Cavab: Allah-Təala Qurani-Kərimin Nisa surəsinin 59-cu ayəsində buyurur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلاً
(Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.)
Ayədə istifadə olunan (أَطِيعُواْ)-(ətiu) kəlməsinin iki dəfə təkrar olunmasından belə bir qənatə gəlmək olur ki , Allaha iman gətirən hər bir müsəlmana iki növ itaət vacib edilmişdir. Onlardan birincisi külliyatı Quranda bəyan olunan , cüziyyatı isə Peyğəmbər (s)-mın və Əhli-beytin(ə)-mın sünnət və bəyanalarında izah oluan Allaha olunan itaət , yəni ibadətlə əlaqəli olan namaz , oruc , həcc kimi ibadi əməlləri yerinə yetirmək , digəri isə cihad , qəzavət kimi siyasi hökmləri icra etməkdən ibarətdir. Necə ki, Nəhl surəsinin 44-cü ayəsində buyurulur:
وَالزُّبُرِ وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ
(Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən.)
Başqa bir ayədə isə buyurulur:
فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ
(Bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!) (Nəhl/43)
Rəhbəriyyəti qəbul etmək imanin əsas şərtlərindən biridir.
Ilahi göstərişlərlə yanaşı hər bir müsəlmanın üzərinə düşən ikinci ən başlıca vəzivə müsəlman ümmətinin dini , içtimai və siyasi rəhbərliyi öz üzərinə götürən Peyğəmbər (s)-ma da itaətməkdir. Aləmlərin yaradıcısı olan Allah-Təala belə bir məsuliyyətli işı sonuncu Peyğəmbərinin üzərinə qoymuş, o da öz növbəsində məsumluq dərəcəsinə çataraq ibadi, içtimai, ümumiyyətlə cəmiyyətin maaddi və mənəvi rifahını təmin edəcək bütün məsələlərdə hər zaman Allahın əmrinə tabe olmuş və onun icrasında azacıqda olsun səhlənkarlıq etməmişdir. Nisa surəsinin 65-ci ayəsində buyurulur:
فَلاَ وَرَبِّكَ لاَ يُؤْمِنُونَ حَتَّىَ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لاَ يَجِدُواْ فِي أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُواْ تَسْلِيمًا
(Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar).
Dini , içtimai və siyasi məsələlərdə rəhbərlik Peyğəmbər (s)-mın üzərinə düşmüş, bunun üçündə ona iman gətirən möminlər verilən hökmlərin icrasında niyə və nə üçün demədən ona tabe olmalı və onun həqaniyyətini dilləri ilə təsdiqlədiləri kimi qəlbləri ilə də təsdiqləyib əməli olaraq sübuta yetirməli idilər. Peyğəmbər (s) isə öz növbəsində İlahi qanunları əsas gətirərək oların arasında ədalətlə rəftar etmiş və öz şəxsi istəklərinin haqq-ədalətə hakim olmasına bir an da olsun imkan verməmişdir.
Həzrəti Məhəmməd (s) Allah Peyğəmbəri olmuş , vəhy yolu ilə ona gəlib çatan İlahi göstərişləri müsəlmanlara çatdıraraq İslamın hökmlərini onlara bəyan sonra isə izah etmişdir. Bütün bunlarla yanaşı dini , içtimai və siyasi məsələlərdə müsəlman ümmətinə rəhbərlik etmiş və ömürünün sonunadək bu İlahi hökmün öhdəsindən müvəffəqiyyətlə gəlmişdir.
Zəmanənin imamına qarşı cahil olmaq cahiliyyətdə ölmək kimidir.
Peyğəmbər (s) dünyasını dəyişdikdən sonrada hər iki itaət qiyamət gününə qədər yerinə yetirldiyi kimi zəmanənin imamına da qiyamət gününə qədər itaət etmək də dinin vacib və zəruri məsələlərindən hesab olunur. Əhli-sünnə və şiə mənbələrində nəql olunan mötəbər rəvayətlərdən birində deyilir:((İtaət olunması vacib olan)İmamını tanımadan dünyasını dəyişən şəxs cahiliyyət zamanında dünyasını dəyişən şəxslər kimidir).Yəni, bu kimi şəxslər müsəlman kimi dünyalarını dəyişməzlər. Çünki İlahi rəhbərliyi tanımadan və onun yolunu davam etmədən insan istər-istəməz hava-həvəsinə tabe olan şəxslərin yolunu davam edər və həmən şəxslər onları zəlalətə sürükləyərlər. İsra surəsinin 71-ci ayəsində bu haqda buyururlur:
يَوْمَ نَدْعُو كُلَّ أُنَاسٍ بِإِمَامِهِمْ
((Qiyamət günü) bütün insanları öz imamları (ardınca getdikləri rəhbərləri, yaxud peyğəmbərləri və ya əməl dəftərləri) ilə birlikdə (hüzurumuza) çağıracağıq).
Zaman və məknanından asılı olmayaraq Allaha iman gətirmiş hər bir müsəlman zəmanəsinin imamını tanımalı və onun yolunu davam etməlidir ki, o İlahi rəhbər öz davamçılarını haqq-ədalətlə tanış edib sağlam və ədalətli cəmiyyət qursun. Və bütün bunlarla yanaşı onları bütün maaddi və mənəvi pozğunluqlardan qoruyub asayış və əmin-amanlıqlarını təmin etməlidir.
Yox əgər müsəlman ümməti İlahi rəhbərin ətrafına toplanmazsa saysız-hesabsız təriqətlərə bölünüb hər biri özünə rəhbər seçəcək bu isə cəmiyyətdə ixtilaf , hərcli-mərclik və pəkakəndəliyin meydana gəlməsinə səbəb olacaqdır. İxtilaf və hərcli-mərcliyin meydana gəldiyi cəmiyyət isə ilk növbədə onun hərtərəfli geriləməsinə səbəb olan cahiliyyət daha sonra daxili çəkişmələr və vətəndaş müharibələri kimi çətinliklərlə qarşılaşır.Belə bir şəraitdə cəmiyyətin zəifləməsindən sui istifadə edən zalım qüvvələr ona hakim olur və cəmiyyəti özündən asılı vəziyyətə salaraq orada istədiyi şərtləri yaradır və hər şeyi öz xeirinə dəyişdirir.
Həzrəti Zəhra (s-ə) özünün Fədək xütbəsində bu mətləbə toxunaraq buyurur: Allah-Təala biz Əhli-beyti İslamı qorumaq və müsəlman ümmətinin birliyini təmin etmək üçün yer üzündə rəhbər və imam qərar vermişdir ki, fitnə-fəsadın kökünü kəsib onlar üçün sağlam cəmiyyət quraq və zalım qüvvələr onlara hakim olmasın.
Rəhbər bütün dövrlərdə bir olmalıdır.
Dediklərimizdən belə bir qənaətə gəlmək olur ki, müsəlmanlara rəhbərlik edən şəxs tək bir nəfər olmalıdır. Eyni vaxta iki və ya daha çox eyni fəzilətə sahib olan rəhbər yaşadıqda belə onlardan biri rəhbər olmalı , digəri isə onun davamçısı olmalıdır. Necə ki , İmam Həsən(ə)-la İmam Hüseyn (ə) eyni zamanda yaşamış , lakin İmam Hüseyn(ə) böyük qardaşı İmam Hüseyn (ə)-ma tabe olmuş və bütün məsələlərdə ona tabe olmuşdur.
,,Uyunul-Əxbarurrza’’-adlı kitabın 34-cü fəslinin 101-ci səhifəsində İmam Rza(ə)-dan nəql olunan rəvayətdə deyilir:(Eyni zamanda iki nəfərin rəhbər ola bilməməsinin əsas səbəbi hər ikisini bütün məsələlərdə eyni fikrdə ola bilməməsi və müəyyən qədər də olsun fərqli düşüncələrə sahib olmalarıdır. Onlar, hər hansı bir məsələ ətrafında fikir ayrılığına gəldikdə müsəlmanlar iki hissəyə bölünüb biri-birləri ilə müxalifət edə bilərlər. Bu isə böyük günahlardan biridir. İki rəhbərin biri-biri ilə müxalif olması da böyük günah omaqla yanaşı cəmiyyətdə fitnə-fəsadın və qarşıdurmanın meydana gəlməsinə səbəb olur. Belə olduqda isə hər iki rəhbər tutduğu mənsəbdən azad olunmalıdır.)
İmam kimdir? Onu kim təyin etməlidir?
Burada belə bir sual meydana gəlir.İtaəti olunması vacib olan imam kim tərəfindən təyin olunmalıdır?
Qurani-Kərim imamət məqamını ümumi olaraq ,,Ulul-əmr’’-adlandırır. İmamət məqamına nail olan şəxs özünün bütün xüsusiyyətləri ilə İlahi Peyğəmbərlərlə bərabər olmalı və peyğəmbərlərə itaət vacib olduğu kimi onlara daitaət etmək eynilə vacib və zəruridir.
Müsəlman ümmətinə rəhbərlik edəcək şəxs Allah tərəfindən təyin olunmalıdır. Çünki əgər rəhbər (yəni imam) müsəlmanların özləri tərəfindən təyin olunarsa sözsüz ki,çox keçmədən fikir ayrılığına səbəb olacaqdır. Hamının eyni fikirdə olması isə məlum məsələdir ki,qeyri mümkündür. Yaranmış belə bir şəraitdə hər dəstə öz seçdiyi rəhbərə tabe olacaq bu isə qeyd etdiyimiz kimi cəmiyyətin süqutuna gətirib çıxaracaqdır.
Belə təsəvvür edək ki , müsəlman ümməti yetkin fikirə gəlib bir nəfəri özlərinə rəhbər seçirlə. Bəs onun bu məqama layiq olub-olmaması necə? Bunu necə müəyyən edə bilərlər? Haradan bilsinlər ki ,onların seçdikləri şəxs müsəlman cəmiyyətinin islah və orada haqq-ədaləti bərqərar etməyə qadir və layiq olacadır?! Haradan bilə bilərlər ki , onların seçdikləri şəxs onların gələcək həyatını məhv edib onları bədbəxtçiliyə düçar etməyəcək? Çünki əgə rəhbər seçilən şəxsin özü dünyapərəst , fasiq və təbahkar olarsa sözsüz ki idarə etdiyi cəmiyyəti də öz yolu ilə aparacaq və tez bir zamanda onu süquta uğradacaqdır.
Hökm çıxarmaq Allaha xas olan bir məsələdir.
Aləmlərin xaliq hə həqiqi sahibi Allah-Təala olduğu üçün insanlar üzərinə dini , içtimai və siyasi hakimin təyin olunması Peyğəmərinə həvalə etmiş və hər bir müsəlmana onun təyin etdiyi şəxsə tabe olmağı vacib etmişdir. Bunu üçün də müsəlmanların ixtiyar sahibi olan rəhbər (imam) peyğəmbər tək bütün eyb və nöqsanlardan uzaq olmalı və məsumluq dərəcəsinə çatmalıdır. Çünki qeyd və şərtsiz itaət olunması vacib olan rəhbər heç bir məslənin həllimdə səhvə yol verməməli və ən doğru və düzgün qərarı çıxarmalıdır. Deməli, müsəlmanların ixtiyar sahibi olan şəxs bütün dövrlərdə insanlanrın ən alimi , ən təqvalısı və ən fəzilətlisi olmalıdır. O , özünün bütün insani xüsusiyyətləri ilə bütün insanlardan üstün olmalı və onlar üçün həqiqi örnək olmalıdır . Belə bir xüssiyyətə malik olan məsum şəxsi rəhbər olaraq adi insanların bacarıq və qabiliyyətindən xaric olduğu və bir çoxlarının belə bir iddianı etmələri mümkün olduğu üçün əgər onun təyinatı Allah tərəfindən peyğəmbərin vasitəsilə həyata keçməzsə öz fitnə-fəsadını dərhal biruzə verəcək və nəticədə hər dəstə özünə rəhbər seçəcəkdir. Seçilən rəhbərlər isə öz hava-həvəsinə uyaraq öz rəqibləri ilə mübarizə aparacaq və ixtilaflar dahada gücləndikdə qarşıdurma və müharibələr meydana gələcəkdir. Yaranmış belə bir şəraitdə Allahın cəmiyyət üçün təyin etdiyi qanun və nizam-intizam fəsad və hərcli-mərcliklə əvəz olunacaq və nəhayət zülm və haqsızlıq hər yeri bürüyəcəkdir.
İxtiyar sahibinin Peyğəmbər (s) tərəfindən təyin olunması.
Əlimizdə olan əsaslı dəlil və sübutlara istinad edərək tam qətiyyətlə deyə bilərik ki , müsəlmanların ixtiyar sahibi, şəxsən Peyğəmbər (s) tərəfindən təyin olunmuş və müsəlmanlara özündən sonra ona tabe olmalarını əmr etmişdir. Biz burada onlarda n bir neçəsinə işarə edirik:
Ğayətul-məram adlı kitabın 142-ci fəslinin 706-səhifəsində deyilir:
(Cabir ibn Abdulla Ənsari deyir: Günlərin biri Peyğəmbər (s)-dan soruşdum.Allahın bizlərə itaət olunmasını əmr etdiyi şəxs kimidir? Peyğəmbər (s) cavabında buyurdu: Onlar mənim canişinlərim və sizin rəhbərlərinizdirlər. Onlardan biricisi Əli ibn Əbi Talib , ikincisi , Həsən ibn Əli , üçüncüsü Hüseyn ibn Əli , dördüncüsü Əli ibn Hüseyn , beşincisi Baqir ləqəbi ilə məşhur olacaq və sənin onu görə biləcəyin Məhəmməd Baqir (ona mənim salamımı çatdırarsan),altıncısı Cəfər ibn Məhəmməd , yeddincisi Musa ibn Cəfər,səkkizincis Əli ibn Musa , doqquzuncusu Məhəmməd ibn Əli , onuncusu Əli ibn Məhəmməd , on birincisi Həsən ibn Əli , on ikincis həm adı mənim adımdan olan , həmdə ləqəbi mənim ləqəbimdən olan Allahın yer üzərindəki hüccət və dəlili İbn Əl-Həsən ibn Əli olacaqdır.Yer üzündə fitnə-fəsad hər yeri bürüdüyü zaman Allah-Təalan onun vasitəsilə şərqdən qərbə qədər haqq-ədaləti bərqərar edər. Qəlbləri Allah tərəfində imtahana çəkilən elə bir şəxs qalmaz ki, onların rəhbərliyini inanmasın.)
İmam Zaman (ə)-mın zamanında ixtiyar shiblərinə itaətin vacib olması.
İxtitar sahilərinə itaət İmam Zaman (ə)-mın qeybə çəkildiyi dövrdə də öz qüvvəsində qalırmı?
Cavab: İslamın bütün ibadi , içtimai və siyasi hökmləri qiyamət gününədək qüvvədə qaldığı kimi müsəlmanlara rəhbərlik edəcək imama itaət də qiyamət gününədək əməl olunmalıdır. Belə ki , İmam Zaman (ə)-mın zamanında İslamın heç bir hökmü öz qüvvəsindən düşməmiş, İslamın əsas rüknlərindən birini təşkil edən rəhbərlik məsəsləsi də öz qüvvəsini itirmədən qalmaqdadır. Bu bir həqiqətdir ki, Peyğəmbər (s) hələ sağ ikən özündən sonraki canişinin kimliyini müəyyən etmiş və dəfələrlə bu məsələni müsəlmanıarın qarşısında bəyan etmişdir. Və bu Allahın ona vacib etdiyi ən mühüm məsələlərdən biri olmuşdur. İstər müsəlamnlar qəbul etsin , istərsədə yox Peyğəmbər (s) bu İlahi göstərişi onlara bəyan etməli və bununlada onları üçürumdan nicat verməli idi. On ikinci imam da öz növbəsində qeybə çəkildiyi dövrdə müsəlmanlara rəhbərlik edəcək naiblərini tanıtdırmalı idi. Necə ki bunu da edirlər. İmam Zaman (ə) bəyanatlarının birində öz davamçılarına buyurur: (Hər hansı bir çətinliklə qarşılaşdığınız zaman bizim barəmizdə nəql olunan rəvayətlərə müraciət edin.) Yəni harada olursunuzsa olun bütün hallarda maaddi və mənəvi həyatınızla əlaqəli olan məsələlərdə vahid rəhbərliyə tabe olub sarsılmaz birlik nümayiş etdirin ki, düşmən dininizi məhv edib aradan aparmasın.
Məzlumları müdafiə İmam Zaman (ə)-mın əsas məqsədlərindən biridir.
Mühəqqiq Tusi yazır: İmam Zaman (ə)-mın qeybə çəkilməsinin və onun müsəlmanların işlərinə hakim olmamasının əsas səbəbi müsəlmanların lazımınca ona tabe olmamasıdır. Məzlumları müdafiə və haqqı tapdalananların haqlarını özlərinə qaytarmaq İmam Zaman (ə) ən ümdə vəzifələrindən biridir. Lakin müsəlman ümməti və ümumiyyətlə bəşəriyyət buna hazır olmadığı üçün onun qeyb dövrü hələdə davam etməkdədir.
Lakin qeyb dövründə imamın öz nayibini müsəlmanlara xüsusilədə əhli-beyt davamçılarına rəhbər olaraq təyin etməsi müsəlmanların itaətindən asılı deyildir. Yəni, istər müsəlmanlar onun təyin etdyi rəhbəri qəbul etsinlər istərsəd yox o öz canişini təyin etməlidir ki, bununlada özürinə düşən vəzifəsni yerinə yetirmiş olsun.
Həzəti Mehdi(ə)-mın imamət dövrü olan hicrətin 267-ci ilindən 334-cü ilədək Osman ibn Səid , Məhəmməd ibn Osman , Hüseyn ibn Ruh və Əli ibn Məhəmməd Səməri adlı dörd nəfər şəxs onun özü tərəfindən canişin təyin olunur və onlat da 74 il müddətində kiçik qeybət dövründə üzərlərinə düşən vəzifəni lazımınca yerinə yetirirlər. Onlardan sonra zühur edəcək günədək bu mühüm işin zəmanənin ən bilikli və ən fəzilətli alimlərin üzərinə düşdüyünü və onların Allahın yer üzərindəki hüccət və dəlili olduğunu bildirir.Eyni zamanda öz canişinlərinə də bildirir ki , kim onlarla müxalifət etmiş olarsa sanki biz Əhli-beyt (ə)-la və kim biz Əhli-beyt ilə müxalifət edərsə Allahla müxalifət etmiş olar .Allahla müxalifət edən isə Ona qarşı çıxan müşriklərin zümrəsində olar.
Nəql olunan rəvayətlərdən birində deyilir: İşlərinizi halal və haramda hamınızdan agah olan alimlərə həvalə edin.
