Beynəlxalq sektor: Misirin Əl-Əzhər Universiteti Quran və İslama ünvanlanmış şübhələri aradan qaldırmaq üçün hələlik 3 dildə fəaliyyət göstərəcək sayt işə salır.
İQNA İran Quran İnformasiya agentliyi Ərəbistanın Əl-Mədinə qəzetinə istinadən bildirir ki, ərəb, ingilis və fransız dilində fəaliyyət göstərək saytın əsas məqsədi müqəddəs İslam dininə qərəzli hücumları savablandırmaqdır.
İslam dininin həqiqi simasını canlandırmaq, qeyri-müsəlmanlarla elmi rabitələri gücləndirmək bu internet şəbəkəsinin təşkilində əsas məqsədlərdəndir. Bu günə qədər xaricdə yaşayan müsəlmanlardan xeyli şikayətlər daxil olub ki, onlar dini dərindən bilmədiklərindən hücumlar qarşısında acizlik çəkirlər.
source : www.iqna.ir