Azəri
Tuesday 7th of January 2025
0
نفر 0

Ayətullah Xatəmi AB-in İrana qarşı neft embarqosunu qınadı

Ayətullah Xatəmi AB-in İrana qarşı neft embarqosunu qınadı

Tehran Cümə Namazı xətibi: Avropalılar İran neftinə qarşı embarqo tətbiq etməklə bu ölkə iqtisadiyyatına zərbə vura bilməzlər, çünki Avropa İran neftinin 18 faizə yazxın xam emalının alıcısıdır.


Ayətullah Xatəmi AB-in İrana qarşı neft embarqosunu qınadı

Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən Tehranın müvəqqəti imam cüməsi Avropa Birliyinin İrana qarşı neft sanksiyasının əhəmiyyətsiz olduğunu bildirərək deyib: Avropa Birliyi İrandan neft idxalına embarqo tətbiq etməklə islami İranın müxtəlif sahələrdəki inkişafına mane ola bilməz.

Tehranın Cümə Namazı xətibi Ayətullah Seyid Əhməd Xatəmi AB-nin İran neftinə sanksiya tətbiq etmək üzrə son hərəkətini pisləyərək vurğulayıb: Avropalılar bu hərəkətlə həqiqətdə özlərinə qarşı sanksiya tətbiq edibdir. Bu hərəkətin əsas zərəredici tərəfləri Avropa vətəndaşlarıdır.

Ayətullah Xatəmi son illər ərzində İrandakı nüvə inkişafları və nailiyyətlərinin Qərbin İİR-na qarşı sanksiyaları nəticəsində səmər verdiyini bildirib.

" İslami İran düşmənlərinin təzyiqlərinə rəğmən və İranın mömin və öhdəlikli alimlərinin ciddiyyətli səyləri nəticəsində hazırda İran bir nüvə dövlətidir " –deyə Tehranın Cümə Namazı Xətibi sözlərini davam etdirib.

İranın öz neftini satmaqda heç bir problemə malik olmadığını bildirən Tehranın Cümə Namazı xətibi deyib: Avropalılar İran neftinə qarşı embarqo tətbiq etməklə bu ölkə iqtisadiyyatına zərbə vura bilməzlər , çünki Avropa İran neftinin 18 faizdən daha azının alıcısıdır.

Tehranın Cümə Namazı xitabətçisi öz söhbətlərinin başqa bir hissəsində İran neftinin sanksiya edildiyi təqdirdə Ərəbistanın məsul şəxslərinin Avropa neftini təmin etmək haqdakı sözlərini tənqid edərək deyib: Ali-Səud hökmdarları bu siyasətləri davam etdirməklə yalnız özlərinin daha tez bir zamanda süqut etmələri üçün zəmin yaradırlar.

Ayətullah Seyid Əhməd Xatəmi İranın İslam Şurası Məclisinə 9-cu seçkilərin keçirilməsinin yaxınlaşmasına, habelə düşmənlərin bu seçkiləri az əhəmiyyətli göstərmək üzrə fitnəkar planlarına işarə edərək deyib: İranın müsəlman və həmişə səhnədə olan xalqı bu seçkilərdə fəal iştirak etməklə keçmişdə olduğu kimi düşmənlərin İranın İslam İnqilabı və İranın islami quruluşuna qarşı fitnəkar planlarını puça çıxaracaqlar.

Tehranın müvəqqəti imam cüməsi Ali-Xəlifə rejiminin Bəhreyndəki cinayətlərini pisləyərək Bəhreynin inqilabçı gənclərindən istəyib ki, öz müqavimətlərini davam etdirməklə Ali-Xəlifə rejiminin məhv edilməsi üçün öz inqilablarını davam etdirsinlər , çünki zəfər yaxın zamanda baş verəcək.

Mübarək fəcr ongünlüyü , İranın İslam İnqilabının zəfər çalması günlərinin yaxınlaşmasını bildirən Ayətullah Xatəmi sonda deyib: İran xalqı ötən illərdə olduğu kimi İranın İslam İnqilabının zəfər çalmasının ildönümü yürüşündə geniş iştirak etməklə bir daha İranın İslam İnqilabı amallarını himayə etdiklərini elan edəcəklər.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

“Qurana sahib çıxaq” kampaniyası başladı
MDB ölkələrinin Tatarıstanda Quran müsabiqələri keçiriləcək
Azərbaycan hakimiyyəti qarşısında tələblər qoyuldu
Tehranda İlham Əliyevin səfirliyi qarşısında etiraz aksiyası
“Çeşmey-e Rizvan” adlı Quran diski işıq üzü görüb
"Cümə" məscidinin dini icması növbəti bayram tədbirini keçirtdi
Hindistanada “Mübarək Ramazan” adlı seminar keçiriləcək
Şeyx Zəkzəki 484 gündür qanunsuz olaraq həbsdədir.​ Nigeriya xalqı etiraz ...
Səuidiyyə Ərəbistanın “Sihat” şəhərində Qədir Xum bayramı ilə bağlı ...
İran bütün təhdidlərə və qadağalara baxmayaraq insani dəyərləri qorumağa ...

 
user comment