İndisə nəql olunan rəvayətlərdə cəmiyyətə rəhbərlik edəcək imamın şərt və xüsusiyyətlərinə nəzər salaq.
1-Müsəəlman ümmətinə rəhbərlik edən şəxs dinin əqidəvi və əməli məsələlərində hamıdan bilikli olmalıdır.
Müsəlman ümmətinə rəhbərlik edəcək şəxs üçün nəzərdə tutulan şərtlərdən ən önəmlisi onun dinin əqidəvi və əməli məsələlərə hamıdan bilikli lmasıdır. Yəni, dini terminalogiya alaraq fəqih o şəxsə deyilir ki, dinin əqidəbi və əməli məsələlərinə agah olub onlara həm etiqad bəsləsin , həmdə əməli olaraq ən kamil şəkildə yerinə yetirsin. Bütün bunlarla yanaşı təkallahlıq məsələsində zərrə qədər də olsun şəkkə-şübhəyə düçar olmamalı miada , yəni öldükdən sonra yenidən dirilməyə də elə etiqad bəsləməlidir ki , onun vücud və əməllərində özünü biruzə versin. Və eyni zamanda fiqhi məsələlərdə içtihad dərəcəsinə çatıb qarşıya çıxan məsələləri dı həll etməyi bacarmalıdır.
2-Ədalətli olmalı və nəfsani istəkləri ilə mübarizə aparmalıdır
.
Müsəlmanlara rəhbərlik edəcək şəxs üçün ikinci əsas şərt ədalətli olması,yəni bütün böyük günahlardan uzaq olub kiçik günahları da təkrar etməməsidir. Hətta nəql olunan bəzi rəvayətlərdən də belə məlum olur ki, bu kimi şəxslər bütün xoşa gəlməz işlərdən çəkinməli və onlara əməl etməməlidir. O cümlədən.
1- Müsəlmanlara rəhbərlik edəcək şəxs, şəxsi istəklərinə uymamalı, dünya malına göz dikməməli , şan-şöhrətə , ad-sana can atmamalı və öz qohum-əqrəbasını başqalarından üstüm tutmamalıdır. Şeyx Ənsari özünün ,,Risail’’-adl; kitabında vahid xəbərə istinad edərək İmam Həsən Əskəri(ə)-dan nəql etdiyi rəvayətdə deyir: (İstər təqva sahibi olsun, istərsədə yox öz qohum-əqrəbasını başqlarından üstün tutan fiqh aliminin cəmiyyətə vurduğu zərər Yezidin İmam Hüseyn (ə)-mın qoşununa vurduğu zərərdən daha ağırdır.) Müsəlmanlara rəhbərlik edən şəxs hər zaman Allahın ona bəxş etdiyi nemətlərə razı olmalı , nəfsinə tabe olmayıb , haqq-ədalətə riayət etməli bir sözlə mənən saflaşmalıdır ki idarə və rəhbərlik etdiyi cəmiyyəti də saflaşdıra , uçuruma getdikdə isə qurtuluş yolunu ona göstərə bilsin.
İmam Əli (ə-mın) rəhbərlər barədə verdiyi açıqlamalar.
1- Müsəlmanlara rəhbərlik edən şəxs bütün mənfi əxlaqi xüsusiyyətlərdən uza1 olmalı və bütün yüksək insani küyfiyyətlərə malik olmalıdır. Onlar nadan , cahil və paxil olmamalıdırlar. Əli (ə) bu barədə verdiyi bəyanatlardan birində buyurur. (Siz özünüz çox yaxşı bilirsiniz ki , müsəlmanlara rəhbərlik edən , onların mal və namusunu qorumalı, paxil və cahil olmamalıdır.Onlar Allahin hökmlərindən dərindən agah olmalıdırlar ki , camaatı nadanlıq və cahilillikdən uzaqlaşdırıb işıqlı gələcəyə aparsınlar .Ömrünü-gününu müsəlmanların rifahının yaxşılaşdırılmasına yönəltməli ,onlara can yandırmalı , sıx ünsiyyətdə olub zəhmətə qatlaşmalıdır. Bir sözlə müsəlmanlara rəhbərlik edən şəxs özünü İslam və müsəlmanların uğrunda fəda etməyə bacarmalıdır). Başqa bir yerdə buyurur: (Başqa dövlətlərdən qorxmamalıdır ki, biri ilə dostluq edib , digəri ilə düşmənçilik edə bilsin). Bu bəyanata açıqlama verən alimlərdən biri bu haqda deyir: Bu o deməkdir ki, müsəlmanlara rəhbərlik edən şəxs zülm və sitəmkarlığa yol verməmli və müsəlmanların var-dövlətini talan etməməlidir. Qəzavət məsələlərində kimdənsə rüşvət alıb kimlərinsə haqqnı tapdamamalıdır. Müsəlmanlara rəhbərlik edən şəxs İlahi qanunlara səhlənkarlıqla yanaşan və milləti zəlalətə sürükləyən şəxs olmamalıdır.
Nəhcü-Bəlağənin 3-cü xütbısində buyurur: Əgər camaatın böyük bir hissəsi qalxıb mənim yanıma gələrək hakimiyyəti qəbul etməyimi tələb etməsəydilər və bununlada üzərimə düşən hüccət tamamlanmasaydı və Allah-Təala agah insanlardan zülmkarların təcavüzünə son qoymağa və məzlumların haqqını müdafiə etməyə dair əh-peyman almasaydı heç vaxt xilafəti qəbul etməzdim.
İmam Əli (ə)-mın bu nəyanatından bir daha belə məlum olur ki, müsəlmanların rəhbərliyini üzərinə götürən şəxsin üzərinə düşən ən ümdə məsuliyyətlərdən biri də zülm və haqsızlıqlara qarşı mübarizə aparmaq və məzlumların hüquqlarını müdafiə etməkdir.
Hamı kimi alimlər də rəhbərə tabe olmalıdırlar.
Deyilənlərdən belə qənaətə gəlmək olur ki , dini-ictimai və siyasi rəhbərlikdən məqsəd on ikinci İmam Sahibəzzaman (ə)-mın qeyb dövründə ədalətli din aliminin qeyd olunan xüsusiyyətlərə malik olmasıdır. Bütün müsəlman ümmətinin ,o cümlədən alimlərin bu kimi şəxsə itaət etməsi dinin vacib və zəruri məslələrindəndir. Allah-Təala bu işi bir neçə səbəbdən müsəlmanlara vacib etmişdir.
Qanunların icrası dini-ictimai və siyasi rəhbərin əsas vəzifələrindəndir.
1-Allah-Təala insanların biri-birlərinin hüququnu qorumaları və bir-birlərinə təcavüz etməmələri üçün bir sira qanunlar təyin etmişdirş. Lakin bir çox hallarda insan öz şəxsi mənafeinə çatmaq məqsədi təyin olunan qanunıara məhəl qoymadan nəfsani istəklərinə tabe olur. Elə bu səbəbdən də Allah-Təala insanların özlərindən bir nəfəri rəhbər təyin edir ki cəmiyyətdə meydana gələn hərci-mərcliyə, haqsızlıqlara son qoyub haqq-ədaləti bərqərar etsin və qanuna tabe olmayanları öz layiqli cəzalarına çatdırsın.
Zülm və haqsızlığın qarşısını almaq və dinin qorunması.
1-Hər bir millət və ya qövmün o cümlədən öz mövcudiyyətini davam gətirməsi üçün lazım olar şərtlərdən biri də onun zülmkar və ədalətsiz hakimlərdən qoruması və adil hakimə itaət etmələridir. Belə ki, ədalətli hakim İlahi qanunları əsas tutaraq müsəlman ümmətini zalım hakimə qarşı səfərbər edər və mübarizə yolu ilə haqlarını tələb etmələrinə çağırar.
2- Müsəlmanlara rəhbərlik edən şəxs dinsiz və bidətçilərin İslama qarşı hazırladıqları planları üzə çıxarıb Quran və Peyğəmbər (s)-mın sünnətində bidətləri yol verilməsinə imkan verməz.
Rəhbərlikdən uzaq düşmək.
Əgər müsəlman ümməti Peyğəmbər (s)-dan sonra onun öz yerinə haqq olaraq təyin etdiyi canişinə tabe olsaydılar ondan sonra və indinin özünə qədər meydana gələn zülm və haqsızlıqlar bu qədər geniş yayılmazdı. Və nə zaman hır hansı bir haqsızlıq meydana gəlsəydi zəmanənin imamı dərhal onun qarşısını alar, zalımı öz haqlı cəzasına çatdırar, məzlumun da haqqını özünə qaytarardı. Əgər müsəlman ümməti belə bir böyük səhvə yol verməsəydi zülmkar qüvvələr bu dərəcədə müsəlmanlara hakim ola bilməzdi və istər əqidəvi məslələrdə olsun , istərsədə əməli saysız-hesabsız təhriflər meydana gəlməzdi. Əgər Peyğəmbər (s)-mın haqq canişini öz yerini tutsaydı tarixdə bu qədər qanlı-qadalı müharibələr , çəkişmələr və məzhəb ixtilafları meydana gəlməzdi.
Sual: Imam Zaman (ə) necə zühur edəcəkdir? O zühur etdikdən sonra İslamın hökmləri dəyişiləcəkdir yoxsa əvvəlki illərdə olduğu kimi üz qüvvəsində qalacaqdır?
Belə ki, nəql olunan rəvayətlərdən belə məlum olur ki , İmam Zaman (ə) zühur etdikdən sonra yer üzündə baş alıb getməkdə olan zülmə , haqsızlıq və ədlətsizliyə son qoyacaq və yer üzündə ədaləti bərqərar edəcəkdir.Yer üzündə bərqərar olunacaq haqq-ədalət necə , bütün bunlar bəşər övladının ixtiyar və azadlığı ilə olacaqdır yoxsa onlardan bütün ixtiyarat alınacaq və haqq-ədalət möcüzəvi şəkildə bərqərar olunacaqdır? O,haqq-ədalətə bir dəfəyə nail olucaq yoxsa bunun üçün müəyyən dövr keçməlidir? Yer üzündə bərqərar olunacaq haq-ədalət bütün dövlətlərə və bütün insanlara aid olunacaq yoxsa ayr-ayrı fərdlərə?
Cavab: Müqəddəs İslam dininin zəruri və dəyişilməz prinsiplərindən biri də onun əbədiliyidir. Yəni , Həzrəti Məhəmməd ibn Abdullah (s) bəşəriyyət üçün göndərilmiş sonuncu peyğəmbərdir və ondan sonra bəşəriyyətə peyğəmbər göndərilməyəcəkdir. Quran da bəşəriyyəti haqqa hidayət olunması üçün göndərilən və ilk öncə Həzrəti Məhəmməd (s) və ondan sonra məsum imamalar tərəfindən inasanlara açıqlanan son İlahi kitabdır. Quran qiyamət gününədək bəşəriyyətin mənəvi həyatı ilə əlaqəli olan bütün suallara cavab verən yeganə səmavi kitabdır. Buradaki hökmlər ya ümumi və ya xüsusi qaydada insanlara bəyan olunur. Ali-İmran surəsinin 85-ci ayəsinə diqqət yetirin. Orada buyururlur:
وَمَن يَبْتَغِ غَيْرَ الإِسْلاَمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ
(Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!)
Başqa bir ayədə buyururlur:
وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ
(Allahın Rəsulu(elçisi) və peyğəmbərlərin sonuncusudur.) (Əhzab/40)
Qeyd olunan ayələr bir rəvayətə görə Peyğəmbər (s)-mın ömürünü son günlərində , başqa bir rəvayətə görə Qədir-Xum günü nazil olmuşdur.
Hökmlərin dəyişilməsi iddianın batil olmasında xəbər verir
.
Deməli, əgər bir şəxs zəmanənin imamı kimi zühur edib müxtəlif əraziləri fəth edərək heyrətamiz və xariqüladə işlər görsədə İslamın hökmlərindən birini qüvvədən salıb başqa birisini qüvvəyə mindirərsə bu onun saxtakarlığından xəbər verəcəkdir.
Bir sözlə Həzrəti Mehdi (ə) zühur etdiyi zaman İslamın hal-hazırki qanunları ilə hökm çıxaracaq və əlimizdə olan Quranın göstərişlərinə əməl edəcəkdir. Müsəlmanlar indinin özündə necə ibadət edirlərsə onun zühuru zaman eləcə ibadət edəcək və heç bir dəyişikliyə yol verməyəcəklər. İslamın zühur etdiyi ilk illərdə xüms , zəkat , cihad və dinin digər göstərişlərinə necə əməl olunmuşsa İmam Zaman (ə)-mın zühuru zamanıda eləcə əməl olunacaqdır.
Ədalətin ixtyari və tədrici yolla bərqərar olunması
.
Amma o ki qaldı İmam Zaman (ə)-mın zühuru zamanı haqq-ədalətin necə bərqərar olunmasına şübhəsiz ki , bütün bunlar cəmiyyət üzvlərinin tam ixtiyar və azadlığı ilə tədrici olaraq həyata keçəcəkdir. Dediklərimizə bir qədər aydınlıq gətirmək istəsək deməliyik ki, bəşər övladından savayı Allahın yaratdığı bütün məxluqat yarandığı andan ömürünün sonunadək heç bir ixtiyara malik olmur və təkamül mərhələsini icbari olaraq qət edirlər. Hətta bəşər övladının ilkin yaranma mərhələsi (yəni, nütfənin ana bətnində formalaşmasında) onun rol və təsiri olmadan həyata keçır.
İnsan müəyyən ixtiyar və azadlığa malik olsada dünyaya gəlişi , uşaqlıq , yetginli , cavanlıq və qocalıq kimi mərhələləri qət etməsi onun heç bir təsiri olmadan həyata keçır və o bu təbii prosesdə digər canlılarla müştərək xüsusiyyətə malk olur.
Lakin insanın mənəvi və ruhani təkamülü onun öz ixtiyarından asılıdır. Yəni mənəvi təkamülə və səadətlə dolu həyata yalnız bütün əqidəvi və əməli məsələlərdə haqq-ədalətə riayə etməklə nail ola bilər. Başqa sözlə desək dediyi hər bir sözdə və gördüyü hər bir işdə haqq-ədaləti əsas meyar qərar verməli və İslamın təyin etdiyi qayda-qanunlar çərçivəsindən qırağa çıxmamalıdır . İnsan əməl və əqidəsində tam azad və muxtar varlıqdır. Bu isə o deməkdir ki, o haqq-ədalət və ya zülm və haqsızlıq yolunu seçməkdə heç bir məcburiyyətə və zorakılığa məruz qalmır.
Allah-Təala insanı elə yaratmışdır ki, haqq-ədalət yolunu seçməkdə tam azad və muxtar olsun və kimlərinsə və ya nələrinsə təziqinə mərus qalmasın. Bu Allahın bəşər övladı üçün təyin etdiyi dəyişilməz bir qanundur. Onda nə bir dəyişiylik olunar nədəki əskiylik. Əhzab surəsinin 62-ci ayəsində bu mətləbə toxunular buyururlur:
سُنَّةَ اللَّهِ فِي الَّذِينَ خَلَوْا مِن قَبْلُ وَلَن تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا
( Allahın (onlardan) öncə gəlib-getmişlər (münafiqlər) haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən! )
Zorakılıq tətbiq etmədən yer üzündə haqq-ədalət necə bərqərar olunacaq?
Buradan belə bir sual meydana gəlir. İnsanların , xüsusilə güc və qüdrət sahiblərinin bir çoxu zülm və ədalətsizliyə yol veridyi bir halda onlara qarşı zorakılıq tətbiq etmədən haqq-ədaləti necə bərqərar etmək olacaq? Qanuna məcburi təbeçilik olmadan milyonlarla məzlumun hüququnu qorumaq necə mümkün olacaq?
Cavabında deyirik: Əgər zəmanənin müasir silahlarından istifadə edərək yer üzündə haqq-ədalət bərqərar etməyə və zülmkarların kökünü kəsməyə qərar verilərsə sözsüz ki, bu iş qeyri mümkün olacaqdır. Lakin əgər milətlər zülmkar qüvvələrə qarşı birləşib eyni amal uğrunda yəni haqq-ədalət uğrunda mübarizə apararlarsa bir çox dövlətlərdə olduğu kimi bu iş mümkün hala çevriləcəkdir. Deməli , millətlər zülm və haqsızlığa qarşı çıxıb onun kökünü kəsməyə hazır olmayana qədər İmam Zaman (ə)-mın zühuruna heç bir lazımi şərait yaratmazlar.
İmam Zaman (ə)-mın zühurnda əqli təkamül
.
Uzun illər zalım istismarçı dövlətlərin əsarəti altında qaldıqdan sonra azadlığa çıxan insanlar haqq-ədalətin , zalımın öz layiqli cəzasına çatmasını və məzlumun öz haqqına çatmasının canlı şahidinə çevrilirlər. İmam Baqir (ə)-dan bu məzmunda nəql olunan hədisə diqqət yetirin: (İmamımız zühur etdikdən sonra Allah-Təala Öz mərhəmət əlini bəndələrinin başları üzərinə çəkər ki, şüur və düşüncələri eyniləşib qarşılarına qoyduqları məqsədə naminə dahada kamilləşsinlər.)(Üsuli-Kafi/Ağil fəsli,21-ci hədis)
Dediklərimizin xülasə və nəticəsi
.
Deyilənlərdən bir neçə nəticə əldə etmək olar:
1-Rəhbərlik və imamət deyildikdə müsəlman ümməti üzərinə olan içtimai rəhbərlik nəzərdə tutulur. Bu isə o deməkdir ki, müsəlmanlar hamı bir nəfər kimim ona tabe olmalı verdiyi bütün göstərişi yerinə yetirməli və öz şəxsi rəy və istəklərinə göz yummalıdırlar
Peyğəmbər (s) Qədir-Xum çölündə özündən sonra Əli(ə) və Əhli-beytin rəhbərliyinə işarə etdikdən sonra orada iştirak edənlərdən biri soruşur. Sizin layiq olduğunuz rəhbərlik hansı rəhbərlikdir? Peyğəmbər (s) cavabında buyurur: İstər bəyəndiyiniz olsun, istərsədə bəyənmədiyiniz eşidib tabe olmalı olduğunuz rəhbərlik. Yəni eşitdiyiniz hökmlər sizin meyl və istəklərinizə uyğun olsada, olmasada ona tabe olmalı və etiraz etməməlisiniz.
2- İtaət olunması vacib olan imam , Peyğəmbər (s) tərəfindən təyin olunan on iki imamdır. İman Zaman (ə)-mın zamanında isə bu vəzifə bir qədər əvvəl qeyd olunan bütün şərait və xüsusiyyətlərə cavab verən ədalətli alimin üzərinə düşür.Çıxarılan hökmlərdə məsum imama itət etmək nəqədər vacib və zəriridirsə İmam Zaman (ə)-mın qeybə çəkildiyi dövrdə də lazim olan xüsusiyyətlərə malik olan ədalətli alimə də itaət etmək bir o qədər vacib və zəruridir.
