|
O həmçinin deyib: İİR xalqa aiddir və bu quruluşu bir təhlükə hədələyən zaman xalq dərhal mübarizə səhnəsində hazır olur.
Bu həftəki cümə namazı xütbələrində xalqın ötən il 30 dekabrdakı milyonluq yürüşlərinə işarə edən Ayətullah Əhməd Cənnəti deyib : Qeyrətli xalq belə bir gündə fitnəyə qalıb gəldi və seçkilər şəraitini quruluşa qarşı bir təhdidə çevirən müxaliflərin addımını tam ayıq sayıqlıqla \" vəhdət və iki qat həmrəylik \" fürsətinə çevirdi.
Onun sözlərinə görə, ötən il İranda keçirilin prezident seçkilərindən sonra yaşanan hadisələr Vilayəti-Fəqihin tərəfdarları və düşmənlərini müəyyənləşdirdi və əks-inqilabçı qrup ilə mömin qrupları bir-birindən ayıraraq müxalifləri səhnədən uzaqlaşdırdı.
Ayətullah Cənnəti qeyd edib ki, ötən ilki seçkilərdən sonra sübut olundu ki, hökumət İİR quruluşu əleyhdarları ilə üzləşməkdən öncə xalqın özü onları sorğu-suala çəkir.
Tehranın bu həftəki cümə namazının xitabətçisi çıxışının digər hissəsində ölkədə məqsədyönlü subsidiyalar layihəsinin həyata keçirilməsinə işarə edib . Cənab Cənnəti xalqın geniş iştirakından məmnunluq ifadə edərək bu layihəni həqiqi dəyişiklik mənasında dəyərləndirib və vurğulayıb ki, məqsədyönlü subsidiyaların əsas nəticəsi istifadə modelini düzəlti və iqtisadiyyat quruluşunda dəyişiklik və ədalətin bərqərar edilməsi onun səmərələrindən olmuşdur.
source : www.abna.ir