRINƏ BƏRAƏT QAZANDIRMAQ ÜÇÜN DÜZƏLDILƏN HƏDISLƏR

XƏLIFƏLƏRIN TƏDBIRINƏ BƏRAƏT QAZANDIRMAQ ÜÇÜN DÜZƏLDILƏN HƏDISLƏR

Bura qədər cahiliyyət dövründə təməttö ümrəsi barəsində ya‌rat‌dığı bid`ətləri öldürmək üçün Peyğəmbər ¡-in gös‌tər‌diyi sə`yləri qeyd etdik. Ondan sonra da xəlifə məktəbi o sün‌nələrin dirçəldilməsi üçün sə`y edirdi, halbuki, Peyğəmbər Əh‌li-beytinin məktəbi həmin cahiliyyət sünnələrinin öldü‌rü‌lüb məhv edilməsi və Peyğəmbər sünnəsinin dirçəldilməsi yo‌lun‌da sə`y göstərilirdi. Bu da camaatın təməttö ümrəsinə üz gə‌tir‌məsi ilə nəticələndi. Indi bu bəhsi xüləfa məktəbinin ar‌dı‌cıllarının bə`zilərinin xəlifələrin təməttö ümrəsi ba‌rə‌sindəki tutduğu mövqeyi müdafiə etmək və onlara bəraət qa‌zan‌dırmaqla əlaqədar aşağıdakı rəvayətlərlə sona çatdı‌rı‌rıq:

1-Müslüm, Əbu Davud, Nəsai, Ibni Macə, Beyhəqi və baş‌qaları Qasim ibni Məhəmməd ibni Əbi Bəkrdən, o da Ümmül-mö`minin Ayişədən belə nəql edir: «Peyğəmbər təkcə həcci yerinə yetirirdi.»[1]

2-Ürvə ibni Zübeyr Ayişənin belə dediyini nəql edir: «Peyğəmbər təkcə həcci yerinə yetirdi.»[2]

3-Cə`fər ibni Məhəmməd atasından, o da Cabirdən nəql edir ki: «Peyğəmbəri Əkrəm ¡ təkcə həcci yerinə yetirdi.»[3]

4-Əbdüllah ibni Ömər deyir:

a) «Peyğəmbəri Əkrəm ¡ təkcə həcci yerinə yetirdi. Əbu Bəkr, Ömər və Osman da belə etdilər.»

b) «Peyğəmbəri Əkrəmlə təkcə həcc niyyəti etdik.»

Başqa bir rəvayətdə isə deyir: «Peyğəmbəri Əkrəm ¡ təkcə həcc niyyəti etdi.»[4]

5-Səid ibni Müsəyyib deyir: «Peyğəmbər səhabələrindən bir nəfə‌ri Ömər ibni Xəttabın yanına gəlib şəhadət verdi ki, Pey‌ğəm‌bərin vəfatı ilə nəticələnən xəstəlik yatağında o həz‌rətdən eşitmişdi ki, həcdən qabaq ümrənin yerinə yetiril‌məsini qadağan etmişdir.»[5]

6-Cabirdən nəqlən belə deyilir: «Peyğəmbəri Əkrəm, Əbu Bəkr, Ömər və Osman təkcə həcci yerinə yetirirdilər.»[6]

7-Haris ibni Bilal deyir: Mən dedim ki, «Ya Rəsuləllah! Tək‌cə həcci yerinə yetirmək bizim üçün fəsx olunub ayrıl‌mış‌dır, yoxsa camaat üçün?» Buyurdu: «Yalnız bizim üçündür.»[7]

8-Məhəmməd ibni Əlinin iki oğlanları Əbdüllah və Hə‌sən öz atalarından belə nəql edirlər: «Əli ibni Əbi Ta‌lib (rəziyəllahu ənh» buyurmuşdur: «Oğlum! Həcci təklikdə ye‌rinə yetir.»[8]

9-Əbuzərin belə dediyi nəql olunur: «Həcdə müt`ə yalnız Pey‌ğəmbər səhabələrinə məxsus idi.»

10-Başqa bir rəvayətdə deyir: «Bu həcdə olan müt`ə bizim üçün rüxsət və yüngüllük idi.»

11-Digər bir rəvayətdə deyir: «Bu müt`ə bizdən başqa heç kəs üçün caiz deyildir.»

12-Əbdür-Rəhman ibni Əbi Şə`sa da deyir: «Ibrahim Nəxəi və Ibrahim Teyminin yanına gedib dedim: «Mən qərara al‌mı‌şam ki, ümrə və həcci bir ildə birlikdə yerinə yetirəm.» Ib‌ra‌him Nəxəi dedi: Amma atan belə bir qərara razı deyildi.»

O, sonra Teymidən, o da atasından rəvayət edir ki, Rə‌bə‌zədə Əbuzəri görmüş, bu məsələni onun üçün bəyan etmiş, o isə demişdir: «Bu yalnız bizə məxsus idi, sizə yox!»

«Sünəni Beyhəqi» kitabında deyilir: Əbuzər həcc niyyəti edən, onu ümrə ilə qüvvədən salan və bunları bir-birindən ayı‌ran şəxslər barəsində deyir: «Bu, yalnız Peyğəmbərlə yol‌daş olanlara aid və məxsus idi.»[9]

BU HƏDISLƏRIN IRADI

Hənbəlilərin imamı Əhməd ibni Hənbəl 7-ci hədis barə‌sin‌də deyir: «Bilal ibni Harisin hədisi mənim yanımda sabit de‌yil və onun əsasında fətva vermirəm. Çünki bu şəxsi tanı‌mı‌ram.»