3- İmam Zaman (ə)-mın zühurundan ən başlıca məqsəd yer üzündə haqq-ədaləti bərqərar etməkdir. Zülmkar və istismarçı qüvvələrin aradan getməsi İmama Zaman (ə)-mın zühurunun müqəddiməsini təşkil edir və o bunu həyata keçirir. Bu isə zülmə məruz qalan millətlərin birlik və həmrəyliyə nail olduqları zaman mümkün olacaqdır.
4- Haqq-ədalətin tədrici olaraq bərqərar olması insanların dünya baxışlarının və tərzi-təfəkkürlərinin inkişaf etməsi mənasindadır. İmam Zaman (ə)-mın zühurundan sonra isə bunun nəqədər davam edəcəyi yalnız Allaha məlumdur.
5- İçtimai ədalətin bərqərar olunması.
İçtimai ədalətin bərqərar olunması deyildikdə cəmiyyətlə əlaqəli olan içtimai,iqtisadı,mədəni və hüquqi bərabərliyin bərqərar olunması nəzərdə tutulur.
Buna nail olmaq üçün fərdi ədalətə riayət etmək də ən mühüm məsələlərdəndir.Yəni hər bir insan həyatı boyu , istifadə etdiyi məişət əşyalarında,yemək-içməkdə , geyimdə , və nəqliyyat vasitələrində nə ifrata vararaq həddini aşmamalı , nədə ki lazımı olduğundan az istifadə edərək özünü onlatdan məhrum etməməlidir. Hər bir fərdin belə bir xüsusiyyətə malik olması isə yalnız güclü iman və təqva səyəsində müyəssər olur.
Kitabın 55-ci sualına verilən cavaba olunan əlavələr.
Müsəlman dünyasına tutulan əsassız iralardan biri də onun təbiət qanunları ilə əyaqlaşmaması ilə əlaqəlidir.
Günəş İslamı xətərlə üz-üzə qoyur..........
.
Sual: İslam ümumbəşəri bir din olduğu bir halda necə ola bilər ki, onun namaz və orucluq kimi vacib göstərişlərinə dünyanın bəzi yerlərində əməl etmək mümkün olunmasın?
Cavab: Bildiyimiz kimi şimal və cənub qütblərinin elə yerləri vardır ki, orada gecə ilə gündüz altı ay davam edir. Məlum məsələdir ki, bu kimi yerlərdə nə gündəlik namazların vaxtını müəyyən etmək olar nədə ki, Ramazan ayının orucunu. Əgər siz pak əqidəli müsəlman olsanız və ibadi əməllərinizi diqqətlə yerinə yetirib dua etsəniz heç vaxt Ramazan ayında yolunuz o yerlərə düşməz. Bildiyimiz kimi təxminən İyul və Avqust aylarında günəş həmən məntəqədə qürub etmir. Hətta yaşayış üçün yararlı olan Filandiya kimi ölkədə belə Avqust ayında demək olar ki günəş qürüb etmir , qürub etdiyi çox az müddətdə belə iftar etməyə əsla vaxt omur. Bu səbəbdən də müxtəlif səbələr üzündən orada yaşayan müsəlmanlar olduqca ağır şəraitlə qarşılaşırlar. Belə olduğu bir hlada onlar ne etməlidirlər? Ramazan ayını yemək yemədən və bir şey içmədən bütün ayı oruc tutmalıdırlarmı? Sözsüz ki bu olası bir şey deyildir. Bəs nə etməli? Ramazan ayının orucunu tutmamaqla dinin zəruri hökmlərindən birini yerinə yetirməmlidirlərmi? Yerli əhali məsələnin həlli üçün Misir alimlərinə müraciət etsələrdə onlar da hər hansı bir tutarlı cavab verə bilmirlər.
Lakin vaxt aşırı bu barədə bizə də sual verirlər. Və biz heç bir çətinlik məkmədən sualın cavabında deyirik.
Bu kimi yerlərdə nə günəş İslamı xətərlə üz-üzə qoyur , nədəki orada yaşayan müsəlmanlar bir ay tamam oruc tutmurlar. Bşqa sözlə desək buna yol verməklə canlarına sui-qəsd etməməlidirlər . Onlar Ramazan ayını orucunu da tutmalı və bu İlahi göstərişə çətin məsələ kimi baxmamalıdırlar. Çünki istər əhli-sünnə alimləri olsun, istərsə şiə alimləri bu məsələnin qarşısında aciz qalmamış və öz tutarlı caabları ilə məsləyə aydınlıq gətirmişlər. Əgər şəriət kitablarında nəzər salmış olsaydılar onların bu barədə verdikləri fitvalara rast gələrdilər. Lakin daim İslama irad tutan və bu kimi məsələrə həll olunmaz məsələ kimi nəzər salan şəxslərin din alimlərindən uzaq olmaları qeyd olunan məsələləri onların nəzərdində olduqca çətin və həll olunmaz məsələyə çevirmişdir. Məlum məsələdir ki , bu məsələ tək orucluqla deyil ,bəlkə gündəlik namazlar və dinin sair hökmlərində də özünü biruzə verir və həll olunmasını tələb edir. Məgər tək bir ayda bir günün ibadəti olan bir neçə rükət namazı qılmaq olarmı? Məgər gecə və gündüzü altı ay davam edən bir yerdə 17 rükətlik namazla kifayətlənmək olarmı? Əlbətdə ki xeyr! Amma İslama bu kimi yersiz iradlar tutan şəxslərin bununla nə demək istədiklərini və məqsədlərinin nə olduğunu bilmək olmur. Məgər Fillandiya , cənub və şimal qütbdə gündüzlə ayın altı ay daam etməsi tək İslam üçün çətinlik yaradırmı? Qeyri müsəlman millətlərə təbiətdəki belə bir qeyri adilik çətinlik yaratmırmı? Məgər bütün bunlar məsihi və yəhudi dinlərinə mənsub olan şəxslərin şənbə və bazar günlərində keçirdikləri ibadi mərasimlərinə öz təsiri göstərmirmi? Lakin zaman və məkanın bütün tələblərinə cavab verən müqəddəs İslam dini bu məsələnin də qarşısında aciz qalmamış və onun məntiqi şəkildə həll etmişdir. Amma məsələyə aydınlıq gətirməzdən əvvəl üç mühüm məsələyə toxunmaq istəyirik.
Şimal və cənub qütblərində gecə ilə gündüzün qarışması
.
1- Gecə ilə gündüzün 24 dörd saatdan artıq davam etməsi tək Fillandiya ölkəsinə deyil , 66,5 dərəcədə qərar tutan bütün ölkələrə aiddir.
Başqa sözlə desək əsas nöqtəsi şimal və ya cənub qütbdə yerləşən və 66,5 dərəcə ilə 90 dərəcə arasında qərar tutan ölkələrin hamısında gecə ilə gündüz uzun müddətli olur.
66,5 dərəcədən yuxariya qalxdıqda isə gecə ilə gündüz dahada uzun müddətli olur. Məsələn, Fillandiyanın təxminən 70 dərəcədə qərar tutan şimal qütbündə gündüz 65 gün davam edir. Daha dəqiq desək İyun ayının 21-dən başıayaraq Avqust ayının 21 qədər davam edir. 74 dərəcəli məntəqyə çaqtdıqda isə bir gün üç ay davam edir. Daha dəqiq desək Aprel ayının 4 dən Avqust ayının 4 –nə qədər davam edir.Eyni zamanda həmən məntəqənin müqabilində 3 aylıq gecə payızın ortasında qışa qədər davam edir.
Beləcə şimala doğru hərəkət etdikcə uzun müddət davam edən yay və qiş fəsilləri dahada uzanır və bu 90 dərəcəyə çatana qədər davam edir. Deməli,yer kürrəsinin bu məntəqəsində yalnız 6 aylıq gecə və 6 aylıq gündüz müşahidə olunur. Lakin diqqət yetirsəniz görəcəksiniz ki, iki 6 aylıq bu müddət heçdə tamamilə dəqiq deyildir. Çünki , şimal qürbündə gündüzün uzunluğu 6 ay bir neçə gün gecənin uzunluğu 6 ay bir neçə gün davam edir. Cənub qütbdə isə bütün bunların əksi müşahidə olunur.
66,5 dərəcə ilə 90 dərəcədən yuxarıda qərar tutan məntəqələrə isə ,,şimal qütbü” deyilir ki, bu yerlərin sakinləri də olduqca azdır .Fillandiya , Norveç , İsveç və Rusiyanın müəyyən əraziləri həmən məntəqələrə aiddir. Son zamanlar bir sıra dövlətlərin elmi heyətləri şimal və cənub qütblərə gedərək orada elmi tədqiqatlar aparmışlar. Məhz bu insanları o yerlərin müvəqqəti sakinləri adlandırmaq olar. Lakin necə olursa olsun əgər bir nəfər şəxs bu kimi məntəqələrə istər müvəqqəti olsun , istərsədə qısa müddətli vaxta getmiş olarsa onun şəri məsələləri həll olunmalı və qarşına çıxan suallara cavab verilməlidir.
66,5 dərəcədən aşağıda qərar tutan məntəqələrdə isə ilin bütün günlərində gecə və gündüz biri-birini əvəz edir. Lakin hər ikisinin yəni gecə ilə gündüzün bərabər olduğu vaxt baharın ilk gününə , daha dəqiq desək mart ayının 20-21 günlərinə təsadüf edir. İlin qalan günlərində isə gecə ilə gündüz zaman baxımından biri-birindən fərqli vaxtları əhatə edir. Gecə ilə gündüzün hər zaman bərabər olduğu məntəqə varsa o da hər ikisinin 12 saat davam etdiyi ekvator xəttidir.Və istər yay fəsili olsun istərsədə qış fəsli bu məntəqədə gecə ilə gündüz zaman baxımından biri-birindən əsla fərqlənmir.
Şimal və cənub qütblərində gündüzlə gecə yarısının müəyyən olunması.
2-Bu mövzu ilə əlaqəli olan və böyük əhəmiyyət kəsb edən məsələlərdən biridə günəşin qürub etmədiyi məntəqələrdə başqa sözlə desək gecə yarısına qədər qürub etmədiyi yerlərdə daim üfüqdə hərəkətdə olması ilə əlaqəlidir. Belə ki, günəş hər 24 saatdan bir üfüqü başdan ayağa bir dəfə dövr edir. Əslindədə hərəkətdə olan günəş deyil , yer kürrəsi olsada belə nəzərə çarpır ki, hərəkəti edən günəşin özüdür.
Yəni əgər siz günəşin həmin ayda Fillandiyanın günəşin qürub etmədiyi məntəqəərində olsanız günəşin kəmrəng həmdə üfünqün kənaraında saatın əqrəbi tək 24 saat ərzində dairəvi olaraq hərəkətdə olduğunu görərsiniz. Bu müddət ərzundə günəş yavaş-yavaş şərqdən cənuba , oradan qərbə , oradan isə şimala daha sonra yenidən şərqə tərəf hərəkət edərək tam bir dövrü yerinə yetirir.
Lakin diqqət yetirmək lazımdır ki , günəş daim üfüqün kənarında görsənsədə onun üfüqlə olan fasiləsi 24 saat ərzində heçdə eyni olmur.Yəni , günəş bir qədər yuxarı və ya özünün ən yüksək zirvəsinə qalxıb yenidən üfüqə tərəf aşağı enərək özünün ən aşağı səviyyəsinə enir və bundan sonra yenidən yuxarıya doqru hərəkət edir. Günəşin belə bir yer dəyişməsi onun yerin ətrafına 23,5 dərəcəlik əyilməsindən ibarətdir. Bu hesablmaya əsasən günəş özünün ən son zirvəsinə çatdıqda günün tam yarısı hesaba alınır və belə olduqda günəş düz meredianda qərar tutur.
Daha dəqiq desək bu kimi məntəqələrdə günəş özünün ən yüksək zirvəsinə çatdıqda günorta,ən aşağı yüksəkliyinə endikdə isə gecə yarısı hesablanır . Orada az yüksəklikdə müşahidə olunan günəş yenədə oranın gecə yarısını müəyyən edir.
Məlum məsələdir ki, bu kimi məntəqələrdə havanın işıqlığı eyni olmur. Belə ki, günəş özünün ən yüksək zirvəsinə qalxdıqda daha dəqiq desək günorta vaxtı olduqda hava tamamilə işıqlı olur , aşağı endikdə və üfüqə yaxınlaşdıqda isə hava azacıq qaralır və adı məntəqələrdə qürub vaxtına yaxın olan zamana bənzəyir. Bütün bunları nəzərə alaraq həmən məntəqələri əhalisi günün bu vaxtlarını axşam çağı qərar verir və beləcə adi məntəqələrdə olduğu kimi olmasada yerli əhali özü üçün gündüz və gücə vaxtlarını müəyyən edir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, bu kimi məntəqələrdə gündüzün və gecə yarasının vaxtını dəqiq müəyyən etmək olduqca rahat və sadədir. Belə ki, hər bir şəxs yerə bir metr uzunluğunda çubuq basdıraraq həm gündüzün,həmdə gecə yarısının dəqiq vaxtını müəyyən edə bilər. Yəni , yerə basdırılan çubuğun kölgəsi ən qisa həddə çatdıqda gecə yarısını müəyyən etmək olar.
Şübhəsiz ki soruşacaqsınız: 6 aylıq işıqlı havada gündüzü və gecə yarısını müəyyən etmək bizim üçün olduqca asandır , bəs 6 aylıq gecələrdə necə olsun ? Cavabında deyirik: 6 aylıq işıqlı havada günəş üfüqdə necə hərəkət edirsə gecələrdə də ulduzlar üfüqn ətrafına eyni hərəkəti edirlər. Daha aydın desək bu kimi məntəqələrdə ulduzlar çox az qürub edirlər. Belə ki , belə nəzərə çarpır ki,onlar dairəvi olaraq üfüqün ətrafina dövr edirlər.(Əlbətdə hərəkətdə olan uldualr deyil,yerin özüdür). Lakin günəşdə olduğu kimi onların da hərəkəti eyni zamanda başa çatmır.Yəni əgər üfüqdə hər hansı bir ulduzu nişana alarıqsa bilməliyik ki , özünün ən yüksək zirvəsinə çatdıqda mütləq meredianda qərar tutacaq, bununlada günorta vaxtını , özünün ən aşağı səviyyəsinə endikdə isə gecə yarısını müəyyən edəcəldir. Bunu da nəzərdən qaçırmamalıyıq ki, bu kimi məntəqələrdə havanın qaranlığı 24 saat ərzində heçdə bərabər olmur. Belə ki , bəzən adi məntəqələrdə axşam üstü kimi hava azacıq işıqlı olur və bununlada günortanın vaxtını müəyyən edir , sonradan isə hava tamamilə qaralır və bununlada gecə vaxtı müəyyənləşdirilir.Qeyd olunanlardan belə bir qənaətə gəlmək olur ki , şimal və cənub qütblərində 6 aylıq gecə və ya gündüzlərdə günorta və gecə yarısını müəyyən etmək artıq heç bir çətinlik yaratmır və bu məsələ artıq öz həllini tapmışdir.
Orta vaxtın müəyyən olunmsaı
.
3-Gələcəkdə meydana gələcək sualın açıqlanması üçün qeyd etməli olduğumuz məsələlərdən biri də fiqhi nöqtei nəzərdən meydana gələn heç bir məsələnin cavabsız qalmamasıdır. Başqa sözlə desək müqəddəs İslam dininin qanunları o qədər mükəmməldir ki, qarşıya çıxan heç bir məsələni cavabsız qoymur. Və bu heçdə adi iddia deyildir. Belə ki , İslam dininin qanunları ilə yaxından tanış olanlar bu həqiqətə olduğu kimi dərk edir və gündəlik həyatlarında bunun şahidi olurlar. Sadəcə olaraq şəri məsələlər iki dəstəyə bölünürlər.
1- Birinci dəstəyə aid olan məsələlərin hökmü yalnız özünə məxsusdur və İslami mənbələrdən onların hökmü açıq-aşkar şəkildə bəyan olunur.
2- İkinci dəstəyə aid olan məsələlər üçün isə xüsusi höklər müəyyən olunmamışdır və bunun üçün İslamın ümumi qanunlarına müraciət edərək lazımi hökm çıxarmaq lazımdır.
Bu o deməkdir ki , İslamda elə bir ümumi qayda və qanunlar vardır ki, onlara müraciət etməklə hələ qarşıya çıxmayan və əvvəlcədən müəyyən etmək mümkün olmayan məsələləri həll etmək olur.Və qayda-qanunlar o qədər geniş və çoxşaxəlidir ki , hər hansı bir məsələ elmi nöqteyi nəzərdən kənarda qalmır.
Haqqında söhbət açdığımız mövzu da ikinci dəstəyə aid olan məsələlərdəndir ki, həmən qayda və qanunlara müraciət etməklə yetkin fikirə gəlib dəqiq və məntiqi hökm çixarmaq olur.Biz burada başa düşülməsi çətin olan qəliz fiqhi terminlərdən istifadə edib əziz oxucuları yormaq fikirində deyilik. Lakin dediklərimizə aydınlıq gətirmək üçün şəriətin bizlərə təqdim etdiyi ümumi qayda-qanunlardan istifadə edərək necə hökm çıxarıldığını bəyan etmək istəmirik. Sadəcə məsələnin şəri hökm olaraq sübutunu təşkil edən ümumi qanuna işarə etsək daha məqsədə uyğun olar.
