Avqustun 15-də Nigeriyanın Kanu şəhərində İslami sığortanın məziyyətləri və tərəflərini tanımaq məqsədilə seminar keçirilib.
İqna Quran Xəbər Agentliyi : All Africa xəbər agentliyinin verdiyi məlumata görə, bir günlük seminar “Afrika İttihad sığortası” şirkətinin dəstəyi ilə keçirilib.
Şirkətlər qrupunun müdiri Alfonso Ukpur demişdir: İslam sığortası uzun illərdir ki, İslam ölkələrinin çoxunda icra olunur. Biz bu qərara gəlməmişdən qabaq İslam sığortasının xüsusiyyətlərini və dəqiq icra mexanizmini öyrənmək üçün öz mütəxəssislərimizi Malayziya və Ərəbistana ezam etmişik. İslam sığortası maddi durumundan asılı olmayaraq cəmiyyətin bütün təbəqələri üçün əlverişlidir. “Afrika İttihad sığortası” İslami sığortanın qanunlarını icra etməklə Nigeriyada bu yöndə ilkə imza atmış olacaq.
Malayziya İslam İqtisad Araşdırmaları Beynəlxalq Mərkəzindən Musa Əbdullahi də seminarın çıxışçılarından idi. O, “İslami sığortanın tələbləri, inkişafı və icrası” mövzusunda məruzə edib.
source : ایکنا