Həmçinin deyir: «Mənim nəzərimcə, hətta əgər Haris ibni Bilal tanınsaydı belə, yenə də Peyğəmbər səhabələrindən on bir nəfəri «fəsx» mövzusunu rəvayət etmişlər və onların müqabilində Haris ibni Bilalın nə məqamı ola bilər?!»[10]

Müəllif: Hənbəlilərin imamının, rəvayətin səhabədən on bir nəfərin vasitəsilə fəsx olunmasındakı məqsədi onların eh‌ram fəsxi barəsindəki rəvayəti də ümrə ilə həcc ara‌sın‌da‌kı fasilədə halallardan bəhrələnməkdir və onun dediyi «Ha‌ri‌si tanımıram» - sözündən məqsədi bəlkə də Harisin e`ti‌mad‌lı şəxs olmasını bilməməsidir.[11]

Imam Əhməd Həmçinin, Əbuzərin hədisi barəsində deyir: «Al‌lah Əbuzəri bağışlasın! Bu hökm Rəhman Allahın Kita‌bın‌da gəlmişdir: "Fəmən təməttə`ə bil-umrəti iləl-həcc- və hər kəs həccin vaxtı çatana qədər ümrə ilə təməttö etsə." Imam Əh‌mə‌din məqsədi budur ki: «Bu ayənin hökmü ammdır (ümumidir) və xü‌su‌si bir qrupa məxsus deyildir. Əbuzər bu ayə ilə necə mü‌xa‌lifət etmişdir?!» Imam Əhməd buna diqqət yetirməmişdir ki, bu rəvayəti Əbuzərin adına qondarmışlar, necə ki, başqa rə‌va‌yətləri də saxtalaşdıraraq ondan başqasına nisbət ver‌miş‌lər!

Peyğəmbəri Əkrəm ¡-ə də nisbət verərək demişlər: «Təkcə həcci yerinə yetir.» Imam Əli -a nisbət verib demişlər ki, oğlu Məhəmmədə belə demişdir: «Oğlum! Təkcə həcci yerinə yetir.» Halbuki, əvvəlki bəhslərdə onun xəlifə Osmanla müxalifətini gördük!

Amma Sə`d ibni Müsəyyibin rəvayət edərək «Peyğəmbər səhabələrindən bir nəfər Ömərin yanına gəlib şəhadət verdi ki, Peyğəmbərin vəfatı ilə nəticələnən xəstəlik yatağında o həzrətin həcdən qabaqkı ümrəni nəhy etməsini eşitdim» - sözünə gəldikdə isə, bu səhabənin kim olduğunu biz bilmirik və görəsən, necə olmuşdur ki, təkcə xəlifə Ömər öz dövründə bu səhabənin sözünə istinad etmiş, amma nə Osman, nə Müaviyə, nə Ibni Zübeyr, nə onun qardaşı, nə də başqaları heç biri onun sözünə istinad etməmişlər?!

Bəli, bu hədis və onun oxşarlarının hamısı son dövr‌lər‌də xəlifələrin təməttö həccini qadağan etməsinə bəraət qazan‌dırmaq üçün düzəldilmişdir. Ibni Qəyyimin «Zadul-mə‌ad» kitabında və Ibni Həzmin «Əl-mühəlla» kitabında dediyi söz‌ləri necə də gözəldir:

Ibni Qəyyim deyir: Biz Allahı özümüzə şahid tuturuq ki, əgər hər bir həcc üçün ehram bağlasaq, özümüzə vacib bilirik ki, onu ümrə ilə fəsx edib qüvvədən salaq ki, Peyğəmbərin qə‌zə‌bindən amanda qalaq və onun fərmanına itaət edək. Çünki Al‌laha and olsun ki, bu hökm o həzrətin nə həyatında, nə də və‌fa‌tından sonra qüvvədən salınmamışdır. Bununla müvafiq ol‌mayan bir söz demək səhih deyildir. O həzrətin səha‌bə‌lə‌ri‌nə məxsus olması və gələcək nəsillərə aid olmaması dügün deyil‌dir. Əksinə, Allah-taala Süraqənin dilinə salmışdır ki, onu Həzrətdən sual edib desin: «Bu hökm yalnız bizə məx‌sus‌durmu?» Peyğəmbəri Əkrəm ¡ də cavab verib buyur‌muş‌du: «Bu hökm əbədiyyətə qədər bərqərardır.» Biz bilmirik ki, nəyi bu hədislərdən qabağa salaq və nəyi bu tə`kidli fər‌man‌dan üstün hesab edək?! Elə bir fərman ki, Peyğəmbəri Ək‌rəm ¡ onunla müxalifətdən qəzəblənir! Imam Əhmədin Səlmət ibni Şəbibə dediyi söz necə də gözəldir! O demişdi: «Ya Əba Əbdillah! Sənin bütün işlərin mənim nəzərimdə yax‌şı‌dır, yalnız bir haldan başqa.» O demişdi: «Hansı hal?» De‌mişdi: «Həccin ümrəylə fəsx olunması barəsindəki fət‌van.» O demişdi: «Ey Səlmə! Səni ağıllı hesab edirdim! Mən bu barədə Peyğəmbərdən on bir səhih hədisi nəql etmişəm. On‌ların hamısını sənin rə`yinə görə boşlamalıyammı?!»

Həmçinin deyir: «Həqiqətən, həccin ümrəyə doğru fəsx olun‌ması fərmanını Peyğəmbər səhabələrindən on dörd nə‌fər‌dən nəql etmişəm və onların hədisi hamılıqla səhihdir. On‌lar aşağıdakılardır:

Ümmül-mö`minin Ayişə, Həfsə, Əli ibni Əbi Talib, Pey‌ğəm‌bərin qızı Fatimə, Əbu Bəkr Siddiqin qızı Əsma, Cabir ib‌ni Əbdüllah, Əbu Səid Xidri, Bərra ibni Azib, Əbdüllah ib‌ni Ömər, Ənəs ibni Malik, Əbu Musa Əş`əri, Əbdullahi ib‌ni Abbas, Səbrət ibni Mə`bəd Cühəni, Süraqə ibni Malik.[12]

Ibni Həzm deyir: «Peyğəmbəri Əkrəm ¡-in həcci üm‌rəyə dəyişmək barəsindəki tə`kidli fərmanının qurbanlığı öz‌ləri ilə gətirməyən şəxslər üçün olmasını göstərən rəva‌yə‌ti Cabir ibni Əbdüllah və Peyğəmbər səhabələrindən on beş nəfər, tabeindən isə 20-dən artıq şəxs rəvayət etmişlər. Sayını Allahdan başqa bir şəxsin bilmədiyi sonsuz qədəri də onlardan rəvayət etmişlər. Deməli, heç bir şəxs bu fərmandan çıxa bilməz.»[13]

Həmçinin deyir: «Peyğəmbəri Əkrəm ¡ onunla gəlib qur‌banlığı özləri ilə gətirməyən şəxslərin hamısına fər‌man verdi ki, ümrə ilə ehramdan çıxsınlar və bu da o həz‌rə‌tin Məkkədə Səfa yüksəkliyində yerinə yetirdiyi axırıncı əməl idi. Həmçinin, xəbər verdi ki, təməttö ümrəsi qur‌ban‌lı‌ğı özü ilə yanaşı aparmaqdan üstündür və onu (təməttö ümrə‌si‌ni) yerinə yetirməməkdən təəssüfləndi. Sonra buyurdu ki, bu hökm Qiyamət gününə qədər bərqərardır. Hər hökm belə olsa, heç vaxt nəsx olub qüvvədən düşmədiyinə iman gətirməliyik. Hər kəs bu sifətlərdə olan bir hökmün qüvvədən düşməsini ca‌iz bilsə, şübhəsiz, Peyğəmbəri Əkrəm ¡-in xəbərini ya‌lan hesab etməyi caiz bilər. Bu da bir şəxsdən qəsdən baş ver‌sə, sırf şəkildə küfrdür. Həmin tə`kidli fərmanda belə qeyd olunur: «Ümrə həccə daxil olur.» Bu da elə bizim öz nə‌zə‌rimizdir. Çünki əvvəlcədən ümrəsi olmadan yerinə yetirilən həcc, təməttö ümrəsi, yaxud onunla yanaşı olan ümrə də caiz deyildir, bu da kitfayətdir.»

Sonra deyir: «Və bu, yə`ni Peyğəmbəri Əkrəm ¡-in sözü və fərmanı tabe olunmağa Ömərin nəzər və rə`yindən çox-çox artıq layiqdir.»[14]

Başqa yerdə isə «həccin (ümrəyə) fəsx olunması Peyğəmbər sə‌habə‌lərinə məxsus idi» rəvayətlərini qeyd etmiş və ondan son‌ra onların batil olmasını göstərmək üçün Süraqənin sözü‌nü və Peyğəmbərin ona verdiyi cavabını dəlil gətirmişdir. O demişdi: «Ya Rəsuləllah! Bu, bizim bu ilimiz üçündür, yox‌sa əbədiyyətə qədər?» Həzrət buyurmuşdu: «Əbədiyyətə qədər‌dir.» Sonra deyir: «Deməli, onun hansısa bir qrupa məxsus edil‌məsi və ya qüvvədən salınması sözü batildir. (Bu hökm) həmişəlik olaraq bu iki şeydən amandadır. Allaha and olsun ki, hər kəs bu xəbəri eşitsə və ondan sonra hansısa bir şəxsin sözünə görə Peyğəmbərin fərmanının əleyhinə çıxsa, hətta əgər o şəxs Ümmül-mö`minin Ayişə, Həfsə, onların ataları olsa belə, şübhəsiz, həlakətə çatmışdır! O ki, qala hörümçək toru kimi bağlanan yalanlara! Bu ki, evlərin ən süstüdür, özü də Haris ibni Bilal və onun kimi şəxslərin dilindən; onlar elə şəxslərdir ki, camaat arasında tanınmaz və məchuldurlar! Heç kəsin haqqı yoxdur ki, o həzrətin buyur‌duğu "ümrə Qiyamət gününə qədər həccə daxildir" - sözündən belə nə‌ti‌cə çıxarsın ki, o həzrətin məqsədi «ümrənin həcc ayla‌rın‌da yerinə yetirilməsidir»... Hər kəs belə edərsə, Peyğəm‌bərin adından aşkar şəkildə yalan danışmış olar!