Əvvəla bunu bilmək lazımdır ki, İslamın bütün göstərişləri adi insanların adı həyat tərzinə aiddir. Və əgər kimlərsə bu kimi adi şərait hüdudlarından çıxarlarsa belə olduqda adi insanların tabe olduqları qayda-qanunlara tabe olmalı və öz dini ayınlərini onlar kimi yerinə yetirməlidirlər. Məsələn, hamıya məlumdur ki, dəstəmaz alarkən hər bir insan adı halda üzünü sağ əli ilə başının tük bitən yerindən çənəsinə qədər yumalıdır.Amma əgər kiminsə saçı adi insanlarda olduğu kimi olmazsa, yəni ya qaşlarına qədər bitmiş olarsa və ya əksinə olaraq başının ortasına qədər keçəl olarsa dəstəmaz almaq istərkən üzünü başının ortasından və ya qaşlarından deyil, adi insanlar üzlərini necə yuyurlarsa onlarda elə yumalıdırlar. Başqa bir misal çəkək. Şəri göstərişə əsasən kür suyunun miqdarı eni , uzunluğu və dərinliyi üç qarış yarım olan yerlə götürülür. Ola bilər ki kiminsə qarışı həddindən artıq kiçik və ya həddindən artıq böyük olsun , bu kimi hallarda da kür suyunun miqdarı onların qarışı ilə deyil,adi insanların qarışı ilə götürülür. Bütün bunlar nəzərə alınaraq bütün şəri məsələlər adi insanların bacarıq və xüsusiyyətlərinə əsasən verilir.Bu ümumi bir hökmdür və onun müəyyən yönüm və xüsusiyyətləri yoxdur. Fiqh alimləri belə bir ümumi qanundan istifadə edərək cənub və şimal qütbündə yaşayan şəxslərin bu kimi şəri məsələləri ilə maraqlanmış və onlara bütün şəri məsələləri adi yerlərdə oluğu kimi yerinə yetirmələrinə dair fitva vermişlər.Yəni cənub və şimal qütbündə yaşayan şəxslər adi yerlərin üfüqünə müraciət etməli və bu yolla şəriət məsələlərini adi qaydada yerinə yetirməlidirlər. Məsələn, əgər Ramazan ayı adi yerlərdə yay aylarına düşüb orucluq vaxtı 15,və ya qış aylarına düşüb 12 saat davam edərsə cənub və şimal qütblərin sakinləri də yaşadıqları yerlərdə gecə və gündüz 6 ay davam etməsinə baxmayaraq oruc namazlarını adi yerlərini şəri vaxt ölçüsü ilə nizamlamalı və beləcə üzərlərinə düşən şəri vəzifələri lazımı qaydada yerinə yetirməlidirləl.
Göründüyü kimi bu kimi məsələlərin həlli bəzilərinin nəzərində qeyri mümkün görünsədə ümumi şəriət qanunları ilə asanlıqla həll olunmuş və heç bir qaranlıq məqama yer qalmamışdır.
Son nəticə.
Verilən açıqlamalardan belə məlum olur ki , cənub və şimal qütblərində yaşayan şəxslər gündüzlər 6 ay davam etdiyi üçün heçdə Ramazan ayında iftarsız oruc tutmamalı və bir ay ərzində yalnız bir neçə rükət namaz qılmamalıdırlar . Bəlkə onlar gecə ilə gündüzün adi qaydada biri-birini əvəz etdiyi yerlərin şərin vaxt ölçüsünu əsas tutaraq bütün şəri məsələlərini o yerlərdə olduğu qaydada yerinə yetirməlidirlər.Və bunu da qeyd etdik ki, bu kimi yerlərdə əldə heç bir vasitə olmadan günorta vaxtını günün hərəkəti ilə tam dəqiqliklə müəyyən etmək olur . Daha dəqiq desək günəşin üfüqün ən aşağı nöqtəsi ilə ən son hündür nöqtəsini nəzərə alaraq adi ağacın kölgəsi ilə müəyyən etmək olur . Günəşin kölgəsi çəkildiyi zaman isə hər iki namazın vaxtı daxil olur.Günorta vaxtı təyin olunduğu kimi gecə yarısı da günəşin üfüqdə özünün ən alçaq nöqtəsinə çatdığı zaman müəyyən olunur. Və beləliklə məğriblə işa namazlarının vaxtı daxil olmuş olur. Deməli , heç bir vasitəyə ehtiyac duyulmadan hər beş vaxt namazın vaxtları günəşin hərəkəti ilə asanlıqla müəyyən olunur.
Eyni qaydada gündüz və gecələrin uzunluğu və ya qısalığı havanın işıqlığı və ya qaranlığı ilə müəyyən olunur.
İslamda köləlik
Bu məqalə Məhəmməd Qütb tərəfindən yazılaraq İslam və ziyalıların yalnış düşüncələri adlı kitabda dərc olunmuşdur.
Köləlik kommunistlərin və İslam dininə qarşı qərəzli mövqe tutan üzdən iraq ziyalıların müqəddəs İslam dininə qarşı tutduqları ən əsassız iradlardan biri olmuş onlar bununla cavan və yeniyetmə nəsilin zehnində bu İlahi dinə qarşı şübhə yatarmağa çalışmışlar.Onlar deyirlər. Əgər İslam dini müsəlman rəhbərlərinin iddia etdiyi kimi bütün zaman və məkanların tələblərinə cavab verəcəək bir din olsaydı heç vaxt köləliyi rəsmi olaraq nə tanıyar nə də qəbul edərdi. Yox əgər İslam, din olaraq muəyyən bir dövr üçün göndərilmişsə onda öz misiyasını yerinə yetridikdən sonra kənara çəkilərək tarixi sənədə çevrilməlidir.
Məlum məsələdir ki ,bu kimi yalnış tərzi-təfəkkürlərin meydana gəlməsi ilə cavanların bəzilərində İslam dininə qarşı şübhə hissi yaranmağa başlayır. Onlarda belə bir sual meydana gəlir. İndiki İslam Allah tərəfindən göndərilmiş bir dindir onda bəs nə üçün köləlik rəsmi olaraq tanınmış və qəbul olunmuşdur? Ədalət və bərabərlik şüarını verən və qanunlarının hamıya eyni səviyyədə şamil olduğunu bəyan edən bir din köləliyə dair xüsusi qayda və qanunlar tərtib edərək nə üçün ona dəstək olmuşdur? Doğurdanmı Allahın istək və iradəsi insanların iki hissəyə, yəni ağa və köləyə bölünməsini və ağaların sahib olduqları kölələrə hökm etmələrini tələb etmişdir? Qurani –Kərimdə (Biz adəm övladına izzət və şərəf verdik)-buyurduğu bir halda nə üçün bir dəstə insanın qul bazarlarında əşya kimi satılmasına və quldarların onlarla istədikləri kimi rəftar etmələrini imkan vermişdir? Yox əgər Allah-Təala buna razı deyilsə onda nə üçün Qurani Kərimdə qumarı , zinanı , şərabı haram etdiyi kimi köləliyi də haram etməmişdir?
Şübhəsiz ki,hər bir müsəlman İslam dininin haq olduğunu bilir və bunu əsaslı olaraq qəbul edir. Həqiqi müsəlman İbrahim peyğəmbər tək qəlbinin rahatlıq tapması üçün daimi araşdırmada və qarşısına çıxan suallara cavab tapmaq istər.Onlardan , islam dini haqdırmi?- deyə soruşsan fikirləşmədən deyərlər. Əlbətdə haqdır! Sadəcə olaraq qəlbimizin rahatlıq tapmasını istəyirik.
Lakin belə bir yalnış tərzi-təfəkkür üzdəniraq ziyalılar tərəfindən istismar olunan cavanlara tətbiq olunar və onlarda haqqın öz yerini tapacağına səbr etmədən nəfsani istəklərinə tabe olaraq İslam dininə qarşı bədgüman olub onu köhnəlmiş və tələbata cavab verməyən din hesab edərlər.
Onların havadarları olan kommunistlər,xüsusilədə onların ,,dərin biliyə’’- malik olduğunu iddia edən şəxslər özlərinin yeni elmi nailiyətərə nail olduqlarını güman edər, başqalarını isə mübahahisəyə layiq belə görməzlər. Heç bir mənəvi dəyərlərə qiymət verməyən materialistlər insan həyatının bir neçə icbari iqtisadi mərhələyə bölür onun özünün də aşağıdaki mərhələdən ibarət olduğunu hesab edirlər.
1- İbtidai icmal dövrü. 2- Quldarlıq dövrü. 3- Feodalizm dövrü.4- Sərməyadarlıq dövrü. 5- Kommunistlərə gərə dünyanın sonu ilə nəticələnəcək ikinci iştirak dövrü.
Belə bir tərzi-təfəkkürə malik olanlar hesab edirlər ki , bu vaxta qədər bəşər övladının tanış olduğu və qəbul etdiyi əqidə və düşüncə tərzləri ya iqtisadi xarakter daşıyaraq eyni kökdən nəşət tapmış və ya hansısa iqtisadi cərəyan nəticəsində meydana gəlmişdir ki, öz mühit və şəraiti ilə həmahəng olmuşdur. Lakin üzümüzə gələn əsirlərdə zamanın tələblərinə cavab verə bilməyəcəkdir. Elə bu səbəbdən də yer üzündə elə bir quruluş olmamışdır ki, bəşər övladının bütün tələblərinə cavab vermiş olsun. Komunistlərin fikirncə İslam dini zühur etdiyi zaman bəşər övladı quldarlıq dövrünün son , feodalizmin isə ilk dövrlərini yaşayırdı. Onun təqdim etdiyi qayda-qanunlar da o dövrdə baş verən içtimai dəyişiklər ilə uyğun idi. Elə bu səbəbdən də çarəsizlik üzündən quldarlıqla feodalizmi rəsmi olaraq tanımalı olur. Çünki,həm din olaraq cəmiyyətdə meydana gələn cərəyanların və yeni iqtisadi nizam-intizamın qabaqlaya bilmir,həm də lazımi şərait yaranmadığı üçün yeni iqtisadi qanunlar da təqdim edə bilmirdi.
Kommunistlərin istinad etdikləri əsas dəlillərdən biridə özlərinə rəhbər tutduqları Karl Marksın cəmiyyətdə dini quruluşun bərqərar olunmasını qeyri-mümkün hesab etməsinə dair irəli sürdüyü fikirlərdir..
Kommunistlərin İslamdaki köləliyə tutduqları iradlar bunlardan ibarətd idi. Lakin onların tutduqları əsassız iradlara cavab verməzdən əvvəl içtimai və psixoloji baxımdan köləliyin tarixi və coğrafi həqiqət olduğunu diqqətlə araşdırmaq istəyirik. Çünki, məhz bu yolla həqiqəti və məsələnin nə yerdə olduğu üzə çıxar. Və artıq bundan sonra kommunist alimlərinin gətirdikləri dəlil və tutduqları iradların heç bir təsiri olmaz.
Yaşadığımız iyirmi birinci əsirdə köləlik məsələsinə nəzər saldıqda və onun insan al-veri kimi cinayətlərin kölgəsi altında aparıldığnı diqqətlə araşdırdıqda bunu son dərəcə qeyri insani davranış və heç bir əxalq normalarına sığmayan əməl olduğunun şahidi olarıq. Və istər-istəməz bizdə belə bir fikir yaranır ki , sağlam vicdan heç vaxt belə bir vəhşiliyə yol verməməli və heç bir halla onun qanuniləşdirməməlidir. Belə bir insani duyğunun təsiri altına düşərək öz-özümüzə deyirik.İslam köləliyi necə qəbul edə bilər?!
Bütü insani dəyərlərin keşiyində duran və haqq-ədalətin bərqərar olunmasına hər şeydən daha çox israrlı olan sonuncu İlahi din insani dəyərlərlə ziddiyətlik təşkil edən belə bir rəftar və davranışa necə razı ola bilər?! Bütün imkanları nəzərə almadan arzu edərdik ki , kaş İslm da köləliyi qadağan edib bizimdə düşüncə və qəlblərimizi rahat edəydi.
Lakin burada tarixi həqiqətlərin üzərində bir qədər dayanıb köləlik məsələsinə diqqətlə nəzər salmaq lazımdır. Məhz belə bir araşdırmalar nətisəsində bizə məlum olur ki,hələ eramızdan əvvəl qədim Roma imperatorluğunda kölələrə qarşı olan amansız və qeyri insani rəftar və davranışlar heç vaxt İslam dini tərəfindən qəbul olunmamış, əksinə olaraq tənqid atəşiinə tutulmuşdur. Belə ki, əgər Roma imperatorluğunda yaşayan kölələrin həyat tərzinə nəzər salarıqsa baxıb görərik ki , islam dini zühur etməklə tək adi insanların gündəlik həyatında deyil , bəlkə nisbi azadlığa malik olan kölələrin də həyatlarına böyük təsir qoymuş və demək olar ki , böyük bir inqilab yaratmışdır. Səhv olaraq İslamın kölələrin azadlığı naminə heç bir addım atmadığını desək belə bunu da nəzərdən qaçırmamalıyıq ki, Roma imperatorluğunda kölə kimi istifadə olunan insanlar heç bir azadlıq və hüquqa malik olmamış və onlarla insanlığa yaraşmayan tərzdə rəftar olunmuşdur.
İndinin özündə də hər şeydən əvvəl diqqət yetirməli olduğumuz məsələlərdən biri də bu məhrum təbəqənin hansı səbəblər üzündən belə bir acinacaqlı vəziyyətə düşmələrini araşdırmaq və bütün bunların mahiyyətini dərk etməkdir.
Məlum məsələdir ki,quldarlıq sair olkələrə özünü sivilizasiya mənşəyi hesab edən Roma imperatorluğu tərəfindən aparılan qanlı-qadalı müharibələr nəticəsində vüsət halını almışdır.
O müharibələr ki, bəşəriyyətin maadi və mənəvi inkişafı üçün deyil, yalnız hegemon Rum imperatorluğunun gücləndirilməsi və dünyadaki nüfüzunun dahada artırması üçün aparılmışdır. Bahalı paltarlar,minik vasitələri,ləziz yeməklər müxtəlif növ şərablar, gecələr səhərə qədər davam edən eyş-işrət məclisləri, meyxanələr,gözəl qadınlar, xanəndə və rəqqasələr, gözəl və dəbdəbəli saraylar rumluları qarətçiliyə dahada sövq edir və bütün bunları əldə etək üçün daha çox kölə saxlamağa vadar edirdi.
Güc və nüfuz əldə etdiyi ilk gündən Misir dövlətinə olunan saysıs-hesabsız yürüşlər,dövlət və yerli əhalinin amansızcasına qarət olunması dediklərimizə ən yaxşı misal ola bilər. Belə ki,biri digərindən çox var-dövlət əldə edən yürüşlər rumluları əldə etdikləri qənimətlərə dahada hərisləşdirir və onları məqsədlərinə çatmaq üçün mümkün qədər çox kölə saxlamağa vadar edirdi.
Əsir götürülən və sonradan kölələrə çevrilən çarəsiz insanlar heç bir hüquqa malik olmaz və onlarla ən pis tərzdə rəftar olunardı. Səhərdən axşamadək qaynar çöllərdə çalışan kölələr qaçmasınlar deyə ayqlarına zəncirlər bağlanar və gün ərzində acından ölməsinlər deyə azacıq yeməklə qidalanardılar. Bir neçə rum zadəganının əylənməsi və günlərini rifah içində keçirməsi üçün dörd ayaqlı heyvanlardan heçnə ilə fərqlənməyən misirli kölələr ayaqları zəncirli halda şallaq zərbələr altında 10-12 saat işləməyə məcbur olunurdular. Daha acınacaqlısı isə onların istirahət etdikləri yerlərdəki dözülməz şərait idi. Müxtəlif həşaratların məskun olduğu qaranlıq zirzəmilər misirli kölələrin istirahət yerləri hesab olunurdu .Əlli-altmış nəfərin yerləşdirildiyi bu zirzəmilərdə havasızlıq, üfunət və antisanitariya kölələrin elə oradaca dünyalarını dəyişməsinə səbəb olurdu.
Lakin bütün bunlar barədə nəqədər çox danışsaq belə rumlularin cinayətlərini vəsf etməkdən yenədə aciz qalarıq. Sonraki dövrlərə nəzər saldıqda da baxıb görəcəyik ki,rum zadəganlarının tətbiq etdikləri vəhşiliklər və törətdikləri cinayətlər avropanın digər dövlətləri tərəfindən irs aparılmış və haqq-ədaləti bərqərar etmək pərdəsi arxasında məzlum və çarəsiz millətlər üzərində tətbiq olunmağa başlanmışdır.Qədim Romada və onların işğal etdiklıri yerlərdə təşkil etdikləri qladiator döyüşləri və bəzi hallarda imperatorlarında iştirak etdikləri döyüşlər hamıya məlum olan acı həqiqətlərdəndir. Əvvəlcədən bu döyüşlərə hazırlanan döyüşcülər iti qılınc və nizələrlə silahlandırılaraq biri-birlərinin canına buraxılar, onlara tamaşa edən imperator və zadəganlar isə belə bir qeyri insani hərəkətlərdən zövq alardılar. Döyüş iştirakçilarından biri digərini yaraladığı və ya qətlə yetirdiyi zaman tamaşaçilar ayağa qalxaraq qalibi alqışlayar və sair iştirakçiları meydana gəlməyə sövq edərdilər. Qeyd olunanları nəzərə alaraq ,,mədəniyyət və sivilizasiya mənşəyi” olan Avropada xüsusilədə Romada köləliyə dair tətbiq olunan qayda və qanunlar barədə söhbət açmağa artıq heç bir lüzum görmürük. Belə ki, hüquqları taptanılan kölələrin səsini eşidən nə bir şəxs var idi nədə müdafiə edəcək bir qurum. Onların yeganə təqsiri var idisə o da kölə olmaları və heç bir hüquqa malik olmamaları idi. Həmən dövrlərdə İran , Əfqanıstan və Hindistan kimi ölkələrdə kölələrə olan münasibətlərə nəzər salsaq vəziyyətin bir o qədər də ürək açan olmadığını görərik.Bəs İslam dini zühur etdikdən sonra necə? Köləliyə olan münasibət nədərəcədə dəyişildi?
Müqəddəs İslam dini zühur etməklə öz müsbət təsirini həyatın bütün sahələrinə qoyduğu kimi köləliyə də müsbət təsir göstərir. İslam, insaniyyətə dəyər vermək onun itirilmiş şərəf və ləyaqətini özünə qaytarmaq üçün zühur edir. Öz gəlişi ilə bəşəriyyətə başa salır ki , ağa da kölə də biri-birinin ayrılmaz hissələridirlər ,istər ağa olsun istərsədə adi insan biri başqa birisinə cismani xəsarət yetirdikdə qisas alınmağa hazır olmalı və cəzasını çəkməlidir. İslam öz gəlişi ilə qul alqı-satqısına, insaniyyətə yad olan və ona yaraşmayan hər cür rəftar və davranışlara qarşı çıxır və özünün bərabərlik şüarını verərək Allah yanında üstün olan varsa o da insanların ən təqvalı olanıdır!- buyurdu. İstər ərəb olsun, istərsədə əcəm bütün insanlar Adəm övladırlar, Adəm isə torpaqdan yaradılmışdır. Milliyəti, irq və dərisinin rəngi birinin başqa birisindən üstün olmasına səbəb ola bilməz , həqiqi üstünlük varsa o da bəşər övladının Allaha yaxın olmasıdır. Birisi ağa , digəri kölə olsa belə kimsənin haqqı taptanılmamalı,qohum-əqrabaya, qonşuya qarşı yaxşı münasibət bəsləməli və azacıqda olsun kimsəyə qarşı haqsızlıq etməməlidir. Hər bir müsəlman ehtiyacı olanlara maddi və mənəvi yardım etməli, çəkidə aldatmamalı, başqalarına aşağı ğözlə baxmamalı, təkəbbürlük etməməli və kimsəyə qarşı hiylə işlətməmlidir. Çünki insanı yoxdan xəlq edən Allah bu kimi insanları sevməz və onları öz layiqli cəzalarına çatdırar. Köləliyə gəldikdə də İslam dini məsələyə böyük həssaslıq nümayiş etdirərək ağanın öz köləsi və ya kənizi ilə son dərəcə mehriban davranmalı olduğunu və onlarla ailə üzvləri kimi rəftar etmələrini tövsiyə edir. Belə ki , evlənmək istədikləri zaman belə onlara ata əvəzi olan sahiblərindən icazə almalarına dair göstəriş verir.Nisa surəsinin 25-ci ayəsində buyurulur.
