Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanın şiələr yaşayan Sihat şəhərində Qədir Xum bayramı münsibəti ilə “Əli (ə) Əl-Nəbə-ul Əzim” (Əli (ə) böyük xəbər) adlı şer gecəsi təşkil olunacaq.
İQNA Quran agentliyi “Rasid” xəbər kanalına istinadən məlumat verir ki,bu şer gecəsi noyabrın 24-25-də Əl-Məntəqət-ul Şərqiyyə (Şiələr yaşayan region) regionunun şair və yazıçılarının iştirakı ilə keçiriləcək.
Qədir Xum mədəni-ədəbi festivalın təşkilatçısı Sihat şəhərinin ƏL-Rza (ə) müəssisəsidir. Festival yerli vaxtla saat 20-dən 22-dək davam edəcək.
Səudiyyə Ərəbistanın Əhsa şəhərin də Qədir Xum bayramı münasibəti ilə “Əl-Zəhra” hüseyniyyəsi noyabrın 25-də “Allahu Əkbər bayramı” adlı bayram şənliyi təşkil edəcək. Bayram şənliyində Ərəbistanın tanınmış şiə şairlərindən olan Əqil Əl-Əbd –Əl- Kərim və Naci Davud Əl-Hərz Qədir Xum hadisəsi ilə bağlı şerlərini oxuyacaqlar.
source : www.iqna.ir