Onların bə`ziləri başqa bir qəribəlik də icad etmişlər. Ibni Abbasın sabit və danılmaz rəvayətini – «müşriklər ümrəni həcc aylarında yerinə yetirməyi ən çirkin günahlardan hesab edirdilər» – rəvayətini xatırlatdıqdan sonra deyir: Peyğəmbər ¡ yalnız buna görə ümrənin yerinə yetiril‌mə‌sini əmr etdi ki, sözdə və əməldə ümrənin həcc aylarında caiz olmasını onlara başa salsın.» Bu çox böyük faciədir ki, onun ilk nəticəsi də Peyğəmbər ¡-ə iftira yaxmaqdır. Çünki onlar iddia edib deyirlər ki, Peyğəmbər həc‌cin ümrəyə nəsx olunmasına dair yalnız buna görə fərman ver‌mişdi ki, ümrənin həcc aylarında caiz olmasını onlara öy‌rət‌sin.» Indi onlardan belə sual olunur: Fərz edək ki, be‌lə‌dir – belə bir sözlərdən Allaha pənah aparırıq! – Onda bu fərman haqq olaraq verilmişdir, yoxsa batil yerə? Əgər «ba‌til yerə verilmişdir» - desəniz, kafir olmusunuz; əgər «haqq olaraq verilmişdir» - desəniz, onda biz deyərik: Hər bir halda Peyğəmbəri Əkrəm ¡-in fərmanı hər hansı bir məqsədlə olursa-olsun, şübhəsiz, verildikdən sonra haqq və vacib hökmdən ibarət olur. Bunu da qeyd edək ki, əgər bu ha‌di‌sə, onların dedikləri kimi, bu qədər əhəmiyyətsiz olmuş‌sa, onda nə üçün qurbanlığı özləri ilə gətirməyən şəxslərə məx‌sus olmalıdır?! Bütün bunlardan da qəribəsi odur ki, bu nəzə‌riyyəni verən cahil şəxs yaxşı şəkildə bilirdi ki, Peyğəmbər ¡ Məkkənin fəth olunmasından qabaq bir ne‌çə il ardıcıl olaraq öz səhabələri ilə birlikdə ümrə‌ni ye‌ri‌nə yetirmiş və Məkkənin fəth olunması ilinin Zil-qə`‌də ayın‌da da ümrəni yerinə yetirmiş, sonra «Həccətül-vida»da (Zul-hüleyfədə) onlara belə buyurmuşdur: «Sizlərdən hər bi‌ri‌niz ümrə niyyəti etmək istəsə, etsin; hər kəs də həcc və ümrə niy‌yəti edirsə, etsin, hər kəs təkcə həcc niyyəti et‌mək istə‌yir‌sə, etsin.»[15] Onların da hamısı onları yerinə yetir‌di‌lər.

Müsəlmanları and veririk Allaha! Görəsən, səhabələr (rə‌zi‌yəllahu ənhum) bu qədər nadan idilərmi ki, bu qədər nişa‌nə‌lərin varlığı ilə belə, ümrənin həcc aylarında caiz olma‌sı‌nı başa düşə bilməmişdilər?! Halbuki, mütəmadi olaraq bir neçə ildə Peyğəmbəri Əkrəmlə birlikdə və həcc ayla‌rın‌da yerinə yetirmişdilər! Bu qədər dəlillərdən sonra yenə də eh‌tiyac vardımı ki, həccləri ümrədə qüvvədən salınsın ki, onun caiz olmasını bilsinlər?! Allaha and olsun, hətta ulaq da yolu bundan az dəlillərlə seçə bilir! Onlar necə də də cə‌sa‌rətlə sabit Peyğəmbər sünnəsini təqlid yoluna qurbanlıq edir‌lər! Bir dəfə rüsvayçı yalanla, bir dəfə məşhur axmaq‌lıq‌la, bir dəfə isə alçaqlıqla?! «Həsbunəllah və ne`məl-vəkil!»

Müəllif: Ibni Qəyyim, Ibni Həzm və Əhməd ibni Hənbəl mək‌təbinin başqa ardıcılları da unutmuşlar ki, təməttö ümrə‌sini inkar edənlərin inkarçılıqları Peyğəmbərdən bu ba‌rə‌də nəql olunan mütəvatir və səhih hədislər barəsində cə‌ha‌lətdən irəli gəlmirdi ki, agahlığa ehtiyaclı olsunlar. Be‌lə ki, onun səbəbi bu rəvayətlərin mə`na və məfhumunun başa dü‌şülməsi də olmamışdır ki, onların məfhumları ilə son‌ra‌dan tanış olalar, əksinə, onların əsl məqsədləri xülə‌faların şər`i hökm qarşısında tutduğu mövqeyə bəraət qazan‌dır‌maq olmuş və uzun əsrlər boyu bu yolda çalış‌mışdılar. Bir qrup xeyir niyyəti ilə hədis qondarmağa başlamış, Bey‌həqi kimi bə`ziləri də xüləfalara üzürlü bəhanə düzəlt‌miş‌lər. O deyir: «Ömərin təməttö ümrəsinin tərk edilməsinə dair fərman verməkdə məqsədi Allah-taala‌nın fərman verdiyi ümrənin tamam-kamal yerinə yetiril‌mə‌sin‌dən ibarət olmuşdur. Ömərin məqsədi bu idi ki, Beytüllah hər il iki dəfə ziyarət olunsun. O istəmirdi ki, camaat tə‌mə‌t‌tö ümrəsini həcc ilə birlikdə yerinə yetirsinlər, nəti‌cə‌də ildə yalnız bir dəfə Allah evinin ziyarətinə getsinlər!»

Digər xəlifələri müdafiə etmək məqamında deyir: «Onlar Ömər ibni Xəttabın fərmanına xeyirxahlıqla tabe olurdu‌lar.»[16]

Bəli, alimlərdən bə`ziləri bu yolda haqq ilə batili bir-bi‌rinə qarışdıraraq, səhihi qeyri-səhihdən ayırmamışlar, bə`zi‌ləri də öz nəzərlərinin ziddini demiş, bə`ziləri də ça‌lış‌mışlar ki, xəlifələrin sirə və tutduğu yollardan elə hökm‌ləri çıxartsınlar ki, Allahın Kitabında və Peyğəmbə‌rin sünnəsində ona dair heç bir dəlil gətirilməmişdir. Bu böl‌mədə onlara tabe olmaq istəyən hər bir mühəqqiq heyrətə və sər‌gərdançılığa düşür, heç bir sabit rə`y və düzgün nəzərə sa‌hib olmur. Bizim dəlilimiz yuxarıda qeyd olunanlardan əla‌və, Nüvəvinin «Səhihi Müslüm» kitabına yazdığı şərhin‌də qeyd olunan mətləbdir. O deyir: «Alimlər bu üç əməlin (tə‌mət‌tö həcci, qiran həcci, ifrad həcci) hansının daha fəzi‌lət‌li olması barəsində ixtilaf etmişlər.» Şafei, Maliki və bir çoxları demişlər: «Onların ən fəzilətlisi ifrad həc‌ci, sonra təməttö, ondan sonra qiran həccidir.» Əh‌məd və baş‌qa bir qrup da demişdir: «Onların ən fəzilət‌li‌si qiran‌dır.» Bu iki məzhəb Şafeinin digər iki nəzəriy‌yəsi‌dir.[17] Am‌ma (Bizim nəzərimizcə) əvvəlcə ifradın, sonra təmət‌tö‌nün, on‌dan sonra qiranın fəzilətli olmasıdır. Amma Pey‌ğəm‌bərin həcci‌nə gəldikdə isə, onda ixtilaf etmişlər: o həz‌rə‌tin həcci ifrad idimi, yoxsa təməttö, ya qarin. Alim‌lərin bu üç nəzəriyyəsi onlardan əvvəlki məzhəblərə uyğun ola‌raq verilir. Hər tayfa bir növünə üstünlük vermiş və id‌dia etmişdir ki, Pey‌ğəm‌bərin həcci elə olmuşdur... (Nəhayət axırda deyir:) If‌rad həccinin üstünlük və fəzilətinə dəlalət edən mətləb bu‌dur ki, xüləfayi-raşidin Peyğəmbərdən sonra həcci ifrad şək‌lində əncam verib onu ümrədən ayırmış və onun (ümrə‌dən) ayrılmasına çox diqqət yetirmişlər. Əbu Bəkr, Ömər və Os‌man belə etmişlər, amma Əlinin əməlləri müxtəlif olmuşdur.[18] Əgər ifrad həcci əfzəl olmasaydı və Peyğəmbərin if‌rad həccini yerinə yetirməsini bilməsəydilər, ona üstünlük ver‌məzdilər.

Bundan əlavə, onlar Islamın üstün rəhbərləri, imamları öz əsrinin müqtədaları və ondan sonrakı dövrlərdə rəhbərlər ol‌muş‌lar, Peyğəmbər ¡-in işinin əksinə bir iş görmək də onlara rəva deyildir. Amma Əlinin və başqaları‌nın ixtilafına gəldikdə isə, bu, yalnız (təməttönün) caiz ol‌ma‌‌sını bəyan etmək üçün olmuşdur.[19] Onun izahı səhih rəva‌yət‌lərdə qeyd olunmuşdur. Ifrad həccinə üstünlük veril‌mə‌sinin dəlillərindən biri də budur ki, alimlərin icmasına əsa‌sən, ifrad həccində qurbanlıq etmək vacib deyildir. Əksi‌nə, bu, onun kamal həddini göstərir, halbuki, bu, təməttö və qi‌ran həccində vacibdir. Bu qurbanlıq miqatın və başqa şey‌lərin əldən verilməsini cübran etmək üçündür və cübran edil‌məyə ehtiyacı olmayan şey də daha fəzilətlidir.

Digər dəlil budur ki, Islam ümməti heç bir kərahət ol‌ma‌dan ifrad həccinin caizliyi barəsində icma etmişlər.[20] La‌kin Ömər, Osman və bə`zi başqaları təməttö həcci ilə qira‌nı bəyənmirdilər. Deməli, ifrad həcci daha fəzilətlidir. Al‌lah yaxşısını bilir!

Əgər deyilsə: «Necə oldu ki, Peyğəmbər səhabələri o həz‌rə‌tin həcci barəsində ixtilafa düşdülər, halbuki, bir həcc idi və onlardan hər biri vahid bir hadisədən müşa‌hidə‌ləri‌ni xəbər verirdilər?![21] Qazi Əyaz deyir: Camaat bu hədislərin barəsində çoxlu sözlər dedilər: «Bə`ziləri insaflı, bə`ziləri yaxşı, bə`ziləri müqəssir, bə`ziləri mütəkəllif, bə`ziləri uzun-uzadı, bə`ziləri isə qısa və müxtəsər.» Sonra deyir: «Hər şeydən üstün nəzər Əbu Cə`fər Təhavi Hənəfinindir ki, onun barəsində min səhifədən artıq mətləb yazmışdır. Eləcə də Əbu Cə`fər Təbəri də onunla bu barədə həmahəng olmuşdur, sonra Əbdüllah ibni Səfrə, ondan sonra Mühəlləb, Qazi Əbdüllah Mürabit və Qazi Əbulhəsən ibni Qəssar, Bağdadi, Hafiz Əbu Ömər ibni Əbdül-Birr və başqaları.»[22]

O deyir: Bu barədə deyilə biləsi ən yaxşı mətləb aşağı‌da‌kı‌dan ibarətdir (biz bunu onların sözləri içəri‌sindən tap‌mış, onların seçilmişlərinin içərisindən seçib çıxar‌mış və rəvayətlərin düzümünü tənzim etməklə hamısını bir-birilə uyğun görmüşük: «Peyğəmbəri Əkrəm ¡ bu üç növ həcci yerinə yetirməyi bütün insanlar üçün mübah etmişdir ki, onların hamısının caizliyinə dəlil olsun. Əgər bir növünün yerinə yetirilməsinə fərman versəydi, digər bir növü qeyri-müczi, yaxud qeyri-kafi hesab olunacaqdı. Sonra onların hamısı (buyurduğu və hamı tərəfindən eşidildiyi halda) o həzrətə nisbət verildi və onlardan hər biri Peyğəmbərin fərman verib mübah hesab etdiyi şey barəsində rəvayət etdi, onu o həzrətin fərmanı xatirinə, yaxud öz ictihad və tə`vili əsasında o həzrətə nisbət vermişdir.[23]

Nüvəvi öz şərhinin başqa bir yerində yazır: «Mazəri deyir: Ömərin həcdə qadağan etdiyi müt`ə barəsində ixtilaf olunmuşdur: Bə`ziləri demişlər ki, o, ümrəyə fəsx olunan həcdir; bə`ziləri də demişlər ki, o, həcc aylarında olan ümrədir ki, həmin ilin həccini öz ardınca gətirir.» Buna əsasən, Ömərin onu qadağan etməsi camaatı ifrad həccinə rəğbətləndirmək üçün idi, çünki bu, ən fəzilətlidir; nəinki o, bu əməlin batil, yaxud haram olmasına inanmış olsun»![24]

Qazi Əyaz demişdir: «Cabir, Imran və Əbu Musanın hədisinin zahiri mə`nası budur ki, ixtilaflı olan müt`ə yalnız həccin ümrə ilə fəsx olunmasıdır.» Sonra yazır: «Səbəbi bu idi ki, Ömər camaatı, onları təməttönün həcc aylarında yerinə yetirilməsi günahı ilə cəzalandırırdı. Yalnız buna görə ki, o və sair səhabələr inanırdılar ki, həc‌cin ümrə ilə fəsx olunması, əvvəldə qeyd etdiyimiz hik‌mətlərə görə həmin ilə aid idi. Ibni Əbdül-Birr deyir: Alim‌lərin arasında heç bir ixtilaf yoxdur ki, Allah-taala‌nın buyurduğı: "Fə mən təməttəə bil-ümrəti iləl-həcci..., Hər kəs təməttö ümrəsinin axırında həcci başlasa, qurbanlıq müyəssər olan şəxslər..." - sözündə məqsəd ümrənin həcc aylarında və həcdən qa‌baq yerinə yetirilməsidir.» O deyir: «Qiran həcci də bir növ təməttödür, çünki ölkəsində etdiyi səfərin saqit olduğu üçün başqa ibadətlər xatirinə təməttö aparmışdır.» O deyir: «Həc‌cin ümrə ilə fəsx olunması da bir növ təməttödür.» Bu, Qazi‌nin sözləridir. Mən isə deyirəm: Mənim nəzərimə görə Ömər, Osman və başqaları yalnız həcc aylarında yerinə yeti‌ri‌lən və həmin ilin həccinə gəlib çatan ümrəni qadağan et‌miş‌lər. Onların məqsədi də ifrad həccinin yerinə yetiril‌mə‌si‌nə rəğbətləndirməyə üstün verilməsi idi.»[25]

Müəllif: Bütün bu alimlər və bu barədə minlərlə səhifə el‌mi mətləb və əsər yazan başqa şəxslər "fə mən təməttəə bil-ümrə‌ti iləl-həcc" - ayəsini Allahın Kitabında oxumuş, Pey‌ğəm‌bər sirəsi barədə nəql olunan çoxlu səhih və mütəvatir hədis‌ləri mülahizə etmiş və o həzrətin təməttödən həccə doğru verdiyi fərmanı yaxşı şəkildə dərk etmişdilər!

Həmçinin Ömərin təməttö ümrəsini qadağan edərək onu yeri‌nə yetirənləri cəzalandırmasını, habelə onun ümrə və həcc üçün ifradın daha tamam olmasına, Məkkə əhlinin ba‌ha‌rını onun ifradında olmasına dair tövsiyələrini də gör‌müş‌dülər! Bəli, onlar bütün bunları görüb, onların məfhum və məzmunundan agah olmuşlar, amma bütün bunlarla belə, yenə də bir-birilə ziddiyyətli olan bu nəzəriyyələri oxuyuruq ki: Peyğəmbər təməttö həccini bir qrup üçün, ifrad həccini baş‌qa bir qrup üçün, qiran həccini isə digər bir qrup üçün mü‌bah etmişdir. Peyğəmbəri Əkrəm ¡-in «Həccətül-vida»‌d‌akı sözlərindəki «ixtilafa» görə (!) alimlər də bu ba‌rə‌də ixtilafa düçar olmuşlar! Ömər həm həccin fəsx olun‌masını, həm də təməttö həccini qadağan etdi. Ömərin, Osmanın və başqalarının təməttö həccini nəhy və qadağan etmə‌ləri ifrad həccinə rəğbətləndirmək üçün idi ki, daha əfzəl olan ovləviyyət nəhyi idi.