(İçinizdən azad mömin qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduğunuz (əllərinizin altında olan) mömin (cavan, iffətli) cariyələrdən (kənizlərdən) alsınlar. Allah sizin imanınızı (əqidənizi) daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz. (Azad kişi və qul, azad qadın və cariyə hamısı Adəm nəslindəndir. Onlar hamısı Allah bəndələri olduqları üçün yaradılış etiqad baxımından aralarında vəhdət, birlik mövcuddur. Buna görə də cariyələrə həqarətlə baxmayın). İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehrlərini qəbul olunmuş qaydada verin! Əgər onlar ərə getdikdən sonra) zina edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir. Bu (kənizlərlə evlənmək), (ehtiras, şəhvət üzündən) zina etməkdən qorxanlarınız üçündür. Əgər səbr edərsinizsə, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! )
Peyğəmbər (s) müsəlmanlara etdiyi tövsiyələrdən birində bu barədə buyurur.(Ağa da kölədə bir-birləri ilə qardaşdırlar) başqa bir yerdə buyurur.(Sahib olduğunuz kölələrlə xoş rəftar edin , onlara yediyiniz yeməklərdən yedirdin , geyindiyiniz geyimlərdən geydirin.Onları ağır işlərə vadar etməyin , gücləri çatmayan işlərdə onlara kömək edin.) Bütün bunlarla yanaşı onların mənəvi sarsıntı çəkməmələrinə də xüsusi diqqət yetirər və səhabələrə təkidlə deyərdi.(Onlara bu mənim köləm və ya kənizimdi deyib qəlblərini qırmayın , könüllərini almaq üçün cavan oğlumdur,cavan qızımdır deyin.) Peyğəmbər(s)- mın verdiyi təlimatlar müsəlmanların qəlblərinə elə həkk olur ki , Əbu Hüreyrə adlı gənc bir müsəlman günlərin biri ağası minikdə köləsi isə piyada yol gedən iki şəxsi gördükdə özünü saxlaya bilməyib deyir. Məgər o sənin qardaşın deyilmi?! Məgər onun ruhu sənin ruhundan fərqlidirmi?! Onu da tərkinə al.
Qeyd olunanlar İslamın köləliyə verdiyi əhəmiyyətin və nümayiş etdirdiyi əxlaq normalarının sadəcə bir nümunəsi idi. İslamın müəyyən etdiyi qayda-qanunlara keçməzdən əvvəl bunu da qeyd edək ki , istər İslamdan əvvəl olsun,istərsədə sonra bu İlahi dini qəbul etməyən millətlər kölələrə insan gözü ilə deyil , yalnız köləlik üçün yaradılan ayrı məxluq gözü ilə baxmış və elə bu səbəbdən də istədikləri vaxt heç bir səbəb olmadan onlara olmazın əzab-əziyyət verməkdən çəkinməmişlər.
Məhz belə bir acınacaqlı şəraitdə İslam dini zühur edir və cəmiyyətin ən məhrum təbəqələrindən olan kölələrin dadına çatır. İslam zühur etməklə bütün insani dəyərlərdən məhrum olan kölələrə xəyallarda deyil , gerçək həyatda həqiqi dəyər və qiymət verir və bu danılmaz həqiqət təəssübkeş Avropa məsihilər tərəfinfən belə etiraf olunur. İslamın zühur etdiyi ilk illərdə onun kölələrə olan gözəl münasibəti hər yerdə dillər əzbərinə çevrilir. Belə ki, müharibə və ya digər səbəblər üzündən əsir götürülən şəxslər müsəlmanlar tərəfindən o qədər xoş rəftar görürlər ki, azad olduqdan sonra belə öz el-obalarına getməkdən imtina edir və İslamı qəbul edərək müsəlmanların yanında qalırlar. Çünki, müsəlmanlar onları hər tərəfli təmin edir və onlar ailələrinin bir hissəsi bilirdilər.Yəni,artıq müsəlmanlarla onların arasında ailə münasibləri yaranmışdı. Bir sözlə köləliyə vadar olunan insanlar İslamın zühuru ilə yenidən öz şərəf və layəqətlərini geri ala bilirlər. Artıq onlarda adi insanlar kimi öz hüquqlarını qoruya və xoşbəxt həyat sürə bilərdilər. Və artıq kimsə onlara nə dil ilə , nədə əməl ilə təcavüz edə bilər və haqlarını taptalaya bilərdi. Peyğəmbər (s) kölə sahiblərinə onlarla gözəl davranmalarını tövsiyə edər və onlara kölə və ya kəniz demələrini qadağan edərdi. Kölə satanlara xitabən deyərdi. Allah-Təala sizləri onlara sahib etmiş və əgər istəsəydi Öz qüdrət və əzəməti ilə onları sizlərə sahib edərdi.
Buradan belə məlum olur ki , köləlik cəmiyyətin öz içində meydana gəlmiş xəstəlikdir , zaman və məkanın dəyişilməsi ilə onlar da özlərinin itirilmiş dəyər və ləyaqətlərini geri alıb bir zamanlar onlara hakim olan şəxslərə hakim olarlar.
Peyğəmbər (s) özünün hikmətlə dolu olan bəyanatından sonra kölə al-veri ilə məşğul olanların qürurunu qıraraq tək onlarla kölələri arasında deyil,bəlkə bütün müsəlmanlar arasında mehr-məhəbbət,dostluq və səmimiyyət yaradır və belə bir gözəl abu-hava tez bir zamanda bütün müsəlman cəmiyyətinə hakim olur.
Amma o ki qaldı cismani cəza və xəsarətlərə islam Peyğəmbri (s) İlahi hökmlər əsasında ən ədalətli cəza tədbirlərini müəyyən edərək onları müsəlman ümmətinə bəyan edir. Kim öz köləsini öldürərsə əvəzində özü edam olunmalıdır. Bu isə ondan xəbər verir ki , İslam nöqtei nəzərindən istər ağa olsun , istərsədə kölə hamı eyni cəzaya məhkum olunur və insanlarn birinin digərindən maaddi baxımdan üstün olmaları onların İlahi qanunların qarşısında muhakimə olunmalarına heç bir təsir göstərmir.Və eyni zamanda məhrum təbəqənin hüquqlarının qorunmasına zəmanət verilir.
Peyğəmbər (s)-mın bu və digər bəyanatları tarixi cərəyan və hadisələrlə müqaisə etdikdə bir daha bu həqiqət üzə çıxır ki , İslamın bəşəriyyətə təqdim etdiyi və onun hüquqlarını təmin etdiyi qanunlar nə İslamdan əvvəl, nədə sonra qüvvəyə minməmiş nədə minməyəcəkdir. Çünki bütün qanunların mənşəyini İlahi qanunlar və İlahi ədalət təşkil edir. Digər dünyəvi qanunlarlda bəşəriyyətin hüquqları kobud şəkildə pozulduğu və lazımı cəza tədbirləri görülmədiyi bir halda İslam dinində sillə zərbəsinə görə belə müəyyən cəza və cərimələr müəyyən olunmuş içtimai mövqeiyyətindən , irq və milliyətindən və nəhayət cinsiyətindən asılı olmayaraq
Hamının hüququ ən kamil surtədə qorunmuşdur.İndi isə həqiqi azadlıq barədə söhbət edək.
Bura qədər qeyd olunanlar kölələrin insaniyyətin ən kamil zirvəsinə hidayət edən ruhi azadlıq barədə idi. İslam öz prinsiplərini bəyan etməklə varlı ilə kasıbın , ağa ilə kölənin eyni hüquqa malik olduğunu eyni insani dəyərlərə malik olduğunun möhürünü vurur. Islam köləliyin saf insani istək və tələblərdən deyil, dəvamiyəti olmayan ictimai pozğunluqdan irəli gələn adət olduğunu bildirir və kölələrin üzərlərinə düşən vəzifələr istisna olmaqla bütün insani dəyər və hüquqlara malik olduğunu bildirir.
İslam zühur etdiyi ilk gündən azadlıq və bərabərliyin bütün insanlara arasında bərabər olduğuna təkid etmiş cəmiyyətin nisbətən məhrum təbəqəsi olan kölələrin hüquqlarının qorunmasına xüsusi diqqət və ciddiyət nümayiş etdirmişdir. Hətta bir çox hallarda onların hüquqlarının qorunması üçün azadlıq hərəkatları və qiyamlar belə etmişdir. Qeyd olunduğu kimi kölələrlə yanaşı , kölə sahibləri üçün də bir sıra qanun-qaydalar və əxlaq normaları müəyyən edir. Belə ki,hər bir kölə sahibi arada heç bir şərt və öhdəçilik olmadan ixtiyarında olan köləni azad edib müqabilində heç bir şey tələb etməyə də bilər. Peyğəmbər (s) və onun sadiq davamçıları bu məqsədlə xeyli pul xərcləyər və özlərinin ixtiyarlarında olan kölələri azaqlığa buraxardılar. Əbu Bəkrin bu məqsədlə müsəlmanlara xeyli miqdarda pul verməsini buna misal çəkmək olar. O adi vaxtlarda olduğu kimi xəlifə olduğu illərdə də beytul-maldan (ümumi büdcədən) artıq qalan pulları kölələrin azadlığa buraxılmasına sərf edərdi.
Yəhya ibn Səid deyir.Günlərin biri Ömər ibn Əbdüləziz tərəfindən Şimali Afrika ölkələrindən zəkat yığmağa təyin olundum.Zəkatı topladıqdan sonra yoxsullar arasında paylamaq istədim , amma bir nəfər də olsun yoxsul tapa bilmədim. Elə bu vaxt Peyğəbər (s)-mın (Kölələrdən kim on nəfər müsəlmana yazıb-oxumağı və ya onların xeyirinə olan hər hansı bir iş görərsə dərhal azadlığa buraxılar!)- buyuruğu yadıma düşdü,mən də təxirə salmadan toplanılan məbləğə xeyli miqdarda kölə azad etdim.
Quran ayələrinə nəzər saldıqda da Allah-Təalanın bəzi günahlar üçün kəffarə olaraq kölə azad etməyi qərar verdiyinin şahidi oluruq. İlahi göstərişlərin icraçısı olan Həzrəti Məhəmməd (s)-da öz növbəsində müsəlmanları belə bir xeyirxah işə sövq etməklə onlarda həm insansevərlik hissini gücləndirmiş, həm də Allahın razılığını qazanmağa və meydana gələn ictimai pozğunluğu aradan qaldırmağa sövq etmişdir. Azadlıq əldə edən böyük bir kütlə yenidən özünü cəmiyyətin bir hissəsi hiss etməyə başlayır və bununlada əvvəllər malik olduqları bədbinlik kimi xüsusiyyətlərdən yaxa qurtarır və üzərlərinə düşən vəzifələri artıq kölə kimi deyil , adi vətəndaş kimi yerinə yetirməyə başlayırlar.
Nisa surəsinin 92-ci ayəsində müsəlman bir şəxsin başqa bir müsəlmanı bilməyərəkdən qətlə yetirdiyi təqdirdə ölü sahibinə həm ölünün qan bahasını , həm də bir kölə azad etməli olduğu göstərilir.
(Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu ,səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mömin olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürülən şəxs) mömin bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mömin bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!)
Bütün İlahi hökmlərin dərin hikməti olduğu kimi bunun da olduqca dərin və mənalı kökləri vardır.
Belə ki , insan başqa birisini qətlə yetirməklə həm hansısa ailəyə , həmdə cəmiyyətə ağır zərbə vurmuş olur. Həm qan bahasını ödəməklə , həmdə bir köləni azad etməklə qisməm də olsa cəmiyyətə vurduğu zərbəni aradan qaldırmış olur.Yəni bir nəfərin əsirlikdən və ya köləlikdən azad olunması cəmiyyətə itirilmiş şəxsin əvəzinə başqa birisinin gəlişi və nöqsanın qisməndə olsa aradan qaldırılması kimi qəbul olunur. Göründüyü kimi İslam digər dünyəvi və səmavi dinlərdən fərqli olaraq kölələrin azad olunmasına daha çox diqqət yetirir və bu istiqamətdə ən uğurlu addımlar atır.Tarixi mənbələrdən belə məlul olur ki , İslamın kölələrin azad olunması istiqamətində atdığı addım nə İslamdan əvvəldən nə də İslamdan sonraki dövrlərdə heç bir bir millətin arasında müşahidə olunmamışdır. Müsəlmanlarda əsir götürülən və sonradan onların kölələrinə çevrilən şəxslərə qarşı qayğı və mehr-məhəbbətin meydana gəlməsinə səbəb olan isə yalnız Allahın razılığını qazanmaq və Ona yaxınlaşmaq olmuşdur. İslamın kölələr üçün təyin etdiyi qanunlardan biri də tərəflər arasında yazılı sənədin hazırlanmasıdır. Belə bir razılaşmaya əsasən kölə sahibi ixtiyarında olan kölə üçün tələb etdiyi məbləğin müqabilində arada heç bir şərt olmadan onu azad etməli və gələcək həyatına əsla müdaxilə etməməli idi. Kölə sahibi bağlanılan sazişə tabe olmadığı təqdirdə ya qazi və ya yerli hakimiyyət məmurları işə müdaxilə etməli və məsələnin həll olunmasına köməklik etməlidirlər. İslam dinində belə bir hikmətli nizamnamənin qüvvəyə minməsi ilə kölələrin qəlblərində yeni azadlıq çırağı şölələnməsinə və onların azadlığa daha da can atmalrına səbəb olur. Bundan belə kölələr sahiblərinin onları ucuz qiymətə satacaqlarını gözləmirdilər. Çünki,belə bir fürsət həm yarana bilərdi, həm də yaranmayada. Və kölə başqa birisi tərəfindən alınmaq istədikdə sahibi onu satmaqdan imtina edə bilməzdi. Saziş bağlanıldığı ilk saatdan etibarən kölənin müqəddəratı onun öz əlində olurdu və o öz istəyi ilə ya muzdlu olaraq öz sahibinə xidmət edə və ya azad şəkildə başqa bir yerdə işləyib öz ehhtiyaclarını təmin edə bilərdi . Kölələr özləri də sahiblərinin onlar üçün müəyyən etdikləri məbləği toplayıb özlərini azad da edə bilərdilər. Belə bir qanun yeddi əsir sonra Avropada qüvvəyə minsədə İslamın təyin etdiyi qanun və nizamnamələr yenədə öz özəllikləri ilə diqqəti cəlb edirdi. O da bundan ibarət idi ki , digər dinlərdən fərqli olaraq İslam dinində kölələrini yalnız Allaha xatir azad edən şəxslərin zərəri dövlət tərəfindən ödənilir , digər din və ya qanunlar da isə buna oxşar hala rast gəlinmirdi. Tövbə surəsinin 60-cı ayəsində toplanılan zəkatın sərf olunma yerlərinə işarə olunaraq buyurulur.
(Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!)
Ayədən belə məlum olur ki,müsəlmanların beytul- malından (ümumi büdcəsindən) toplanılan zəkatın bir hissəsi normal həyat tərzindən məhrum olan kölələrin maaddi çətinliklərinin aradan qaldırılmasına sərf olunmalıdır.
İslam dini belə bir qanunu qüvəyə mindirməklə kölələrin azadlığını təmin olunmasında olduqca uğurlu addım atır.Və bu işdə dünyanın sivil dövlətlərini ən azından yeddi əsir qabaqlayaraq əhalinin məhrum təbəqələri o cümlədən kölələrin müdafiə və himayə olunmasını dövlətin öhdəsinə qoyur. Müasir dünyamızda yaxın əsirlərdə əhalimim məhrum təbəqəsinin maaddi çətinlikləri dövlət büdcəsindən ödənildiyi bir halda İslam dini belə bir qanunu on beş əsir əvvəl qüvvəyə mindirərək icrasına başlayır.Və bütün bunlarla yanaşı İslam, məhrum təbəqələrə o cümlədən kölələrə elə bir imtiyazlar verir ki , bəşər tarixi indinin özünədək belə bir hala rast gəlməmişdir. Bu da kölələrin təmənnasız olaraq azadlığa buraxılıb cəmiyyətə təqdim olunmalarından ibarətdir. İslam dünyasında belə bir qanun qüvvəyə minməklə heç bir çətinliklə qarşılaşmadığı bir halda qərb düntası böyük maaddi çətinlilərlə üz-üzə gəlir.
Bəli , İslam dini belə bir uğurlu addım atmaqla onun iqtisadi cərəyanlar nəticəsində meydana gələn din hesab edən materialistlərə tutarlı cavab verərək irəli sürdükləri bütün əsassız iddiaları alt-üst edir. Belə ki , onlar belə günam edirlər ki , İslam dini düyada baş verən iqtisadi cərəyanlar nəticəsində meydana gəlmiş və üzərinə düşən vəzifələri yerinə yetirdikdən sonra tarixi sənədə çevrilmişdir.
Materialistlərə görə heç bir quruluş dünyada baş verən iqtisadi cərəyanları qabaqlamağa qadir deyildir. Bunu isə onlar insanın xətakar varlıq olduğu ilə sübuta yetirməyə çalışırlar. Belə bir tərzi-təfəkkürün müəllifi Karl Marksın özü olur. Lakin onlar həm İslam tarixinə , həm də İslamın cəmiyyət üçün nəzərdə tutduğu qayda-qanunlara nəzərə salsaydılar baxıb görərdilər ki,İslam İlahi din olaraq mövcud olduğu heç bir dövrdə iqtisadi qanunlara tabe olmamış və istər Səudiyyə yarımadasında olsun, istərsədə digər məntəqələrdə həyatın bütün sahələrində özünü ən gözəl tərzdə biruzə vermiş və hər zaman özünün uzaqgörənliyi ilə fərqlənərərk indinin özünədək misli görünməyən qanunların əsasını qoymuşdur.
