Azəri
Sunday 21st of July 2024
0
نفر 0

"Cümə" məscidinin dini icması növbəti bayram tədbirini keçirtdi

Dünya müsəlmanları "Vəhdət həftəsi"ni qeyd etməkdədir. Dünyanın hər yerində olduğu kimi Vətənimizdə də Əziz İslam Peygəmbərinin (s) - aləmlərin yaranış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları, habelə "Vəhdət" həftəsi münasibətiləbayram tədbirləri keçirilməkdədir. 

"İcərişəhər “Cümə” məscidi dini icması da bayram tədbirlərini davam etdirir. Hal-hazırda İcma növbəti bayram tədbirlərini keçirir.

Bayram tədbiri Qurani-Kərimin tilavəti və Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. Daha sonra bayram tədbiri açıq elan edilib. Hal-hazırda "Əhli-Beyt (ə) aşiqləri" qrupunun ifasında ilahilər səsləndirilib.

Daha sonra 6-cı ildir keçirilən "Mövlud Olimpiadası"nın qaliblərinə diplomlar və mükafatlar təqdim edilib. Qeyd edək ki, "Mövlud Olimpiadası" həm böyüklər, həm də ikinci ildir ki, uşaqlar arasında keçirilib.

Qeyd edək ki, VI "Mövlud Olimpiadası"nın qalibləri aşağıdakılardır:

VI yer - İsmayılova Gülsüm

V yer - İsayeva Məryəm

IV yer -Şıxiyev Ramin

III yer - İsayeva Mədinə

II yer - ƏIiyev Coşqun

və 71 bal toplamış Masiyeva Leyla xanım I yeri tutmaqla VI "MÖVLUD OLİMPİADASI"nın qalibi olmuşdur.

II "Uşaq Mövlud Olimpadası" qalibləri aşağıdakılardır:

3 nəfər 95 balla üçüncü nəticə (Qurbanov Muhəmməd, Hacızadə Əli Əsğər, Tahirə Rəşid), 1 nəfər 95,8 bal yığmaqla ikinci nəticə (Abdullayev Əli), 3 nəfər isə tam 100 bal toplamaqla birinci nəticə (Zəhra Hüseyn, Allahverdi Muhəmməd Əli, Hüseyn Məlik) göstərib.

Daha sonra söz alan Hacı İlqar İbrahimoğlu Mövlud münasibətilə başda İmam Zaman (ə.f) olmaqla hər kəsi təbrik etdi. Hacı İlqar qeyd etdi ki, Peyğəmbərin (s) mövludu dövlət səviyyəsində qeyd olunmalıdır. Hacı İlqarın çıxışını tam formada yaxın vaxtlarda "Deyerler.org"dan izləyə bilərsiniz.

Tədbirdə "Azərbaycanda müqəddəs dinimizin təbliğində gördüyü mühüm işlərə, milli-mənəvi dəyərlərin təsbitinə və inkişafına verdiyi böyük töhfəyə görə, Həzrət Rəsulullahın (s) mübarək mövludu və «Vəhdət həftəsi» münasibətilə" Şəhid Hacı Vaqif Abdullayev ilin adamı elan olundu və onun həyat yoldaşına Fəxri fərman təqdim olundu

Tədbir "Fərəc" duasının oxunması ilə yekunlaşdı.


source : http://deyerler.org
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fələstindaə İslam şəriətinə uyğun qiymətli kağızlar satışa çıxarılacaq
Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı

 
user comment