Çox qəribədr! Necə olur ki, Allahın Kitabı və Peyğəm‌bə‌rin sünnəsi ilə müxalif olan bir hökm daha fəzilətli olur?! Təəc‌cüblüdür: Görəsən, döyüb, söymək, cəzalandırmaq, baş qırx‌dır‌maqla yanaşı olan rəğbətləndirmə və təşviq necə ha‌sil olur?! Bütün bunlarla belə, bizim haqqımız yoxdur ki, Ibni Həzm kimi bu alimlərə tə`nə vuraq. Əksinə, yaxşı olar ki, on‌ları üzürlü hesab edək. Çünki onlar xeyirxahcasına xəli‌fə‌lərin tədbirlərinə bəraət qazandırmış və bu hədisləri həmin xeyirxahlıq məqsədələri ilə Peyğəmbərin, Əhli-beyt imam‌larının və səhabə böyüklərinin dilindən düzəldib yay‌mışlar. Həm də xəlifələrin işlərinə bəraət qazandırmaq üçün onların sözlərini «ictihad» adlandıraraq demişlər: «Xə‌li‌fələr xeyirxahcasına tə`vil və ictihad edirdilər.» Haqq söz bundan ibarətdir ki, bu alimlər də yerinə yetirdikləri işlər‌də tə`vil və ictihad edib, bu sözləri demişlər!



[1] «Səhihi Müslüm», səh.875, hədis:122; «Sünəni Əbi Davud», 2-ci cild, səh.152, hədis:1777; «Sünəni Nəsai», 2-ci cild, səh.13, hədis:2964; «Sünəni Termizi», 4-cü cild, səh.36; «Sünəni Beyhəqi», 5-ci cild, səh.3; «Əl-müntəqi», 2-ci cild, səh.228, hədis:2289; «Müs‌nədi Əhməd», 6-cı cild, səh.36; «Müvəttəi Malik», 2-ci cild, səh.335, hədis:37.

[2] «Sünəni ibni Macə», səh.988, hədis:2965; «Müvəttəi Malik», 2-ci cild, səh.335, hədis:38; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.120-123.

[3] «Sünəni ibni Macə», səh.989, hədis:2966.

[4] «Sünəni Termizi», 4-cü cild, səh.36; «ma caə fi ifradil-həcc» babı, (b) bəndinin hə‌‌di‌‌si: «Səhihi Müslüm», səh.904-905, hədis:184; «Əl-müntəqi», 2-ci cild, səh.228, hə‌dis:1391.

[5] «Sünəni Əbi Davud», 2-ci cild, səh.157, hədis:1793; «Sünəni Beyhəqi», 5-ci cild, səh.19.

[6] «Sünəni ibni Macə», səh.989, hədis:2967.

[7] «Sünəni Əbi Davud», 2-ci cild, səh.161, hədis:1808; «Sünəni ibni Macə», səh.994, hə‌dis:2984; «Əl-müntəqi», 2-ci cild, səh.238, hədis:2429. Haris ibni Bilal 3-cü təbəqədən olan ravilərdəndir. Onun hədisini bə`zi «Sihah» müəllifləri rəvayət etmişlər. «Təq‌ribut-təhzib», 1-ci cild, səh.139.

[8] «Sünəni Beyhəqi», 5-ci cild, səh.5. Əbdüllah ibni Məhəmməd ibni Əli ibni Əbi Ta‌lib 4-cü təbəqədən olan ravilərdəndir ki, 90-cı hicri ilində Şamda vəfat etmiş‌dir. («Təqribut-təhzib», 1-ci cild, səh.448.) Onun qardaşı Həsən də 3-cü təbəqədən olan ra‌vi‌lərdəndir ki, 100-cü hicri ilində vəfat etmişdir. «Sihah» müəllifləri hər iki‌sinin hədislərini rəvayət etmişlər. («Təqribut-təhzib», 1-ci cild, səh.171.)

[9] 11-12-ci bənddəki rəvayətlər: «Səhihi Müslüm», səh.897, hədis:160 və 13; «Nüvə‌vi‌nin şərhi», 8-ci cild, səh.203; «Sünəni ibni Macə», səh.994, hədis:2985; «Sünəni Əbi Da‌‌vud», 2-ci cild, səh.161, hədis:1807, azacıq ixtilafla. 9-10 və 12-ci rəvayətlər; «Sünə‌ni Bey‌həqi», 5-ci cild, səh.22. On ikinci rəvayətin axır hissəi, 4-cü cild, səh.354; «Əl-mün‌‌təqi», hədis:2430. Əbdür-Rəhman ibni Əbi Şə`sa məqbul və altıncı təbəqədən olan ravi‌‌lərdəndir. («Təhzibut-təhzib», 6-cı cild, səh.194; «Təqribut-təhzib», 1-ci cild, səh.484.) Ibrahim ibni Yezid 96, yaxud 95-ci ildə vəfat etmişdir. («Təqribut-təhzib», 1-ci cild, səh.46; «Əl-cəm`u beynə ricalis-səhiheyn», 1-ci cild, səh.18-19.) Ibrahim Teymi bəl‌‌kə də Əbu Əsma Kufidir ki, 92, yaxud 94-cü hicri ilində Həccac ibni Yusifin zin‌‌da‌nında vəfat etmişdir. («Təqribut-təhzib», 1-ci cild, səh.46; «Əl-cəm`u beynər-rica‌lis-səhiheyn», 1-ci cild, səh.19.)

[10] «Sünəni ibni Macə», «mənasik» kitabı, səh.994; «Əl-müntəqi», Ibni Teymiyyə, 2-ci cild, səh.238; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.166.

[11] «Əl-müntəqi», 1-ci cild, səh.239, 3431-ci hədisin şərhi.

[12] «Zadul-məad», 2-ci cild, səh.246.

