CAMAAT NAMAZININ HÖKÜMLƏRİ
82- Sual: İmam camaatı ədalətli bilmirəm, lazımdır ki başqalarına da xatırladım?
Cavab: İmam camaatı adil bilməyən şəxs üçün iqtida etmək düzgün deyil, ancaq başqalarına demək ona hörmətsizlikdir və cayiz deyil.
83- Sual: Universitetlərdə namazları qəsr olan tələbələr yaxşıdır namazlarını əvvəl vaxtda camaat namazı qılsınlar ya günortadan sonra, vətənlərinə qayıtdıqda, orada tamam qılsınlar?
Cavab: Camaat ilə əvvəl vaxtda qılmaqları daha yaxşıdır.
84- Sual: Ehtimal veririk ki, bəziləri camaat namazında dəstəmazsız iştirak edirlər, iqtida edə bilərik?
Cavab: Camaat namazında iştirak edənlərin dəstəmazının batil olması və ya dəstəmazsız olmaları ehtimalının zərəri yoxdur. Amma bu cür vəsvəsələr, camaat namazında iştirak etməkdən çəkindirməməlidir.
85- Sual: İmamın həmd və surəsi tamam olmamışdan qabaq, üzürlü səbəblərə görə niyyəti füradə etsək, bu halda vəzifəmiz nədir?
Cavab: İmamın həmd və surədən oxumadığı miqdarı oxuyub, bəlkə ehtiyata əsasən həmd və surənin tamamını oxumalısınız.
86- Sual: Camaat namazı vaxtı, füradə halda namaz qılmağın hökmü nədir?
Cavab: Əgər namazı furadə qılmaq, imam camaatın fasiqliyinə işarə etməkdirsə, cayiz deyil və namaz batildir.
87- Sual: Bəzən məsciddə füradə namaz qılarkən caamat namazı təşkil olunur, edə bilərikmi füradə namazdan camaat namazına üdul edək (keçək)?
Cavab: Xeyir, füradə niyyəti ilə başlanan namazı, camaat namazına iqtida etməklə davam etdirmək olmaz.
88- Sual: Müstəhəbbi namazı imamın vacib namazına iqtida etmək olarmı?
Cavab: Xeyir, müstəhəbbi namazlarda iqtida etmək cayiz deyil.
89- Sual: İmam üçüncü rükətdə olanda, bizim ikinci rükətdə həmd və surəyə nisbət vəzifəmiz nədir?
Cavab: Bu halda məmum (iqtida edən) şam və xüftən namazlarında olsa belə, həmd və surəni yavaş oxumalıdır.
90- Sual: Zöhr namazını füradə qılmışam. Əgər camaat namazı bərpa olarsa, zöhr namazını yenidən iqtida edə bilərəm?
Cavab: Bəli, maneəsi yoxdur.
91- Sual: Camaat namazında imam hələ təşəhhüd və salam deyir, məmum namazı davam vermək üçün qalxır, bu halda həmd və surəni ucadan oxumalıdır yoxsa yavaş?
Cavab: Öz vəzifəsinə əməl edəcək, yəni kişi şam, xüftən və sübh namazlarında olarsa, həmd və surəni ucadan və əgər zöhr və əsr namazlarında olarsa yavaşdan oxumalıdır.
92- Sual: İmam camaat öz qəza namazını və ya başqasının qəza namazlarını qıldıqda, ona iqtida etmək olar?
Cavab: Bəli. Qəza namazlarını qıldığına yəqinliyin olarsa, ona iqtida edə bilərsən. amma əgər namazı ehtiyatən qəza qılırsa ona iqtida etmək olmaz.
93- Sual: Əgər məscidi tikdirən və ya məscid ümənası (icma üzvləri) bir nəfərin orada namaz qılmasına razı olmasalar, namazının hökmü nədir?
Cavab: Məsciddə namaz qılmaq məscidi tikdirən və ya məscidin icma üzvlərinin icazəzinə bağlı deyil. O şəxsin namazı düzgündür.