Ondi isə daim bəşər vicdanını narahat edən suala cavab verək. Materialistlər İslama irad tuturaq deyirlər. İndiki İslam köləliyin aradan qaldırılması istiqamətində belə bir uğurlu addım atmışdır onda bəs nə üçün onun ləğvinə dair hər hansı bir hökm çıxarmamışdır? Məgər belə bir hökmü verməklə bəşəriyyətə misli görünməyən xidmət göstərməyəcəkdimi? Əgər belə olmuş olsaydı dünyanın ən kamil quruluşuna çevrilər və artıq kimsə ona qarşı heç bir irad tuta bilməzdi. Məgər Adəm övladını şərəfli xəlq edən və ona dəyər verən Allah-Təala belə bir hökmü versəydi onu dəyər və şərəfini dahada artırmazdımı?!
Suala cavab verməzdən əvvəl köləlik mövzusu ətrafında diqqətə cəlb edən və hökmün təxirə düşməsinə səbəb olan bir neçə siyasi və içtimai məsələyə diqqət yetirmək lazımdır.
Hər şeydən əvvəl bunu bilməyimiz gərəkdir ki , köləliyin İslamda təxirə düşməsinə bəzi hadisələr səbəb olmuşdur. Çünki, əgər İslam yoluna davam etmiş olsaydı bəzi fürsəttələb və əyyaş şəxslərin məkirli niyyətləri bunun qarşısını ala biməz və İslam digər məsələlərdə olduğu kimi burada da haram hökmünü verərək köləliyə birdəfəlik son qoyardı.Və belə bir etirafı etdikdən sonra sualın cavabında deməliyiuk. İslam dini zühur etdiyi zaman köləlik (quldarlıq) dünyada rəsmi quruluş kimi qəbul olunur və ona həm içtimai , həm də iqtisadi amil kimi nəzər salınırdı. Çünki , istər dövlət səviyəsində olsun , istərsədə ailə səviyyəsində köləlik adi adət-ənənə daha dəqiq desək adi quruluş kimi qəbul olunur və kimsə belə güman etmirdi ki , günlərin biri belə bir quruluş dəyişicək və onu başqa bir yeni quruluş əvəz edəcəkdir. Bunun üçündə köləlik zamanın öhdəsinə buraxılmalı və onun qadağa hökmü tədrici olaraq verilməli idi.
Bildiyimiz kimi şərabın haramlığına dair verilən hökm birdəfəyə deyil , tədrici olaraq verilmişdir. Şərabxorluq fərdi adət olub bəzi hallarda eyş-işrət məclisləri təşkil olunsada cəmiyyətdə elə bir fürsət halı almışdı ki, cəmiyyət belə bir hökmü birdəfy deyil , tədrici olaraq qəbul etməli idi. Baxmayaraq ki, hətta cahiliyyət dövründə belə bəzi şəxlər şərab içməz və bunu öz şəxsiyyətlərinə sığışdırmazdılar. Lakin şərab və şərabxorluqdan fərqli olaraq köləlik cəmiyyətdə o qədər füsət halı almışdı ki , hamı bunu adi hal kimi qəbul edir və bu nə fərdib, nədə ki ictimai etiraza səbəb olmurdu.
Elə bu səbəbdən də köləliyin qadağan olunması daha çöx zaman tələb edirdi. Həzrəti Məhəmməd (s)-mın 23 illik peyğəmbərlik dövrü isə buna əsla imkan vermirdi. Bir haldaki Peyğəmbər (s) bütün ömrünü cəmiyyətin islah olunmasına sərf etmiş və 23 illik peyğəmbərlik dövründə ona nazil olan İlahi hökmləri camaata çatdırmışdır. Eyni qaydada olaraq əgər köləliyin aradan qaldırılması üçün tək bir hökmün verilməsi kifayət etsəydi onun verilməsini əsla təxirə salmazdı.
Lakin dediklərimiz (İslam hamının xeyirinə nazil olmuş və bütün dövrlərlə ayaqlaşır)- şüarı ilə səhv salınmamalıdır. Islam bütün yaradılış aləminin amil və gücünü kamillik və dəvamiyətə yönəldir deyildikdə də bu o demək deyildir ki , İslam bütün cüzi məsələlər üçün ayrıca qanun və nizamnamələr tərtib etmişdir. Çünki ,bu kimi qanunlara yalnız o zaman ehtiyac duyulur ki hər zaman qüvvədə qalıb dəyişikliyə məruz qalmamalı idi. İslamın üzərinə düşən ən başlıca vəzifə isə insanlrın gündəlik həyatlarını təmin edə və onları qabağa apara biləcək ümumi qanun və nizamnamə təmin etməkdir. Köləlik barədə də İslam eyni üsuldan istifadə edir. Yəni , kölələrin azad olunma istiqmətində elə bir qanun məcmuəsi tərtib edir ki ,əsirlər boyu belə bir adət-ənəyə daha dəqiq desək həyat tərzinə adət edən bəşər övladı tədrici olaraq ondan əl çəksin. Deməli, İslam, bəşər övladının köləlikdən əl çəkməsini zamanın öhdəsinə buraxmışdır. Hamıya məlumdur ki , İslam bəşər övladının təbiətini dəyişmək üçün deyil,fitrət və təbiəti çərçivəsində onun mənəviyyatını saflaşdırmaq üçün nazil olmuşdur. O,bəşəriyyəti belə bir yüksək maqama zor gücünə çatması üçün nazil olmamışdır. İslam dinində bəzi şəxslərin yüksək mənəvi saflığa nail olmaları o dərəcə yüksək olmuşdur ki,digər dinlərdə bu müşahidə olunmamışdır. Lakin bütün bunlara baxmayaraq İslam bəşər övladının mənəvi saflığa yiyələnməsini öz üzərinə götürməmişdir. Çünki,əgər Allah- Təala istəsəydi ilk gündən insanı mələk xislətində yaradar və onların üzərinə düşən vəzifələri insanların üzərinə qoyardı. Və belə olduqda onlar əsla səhvə yol verməz və üzərlərinə düşən vəzifələri ən gözəl tərzdə yerinə yetirərdilər. Allah-Təala Adəm övladını insan olaraq yaratdı və insanın nəyə qadir olduğunu və öhdəsindən nələrin gəldiyini onun özündən daha yaxşı bilir.
Bir sözlə kölələrin azadlığına dair verilən hökm İslamda sivil dövlətlərdən on dörd əsir əvvəl verilir ki, tək bu İslamın fəxrinə kifayət edər. Belə bir hikmətli hökmün verilməsi isə bütün Səudiyyə yarımadasında köləliyin əsas mənbələrinə möhür vurur. Belə ki , əgər dünyanın digər yerlərində köləlikdən hələdə geniş şəkildə istifadə olunmasaydı İslam dini yaxın gələkdə rəsmi olaraq onu qadağan edəcəkdi. Qadağan edə bilməməsinin əsas səbəbi isə köləliyin bütün ölkələrdə geniş yayılması və bunun tək İslam dövlətlərinə aid olmamasıdır.Yəni, İslamda köləliyin tamamilə aradan getməməsinin ən başlıa səbəbi İslam və müsəlmanlarla düşmənçilik edən və onunla mübarizə aparan dövlətlər olmuşdur ki, bu barədə ayrı-ayrılıqda söz açacağıq. Bunu da unutmamalıyıq ki , azadlıq heç vaxt asanlıqla əldə olunmamış bəlkə qəsbkar qüvvəlirn əlindən çox çətinliklə zor gücünə əldə olunmuşdur. Bunun üçündə bilməliyik ki ,verilən adi qərar heç çür köləni azadlığa buraxa bilməz. Abram Linkolnun Amerikada kölələrin azadlığı uğrunda apardığı mübarizələri buna misal çəkmək olar. Belə ki , kölələr Linkolnun qəbul etdiyi qərara əsasən azadlıq əldə etsələrdə həqiqi azadlığa nail ola bilmirdilər. Yaranmış belə bir şəraitdə azadlıqlarını əldə etmək ümidi ilə yenidən əvvəlki sahiblərinin yanlarına qayıdıb könüllü olaraq köləliyi qəbul edirlər. Bütün bunların əsas səbəbi azadlıq hissinin onların daxilindən gəlməməsi bunun üçündə həqiqi azadlığa can ata bilməmələri olmuşdur.
Bunu da qeyd etməliyik ki , bu məsələ ilkin mərhələdə qeyri mümkün nəzərə çarpmışdır. Lakin məsələyə sağlam insani fitrət və psixologiyası ilə nəzər salarıqsa heç bir qeyri mümkünlük nəzərə çarpmayacaq , əksinə olaraq bunun inasının daxilindən gələn istək olduğunun şahidi olacağıq. Çünki bəşər həyatı ilkin mərhələdə olduqca sadə və birrəng olur. Lakin sonraki mərhələlərdə qarşıya çıxan amil və cərəyanlar onun müxtəlif rənglərə düşməsinə tərzi-təfəkkürünün və adət-ənənəsinin dəyişilməsinə səbəb olur.
Buradan belə məlum olur ki , kölələr azad insanlardan tam fərqli şəxsiyyətə malik olmuşlar. Lakin bu fərq əvvəllər bəzilərinin güman etdiyi kimi cismani fərqdən ibarət olmamış , bəlkə onların daxilində meydana gələn asılılıq və köləlik əhval-ruhiyəsindən ibarət olmuşdur. Onlarda tərbiyə olunan belə bir mənfi xislət itaətkarlıq əhval-ruhiyəsinin daha dərin köklər atmasına və nəticədə məsuliyyət və dözümlülük hissinin güclənməsinə səbəb olmuşdur. Çünki, köləliyə məhkum olan şəxslər hər zaman ağası tərəfindən ona əmr olunan ən ağır işləri heç bir narahatçılıq hissi keçirmədən yerinə yetirmişlər. Bu kimi şəxslərin bilib və dərk etdiləri yeganə şey varsa o da tabe olduğu şəxsə itaət etməkdir. Lakin böyük zəhmət və çətinliklərə sinə gələn həmin bəşər övladının bütün məsuliyyətləri onun öz üzərinə qoyularsa onların öhdəsindən gələ bilməyəkdir. Və bunu səbəbi onun bacarıqsızlığı deyil , bəlkə nəfsini sərbəst hiss etməməsi və başqa birisinin ona hökm etməməsidir. Günki tabeçilik əhval-ruhiyəsi bu kimi şəxslərin vücuduna büst-bütün hakim olmuş və onları şəxsi rəy və istəklərdən tamamilə məhrum etmişdir. Başları üzərində dayanmadıqda və işlərin irasına vadar olunmadıqda ya həmən işlərə etinasızlıqla yanaşar və ya ümumiyyətlə yerinə yetirməkdən boyun qaçırarlar.
İndinin özündə hələ də dünyada köləliyin nişanələri
qalmadadıq
İndinin özündə də əgər misirlilərin məişət və həyat tərzinə nəzər salarıqsa gizli köləliyin nişanələrini çox asanlıqla müşahidə edə bilərik. Çətinlik çəkmədən istismarçı qüvvələrin bu millətin ruhiyəsinə nəqədər ağır zərbə vurduğunun onların qərb dövlətlərinə köləlik etməyə razı saldıqlarının da şahidi olarıq . Istirmarçı dövlətlərin tabeçilik siyasətinə tabe olan ölkələrdə asılılıq əhval-ruhiyəsi o qədər dərin kök buraxmışdır ki, tək adi insanlar arasında deyil,hətta dövlət quruluşunda belə açıq-aşkar şəkildə müşahidə olunmaqdadır. Belə ki, dövlət müəssələrində çalışan adi fəhlə və ya mühəndis xarici nəzarətçilərin rəy və icazəsi olmadan əlini ağdan-qaraya vura bilmədiyi kimi yüksək vəzifələrdə çalışan dövlət məmurları da hər tərəfli asılı olduqları dövlətlərin siyasətcilərinin əmr və göstərişlərini almadan sərbəst şəkildə heç bir tədbirə əl atmırlar. Müasir dünyamızda buna həmkarlıq adı verilsədə əslində quldarlıq dövrünün miras qoyduğu idarəçiliyin davamıdır. Və bu kimi dövlətlər əslində köləlik libasını geyinmiş ,,azad” vətəndaşlardırlar.
Kölələrin ruhi düşgünlüyə səbəb olmasının əsas amilləri.
Məlum məsələdir ki, köləliyə məhkum olunan şəxslərdə belə bir əhval-ruhiyənin formalaşması onların batini xislətlərindən olmamış, bəlkə sonradan cəmiyyətdə meydana gələn və ona hakim olan asılılıq siyasətindən irəli gəlmişdir. Lakin bu heçdə o demək deyildir ki, köləliyə məhkum olunan insanlar ömürlərinin sonunadək belə bir vəziyyətdə qalmalı və azadlıq uğrundan heç bir tədbirələrə əl atmamalıdırlar. Bəlkə yaranan ilk fürsətdə onlara hakim olan təbəqəyə qarşı çıxmalı və öz azadlıqlarını geri qaytarmalıdırlar. Bu kimi şəxlər güclü külək nəticəsində birtərəfli qırılaraq yerə düşən budaqlara bınzərlər. Belə ki, bir tərəfi ağaca yapışıq vəziyyətdə qalan budaqlar ağacdan güc alaraq öz təravətini qoruyub saxlar və müəyyən müddət keçdikdən sonra yenidən kök atar və özü sərbəst ağaca çevrilər. Lakin insanlarda zəifləyən azadlıq əhval-ruhiyəsini yenidən gücləndirmək o qədərdə asan məsələ deyildir və bunu başqa dövlətlərin qəbul etdikləri qərarlar əsla bərpa etmək qbiliyyətinə malik deyil. Bunun üçün hər şeydən əvvəl onların batinində yatmaqda olan azadlıq ruhiyəsini oyatmaq və onu gücləndirmək lazımdır. Ruhən süquta uğrayan bir cəmiyyətə yalnız bu yolla nicat vermək olar.
Kölələrin azadlığı istiqamətində belə bir uğurlu addım ilk dəfə olaraq məhz müqəddəs İslam dini tərəfindən atılır.
İslam dini tərəfindən bu istiqamətdə atılan ilk və ən uğurlu addım kölələrə yaxşı müsbət münasibət bəsləyib onların könlünü almaq olur. Çünki, şəxsiyyəti ayaqlar altına atılan və heç bir dəyər verilməyn şəxs məhz gözəl rəftar və davranış sayəsində özünü xatırlaya və kim olduğunu dərk edə bilər. İslam , bəşər övladını özünə tanıtdırmaqla onda həyatda sərbəst olmağı və həyatın şirinliyini dadmağı öyrədir. Çünki həyatın şirinliyini dadan insan azadlığın nə olduğunu bütün vücudu ilə dərk edər və nəyin bahasına olursa olsun onu qoruyub saxlamağa çalışar. Hərçənd bir vaxtlar Amerikada azadlıq uğrunda mübarizə aparan kölələr can atdıqları azadlığı qoruyub saxlaya bilməmiş və yenidən hakim təbəqənin könüllü kölələrinə çevrilmişlər.
İslamın kölələrin azadlığına möcüzəvi dərəcədə önəm və əhəmiyyət verməsi kimsədə şübhə doğurmur. Qurani-Kərimin bir çox ayələrində və Peyğəmbər (s)-mın buyuruqlarında məsələnin geniş şəkildə işıqlandırılması bir daha bizə azadlığın insan həyatı üçün nəqədər əhəmiyyətli olduğunu dərk etməyə imkan verir. Burada onlardan bir neçəsinə işarə etmək istəyirik. Həzrəti Məhəmməd (s) ərəb zadəganları ilə kölələr arasında qardaşlıq əlaqəsi yaradır. Belə ki,qara dərili Bilal ibn Riyahla , Xalid ibn Rəvihə ,öz köləsi Zeydlə sevimli əmisi Həmzə, Xaricə ibn Zeyd ilə Əbu Bəkr arasında qardaşlıq əlaqələri yaradır. Müsəlmanlar arasında bərqərar olunan belə bir sıx bağlantı sonralar o qədər güclənir və dərin köklər atır ki,qohumluq əlaqələri qədər möhkəmlənir və demək olar ki , vərəsəlik kimi mühüm məsələlərə qədər irəli gedir. Lakin ən qəribəsi bundan ibarətdir ki , Peyğəmbər (s) bununla kifayətlənməyib daha uğurlu addım atır. O öz əmisi qızını azad etdiyi köləyə ərə verir.
Vəziyyətin həssassızlığı göz qabağındadır. Belə ki, elə bir şəraitdə yaşayan hər bir qadın özündən aşağı səviyyəli bir şəxslə evlənməyə əsla razı olmazdı. Bunu özünə təhqir hesab edər və belə bir evliliyə razı olduğu üçün ömürünün sonunadək peşimançılıq hissi keçirərdi . Lakin Peyğəmbər (s)-mın nəzərdə tutduğu qadınların hədəf və istəklərindən olduqca üstün və hikmətli idi. O bununla hər şeydən əvvəl köləliyin cəmiyyətdəki kökünü kəsmək və onlara məhrum olduqları hər bir şeyi qaytarmaq istəyirdi. Eyni zamanda Qureyş zadəganlarına başa salmaq istəyirdi ki, sahib olduqları və istədikləri zaman sata bildikləri kölələr onlar tək insandırlar və onlarda hamı kimi eyni hüquqa malikdirlər. Var-dövlər və şan-şöhrət baxımından onlarla bərabər olmasalarda insaniyyət və şəxsiyyət baxımından nəinki onlarla bərabər , bəlkə onlardan da üstündürlər də.
Lakin Peyğəmbər (s)-mın İlahi mənbədən qaynaqlanan hədəfi bununla məhdudlaşmırdı. Döyüşlərin birində mühacir və ənsar zadəganlarının iştirak etdiyi qoşunun sərkərdəliyini azad etdiyi Zyed adlı köləyə həvalə edir və göstəriş verir ki,əgər Zeyd döyüşdə şəhid olunarsa sərkərdəlik onun oğlü Usaməyə keçəcəkdir. Peyğəmbər (s) bununla bir daha müsılman cəmiyyətində kölələrə nəqədər böyük diqqət yetirildiyini əməli şəkildə sübuta yetirir. Beləcə İslamda böyük xidmətləri və şan-şəhrəti olan adlı-sanlı şəxsiyyətləri Zeyd adlı adi kölənin bayrağı altında bir yerə toplayır və onlara rəhbərlik edə biləcək qədər yüksək şəxsiyyətə malik olduğunu göstərir. Bəşər tarixi belə bir hadisənin hələ şahidi olmamışdı. Elə bu səbəbdən də haqlı olaraq bütün bəşəriyyətən xitabən buyurur.
Ey camaat! Qulaqlarınızı açıb yaxşı eşidin. Əgər qara dərili həbəşistanlı bir Allah bəndəsi sizə hakim olub aranızda Allahın qanunlarını icra edərsə bilin ki , hamınız bir nəfər kimi ona tabe olmalısınız.
Göründüyü kimi təməli hələ yeni qoyulan İslam dövlətinin ordu kimi mühüm sahələrindən biri azad olunmuş adi köləyə həvalə olunur və belə bir adət-ənənə Peyğəmbər (s)-mın həyatından sonra da uğurla davam etdirilir. Belə ki, Ömər ibn Xəttab vəsiyyət etdiyi zaman deyir. Əgər Əbu Huzəyfənin köləsi Salim sağ olsaydı özümdən sonra onu xəlifə təyin edərdim.1
1-Ömər ibn Xəttabın kölələrə olan münasibəti tərifə layiq olsada onun başqa birisini öz yerinə xəlifə təyin etməsi tamamilə qanuna uyğun olmamışdır. Belə ki, xilafət Allah tərəfindən təyin olunan bir məqamdır və kimlərsə onu istədikləri şəxslərə həvalə etmək iqtidarında deyillər.
Ömər ibn Xəttabın həyatına nəzər saldıqda kölələrə olan gözəl münasibət bir daha ortaya çıxır. Belə ki , günlərin biri beytul-malın bölünməsində mübahisəli məqam ortaya çıxdıqda Bilal ona öz etirazını bildirir. Lakin Ömər ibn Xəttab müsəlmanların xəlifəsi və bütün ixtiyarlar onun əlində olmasına baxmayaraq Bilala qarşı heç bir sərt tədbir görmür və əllərini göyə qaldıraraq deyir. İlahi , məni Bilalın və onun yoldaşlarının şərrindən amandaa saxla. Bununla kölələrin nəqədər azadlığa malik olduqalrı və onların toxununulmazlıqları bir daha məlum olur.
Bütün bunlara işarə etməkdən məqsəd azadlıq kimi böyük nemətdən məhrum olan şəxslərdə daxili inqilab hissini yaratmaq başqa sözlə desək onlarda özünü dərk etmə qabiliyyətini gücləndirməkdir. Çünki buna nail olmadan heç bir həqiqi azadlıqdan söz gedə bilməz. Bəli , İslamın bəşəriyyət üçün nəzərdə tutduğu azadlıq vicdani azadlıqdır. İnsanda daxilən özünü dərk etmə hissi baş qaldırmadıqda isə heç bir halda buna nail ola bilməz. İslam kölələrdə belə bir hissin baş qaldırmasına təkan verir. Onlarda öz növbələrində başa düşürlər ki, artıq layiq olduqları azadlıq nemətindən bəhrələnmək onların insani haqlarıdır. Bunun üçün də nəyin bahasına olursa-olsun onu əldə etməli və sonra qoruyub saxlamalı idilər.
Diğər azadlıq hərəkatlarından fərqli olaraq İslam hər şeydən əvvəl kölələri batini azadlığa nail olmağa çağırır və Abram Linkoln tək xoş niyyətlə kifayətlənməyir. Belə ki,o kölələri daxili azadlığa nail olmadan içtimai azadlığa çağırmış nəticədə isə heç bir şeyə nail ola bilməmişdir. Bütün bunlar İslamın məsələnin mahiyyətindən nəqədər yaxından tanış olduğundan , çətinliklərin həllində ən münasib və əlverişli üsullardan istifadə edə bilməsindən və nəhayət qarşıya qoyulan məqsədə uğurla çata bilməsindən xəbər verir. İslam insanlara öz hüquqlarını tanımağa imkan verir və onlar üçün ən gözəl şərait yaradır. Və hər şeyin əsasını qarşılıqlı dostluq və mehr-məhəbbətdə qoyur. Dünyada baş verən inqilabi hərəkatlardan fərqli olaraq İslam öz davamçılarının şüur və düşüncəsini qərəzli mübarizəyə deyil, müsbət nəticə verəcək məntiqi mübarizəyə çağırır.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, nə üçün İslam köləliyi birdəfəlik aradan qaldırmamış və onun ləğvinə dair qəti hökm çıxarmamışdır. Lakin belə bir qəti hökmün verilməsinə mane olan başqa bir məsələ də var idi ki, o da müharibələrdən əsir götürülən və sonradan kölələrə çevrilən şəxslərin sonraki aqibəti idi.
Bildiyimiz kimi,qədim zamanlarda döyüş meydanlarından əsir düşən şəxslər o dövrün qanunlarına uyğun olaraq ya cəm halda qətlə yetirimiş və ya ən yaxşı halda köləyə çevrilmişlər. İslam dini zühur etdiyi zaman bəşər övladı hələdə tarixin belə bir rüsvayedici adət-ənənəsindən yaxa qurtara bilməmişdi. Və məlum məsələdir ki, İslam dini zühur etməklə onun da yeni-yeni düşmənləri meydana gəlmiş və tərəflər arasında qanlı müharibələr baş vermişdir. Və bu döyüşlərdə müsəlmanlardan bir neçəsi düşmən tərəfindən əsir götürülərək kölə kimi istifadə olunmuş və ağıla gəlməyən əzab-əziyyətlərə və işgəncələrə məruz qalmışlar.Əsir götürülən qız-gəlinlərin namusuna təcavüz olunur və insanlığa yaraşmayan hərəkətlərə yol verirdi. Belə bir acınacaqlı vəziyyətə düşən az yaşlı uşaqlar köləlik əhval-ruhiyəsində tərbiyə olunaraq gələcək üçün hazırlanırdılar. Yaranmış belə bir şəraitdə İslam tərəfdarlarının cismani və ruhi əzab-əziyyətlərə məruz qaldığını görüb düşmən tərəfindən əsir götürülən şəxləri azad edib düşməni öz əleyhinə qaldıra biməzdi. Və düşmən tərəfindən əsir götürülən şəxsləri əzab-əziyyət vermədən kölə halında saxlamaq ən ədalətli addım olardı. Deməli, İslamın zühur etdiyi ilk illərdə köləliyin qorunub saxlanılması əslində lazım və zəruri idi. Çünki,düşmən bu üsuldan istifadə edir və müsəlamlara rəhm etmədən olmazın əzab-əziyyətlər verirdi.
Və bu da bizə məlumdur ki , İslam zühur etdiyi ilk illərdə kifayət qədər güclü deyildiki belə bir çətinliyi bəşəriyyətin xeyirinə dəyişmiş olsun. Bunun üçündə zamanın tələblərinə uyğun hərəkət etməli və dövrün qanunları müharibə əsirləri barədə yeni qərar qəbul edənə qədər öz mövqeini qoruyub saxlamalı və nəhayət düşmənə qarşı müvafiq addımlar atmalı idi. Lakin İslam burada heç bir yeniliyə nail ola bilməsədə müharibə qanunlarında və kölələrlə rəftar və davranışlarda humanist addımlar atır və tarixdə öz dəsti xətti ilə hamıdan fərqlənə bilir. Belə ki,dünyada baş verən müharibələrin əsas səbəbi ya hakimiyyət dairəsini genişləndirmək və bununlada qonşu dövlətlərə öz əbərqütrətliyini göstərmək, ya mümkün qədər çox var-dövlət əldə etmək və ya sadəcə olaraq şan-şəhrətini artırmaq və başqalarını öz hakimiyyətinə tabe etmək olmuşdur. Heç bir döyüş qaydalarına riayət olunmayan bu müharibələrdə əli silahsız yerli əhali , xüsusilədə az yaşlı uşaqlar , yeniyetmə qızlar və qadınlar daha çox əzab-əziyyətə məruz qalır və qarşı tərəfdən əsir götürülürdülər. Onların yeganə günahı var idisə o da düşmənə müqavimət göstərə bilməmələri və özlərini müdafiə edə bilməmələri olmuşdur. Qaranlıq dünyaya hakim olan belə bir ağır və dözülməz şəraitdə İslam nur tək aləmlərə işıq saçır və ümumi atəşkəs elan edərək səbəbsiz müharibələrə son qoyur. İslam müharibəyə yalnız o zaman yol verir ki, müsəlmanların canı , malı , əqidəsi və namusu təhlükə ilə üzləşmiş və ona qarşı təhlükə yaranmış olsun. Müdafiə xarakterli bu döyüşlərdə düşmənə yalnız təcavüzü müqabilində cavab verməyə icazə verilir və heç bir halda həddi aşmağa yol verilmir. Ənfal surəsinin 39-cu ayəsində deyilir.
وَقَاتِلُوهُمْ حَتَّى لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلَّهِ فَإِنِ انْتَهَوْا فَإِنَّ اللَّهَ بِمَا يَعْمَلُونَ بَصِيرٌ
(Yer üzündə) fitnə (şirk) qalmayıb, bütün din (ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər (Allaha şərik qoşmağa) son qoysalar (bilsinlər ki), Allah onların nə etdiklərini görəndir (bunun əvəzində mükafatlarını verəcəkdir).
Göründüyü kimi İslam yalnız dəvət dinidir və burada kiməsə zərrə qədər də olsun zorakılıq tətbiq olunmur.Bəqərə surəsinin 256-ci ayəsində buyurulduğu kimi.
لَا إِكْرَاهَ فِي الدِّينِ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِنْ بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى لَا انْفِصَامَ لَهَا وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
(Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!)
İndinin özündə də yəhudi və məsihilərin müsəlman ərazilərində öz dinlərində qalmaları birdaha bu İlahi dinin üstünlüyündən və kimsəyə zor tətbiq etməməsindən xəbər verir . İslama görə insanların biri-biridən üstünlüyü hansı məntəqədə yaşamalarından və ya hansı irqə,millətə mənsub olmalarından deyil , Allaha yaxın olmaları ilə götürülür. Yəni, milliyətindən və irqindən asılı olmayaraq əgər hər hansı bir şəxs islamı qəbul edərsə onun canı , malı və namusu amanda qalmaqla yanaşı bütün müsəlmanların himayəsində olur və başqaları tərəfindən təcavüzə məruz qaldığı zaman müsəlmanlar tərəfindən himayə və müdafiə olunurlar.
İslamı qəbul etmədən , lakin bu İlahi dinə hörmətlə yanaşaraq öz əqidəsində qalan şəxslər də heç bir təziqə məruz qalmadan öz el-obalarında rahat yaşayıb dini ayınlərini yerinə yetirə bilərlər. Lakin İslamın onları himayə etməsi müqabilində müsəlmanlara cizyə ödəməlidirlər. Müsəlmanlar onları himayə etməyə qadir olmadıqları hallarda isə cizyənin verilməsi dərhal dayandırılır. İslamı qəbul etməyib cizyə ödənişindən imtina edən şəxslər isə düşmən cərgəsində qərar tutur. Bu kimi şəxslər müxalif mövqe tutmaqla həm özlərini pis vəziyyətdə qoyur, həmdə başqalrının İslama üz tutmasına mane olmağa çalışırlar. Lakin bu istiqamətdə hansı məkirli niyyətlərə əl atsalar belə Allah-Təala onların niyyətlərindən agah olub dərhal puça çıxarır. İslam ilkin mərhələdə bu kimi şəxslərə qarşı nəsihətamiz mövqe tutur və onlara hikmətli nəsihətlər verməklə düşmənçilikdən əl çəkib ya müsəlmanların sirasına qatılmalarını və ya öz əqidələrində qalıb əvvələr olduğu kimi cizyə ödəmələrini təklif edir. Qoyulan şərtlərə məhəl qoymadıqları təqdirdə isə cihad hökmünü verir.Ənfal surəsinin 61-ayəsində Allah-Təala Peyğəmbər (s)-ma xitabən buyurur.
وَإِنْ جَنَحُوا لِلسَّلْمِ فَاجْنَحْ لَهَا وَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ
(Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə meyl et və Allaha bel bağla. Həqiqətən, O (Allah hamınızın sözlərini) eşidəndir, (niyyətlərinizi) biləndir!)
Budur İslamdaki cihadın mənası. Digər dinlərdən fərqli olaraq İslam dinində müharibələr yeni-yeni ərazilər fəth etmək,var-dövlət əldə etmək , zəif və gücsüzlərə hakim olmaq və qərətçiliklə məşğul olmaq üçün deyil , yalnız və yalnız Allahın dinini qorumaq və Allahın razılığını qazanmaq üçün həyata keçirilir. Və bu da yalnız o zaman baş verir ki, sülh və həmrəyliyə dair edilən çağılrılşlar heç bir nəticə verməsin. Peyğəmbər (s) öz qabaqgörənliyi ilə müsəlmanlara etdiyi vəsiyyətində buyurur.
Aləmlərin rəbbinə qarşı çixan və Ona kafir olanlarla Allah yolunda vuruşun. Döyüş meydanlarında mərdi-mərdanə mübarizə aparın . Hiyləyə əl atmayın , ölülərin qulaq və burunlarını kəsməyin,uşaqlara toxunmayın , yoxsa hamı tərəfindən aciz insanlar kimi tanınarsınız. Allah-Təala əli silahsızları öldürməyi , evləri vuran etməyi , bağları yandırmağı, qadınların , qız-gəlinlərin namusuna təcavüz etməyi haram etmişdir. Döyüşün , amma fitnə-fəsada yol verməyin, çünki Allah-Təala fitnə-fəsad törədənləri sevməz. Tarixə nəzər saldıqda müsəlmanların hətta qalib gəldikləri səlib yürüşlərində belə Peyğəmbər (s)-mın vəsiyyətinə bütünlüklə riayət etdiklərinin şahidi oluruq. Bir halda ki,düşmən döyüşlərdən birində müsəlmanlara qalib gələrək Məscidul-əqsada özlərinə sığınacaq tapan əli yalın insanları qətli-am etmiş və müsəlmanların namusunu təcavüz etmiş və onların az yaşlı körpələrinə belə aman verməmişlər. Lakin müsəlmanlar yenidən üstünlüyü əldə etdikdən sonra Quran onlara intiqam almağa icazə versə belə buna yol vermirlər. Bəqərə surəsinin 194-cü ayəsində buyurulur.
الشَّهْرُ الْحَرَامُ بِالشَّهْرِ الْحَرَامِ وَالْحُرُمَاتُ قِصَاصٌ فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُوا عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ
((Döyüş) haram olan ay [hicrətin 7-ci ilinin zülqə də ayı) (döyüş)] haram olan ay (hicrətin 6-cı ilinin zülqədə ayı) müqabilindədir. Hörmətlər qarşılıqlıdır. Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın (cavab verin).Allahdan qorxun (qədərindən artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir.)
Müsəlmanlar zaman və məkandan asılı olmayaraq hər zaman qarşılarına elə bir ali məqsəd qoymuşlar ki, başqaları ona çatmaqda demək olar ki aciz qalmışlar. Müsəlman dünyası ilə qeyri müsəlman dünyasında mövcud olan bu kimi əsaslı fərqlər tək o zaman deyil , indinin özündə də qalmaqdadır.
İslam dünyasında əsirlərə olan rəftar və davranışa gəldikdə isə yalnız bu ayəyə işarə etmək kifayət edər. Məhəmməd surəsinin 4- cü ayəsində buyurur.
فَإِذا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّى إِذَا أَثْخَنتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنّاً بَعْدُ وَإِمَّا فِدَاء حَتَّى تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا ذَلِكَ وَلَوْ يَشَاءُ اللَّهُ لَانتَصَرَ مِنْهُمْ وَلَكِن لِّيَبْلُوَ بَعْضَكُم بِبَعْضٍ وَالَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ فَلَن يُضِلَّ أَعْمَالَهُمْ
((Ey möminlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.)
Göründüyü kimi ayədə sabahı gün cəmiyyətdə qanuna çevrilməsin deyə köləliyə işarə belə olunmur. Verilən hökm əsir götürülən şəxslərin azadlıq müqabilində müəyyən məbləğ ödəmələri və ya heç bir şey ödəmədən azad olunmalarını əhatə edir. Və Quran hər iki qanunun dəvamiyyətli olduğunu bəyan edir. Məhz belə bir ədalətli hökmün əsasında bəşəriyyət gələcəkdə bütün müharibə əsirlərinin aqibətini həll edə bilər.
Məlum məsələdir ki, müsəlmanlar elə ilk gündən rəsmi olaraq tanınan və çarəsi olmayan köləliyin təziqini məruz qalmışdır. Köləlik müstəqil qanun olmadan məcbiriyyət üzündən müsəlmanlar tərəfindən qəbul olunur və ikrah hissi ilə əməl olunurdu. Lakin bütün bunlara baxmayaraq İslam müharibə əsirləri ilə hər zaman kölə kimi davranmamağı və münasib şərait yarandıqda onları azad etməyi tövsiyə edir. Bədr döyüşündən sonra əsir götürülən müşriklərin və ya Nəcran camaatına kömək edən lakin müsəlmanlar tərəfindən əsir götürülən şəxslərin ödədiklləri məbləğ müqabilində Peyğəmbər (s) tərəfindən azad olunması bunu bariz nümunəsi ola bilər. Bütün bunlardan məqsəd isə islamın gələcəkdə ümumbəşəri bir din olduğunu və bəşəriyyətə rəhbərlik etməyə qadir olduğunu sübut etmək olmuşdur. Qeyd olunduğu kimi İslam müharibə əsirləri ilə təhqir və şəxsiyyətlərini alçaldıcı tərzdə deyil, insaniyyətə yaraşacaq tərzdə rəftar etmiş , qadınlara gəldikdə isə bu məsələyə daha çəx həssaslıq nümayiş etdirmişdir. Belə ki , müharibədə əsir götürülən şəxslər başqaları tərəfindən təcavüzə məruz qalmasın deyə öz sahiblərinə qaytarılmışlar. Sahib olduğu kənizdən uşağı olan şəxslər isə həm qadını , həm də körpəni azad etmişlər.
Deyilənlərdən belə bir nəticəyə gəlmək olur ki, İslam zühur etidyi andan köləliklə müxalif olmuş ,lakin baş verən müharibələrdə müsəlmanlar müşriklər tərəfindən əsir götürülərək ağır işgəncələrə məruz qaldıqları üçün müvafiq addım atmaq məqsədilə qüvvədə saxlamış və belə bir xoşa gəlməz adət-ənənənin aradan qaldırılmasını bəşəriyyətin öz üzərinə qoymuşdur. Bir sözlə əgər İslam köləliyi qəbul etmişsə bunu məcburiyyət üzündən qəbul etmiş , lakin digər millətlərdən fərqli olaraq ondan heç vaxt öz şəxsi mənafei üçün istifadə etməmişdir.
Amma o ki qaldı müharibələrdən qeyri hallarda qarət və zorakılıq nəticəsində kölə və kənizlərə çevrilərək bazarlarda satılan şəxslərə onların İslamla heç bir əlaqəsi yoxdur. Və əgər bütün bunlar müsəlman cəmiyyətində müşahidə olunmuşsa belə İslamın qadağan etdiyi , lakin bəzi fasiq şəxslər tərəfindən yerinə yetirilən haram əməllər kimi köləlik də İslamın yol vermədiyi əməllərdən biri olmuşdur. Məsələn əgər hər hansı bir müsəlman gizli və ya aşkarda hər hansı bir haram işi yerinə yetirirsə bu heçdə o demək deyildir ki , İslam buna yol verir. Birdəfəlik bilmək lazımdır ki, bu kimi boş və əsassız ittihamlar tarix boyu islam və müsəlmanlara imperialist qüvvələr tərəfindən vurullmuş, lakin hər zaman olduğu kimi oxları daşa dəymişdir.