[13] «Əl-mühəlla», 7-ci cild, səh.101.

[14] Yenə orada, 7-ci cild, səh.102-103, biz onun xülasəsini qeyd etdik.

[15] Onun məqsədi budur ki, təməttö ümrəsi işin əvvəlində «Həccətül-vida»da ixti‌yari idi və onun qəti hökmü Peyğəmbəri Əkrəm ¡-in öz təvafının yeddinci dövrün‌də olduğu zaman nazil olmuşdu.

[16] «Əssünənül-kubra», Beyhəqi, 5-ci cild, səh.21.

[17] Şafeinin nəzər və fətvasında olan ixtilaflar onun bu şər`i hökmdə sərgərdançılığa düçar olmasını göstərir.

[18] Əgər onun imam Əli -ın əməlinin müxtəlif olmasında məqsədi o Həzrətin əvvəlki xəlifələrin işləri ilə ixtilaflı olmasıdırsa – onun öz dilindən də həmin mətləbin davamında aydın olur – onda bu, düzgün sözdür, amma əgər onun bu sözdə məqsədi Imamın başqaları ilə olan ixtilafı olsa, bu, Imama yaxılan iftiradan başqa bir şey deyildir.

[19] Imam buyurur ki, onun əvvəlki xəlifələrlə müxalifəti Peyğəmbər sünnə‌si‌ni dirçəltmək məqsədi ilə olmuşdur. Elə bir sünnə ki, əvvəllər onun dirçəl‌dilməsi‌nə maneçilik törədilirdi. Bunun əlavə izahını «Osmanın dövründə» başlığında axta‌ra bilərsiniz.

[20] Hətta Peyğəmbər ümmətinin ardıcıllarından bə`ziləri o həzrətlə müxalifət et‌miş və o Həzrət, ifrad həccinin təməttöyə çevrilməsi barəsindəki fərmanına şəkk-şüb‌hə ilə yanaşanlara qəzəblənmişdir. Əhli-beyt imamları da Peyğəmbəri Ək‌rəm¡-ə tabe olaraq onlarla müxalifət etmişdir. Əhli-beyt məktəbinin ardı‌cıl‌ları və Peyğəmbər sünnəsini bəyənib qəbul edənlər də onlarla müxalifət etmişlər. Demə‌li, Islam ümməti bu barədə yekdil fikrə malik deyildir.

[21] Bu ixtilaf xəlifələrin Peyğəmbər sünnəsi ilə müxalifətindən sonra, bu məktəb ar‌dıcıllarından bə`ziləri xəlifələrin tədbirinə bəraət qazandırmaq üçün həqiqətlə uyğun olmayan hədisləri qondardıqda vücuda gəlmişdir.

[22] Həmçinin Ibni Qəyyim Covziyəni qeyd etmək olar ki, o; «Zadul-məad» kitabında məsələnin haqqını əda etmişdir. Ibni Həzm də eynilə. Biz də bu bəhsi onun barəsində yazmışdıq. Bəli, bu məsələ uzun əsrlər boyu minlərlə səhifəni özünə məxsus etmişdir. Halbuki əgər müsəlmanlar Qur`anın aşkar buyuruğu və sünnə ilə kifayətlənsəydilər, kiçik bir səh.onlara bəs olardı!

[23] Xeyr, Öz Peyğəmbərini hidayət və haqq dində göndərən Allaha and olsun ki, Peyğəmbəri Əkrəm «Həccətül-vida»da yalnız bir təməttö həccini yerinə yetirməyə fərman verdi və ondan qeyrisini qadağan etdi. O Həzrətin müasirləri və ondan sonra gələnlərin heç biri təsəvvür etmədilər ki, Peyğəmbər təməttö həccindən başqa bir şeyə fərman vermiş olsun. Bu kimi nəzəriyyələr xəlifələrin tədbirlərinə bəraət qazandırmaq üçün deyilmişdir. Onu deyənlər də öz sözlərinin batil olmasına daha agahdırlar! Bax: «Şərhi Nüvəvi», 8-ci cild, səh.134-137.

[24] Xəlifə Ömər təməttö həccini qadağan etdi və onu yerinə yetirənlərini cəzalandırdı. Fərman verdi ki, həcc və ümrəni bir-birindən ayrılıqda yerinə yetirsinlər. Necə ki, rəvayətlərdə keçdi. Bu alimlər belə sözləri yalnız xəlifəni üzrlü hesab etmək üçün demişlər.

[25] «Şərhi Nüvəvi», 8-ci cild, səh.170.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Türkiyənin 14 itkin hərbi gəmisindən xəbər var
Almaniyada minlərlə cühüd və xristian irqçiləri Müsəlmanlara qarşı etiraz etdi
XƏLIFƏLƏRIN TƏDBIRINƏ BƏRAƏT QAZANDIRMAQ ÜÇÜN DÜZƏLDILƏN HƏDISLƏR
Ölmək yaşamaqdan bahadır
2011-ci ilin Fevral ayından bəhreyn Şiələrinin davam etdiyi Kəramət İnqilabı ...
Cinayətkar Benyamin Netanyaho “İŞİD” terrorçuları ilə əməkdaşlıq etdiyinə ...
HEÇ PEYĞƏMBƏRİ (s) GÖRMÜSÜNÜZ? Onda gəlin Onu sizə təsvir edək
İMAM ZAMANLA GÖRÜŞƏNLƏR-2
Həzrət İsanın İslam peyğəmbərinin (s) gəlişinə müjdəsi
ABŞ-da növbəti anti-polis əməliyyat, 3 polis öldürüldü

 
user comment