Siyasi sektor: İran parlamentinin spikeri Əli Laricani Cenevrədə keçirdiyi mətbuat konfransında dünyanın diqqət mərkəzində olan Vilayəti-fəqih mövzusuna aydınlıq gətirib.
İQNA İran Quran İnformasiya agentliyi xəbər verir ki, parlamentin spikeri Əli Laricani 20 iyulda müxbirlərlə söhbətində Vilayəti-fəqih barədə sualı cavablandırıb və bildirib ki, Vilayəti-fəqihin əsas rolu diktaturanın qarşısını almaqdır.
Başqa bir sual Braziliya ilə münasibətlərə aid olub. Braziliyada hakimiyyət dəyişikliyinin İran-Braziliya münasibətlərinə təsiri barədə sualı cavablandırarkən Laricani deyib: “İran-Braziliya münasibətlərinin tarixi keçmişi var. İqtisadi əməkdaşlıqlar yeksək həddədir. Braziliya bu yolu davam etdirəcəksə münasibətlər daha da dərinləşəcək.
source : www.iqna.ir