Azəri
Thursday 18th of July 2024
0
نفر 0

QÜSLÜN HÖKÜMLƏRİ

QÜSLÜN HÖKÜMLƏRİ

15- Sual: Əgər insanın boynunda bir neçə qüsl[1] olsa, hansı birini daha tez yerinə gətirməlidir?

Cavab: Qusulların arasında tərtibi riayət etmək vacib deyil. Əksinə, bütün qusulları nəzərdə tutub və onların hamısını niyyət edib bir qusl vermək olar. Əgər cənabət qüslu bir şəxsə vacib olubsa, onu yerinə gətirməklə başqa qüsullar insanın boynundan götürülür.

16- Sual: Haram yolla cənabətli olub, qüsl etdikdən sonra namaz qılmaq olarmı?

Cavab: Bəli, maneəsi yoxdur.

17- Sual: Bəzən bövl (sidik) dən qabaq ya sonra, qatı bir maye məndən xaric olur, aya bu maye, məni (sperma) hökmündədir? Əgər şəkk etsək ki xaric olan mənidir ya qeyri məni, o halda vəzifəmiz nədir?

Cavab: Əgər spermanın nişanələri risalədə yazılan kimi  o mayedə olmasa, qüsl lazım deyil və öz şəkkinizə etina etməyin.

18- Sual: Bir qız uşağının boynuna masturbasiya (istemna) vasitəsilə cənabət qüslu gəlib və insanın istimna vasitısilə cünub ola biləcəyini də bilməyib. Nəticədə qüsl etməyib, və bir müddət bu halda namaz qılıb. Onun təklifi nədir?

Cavab: Təharət (qüsl, dıstımaz və təyəmmüm) namazın həqiqi şərti olduğu üçün cənabət halında qılınan namazların hamısının qəzasını yerinə yetirməlidir.

19- Sual: Bir şəxs özündən sidiklə birlikdə bir neçə damcı spermanın xaric olduğunu bildiyi halda cənabət qüslü verməlidirmi?

Cavab: Bəli, sidik ilə spermanın xaric olmasına yəqini olsa, qüsl ona vacibdir.

20- Sual: Qadınların adət vaxtında xanımların qəbristanlığa, rövzə məclislərinə, imamların (ə) hərəmlərinə və pirlərə getməsi cayizdirmi?

Cavab: Heyizli qadınların məsciddən qeyri yerdə rövzə məclislərinə və qəbristanlığı ziyarət etmək üçün getməsinin maneəsi yoxdur. Amma imamların (ə) hərəmlərində dayanması işkallıdır. Amma hərəmlərəbitişik salonlarda dayana bilərlər.

21- Sual: Suyu israf etmək qüslun batil olmasına səbəb olurmu?

Cavab: Hər halda israf cayiz deyil, amma qüslun batil olmasına səbəb olmur.

22- Sual: Bir qadın adətinin yeddinci günündə qüsl edir. Qüsldən sonra bəzi vaxtlarda, onuncu günədək ləkə görürmüş, amma yeni qüsl etmirmiş, qıldığı namaz və tutduğu orucların hökmü nədir?

Cavab: Yeni qüsl etmədiyi bütün namazların qəzasını qılmalıdır. Oruca gəldikdə isə əgər heyizli olmasını bilməyibsə, orucların qəzası yoxdur.

23- Sual: Qüsl verndə, bədənin sağ tərəfin yuyanda sol tərəfə su dəyir. Bunun işkalı varmı?

Cavab: Xeyir, işkalı yoxdur.

24- Sual: Cənabət qüslu hansı şeylərlə batil olur?

Cavab: Cənabət qüslu verdikdən sonra miş bir şəxs, dəstəmazı batil edən şeylərdən hər hansı biri qarşıya çıxdıqda təharətə ehtiyaci olan sonrakı başqa ibadətlər üçün dəstəmaz almalıdır.



[1] - Müəyyən hallarda dini qayda əsasında yuyunmaq

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment