Azəri
Thursday 18th of July 2024
0
نفر 0

QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA -2

 Maraqlıdır ki, istəklər təkcə bal arısı yox, bütün heyvanlara ilha olunduğu halda, nə üçün ayədə yalnız bal arısının adı çəkilir? Hal-hazırda bal arısının həyatının alimlər tərəfindən ətraflı şəkildə öyrənilməsi belə bir nəticəyə gəlməyə əsas verir: bal arısının ailəsindəki mədəniyyət və ictimai nizam, bəşəriyyət üçün bir nümunədir.
Bal arısının altı guşəli xanalardan ibarət qurduğu ev, hələ də mühəndisləri heyran edir. Uyğun mənzili təşkil edən xanaların altı guşəli olması ona xüsusi möhkəmlik verir. Bal arısı ailəsində çox ciddi əmək intizamı hökm sürür. Öhdəsində olan işi yerinə yetirə bilməyən üzv yuvanın qapısındakı nəzarətçilər tərəfindən geri qaytarılır. Bəs bu ciddi intizamın nəticəsi nədir? Həzrət Peyğəmbər (s) buyurur: «Hər kəs ayda bir dəfə bal yeyib, Allahdan Qur’anın və’d etdiyi şəfanı istəsə, Allah-təala onu 77 növ xəstəlikdən qoruyar»[101].
Ciddi nizamın və ağır zəhmətin nəticəsi olan bal, heç vaxt keyfiyyətini itirib zay olmur. Alimlərin fikirincə bunun səbəbi, balın tərkibində güclü mikroböldürücü kalsiumun çoxluğudur. Bal ürək ağrısından tutmuş mə’də yarasınadək, əksər xəstəliklərin dərmanıdır.
Bal arısı və onun istehsal etdiyi bal o qədər əsrarəngizdir ki, bu mövzunun dərinliyinə getmək kitabın imkanlarından xaricdir.
Sual 98: İnsana həqiqəti anlamaqda mane olan nədir?
Cavab: Həqiqət nə qədər aşkar görünsə də, onu kor gözlə görmək mümkün deyil. Həqiqəti tanımaq üçün onun aşkar görünməsi nə qədər zəruridirsə, görən gözə də bir o qədər ehtiyac vardır. Axı kor, günəşin işığını necə görə bilər?!
İnsanın həqiqəti tanımasına mane olan yanlış mühakimələr, nəfs istəklərinə tabeçilik, kor-koranə tərəfbazlıq, təkəbbür və bu kimi başqa mənfi təzahürlərdir. Ruh çirkləndikcə, həqiqəti dərk etmək də çətinləşir.
Bir hədisdə buyurulduğuna görə, əgər şeytanlar Adəm övladının qəlbini dövrəyə almasaydılar, insanlar fəzanın dərinliklərini seyr edə bilərdilər. Bəs şeytanlardan necə qurtulmalı? Qur’ani-kərimdə buyurulur: «Həqiqətən iman gətirib, yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız ona itaət edib, Allaha şərik qoşanlar üzərindədir»[102].
Demək, doğru yol yolçuları üçün ilkin şərt, nəfsin paklandırılması və təqvadır. Qur’ani-kərim doğru yol göstərən ilahi kitab olduğu halda, nəfsinə uyan insanlar hətta Qur’andan da öz yanlış mühakimələrinin sübutu üçün istifadə edirlər. Ona görə də, «Bəqərə» surəsinin 2-ci ayəsində buyurulur: «Bu heç bir şəkk-şübhə olmayan və müttəqilərə doğru yol göstərən kitabdır».
Sual 99: Müsəlman yalan danışa bilərmi?
Cavab: İstər müsəlman, istərsə də qeyri-müsəlmanlar arasında yalan ən çirkin sifətlərdən hesab olunur. Qur’ani-kərimdə bu barədə buyurulur: «Yalanı, ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar»[103].
