Azəri
Monday 23rd of December 2024
0
نفر 0

Ölmək yaşamaqdan bahadır

Tehran Radiosu - Dünyasını dəyişmək kasıbın cibinə uyğun deyil. Ölüm haqqdır və heç kəs bu dünyada əbədi qalmayacaq.
Tehran Radiosu - Dünyasını dəyişmək kasıbın cibinə uyğun deyil. Ölüm haqqdır və heç kəs bu dünyada əbədi qalmayacaq.

<!-- Item fulltext -->

İnsan dünyasını dəyişəndən sonra isə onu son mənzilə yola salırlar. Amma ölkədə dəfn mərasimi üçün xərclər yumşaq desək elə də az deyil. Mövcud durum elədir ki, hətta ölüm ayağında olan insanlar belə, bu məbləğin qədərini biləndə, yaşamaq eşqinə düşür. Bəzi insanlar elə düşünür ki, ölənin ehsanını vermək daha çətindir. Amma onlar qəbiristanlıq və ora çatanadək xərclənən pullardan yəqin ki, xəbərsizdirlər.
 
Dəfn mərasimi təşkil etmək üçün vacib olanlardan biri də nəqliyyat vasitəsidir ki, buna görə məsafədən və nəqliyyat vasitəsinin modelindən asılı olaraq 50 manatdan 250 manata qədər pul ödənilir. Mərhumun torpağa tapşırılması mərhələsinə gəldikdə isə dövlət rüsumu ilə bu məbləğ 188 manat olsa da, bu pula faktiki olaraq heç bir məzarlıqda yer tapmaq mümkün deyil. Burada yerlərin qiymətləri şəhərə yaxın və uzaq olmasına görə dəyişir. Ən ucuz yer 300 manatdan başlayır. Bu məbləğə qəbirin qazılması daxil deyil. Bunun üçün 150 manat zəhmət haqqı ödəmək lazım gəlir.
 
Qəbir daşlarının qiymətinə gəlincə sexlərdən öyrəndik ki, ölçüsündən və sifariş verənin istəyindən aslı olaraq qiymətlər dəyişir. Adi qəbir daşları 200 manatdan yuxarı, qara mərmərdən hazırlanan başdaşlar isə 1 200-dən başlayaraq 10 000 manatadək yüksələ bilir. Tək sinə daşı qoymaq istəyənlər isə nadir hallarda sexlərə müraciət edir.
 
İslam dinində bu cür qəbirlərin hazırlanması bəyənilməsə də, əksəriyyət öz ölüsünə son vəzifə olaraq bunu rəva görür.
 
“Sadə bir şəkildə olmalıdır. Yalnız sinə daşından ibarət olan, adı və dünyadan köçmə tarixi yazılarsa, dinimiz bununla kifayətlənməyi əmr edən bir dindir. Çünkü bu dünyadan sonrakı mərhələlərdə heç bir faydası olmur. Ona xidmət edəcəyimiz yalnız mənəvi köməylərimiz olmaldır. Bunun kimi mənəvi qazanclarımızı ötürməyimiz daha məqsədə uyğundur” – deyə İlahiyyatçı Hacı Fuad bildirir.
 
Qəbirsitanlıqda edilən daha bir xərc isə hər dəfə “Yasin” surəsini oxuyan mollaya edilən hörmətdir ki, bunun da məbləği minimum 3 manatdır. Bütün bunlardan isə belə qənaətə gəlmək olar ki, kasıb insanın nəinki kef etmək, heç ölmək belə cibinə uyğun deyil.
 
Salam Azərbaycan

source : azeri.irib.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Türkiyənin 14 itkin hərbi gəmisindən xəbər var
Almaniyada minlərlə cühüd və xristian irqçiləri Müsəlmanlara qarşı etiraz etdi
XƏLIFƏLƏRIN TƏDBIRINƏ BƏRAƏT QAZANDIRMAQ ÜÇÜN DÜZƏLDILƏN HƏDISLƏR
Ölmək yaşamaqdan bahadır
2011-ci ilin Fevral ayından bəhreyn Şiələrinin davam etdiyi Kəramət İnqilabı ...
Cinayətkar Benyamin Netanyaho “İŞİD” terrorçuları ilə əməkdaşlıq etdiyinə ...
HEÇ PEYĞƏMBƏRİ (s) GÖRMÜSÜNÜZ? Onda gəlin Onu sizə təsvir edək
İMAM ZAMANLA GÖRÜŞƏNLƏR-2
Həzrət İsanın İslam peyğəmbərinin (s) gəlişinə müjdəsi
ABŞ-da növbəti anti-polis əməliyyat, 3 polis öldürüldü

 
user comment