Deyilənlərdən belə bir son nəticə əldə etmək olar:
1-Əgər İslamdan qeyri millətlərdə köləlikdən məqsəd maaddi və şəhvani ehtiyacları ödəmək və ya digər zəif millətləri özünə tabe etmək olmuşsa İslam bu məsələyə tam fərqli tərzdə yanaşmış və onu məcburiyyət qarşısında və onu da yaınız müharibə şəraitində qəbul etmişdir. Bundan qeyri hallarda isə daim tam qətiyyətlə köləliyə qarşı cıxmış və ,,Azadlıq-bərabərlik! “-şüarını bəşəriyyətin əsas şüarı qərar vermişdir.
2-Avropada köləlik vasitələri çox olmasına baxmayaraq onun davamlı şəkildə cəmiyyətdə qalmasına heç bir ehtiyac olmamışdır. Və əgər ləğvinə dair qanun qəbul edilmişsədə bu heçdə ixtiyar üzündən deyil, güclü təziqlər nəticəsində həyata keçmişdir. Avropa tarixçiləri bu barədə deyirlər.Avropada köləliyin aradan qaldırılmasına dair qəbul olunan qərar yalnız o zaman qüvvəyə mindiki , kölələrə sərf olunan pullar onların gətirdiyi xeyirdən daha artıq olmağa başladı və Avropa dövlətləri ağır büdcə itkisi ilə üzləşməli oldular. Burada yaşayan və ağır cismani təziqlərə məruz qalan kölələr o qədər yorulmuşlar ki , artıq özlərində heç bir güc tapa bilmirdilər. Onlara sərf olunan sərmayə gətirdikləri gəlirdən qat-qat aşağı olduğu üçün köləliyin aradan qaldırılması zəruri hala çevrildi. Deməli, belə bir qərarın qəbul olunmasına səbəb olan əsas amil ölkə daxilli iqtisadi vəziiyyət olmuşdur. Bir haldaki İslam bu məsələyə daha həssaslıqla yanaşmış və insanın mənəvi dəyərlərini hər şeydən önə çəkmişdir. Deməli , avropa cəmiyyətində köləliyin aradan qaldırılmasında əsas məqsdə mənəvi dəyərlərə verilən diqqət deyil, bəlkə iqtisadi vəziyyəti sabitləşdirmək olmuşdur. Burada köləliyin aradan qaldırılmasına səbəb olan amillərdən biri də kölələrin mövcud şəraitə qarşı çıxmaları , daha dəqiq desək inqilabi hərəkatlara qoşulmaları olmuşdur. Lakin hər zaman öz məkirli tədbirləri ilə bütün quruluşlardan fərqlənən Avropa dövlətləri bunun da öhdəsindən məharətlə gəlmişdir. Onlar fərdi köləliyin aradan qaldırılmasına dair qanun qəbul etdikdən sonra köləliyin adını dəyişərək onu ümumi köləlik ilə əvəz edirlər. Belə ki, əgər əvvəllər kölələr heç bir ixtiyara malik olmayıb öz sahiblərinə tabe olurdularsa bundan belə onlar çalışıb zəhmət çəkdikləri torpaq sahələri ilə birlikdə mülkədarların tam ixtiyarında olurdular. Burada çalışan əkinçilər əvvəllər olduğu kimi heç bir ixtiyar və azadlığa malik olmurdular. Əgər nəisə dəyişmişdisə o da kölələrin əkinçi və quldarların mülkədar adları almaları omuşdur.
Əgər hər hansı bir əkinci çalışdığı ərazidən qaçsaydı qəbul olunan yeni qanunlara əsasən dərhal geri qaytarılar və bədəninə dağ basılaraq yenidən orada işləməyə məcbur edilərdi. Belə bir acınacaqlı cərəyan 18-ci əsirdə Fransa inqilabı baş verənə qədər davam edir.
3-Böyük Fransa inqilabı , Abram Linkolnun köləliyin qeyri-qanuniliyinə dair qəbul etdiyi qərarlar bizi aldatmamalıdır. Çünki , atılan bu kimi addımlar zahirdə məhrum təbəqənin azadlığına xidmət göstərsədə əslində belə deyildi. Belə ki , sonradan baş verın cərəyanları və fəhlə sinifinin qarşılaşdığı acınacaqlı həyat tərzi köləliyin sözün əsl mənasında qanuniləşdiyindən xəbər verirdi.
Doğrudan da əgər dünyada köləlik və zorakılığın kökü kəsilmişsə onda şahidi olduğumuz və minlərlə insanın qurbanına çevrildiyi ədalətsizliyin səbəbi nədədir? Əgər Böyük Fransa inqilabından məqsəd köləliyə son qoymaq olmuşsa onda İslam dünyasının qərb məntəqələrində xüsusilədə Şimali Afrika dövlətlərində törətdiyi cinayətləri , milyonlarla insanın hüququnun taptalamasına və onları özündən asılı vəziyyəyə salmasına ,ingilis və italyan müstəmləkəçilərin Şimali və Cənubi Afrikada, törətdiyi cinayətlərə nə ad vermək olar? Məgər köləlik bir millətin başqa bir millətdən asılı vəziyyətə düşməsi demək deyilmi? Bir milləti haqlı olduğu hüquqlardan və insani dəyərlərdən məhrunm etmək köləlik deyilsə onda bəs nədir? İstər köləlik adlandırılsın, istərsədə azadlıq əgər cəmiyyətə hakim olan siyasət onu insani dəyərlər və hüquqlardan məhrum edirsə bu köləlikdən savayı bir şey deyildir. Köləlikdən sui-istifadə edən qeyri İslami dövlətlər insan mənəviyyatə ilə ziddiyətlik təşkil edən belə bir adət-ənənəyə müxtəlif donlar geydirib hakim olduqları cəmiyyətlərə tətbiq etdikləri halda İslam onun iç üzünü və meydana gəlmə səbəblərini bəşəriyyətə açıqlayıb hamını birgə mübarizəyə çağırmışdır. Lakin bütün dünyaya hakim olan və bizi öz kölgəsi altına alan müasir sivilizasiya belə bir təklifi qəbul etməyə qadir deyildir. Çünkin onun özü həqiqətin üzərinə pərdə çəkərək onu tam başqa surətdə göstərməyə çalışmışdır. Özünü haqq-ədalət simvolu kimi qələmə verən müasir sivilizasiya əslində hiylə , fitnə-fəsad, kin və düşmənçilik pərdəsi arxasında gizlənmişdir. İnsansevərlik və haqq-ədalətdən dəm vuran müasir sivilizasiyaya malik olan Avropa on doqquzuncu əsrin sonlarında , iyirminci əsrin əvvəllərində Tunisdə , Mərakeşdə , Əlcəzayirdə minlərlə insanı qanına qəltan edir və bunun adını əmin-amanlığı qorumaq və bəşəriyyətə xidmət qoyur. Maraqlıdır görəsən insanların kütləvi şəkildə qətliam olması nəvaxtdan bəşəriyyətə xidmət olmuşdur?! Bir haldaki adları çəkilən millətlərin yeganə istək və məqsədi öz ölkəsində ana dilində danışmaq, öz mədəniyyətini qoruyub-saxlamaq, istədiyi dövlətlərlə iqtisadi , siyasi və içtimai əlaqələr yaratmaq və nəhayət öz el-obasında istədiyi kimi rahat yaşamaq olmuşdur. Artıq bu yazıq camaatın hansı səbəblər üzündən amansızcasına qətliam olduqları və ya ac-susuz qaranlıq zindanlara atıldıqları məlum oldu. Səlib yürüşləri başa çatdıqdan sonra cinsiyətini müəyyən etmək üçün hamilə qadınların qarınlarını yarıb uşaqlarını çıxarıb sonrada qətlə yetirmək görəsən hansı insani dəyərdən nəşət tapmışdır? Bəli, əzizi oxucu, sadaladığımız və sadalaya bilmədiyimiz vəhşiliklər elm və sivilizasiya əsri adlandırılan arxada qoyduğumuz iyirminci əsrin töhvələrindəndir. Müasir dunyamız yaşadıımız hal-hazırki dövrdə qeyd olunan cinayətlərə yol veridyi və bütün bunların adını insansevərlik və insan azadlığı qoyduğu bir halda müqədəs İslam dini on beş əsr bundan əvvəl köləliyə qarşı çıxır və bütün bəşəriyyəti onun aradan qaldırılması üçün həmrəyliyə çağırır. Lakin bütün bunlara baxmayaraq hələdə İslamı zamanın tələblərinə cavab verə bilməyən və sivilizasiyadan uzaq bir din kimi qələmə verməyə çalışırlar.
Amerika birləşmiş ştatlartında qara dərili zəncilər cəmiyyətdən təcrid olunaraq ikinci və ya üçüncü növ insan kimi qəbul olunduğu ən acınacaqlısı isə bəzi otel və dükanların giriş qapılarına ,,Yalnız ağ dərili vətəndaşların girişinə icazə verilir” və ya ,,Qara dərililərin və itlərin girişi qadağandır”-lövhələri vurulduğu bir halda yenidən mədəniyyətdən dəm vurulur. Polis bütün millətin keşiyində durduğu və asayişini qorumağa müvəzzəf olduğu bir halda qara və ya qırmızı dərili vətəndaşların amansızcasına döyülməsinə tamaşa edir və bu səhnədən həzz alır. Onların yeganə günahı varsa o da qara dərili dünyaya gəlmələridir.
Özünü sivilizasiyanın ən yüksək mərhələsində görən qərb dövlətləri, irqi və milli ayrı-seçkiliklərə şərait yaratdığı bir halda üzun müdət müsəlmanlara xəlifəlik edən Ömər ibn Xəttabı onu qətlə yetirməklə hədə-qorxu gələn atəşpərəst köləni azad etməkdə və bunun nəticəsində terora şərait yaratmaqda tənqid edir və bunu siyasi bir səhv kimi qələmə verirlər. Bir haldaki xəlifə belə bir addımı cəmiyyətdə insansevərlik hislərini gücləndirmək və qeyri müsəlman millətləri İslama yaxınlaşdırmaq üçün atmışdır. Lakin atılan uğurlu addım heçdə bununla sona çatmır. Xəlifə bununla həmdə başa salmaq istəyirdiki İslamda kimsə cinayət işlətmədən cəzalandırılmır. Bura qədər dediklərimiz İslamın və qərb dövlətlərinin kişi cinsindən olan kölələrə bəslədiyi münasibət barədə idi. İndisə İslam kənizlərə , yəni qadın kölələrinə olan münasibətinə nəzər salaq.
İslam hər bir müsəlman kişiyə döyüş meydanında əsir götürdüyü qadınları öz yanında saxlamağa və onlardan istifadə etməyə, eyni zamanda istədiyi təqdirdə onlardan biri və ya bir neçəsi ilə evlənməyə icazə verir. Lakin müasir Avropa qanunları belə bir davranış tərzinə qarşı çıxır və bunu insani dəyərlərə zidd olduğunu elam edir. Bir halda ki, İsıam heç vaxt belə bir işə yol verməmiş və idarə etdiyi cəmiyyəti insani dəyərlərin və əxlaq normalarının qorunmasına çağırmışdır. Avropa cəmiyyətində bakirə qızlar ,qız-gəlinlən gəlir məqsədi ilə ən pis tərzdə istifadə olunduğu bir halda İslam, döyüş meydanında əsir götürülən qadınları belə öz başına buraxmayıb onlara sahib olan şəxslərin üzərlərinə ağır məsuliyyətlər qoyur. Belə ki, hər bir müsəlman adi qadınla evlənərkən onların bütün ehtiyaclarını təmin etdiyi kimi sahib olduğu kənizlərin də ehtiyaclarını ödəməli və onlara sözün əsl mənasinda sahib çıxmalıdır.
Bunu görüb dərk etməyə taqəti olmayan müasir Avropa ziyalıları əxlaqsızlığı rəsmiləşdirir və öləkə ərazisində minlərlə rəsmi fahişəxanalar təsis edir. Ən acınacaqlısı isə bütün bunları ört-basdır etmək məqsədilə qəbul etdiyi qanunları qadın azadlığı kimi qələmə verməsi olur. Üzümüzü onlara tutub soruşuruq. Məgər görülən bütün bu nalayiq işlərin adlarını dəyişməklə onların həqiqi mahiyyətini də dəyişmək olurmu? Əxlaqsızlığın adını qadın azadlığı qoymaqla doğurdanmı qadınlar həqiqi azadlığa nail olurlar? Həqiqi qadın azadlığı şəhvət məqsədilə ona uzanan əlləri geri qaytarmaqdır yoxsa könül xöşluğu və ya zor gücünə ona təslim olmaq?! Heç bir insani dəyərlərə yiyələnməyən bu kimi cəmiyyətlərdə qadınlarla əşya tək rəftar olunur və elə bu səbəbdən də namus və iffət adlanan insani dəyərlər öz yerini heyvani şəhvət hissinə verir.
Üzümüzü avropa ziyalılarına tutub onlardan bu məsələyə insafla nəzər salmalarını tələb edirik. İnsani dəyərlərdən,zahiri və batini əxlaqsızlıqların hökm sürüdüyü bir cəmiyyət uzaqdır yoxsa bütün məsələlərə son dərəcə həssasiyyətlə yanaşan, hətta döyüş meydanında düşmən tərəfindən əsir götürülən qadınaların qayğısına qalan din ?
İslam dini hər zaman öz bəyanatlarını açıq-aşkar təzdə bəyan etmiş və indinin özündə də bəyan etməkdədir. O , nə öz davamçılarına, nə də digər dinlərin nümayəndələrinə nə yalan vədlər vermiş , nə də onlara hiylə gələrək insanların hüquqlarını taptamışdır. Əksinə olaraq hər zaman cəmiyyətin qayğısına qalaraq insanları öz hüquqları ilə tanış etmiş, bütün çətinliklərin həlli olduğu kimi köləliyin də aradan qaldırılması üçün ən əlverişli üsullar təqdim etmişdir. Lakin heç vaxt köləliyin daimi olmasına və bəşəriyyətin gələcəyi üçün yararlı olduğuna dair hər hansı bir bəyanat verməmişdir. Əksinə olaraq müharibə zamanı yaranmış şəraiti nəzərə alaraq köləliyin hərbi zərurət olduğunu bəyan etmişdir. İslam bütün millət və dövlətləri həmrəyliyə çağıraraq muharibə əsirləri barədə cəmiyyətin xeyirinə olacaq addımlar atmağa çağırmış və öz növbəsində bu istiqamətdə ən əlverişli yollar təqdim etmişdir. Lakin dünyanın qeyri müsəlman dövlətləri köləliyin , əxlaqsızlığın insan mənəviyyatı ilə zidd olan bir çox cinayətlərin adını dəyişərək ya azadlıq qoymuş ya da bəşəriyyətə xidmət.
Onlardan soruşuruq. Axı ağıla gəlməyən əxlaqsızlıqlar və qeyri insani rəftar və davranışlar nəvaxtdan bəri bəşəriyyətə xidmət olmuş və buna nə kimi amillər səbəb olmuşdur? Elə bu səbəbdən də adi avropalı öz həyat yoldaşından mehr-məhəbbət əvəzinə cinsi tələbatını aradan qaldırmaq üçün onunla birgə olmasını istəyir. Bir sözlə bütün insani dəyərlərdən və əxlaq normalarından məhrum olan Avropa cəmiyyəti ailə qayğıkeşliyini , insansevərliyi şəhvani hisslərini yatırmağa qurban verərək sözün əsl mənasında şəhvətinin əsirinə çevirmişdir. Son dövrlər qərb dünuyasında maraqlı hadisələr baş verir. Tərəqqipəpvər qərb dünyasını illət boyu əsas qazanc mənbəyi olan zinakarlığı qadağan etməyə başlayır. Lakin belə bir addım qərb vicdanını narahat etdiyi və ya insani dəyərlərə qiymət verməy başladığı üçün atılmır. Bəlkə belə bir addımın atılmasından məqsəd artıq əxlaqsızlığın kifayət qədər gəlir gətirə bilməməsi , bəzi hallarda isə ziyan verməsidir.
Əziz oxucu bura qədər diqqətinizi dünyada köləliyin meydana gəlməsinin tarix və səbəblərinə yönəltdik. Artıq sizə qərb dünyasının bu barədə İslam dininə əsassız iradlar tutması və onu tərəqqiyə mane olan din kimi qələmə verməsi məlum oldu. Bir haldaki əgər qərəz və təəssübkeşliyi bir kənara qoyub məsələyə dərindən nəzər salsaydılar düçar olduqları girdabın onları məhvə doğru sürəklədiyinin şahidi olacaq və yeganə qurtuluş yolunu İslamda olduğunu dərk edərdilər. Hər bir insaflı tədqiqatçı köləliyin tarix və yaranma səbəblərinə nəzər saldıqda onun cəmiyyətdə zorakılıq nəticəsində meydana gəlidiyini, İslam dinin isə onu, öz davamçılarının hüquqlarını qorumaq məqsədilə onu çarəsizlik üzündən qəbul etmişdir. Lakin bəzi üzdəniraq Avropa ziyalıları isə öz nəfsani istəklərinə tabe olaraq bu məsələni təhrif etməyə ən acınacaqlısı isə olmayan şeyləri sudanda şəffaf müqəddəs İslam dininə aid etməyə baçlamışlar. Amma nəvaxta qədər? Nə vaxta qədər bütün bunlara davam edəcək? Nə vaxta qədər İslam dini kor-koranə ittihamlara sinə gəlmək məcburiyyətində qalacaq? Nəqədər desələr də, bu istiqamətdə nəqədər məkrli tədbirlərə əl atsalar da İslam öz həqqaniyyətini qoruyub saxlayacaq və bəşəriyyəti haqq yola hidayət etməkdə davam edəcəkdir.
وَقُلْ جَاء الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقاً
(De: “Haqq (islam) gəldi, batil (şirk və küfr) yox oldu. Çünki batil (öz-özlüyündə) yoxluğa (heçliyə) məhkumdur!” )(İsra/81)
Lakin bunun üçün müsəlmanları Allahın onlara əmanət olaraq göndərdiyi dinə sadiq qalmalı və onun həqqaniyyətini bütün bəşəriyyətə əməli çatdırmalıdırlar. Allah-Təaladan müsəlman ümmətinin din və əqidələrində sabitqədəm qalmalarını , İslam düşmənlərinin öz məkirli niyyətlərinə düçar etməsini diləyirəm. Qoy Allah-Təala İslamın bayrağını hər zaman uca və payidar etsin. Amin.