İmam Sadiq (ə) buyurur: «İnsanların rüku və səcdələrinin uzunluğuna baxmayın. Bu adət üzündən də ola bilər. Amma onların düzlüyü və e’tibarına diqqət edin»[104].
İmam Baqir (ə) buyurur: «Allah bütün pislikləri qıfıllayıb və şərab qıfılların açarıdır. Yalan isə, şərabdan da pisdir»[105].
Yalanla günah arasında əsaslı rabitə vardır. Günahkar insan doğru danışarsa, rüsvay olar. O öz günahını örtmək üçün yalana əl atmağa məcburdur.
Bir şəxs həzrət Peyğəmbərin (s) hüzuruna gəlib, ərz etdi: «Ya Rəsullullah! Həm namaz qılmıram, həm günaha yol verirəm, həm də yalan danışıram. Bunlardan hansını birinci tərk edim?». Həzrət Peyğəmbər (s) ona məsləhət gördü ki, əvvəlcə yalanı atsın. Peyğəmbərin (s) yanından çıxan həmin şəxs, bir az sonra günah etmək istədikdə yadına düşdü ki, Həzrətə doğru cavab verməlidir və doğru cavab verməsə, cəzalanacaq. Ona görə də bütün günahlarına tövbə etdi.
Başqa bir vaxt isə həzrət Peyğəmbərdən (s) soruşdular:
- Müsəlman qorxaq ola bilərmi?
Həzrət (s) buyurdu
- Mümkündür.
- Müsəlman paxıl ola bilərmi?
O həzrət mümkün olduğunu bildirdi.
- Müsəlman yalan danışa bilərmi?
Həzrət (s) «müsəlman yalan danışa bilməz»- deyə buyurdu.
Sual 100: Mürtəd kimdir?
Cavab: İslam dinində iman gətirdikdən sonra küfr edən insana mürtəd deyilir. Kitab əhlinə bir o qədər də sərt münasibət göstərməyən İslam, İslamı qəbul etdikdən sonra atan mürtədə olduqca kəskin yanaşır. Çünki bu böyük günah bütün İslam dünyasına qarşı qaldırılmış qiyamdır və cəmiyyəti parçalayır.
Müsəlman ata və müsəlman anadan doğulmuş bir şəxs dindən çıxarsa, onun tövbəsi zahirən qəbul deyildir. Amma valideynləri müsəlman olmayan bir şəxs dini qəbul edib sonra dindən çıxarsa, tövbəsi qəbuldur.
Görəsən, bu iki şəxs arasında nə üçün fərq qoyulur?
Əvvəlcə onu qeyd edək ki, İslam dini məntiq əsasında qəbul olunmalıdır. Müsəlman ailədə doğulmuş şəxs İslam dininin əsaslarından xəbərdar olduğu üçün onun dindən çıxması mə’lumatsızlıq yox, xəyanət hesab olunur. Amma dini sonradan qəbul etmiş şəxs, bilməməzlik ucbatından səhv edə bilər.
Sözsüz ki, təzyiq altında dindən çıxdığını deyən şəxs, qəlbən dinindən dönməyibsə, mürtəd hesab olunmur.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sual:45. Elm, əql və dini necə tərif edirsiz? Onların arasında hansı təzad və ...
Ər- rəhman surəsinin 33 cü ayəsində fövqəladə güc və sultandan məqsəd ...
Sual 45: Qeyd olunan ayədən belə bir məna da əldə etmək olur ki,peyğəmbərləri ...
Cənabət qüsulu nədir və necə alınmalıdır?
Ayətullah Məkarim Şirazinin Hicab məhbusları haqda suala cavabı
Sual: 12. Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
Müalicədən ötrü xanımlar olan baseyndə çimmək olarmı?
Sual 72: Qulaq asmaqla eşitmək arasında nə kimi fərq vardır?
Sual 41: Bərzəx aləmində min il əvvəl dünyasını dəyişmiş şəxslərlə bu ...
Sual: 19. Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?

 
user comment